Türkiyə XVII əsrin II yarısı-XVIII əsrdə-2-ci dərs

Türkiyə XVII əsrin II yarısı-XVIII əsrdə-2-ci dərs

 

Türkiyə XVII əsrin II yarısı-XVIII əsrdə:İslahat təşəbbüslərinin davam etdirilməsi, 1730-cu il Patron Xəlil üsyanı. Müəllim Zakir Əliyev
 
 

Türkiyə XVII əsrin II yarısı-XVIII əsrdə-2-ci dərs

 

 Türkiyə XVII əsrin II yarısı-XVIII əsrdə-2-ci dərs
         Osmanlı imperiyası XVIII əsrin əvvəllərində
   İslahat təşəbbüslərinin davam etdirilməsi
 
       1703-cü ildə İstanbulda baş vermiş üsyan nəticəsində sultan III Əhməd hakimiyyətə (1703-1730) gəldi. Sultan Əhmədin hakimiyyət dövründə baş vəzir İbrahim paşanın həyata keçirdiyi islahatlar dövrü Osmanlı imperiyası tarixində "Lalə dövrü” (XVIII əsrin əvvəllərində müxtəlif  incəsənət əsərləri,parklar, bağçalar lalə motivləri ilə bəzədildiyi üçün) adlanır. "Lalə dövrü” Avropa ilə yaxılaşma dövrü kimi qəbul edilir və "Osmanlı intibahı” hesab olunur.
    

Türkiyə XVII əsrin II yarısı-XVIII əsrdə-2-ci dərs

 

Sultan III Əhməd qarşısına belə məqsəd qoymuşdu ki, XVII əsrin sonunda Osmanlı imperiyasının itirdiyi əraaziləri geri qaytarsın. XVIII əsrin əvvəllərindəki islahatlar XVII əsrdəki kimi mövcud qayda-qanunları, nizam-intizamı möhkəmləndirməyə deyil, artıq yeni tədbirləri həyata keçirməyə  yönəlmişdi. Məğlubiyyətdən sonra hərbi və texniki sahədəki üstünlükləri artıq etiraf edilirdi.
    Avropa təcrübəsindən faydlanaraq dəyişiklik etmək lazım gəlirdi.Lakin ruhanilərin və yeniçərilərin müqaviməti üzündən bu dövrdə keçirilən islahatlar əsaslı və davamlı olmamışdır. Bu dövrdə keçiriln islahatlar baş vəzir İbrahim paşanın adı il bağlıdır.
    İbrahim paşa Avropa dövlətlərinin hərbi sahədə üstünlüyünü başa düşdüyünü üçün , Avropa tipli ordu yaradılana qədər Rusiya və Avstriya ilə pisləşdirməməyə səy göstərirdi. Avropa sivilizasiyasına yaxınlşmaq yolunda müəyyən addımlar atılırdı. Türkcə kitablar çap edilən ilk mətbəə açılmışdı(1727).
 
        Patron Xəlil üsyanı
 

Türkiyə XVII əsrin II yarısı-XVIII əsrdə-2-ci dərs

 


     Yuxarı dairələrin hədsiz israçılığı, eyş-işrətə meyli xalq kütlələrinində qəzəb doğururdu. İbrahim paşanın öz qohumlarını yüksək vəzifələrə təyin etdirməsi və ticarətə qoyulan vergilər də narazılığı artırırdı. Nəhayət, Təbrizin Nadir xan tərəfindən geri alınması xəbəri əhalinin səbr kasasını doldurdu.
    Hərbi məğlubiyyətlər, ölkənin iqtisadi vəziyyətinin pisləşməsi, saray və hökümət dairəlırində rüşvətxorluq və talançılığın artması 1730-cu ilin sentyabrında İstanbulda üsyana səbəb oldu. Yeniçəri Patron Xəlilin başçılıq etdiyi bu üsyan nəticəsində baş vəzir İbrahim paşa öldürüldü, III Sultan isə qardaşı oğlu I    Mahmudun xeyrinə  taxtdan əl çəkməli oldu. Bir müddət Patron Xəlillə sarayda hesablaşmalı oldular. O, köhnə vergilərin üzərinə əlavə edilmiş bütün yeni vergiləri ləğv etmişdi. Lakin 1730-cu ilin noyabrında  I Mahmudun göstərişi ilə Patron Xəlil  və üsyanının digər rəhbərləri sarayda qətlə yetirildilər. Bundan sonra üsyan iştirakçılarına divan tutuldu. İstanbulda 1731-ci ildə baş vermiş yeni üsyan isə bir qədər zəif olduğundan tezliklə yatırılmıdı.
   

Türkiyə XVII əsrin II yarısı-XVIII əsrdə-2-ci dərs

 

XVIII əsrdə Osmanlı imperiyasında həm kənd təsərrüfatında , həm də iqtisadiyyatın bir sıra başqa sahələrində müəyyən dərəcədə irəliləyiş nəzərə çarpırdı. Eyni zamanda kənd təsərrüfatında əmtəə-pul münasibətlərin inkişaf
edirdi.Kəns təsərrüfatı məhsullarının əsas hissəsi olkənin daxili bazaarının tələbatının ödənilməsinə sərf olunurdu.
    Xarici ölkələrdən gətirilən malların rəqabətinə tab gətirməyən bir çox sənətkarlıq sahələri tənəzzülə uğrayırdı. Lakin bəzi sənətkar emalatxanalarının istehsal etdiyi məhsullaraa hələ də böyük ehtyac duyulurdu.
   1740-ci ildə Türkiyə ilə Fransa arasında bağlanmış müqaviləyə əsasən fransız təbəələrinə müəyyən imtiyazlar-kapitulyasiya hüququ verilirdi. Osmanlı imperiyasında ticarət edən fransız tacirləri üçün 10%-li gömrük rüsumu müəyyənləşdirilmişdi. Əvvəllər belə hüquq yalnız müqaviləni bağlamış sultanın hakimiyyəti üçün verilirdisə, indi bu hüquq qeyri-müəyyən müddətə verilirdi. Sonralar İngiltərə, Hollandiya və digər ölkələrin tacirləri də belə hüquqlar aldılar.
     İqtisadi və siyasi gerilik ordunun da zəifləməsinə səbəb olurdu. Osmanlı ordusunun təchizatı və döyüş hazırlığı Avropa orduları ilə müqayisədə  hələ də geri qalırdı.   
 

Türkiyə XVII əsrin II yarısı-XVIII əsrdə-2-ci dərs

 


  Hacıqabul r-nu, UDULU kənd tam ortaməktəbi, müəllim Zakir Əliyev
 
 
 

Yükləmək ücün qeydiyyatdan keçin!

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 29 mart 2015 10:31
    Dəyərli Hamlet müəllim, Türkiyə tarixinə dair olan bu mühüm məqalənin saytın Ana səhifəsində gözəl və nəfis tərtibatla dərc etmənizlə əlaqədar Sizə səmimi surətdə təşəkkür edirəm, Sizə və "TARİX.İNFO"ya yeni yaradıcılıq üfüqləri arzulayıram. Hörmətlə Zakir müəllim.

  2. 30 mart 2015 18:15
    Zakir muellim,BU...... GOZEL, BOYUK DIQQET VE INCELIKLE HAZIRLANMIS meqaleye gore size semimi qelbden tesekkur edirem.Ugurlarinizin davamini arzulayiram........ lol

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.