Türkiyə XVII əsrin II yarısı-XVIII əsrdə-3cü dərs

Türkiyə XVII əsrin II yarısı-XVIII əsrdə-3cü dərs

 

Türkiyə XVII əsrin II yarısı-XVIII əsrdə: Osmanlı imperiyasının Avstriya ilə müharibələri
 
    Türkiyə XVII əsrin II yarısında- XVIII əsrdə- 3-cü dərs
   
Osmanlı imperiyasının Avstriya ilə müharibələri                     
Müharibənin səbəbləri. Osmanlı  dövlətinin Avstriya və Polşaya qarşı müharibələri
    Avstriyanın Macarıstanda təkbaşına ağalığa nail olmaq cəhdi ,1664-cü ildə Türkiyə ilə müharibəyə səbəb oldu. Baş vəzir Fazil Əhməd paşanın başçılığı ilə Osmanlı ordusu Macarıstana doğru irəlilədi. Avstriyalıların möhkəmlənmiş olduqları və alnmaz saydıqları Uyyar qalası alındı. Avstriya imperatoru təkbaşına türklərlə vuruşa bilməyəcəyini anlayaraq Vatikandan və Avropa dövlətlərindən yardım istədi.
     Fransa Türkiyə ilə dost münasibətlərdə olmasına baxmayaraq, 6minlik bir dəstəni köməyə göndərdi. Lakin Fazil Əhməd Paşa bəzi qalaları aldıqdan sonra Avstriya ordusunu darmadağın etdi. Avstriya imperatoru sülh təklif etdi. Lakin bu zaman Osmanlı ordusu Sen Qotar yaxınlığında Rab çayını keçərkən düşmənin məharətlə həyata keçirdiyi bir əməliyyat nəticəsində məğlubiyyətə uğradıldı. Türklər 10 min nəfər itki verdilər.
    Osmanlı dövləti ilə Avstriya arasında  bağlanmış sülh müqviləsinə görə Avstriyanın ələ keçirilmiş Uyyar və başqa qalaları geri qaytarıldı.
    Avstriya ilə sülh bağlandıqdan bir il neçə il sonra Osmanlı dövləti Ukraynada nüfuz dairəsi üstündə Polşa ilə müharibəyə başladı. 5 il davam edən bu müharibədə türklər uğur qazandılar. Polşa Osmalının Ukrayna üzərində hakimiyyətini  qəbul etdilər.
    1681-ci ildə Avstriya ilə münasibətlər yenidən pisləşdi. Qatı katolik olan Avstriya
Imperatoru protestant macarları zorla katolikləşdirmə siyasəti yeritdiyindən, macarlar  Tekeli İmrenin başçılığı ilə üsyana  başladılar və yardım üçün Türkiyəyə müraciət etdilər.
   

Türkiyə XVII əsrin II yarısı-XVIII əsrdə-3cü dərs

 

1683-cü ildə Osmanlı ordusu baş vəzir Qara Mustafa paşanın başçılığı ilə Dunay çayını keçdi. İyulun ortalarında Vyana şəhəri mühasirəyə alındı. Mühasirə 2 ay davam etdi. Türklər şəhər üzərinə 18 dəfə hücum etsələr də müvəffəqiyyət qazana bilmədilər. Vyananın mühasirəsinin uzanması düşmənə vaxt qazandırdı. Papanın təhriki ilə bəzi Avropa dövlətləri osmanlılara qarşı birləşdilər. Avstriyalılardan,almanlardan,polyaklardan ibarət 100 min nəfərlik ordu 1683-cü ilin sentyabrın əvvəlində Vyanaya yaxınlaşdı. 
     Qara Mustafa paşa böyük bir ordunun düşmənə köməyə gəlməsi xəbərini eşidib Krım xanına onların Dunay çayından keçməsinə imkan verməməyi tapşırdı. Ancaq baş vəzirlə ədavəti olan Krım xanı bu tapşırığı yerinə yetirmədi.
    Kalenberq dağı yanında başlanan döyüşdə türk ordusunun  hər iki cinahı pozuldu. Mərkəzdə isə düşmənin aramsız hücumlarına baxmayaraq, müqavimət axşama qədər davam etmişdi.Nəhayət, Qara Mustafa paşa Yanıqqalaya doğru güri çəkilməyə məcbur oldu. O burada ordunun qalıqlarını toplayıb Budapeştə gəldi. Orduda nizam-intizamı bərpa edib, Belqrada döndü. Lakin düşmənləri vəziri xəyanatda günahlandırıb onun edamına nail oldular.
   

Türkiyə XVII əsrin II yarısı-XVIII əsrdə-3cü dərs

 

 
Osmanlıya qarşı "Müqəddəs birliy”in yaradılması. Karlovitsa sülh müqavilələri.
   Vyana ətrafında türk ordusunun məğlubiyyəti Avropada böyük sevincə səbəb oldu. Bir sıra xristian dövlətləri bu fürsətdən istifadə edərək, türkləri Avropadan qovub çıxarmaq planını həyata keçirməyə başladılar. Roma papası təkidlə bu dövlətləri Türkiyəyə  qarşı birləşməyə çağırdı. 1684-cü ildə Avstriya, Polşa, Venetsiya, Malta "Müqəddəs birlik” adlanan ittifaq təşkil etdilər. 1686-cı ildə Rusiya da bu ittifaqa qoşuldu. Yalnız Fransa bu ittifaqa qoşulmadı. Müttəfiqlər hər tərəfdən Osmanlı ərazilərinə basqınlar etməyə başladılar. Müharibə 10 ildən çox davam etirildi.
     1686-cı ildə "Müqəddəs birliy”in birləşmiş ordusu şiddətli müqavimətdən sonra Budapeşti tutdu. 150 ildən bəri Türkiyənin əlində olan Budapeştin itirilməsi böyük çaxnaşmaya səbəb oldu. Türklər kütləvi surətdə Dunayın cənubuna keçməyə başladılar.1687-ci ildə Süleyman paşanın komandanlığı ilə osmanlı ordusu Moxaç yaxınlığında ağır məğlubiyyətə uğradıldı. Bu məğlubiyyətdən sonra yeniçərilər və sipahilər qiyam qaldıraraq  İstanbula döndülər. Sultan IV Mehmet taxtdan salındı və yerinə II Süleyman sultan oldu.
      Düşmənlər Macarıstanın çox hissəsini, Belqradı, Dalmasiya və Bosniyanın da bəzi hissələrini ələ keçirdilər.
      Osmanlıların vəziyyəti ağırlaşmışdı. Tez-tez dəyişdirilən baş vəzirlər vəziyyətdən çıxış yolu tapa bilmirdilər. Bu məsuliyyətli anda Körpülü Fazil Mustafa paşa baş vəzir təyin olundu. Fazil Mustafa paşa  1) orduda nizam-intizam bərpa  etdi,2) dövlət idarəçiliyində islahat keçirdi,3) maliyyə vəziyyətini qaydaya saldı. Bundan sonra avstriyalılara qarşı yürüşə başladı. Belqrad və bir çox ərazilər geri alındı. Düşmən Dunaydan şimala sıxışdırıldı., venetsiyalılar üzərində bəzi uğurlar qazanıldı.    
      1691-ci ildə baş vəzir yenidən avstriyalılara qarşı hərbi yürüşə çıxdı. Macarıstana daxil oduqdan sonra  SALANKALİN adlı yerdə Avstriya ilə döyüşdə Osmanlı ordusu məğlub oldu və Belqrada geri çəkildi. 
       Salankalin döyüşündən sonra İngiltərə və Belçika hökümətləri sülh bağlanması üçün vasitəçi kimi çıxış etdilər. Ancaq müttəfiqlər çox ağır şərtlər irəli sürdüklərindən razılıq əldə olunmadı. Yenicə başlamış Avstriya-Fransa müharibəsi osmanlılara bir qədər vaxt qazandırdı. 
     1695-ci ildə taxta çıxan sultan II Mustafa itirilən əraziləri geri almaq məqsədilə Avstriya üzərində üç dəfə hərbi yürüş təşkil etdi. İlk iki yürüşün uğurlu keçməsinə baxmayaraq, 1697-ci ildə üçüncü yürüşdə Osmanlı ordusu düşmənin qəfil hücumuna məruz qaldı.Orduda başlanan fərariliyin qarşısını almağa çalışan baş vəzir Körpülü Fazil Mustafa paşa fərrarilərdən biri tərəfindən qətlə yetirildi.
Osmanlı ordusu ağır məğlubiyyətə uğradıldı.
     Məğlubiyyətdən sonra Türkiyə höküməti bir neçə cəbhədə vuruşmağın mümkünsüzlüyünü anladı. 1699-cu ildə Belqradın yanındakı Karlovitsa qəsəbəsində Osmanlı hökümətinin və müttəfiq dövlətlərinin nümayəndələri toplandılar. 4 aylıq müzakirələrdən sonra Avstriya, Polşa və Venetsiya ilə ayrı-ayrılıqda 25 il müddətinə müqavilələr imzalandı. Rusiya ilə də 3 il müddətinə saziş imzalandı.    
     Avstriya ilə bağlanmış müqaviləyə əsasən bütün Macarıstan, habelə Xorvatiyanın bir hissəsi Avstriyaya keçdi. Polşa ilə bğlanmış müqaviləyə görə 
Podolya əyaləti və ukrayna Polşaya verildi, bəzi qalalar isə osmanlılara geri qaytarıldı. Polyakların Krım xanlarına ödədikləri illik xərac ləğv olundu. 
    Venesiya ilə bağlanan müqaviləyə görə Moreya yarımadası və Dalmasiya sahilləri Venesiyaya keçdi.
    Karlovitsa müqavilələri ilə osmanlı imperiyası İLK DƏFƏ olaraq xeyli ərazi itirdi.
     
Venesiya və Avstriya ilə yeni müharibələr. Pojarevatsk və Belqrad
                   sülh müqavilələri
 
    Osmanlı höküməti beynəlxalq şəraiti əlverişli sayaraq Moreyanı və Dalmasiya sahillərini geri almaq üçün 1715-ci ildə Venesiya ilə müharibəyə başladı. Baş vəzir Damad Əli paşanın başçılığı ilə osmanlı ordusu Moreya yarımadasını bütünlüklə geri qaytardı. Krit adasında venesiyalılara məxsus limanlar ələ keçiridi. Avstriya höküməti osmanlıların uğurlarından narahat oldu və kəskin narazılığını bildirdi. 1716-cı ildə iki imperiya arasında yenidən müharibə başlandı. Macarıstan ərazisində baş verən döyüşdə türk ordusu məğlubiyyətə uğradı. Baş vəzir Damad Əli paşa həlak oldu.  Avstriyalılar bir sıra yaşayış məntəqələrini və Belqrad şəhərini işğal etdilər. İngiltərə və Fransanın vasitəçiliyi ilə 1718-ci ildə Pojarevatsk müqaviləsi bağlandı. Bu müqaviləyə görə Serbiyanın və Bosniyanın şimal hissəsi Avstriyaya verildi. Moreya Osmanlı dövlətində qaldı. 
     Əldə etdiyi ərazilərlə kifayətlənməyən Avstriya yeni müharibəyə hazırlaşırdı. 1735-ci ildə hərbi əməliyyatlar yenidən bərpa edildi. Avstriya bütün Serbiya ərazisini , habelə Bosniya və Hertseqovinanı ələ keçirməyə can atırdı. 1735-ci ildə Avstriya ordusu 3 istiqamətdə Osmanlı imperiyası ərazilərinə soxuldu. Nits şəhəri ələ keçirildi.
     Osmanlı ordusu deşmənə inadlı müqavimət göstərirdi. Bosniya valisi avstriyalılarla döyüşlərdə uğurlar qazandı və onları Bosniyadan geri çəkilməyə məcbur etdi. Digər tərəfdən , Mehmet paşanın qüvvələri düşməni məğlub edərək Nitsi geri aldılar. Osmanlı ordusu Dunay çayını keçməyə imkan tapdı. Belqrad önündə düşmən daha bir ağır məğlubiyyətə uğradıldı, çəhər mühasirəyə alındı.
      1739-cu ilin sentyabrında Avstriya ilə Belqrad müqaviləsi bağlandı. Müqaviləyə görə, Avstriya Belqrad şəhərini, Serbiya və Bosniyanın şimal hissəsini Osmanlıya geri qaytarmağa məcbur oldu.
     Beləliklə, XVIII əsrin ortalarında Osmanlı dövləti Avstriya ilə apardığı uğurlu döyüşdən sonra şərəfli bir müqavilə imzalanmasına nail oldu. Fransa bu müharibədə öz iqtisadi mraqları naminə Türkiyəni müdafiə edirdi. Buna cavab olaraq  1740-ci ildə Fransaya əvvəllər verilmiş kapitulyasiya imtiyazları genişləndirildi.
 
   Hacıqabul r-nu, UDULU kənd tam orta məktəbi, müəllim Z. Əliyev
 
 
 

Yükləmək ücün qeydiyyatdan keçin!

 


 
 



Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 3 aprel 2015 12:26
    bu nə olan işdi ? gah xəbərin nə şəkli olur , nə də içinin yazısı gah da dastan qədər xəbər olur aaaaaaaaaa angry

  2. 3 aprel 2015 18:10
    ƏZİZ VƏ HÖRMƏTLİ HAMLET MÜƏLLİM, Türkiyəntarixinə aid bu vacib məqalənin dərc etdirmənizlə əlaqədar Sizə səmimiyyətlə təşəkkür edirəm, Sizə və "TARİX.İNFO"ya böyük nailiyyətlər arzu edirəm, Türkiyə tarixini şagird və tələbələr sevə-sevə öyrənirlər. İstifadəçilərə də öz təşəkkürümü bildirirəm ki, bu məqalələrə böyük qiymət verirlər. Hörmətlə Zakir müəllim.

  3. 13 dekabr 2016 10:39
    NƏFİS TƏRTİBATA VƏ MƏQALƏLƏRƏ GÖRƏ SİZLƏRƏ TƏŞƏKKÜRLƏR......

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.