İKİNCİ DÜNYA MÜHARİBƏSİ VƏ SSRİ

İKİNCİ DÜNYA MÜHARİBƏSİ VƏ SSRİ

Müharibə dövlətlər,tayfalar və siyasi qruplar arasında və onların hərbi birləşmələri arasında gedən münaqişədir. Başqa sözlə desək müharibə siyasətin zoraki formada davam etdirilməsidir. Albert Eynşteynin qeyd etdiyi kimi “Əgər müharibə varsa,iki tərəfdən biri ya məğlub olmalı ya da qalib olmalıdır. Müharibə qarət etmək,yeni silahıar satıb yeni ərazilər ələ keçirmək üçündür. Bəşər tarixi mövcud olduğu andan müxtəlif müharibələrə ev sahibliyi etmişdir.Lakin bəşər tarixinin gördüyü ən ağır müharibələr heç şübhəsiz birinci və ikinci dünya müharibəsidir. Hər bir müharibənin başlanması üçün onun mütləq bəhanəsi və gözə görünməz səbəbi olur. Birinci dünya müharibəsində bu səbəb imperialist dövlətlırin ərazi iddiaları,dünyanin yenidən bölüşdürülməsi uğrunda Avropa dövlətlərinin iki hərbi bloku arasındaa mübarizə idi. Bəhanə isə,o dövrdə öz dövlətində heç bir sözü keçmeyen Avstrya_Macarıstan taxt tacinin vəliəhdi Frans Ferdinandın serb əsilli Qavrilo Prinsip tərəfindən öldürülməsi oldu.Təbii ki,ikinci dünya müharibəsinində səbəb və bəhanələri bir birindən fərqli anlayışlardır.Mənim fikrimcə müharibənin başlanmasının ən birinci səbəbi,birinci dünya müharibəsinin sonunda imzalanan Versal sülh müqaviləsi oldu.Yəni birinci dünya müharibəsinin nəticəsi ikinci dünya müharibəsinin səbəbi oldu. Müqaviləyə görə dünya demək olarki yenidən bölüşdürüldü. Almanya müharibənin törədilməsində təqsirkar elan edildi.O böyük miqdarda təzminat ödəməli olduğu üçün iqtisadiyyatı çökdü. Müharibənin törətdiyi çətinlikləri aradan qaldırmaq məqsədilə almanlar inandıqları bir şəxsi _faşist lideri Hitleri hakimiyyətə gətirdi. İşin maraqlı tərəfi isə Versal sülhünün iştirakçılarına sülh müqaviləsinin yeni bir müharibəyə səbəb olacağı əvvəlcədən bəlli idi.Məsələn,məşhur iqtisadiyyatçı Keynes İngiltərənin adına Versal sülhünə qatilmiş və bu müqavilənin Avropaya böyük zərər vuracağını qeyd edərək müqaviləni imzalamaqdan imtina etmişdir. Fikrimcə qələbədən baş gicəllənməsi yaşayan Avropa dövlətləri bu məsələyə lazımınca diqqət yetirmədi. Avropa dövlətləri fərqində olmadan öz əlləri ilə yeni bir canavar_Hitleri meydana gətirdilər. Necəki,İtalyada Mussolini faşist cəmiyyətini quraraq əhalini özünə inandırmışdı,Hitlerdə elə vədlər irəli sürərək inam qazanırdı.Nəticədə Hitler 1936 cı ildə Ren bölgəsini,1939 cu ildə Çexoslavakyanı ələ keçirdi.Burada ortaya belə bir sual çıxır.Bəs millətlər cəmiyyəti yəni İngiltərə və Fransa bu işğallar baş verərkən niyə reaksiya bildirmədilər. Fikrimcə bu sualın iki cavabı ola bilər.Birincisi onlar müharibə yeni bitdiyi üçün yeno bir müharibəyə başlamaq isdəmirdi.İkincisi Avropada yüksələn Kommunizim təhlükəsi onları narahat edirdi. Almanyanın Kommunizmi yox edəcəyinə inanan İngiltərə və Fransa əvvəlcə Hitlerə qarşı çıxmamışdı. Lakin bu Hitleri dayandırmaq yerinə dahada gücləndirdi. Əslində ikinci dünya müharibəsində iştirak edən əsas və köməkçi dövlətlər mövcud idi. Müharibənin Almanyadannbaşqa ikinci ən güclü dövləti SSRİ idi. Bu dövlət üçün müharibənin nəticəsi əvvəlki müharibədən xeyli fərqli olacaqdi. Çünki Hitlerin qarşisinda güclü bir rəqib _İ.Stalin dayanırdı. 1939 cu ildə Almanya və SSRİ arasinda Ribentrop_Molotov pakti imzalandı.Bu paktın görünən tərəfi Polşa Latviya Litva Estonya kimi dövlətlırin ərazilərini bölüşdürmək idi. Lakin bu müqavilədə SSRİ nin gözləntiləri tamamilə başqa idi. Bu məsələnin araşdirilmasi mənim üçündə maraqlı oldu.Əvvəla Stalin müharibəni SSRİ üçün mümkün qədər gecikdirməyə çalışırdı. Bunun üçün o olduqca ağıllı siyasət yeridərək müqavilənin daxilində “Gizli Protokol” imzaladı. SSRİ polşaya kömək etməyəcəyinə söz verdi.Fikrimcə əgər SSRİ Polşanın müttəfiqi olduğunu söyləsəydi,Almanya polşaya hücum etməyə cəsarət etməzdi. Nəticədə SSRİ uzun müddət bitərəf qalıb qüvvə toplaya bildi. Hitlerin səhfi bunu gec anlaması oldu. Stalinin planı isdədiyi kimi irərləyirdi.O İngiltərə və Fransa ilə müttəfiq oldu. Çünki artiq ingiltərə və fransa Hitlerin qələbəsindənsə Stalinin qələbəsini üsdün tuturdu. Həqiqətən müharibənin ən gülünc səhnəsi idi. İngiltərə və Fransa əvvəlcə SSRİ yə qarşı Almanyaya qarşı çıxmasada indi Almanyaya qarşı SSRİ yə möhtac qalmişdi. Həqiqətəndə Stalinin bu siyasəti təqdirəlaiq idi. Almanya gecdə olsa 1941 ci ildə SSRİ yə qarşı müharibə elan etdi. SSRİ xalqlari üçün böyük vətən müharibəsi başlandı. Vətən_bir millətin illər boyu yaşadığı,adət_ənənəsinin,varlığının ,şüurunun torpağı ilə birləşdiyi məkandlr. Vətən sadəcə müəyyən sərhədləri olan coğrafi məkan deyil.Vətən xüsusi sevgi və hörmətə laiq müqəddəs torpaqdır. Elə buna görədə o dövrdə SSRİ nin tərkibində olan 15 xalq bir xalq kimi birləşdi.Çünki o xalqların hər biri öz doğub böyüdüyü torpağı müdafiə etməyə çalışırdı.Bu xalqlar içərisində ölkəmizin mühüm rolu oldu. Alman ordusu Qafqaz uğrunda döyüşlərə xüsusi diqqət yetirirdi.Çünki bu dövrdə SSRİ ni neftlə təmin edən başlıca bölgə Bakı idi. Azərbaycanlılar həm ön cəbhədə həmdı arxa cəbhədə qəhrəmanlıqla vuruşurdu. Qadınlar istehsalatda kişiləri əvəz edərək,ön cəbhəyə yollanan silah sursatın hazırlanmasında iştirak edirdi. Əslində hər bir müharibəni qAzanmaq üçün düzgün sjyasət,dövlət rəhbərinin və xalqın iradəsi, və güclü idealogiya mövcud olmalıdır .Xalqın nəinki sadə ailələrinin övladları ,hətta yüksək vəzifəli şəxslərin uşaqları belə döyüşə getməyə can atırdı. Belə şəxslərdən Biri M.Bağırovun oğlu təyyarəçi Vladimir idi. 1942 ci ildə Moskva ətrafinda vaş verən döyüşlərdə ağır yaralandı.Vladimir müharibəyə yararsiz olmasına baxmayaraq yenidən döyüşə getmək Barədəə dəfələrlə komandanlğıa müraciət etmişdir.1943 cü ildə qeyri_bərabər döyüşdə Almanların 7_8 təyyarəsini vurduqdan sonra həlak oldu.Ölümündən sonra Lenin ordeninə laiq görülmüşdür . Belə şəxslərdən biri Stalinin böyük oğlu Yakov Cuqaşvili idi.1941 ci ildə o Almanlara əsir düşür. Almanların Dediyinə görə guya o könüllü tərəf dəyişdirmişdi. Nasistlər sovet əsgərlərinə “Millətlər Atasinin ” oğlundan nümunə goturməyi təklif edirdi.Lakin sonraki mənbələr sübut edirdiki Yakov almanlara tabe olmur və öldürülür. Hətta almanlar Yakovu SSRİ də əsir olan Feldmarşal F.Paulsla dəyişməyi təklif edirlər. Stalin bu təklifə qəti cavab verir. “Mən əsgəri Feldmarşala dəyişmərəm”. Nəticədə güclü xalq iradəsi və xalqın inamını qazanan SSRİ daha böyük qüvvə ilə əks hücuma keçir və müharibəni qazanır. Müharibədı məğlub olduğunu başa düşən Hitler 1945 ci ildə Berlindəki yeraltı keçid olan Führerbunkerdə intihar edir. Müharibə nəticəsində dünyanin siyasi arenasi yenidən dəyişir.Abş və SSRİ kimi supergüc dövlətlər meydana gəlir.Müstəmləkəçilik ləğv edilir. Ən önəmlisi isə faşizmin yayilmasinin qarşisi alinir.SSRİ ni dünya sevmiyə bilərdi amma o faşizmi dayandirdi. SSRİ olduqca böyük itki versədə qalib gəldi.Çin kimi SSRİ yə rəqib kommunist dövləti yarandi.Müasir dövrdədə Çinin Yeritdiyi siyasət olduqca ağıllıdır və fikrimcə Çin hal hazırda partlamağa hazir bombadir.Bəlkədə dünya 20_30 ilə Çinin komunizminin qırmızısına boyanar.Müharibə nə ticəsində Almanya böyük miqdarda təzminat ödəyə məcbur oldu. Təzminat o qədər artıq idi ki Almanya onu yalnız 2010 cu ildə ödəyib bitirə bildi.Müasir dövrdə bir sıra şəxslər ölkəmizin Almanya tərəfindən işğal olunması ilə bizi nə kimi dəyişikliklərin gözləməsi ilə bağlı fikirlər irəli sürülmüşdür.Lakin yadda saxlamaq lazimdirki isdər SSRİ olsun isdərsə Almanya işğal yenə işğaldır.Almanyanin işğalı altında olsa idik bizi nə kimi dəyişikliklərin gözləməsi isə müəmmadır.Müharibənin müsbət tərəfləri ilə yanaşı mənfi tərəfləridə oldu.İlkin hesaablamalara görə ümumi insan tələfatı 80 milyondan artiq idi.Müasir dövrdə isə üçüncü dünya Müharibəsinin sədası eşidilir.Təbii ki,dünya durduğu müddətcə müharibələr davam edəcək. Lakin müharibənin müsbət tərəflərindən çox mənfi tərəflərinin olduğunu düşündükdə bunu mümkün qədər silahsız həll etmək ən yaxşı yoldur.Təbii ki bunlar hələ üçüncü kursda oxuyan bir tələbənin fikirləridir.Bəzi məsələlər Müharibəsiz həll edilə bilmir.Müasir dövrdə belə məsələlərdın biri Qarabağ müharibəsidir.Bu müharibəni isə qarşı tərəf təslim olmadiqca silahsiz həll etmək qeyri mümkündür. Bu müharibədə təkcə bizim və ermənilərin deyil rusyanında maraqları toqquşur. Lazım gəldikdə ikinci dünya müharibəsində öz vətənini qəhrəmanlıqla müdafiə edən xalq,Qarabağ müharibəsindədə eyni şücaəti gösdərər.Dünya böyük bir siyasi arenadır və maraqların toqquşmasi qaçinilmazdir. Siyasət böyük bir dənizdir.O dənizdə üzməyi bacarmirsamsa boğulanlardan olmağa məhkumsan.

Müəllif_Q.Müşfiqə

ƏDƏBİYYAT SİYAHISI
1) C.HƏSƏNLİ “İkinci dünya müharibəsi illərində Azərbaycan hərbi,siyasi,və diplomatik münasibətlərdə_Bakı 2015
2) İ.Əliyeva “Azərbaycan ikinci dünya müharibəsi illərində” Bakı 2006
3) İ.Artuç “İkinci dünya savaşı” 2 ci cild
4) M.Gilbert “The second world war” London 1995
5) C.Spenser “The second world war” London 2004
6) C.HƏSƏNLİ “Güney Azərbaycan” Bakı 1998


Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.