Türkiyə XVII əsrin II yarısı-XVIII əsrdə-5-ci dərs

Türkiyə XVII əsrin II yarısı-XVIII əsrdə-5-ci dərs

 

Türkiyə XVII əsrin II yarısı-XVIII əsrdə: Qərb dövlətlərindən asılılığın güclənməsi, "Şərq məsələsi", Sultan III Səlimin islahatları, XVIII əsrin sonu-XIX əsrin əvvəllərində Türkiyənin beynəlxalq vəziyyəti.
 
 Türkiyə XVII əsrin II yarısı- XVIII əsrdə: 5-ci dərs
   Qərb dövlətlərindən asılılığıngüclənməsi. "Şərq məsələsi”. 
    Sultan III Səlimin islahatları.
 OSMANLI  İMPERİYASININ  TƏNƏZZÜLÜNÜN  DAVAM  ETMƏSİ
 
Türkiyənin məruz qaldığı iqtisadi və siyasi böhran XVIII əsrin sonu- XIX əsrin əvvəllərində daha da gücləndi. Daxili səbəblərdən başqa Fransa burjua inqilabı və İngiltərə sənaye çevrilişi də büna müəyyən təsir göstərirdi. Avropada kapitalist münasibətlərinin gücləndiyi bir vaxtda Osmanlı imperiyası hələ də feodal dövrünü yaşayırdı. Bu səbəbdən türklər hərbi məğlubiyyətlərə uğramğa  başlamışdılar.
   Türkiyə iqtisadiyyatının əsas sahəsi olan kənd təssərüfatı böhran içərisində idi. Vaxtı keçmiş və dağılmaqda olan timar torpaqq sahibliyi hələ də qalırdı. XVIII əsrin axırlarında Osmanlı imperiyasında istehsal edilən kənd təsərrüfaatı məhsullarına Avropa dövlətlərinin tələbatı artmışdı. Bu isə kəndlilər üzərindəki feodal istismarının güclənməsinə səbəb olmuşdu. Həmçinin yardarlıq sisteminin geniş yayılması, istismarın güclənməsi, başlıca olaraq özünü kəndlilərin istehsal etdiyi məhsulun əsas hissəsinin bilavasitə feodal tərəfindən mənimsənilməsində göstərirdi.
 

Türkiyə XVII əsrin II yarısı-XVIII əsrdə-5-ci dərs

 

 Şəhərlərdə əhalinin vəziyyəti də ağır idi. Hətta imtiyazlı təbəqələrin belə həyatı və əmlakı qorunmurdu.Eyni zamanda sultanın şəxsi xəzinəsi və paşaların sandıqları qızıl və cəvahiratla dolu idi. Türkiyə tarixində ilk dəfə idi ki, hökümət xaricdən borc almaq istəyirdi, lakin bu da vəziyyəti düzəltmək üçün kifayət deyildi.
    Bu dövrdə iri feodallar içərisində seperatçılıq( ayrılmağa meyl) meyllərin artması Türkiyənin keçirdiyi siyasi böhranın təzahürlərindən biri idi.Bütün imperiyada mərkəzi hakimiyyətə tabr olmamaq cəhdləri artmışdı. Mərkəzi hakimiyyətə tabe olmayan feodallar öz xeyirlərinə əlavə vergilər toplayır və bəzən də müstəqil xarici siyasət yeridirdilər.
    Bolqar şəhəri Vidində Osman Pəzvənd oğlu hətta öz adına pul kəsdirirdi. Osmanlı iperiyasının çox yerində sultanı ali hakim kimi qəbul etsələr də , həmin ərazilərdən yığılan vergiləri və hərbi qüvvələri mərkəzin sərəncamına göndərmirdilər.    
      Türkiyənin hakim dairələri dövlətin tənəzzülünün- hərbi məğlubiyyətlərin, yeniçəri üsyanlarınnın, iri feodallar və paşaların seperatçılıq səhdlərinin, rüşvətxorluğunun səbəblərini ölkə daxilində deyil, xarici amillərdə axtarırdılar.Ona görə də Osmanlı dövlət xadimləri imperiyanın mərəzləşdirilməsi istiqamətində tədbirlər görmürdülər.
      XVIII əsrin son rübündə Osmanlı imperiyasının tərkibindəki xalqların milli-azadlıq hərəkatı güclənmişdi. Bu prosesdə Rusiya-Türkiyə müharibələrində Türkiyənin məğlubiyyəti də az rol oynamırdı. Çar hökümətinin işğalçılıq siyasətindən asılı olmayaq, Balkan ölkələrinin xristian əhalisi Rusiyaya meylli idi. Onlar rusları- dinbir və dilbir qardaşlarını xilaskar kimi qarşılayırdılar.
     Balkanlarda yunanların, bolqarların, qaradağlıların, serblərin, rumınların, Misirdə və Ərbistan yarımadasında ərəblərin Osmanlı imperiyasına qarşı etirazları 
 artmaqda idi.
      Bir tərəfdən daxili çətinliklər, feodalların seperatçılığı, imperiya əleyhinə hərəkatın artması, digər tərəfdən Türkiyənin  beynəlxalq vəziyyətinin pisləşməsi Osmanlı imperiyasının hakim dairələrini narahat etməyə bilməzdi. Belə bir şəraitdə onların qüdrətli orduya xüsusilə ehtiyacı vardı. Lakin ordunun vəziyyəti ölkənin ümumi vəziyyətini əks etdirirdi. Ordunun əsasını feodal süvarisi və yeniçərilər təşkil edirdi. Lakin len-timar sahibləri uzun müddət idi ki, hərbi xidmətdən boyun qaçırırdılar, yenişərilər isə başqa işlərlə məşğul olduqları üçün döyüş qabiliyyətini itirmişdilər. Ordunu  yeni- Avropa qaydasında qurmaq lazım idi.  
 
     

Türkiyə XVII əsrin II yarısı-XVIII əsrdə-5-ci dərs

 

 "Şərq məsələsi”nin meydana şıxması
 
    XVIII əsrin sonu- XIX əsrin əvvəllərində  Osmanlı imperiyasında bürümüş daxili və xarici böhrandan istifadə edən Qərb dövlətləri Türkiyəni özlərindən asılı hala salmaq, onun Avropa  və digər tirpaqlarını öz aralarında bölüşdürmək istəyirdilər.Krımın Rusiyaya qatılmasına razılıq verən Avstriyaya Türkiyənin Balkanlardakı əraziləri hesabına güzəştlər vəd edən II Yekatrina höküməti sonralar "ŞƏRQ MƏSƏLƏSİ” adlanan siyasətin əsasını qoydu. Əslində bu siyasət baş tutmayan "yunan layihəsi”nin tərkib hissəsi idi. "ŞƏRQ MƏSƏLƏSİ” siyasəti aşağıdakıları nəzərdə tuturdu:1. Balkanlardakı xristian xalqların Osmanlı hakimiyyətindən azad edilməsi; 2. Bu məqsədlə onları üsyana sövq  etməklə muxtariyyət və yaxud istiqlaliyyət qazandırmaq; 3.İstanbulu türklərin əlindən almaq; 4. Osmanlı dövlətinin digər ərazilərində yaşayan xristian azlıqlarının xeyrinə islahatlar keçirmək: 5. Anadolunu parçalamaq və terkləri Anadoludan çıxartmaq.
 
   

Türkiyə XVII əsrin II yarısı-XVIII əsrdə-5-ci dərs

 

 Sultan III Səlimin islahatları
 
    XVIII əsrin sonunda Osmanlı imperiyasının iqtisadi və siyasi böhranı daha da dərinləşmişdi. Dövləti böhrandan çıxartmaq üçün Sultan III Səlim (1789-1807) taxta çıxan kimi islahat layihəsi hazırlamağı tapşırdı. İslahat layihəsi tərtibçiləri müharibələrdə məğlubiyyətin əsas səbəbini ordunun qeyri-mütəşəkkiliyində görürdülər. Ona görə də islahatı ağırlıq mərkəzində ordu quruculuğu dururdu. Yeniçərilər heç bir qanuna və intizama tabe olmurdular. Donanma da eyni vəziyyətdə idi. Əyalətlərdə də hərc mərclik hökm sürürüdü. Timar və ziyamət sisteminin yarasızlığı  özünü bütün sahələrdə göstərirdi. Lakin ordunun yenidən qurulması üçün küllü miqdarda vəsait lazım idi. İslahat səyləri sultanın bir sıra fərmanlarında öz ifadəsini tapmışdı. Bu fərmanlar ümumilikdə "NİZAMİ-CƏDİD” yəni yeni quruluş  və ya yeni qayda adı ilə məşhurdur.”NİZAMİ-CƏDİD” 72 maddədən ibarət olmuşdur.
    1791-ci ildə sultan III Səlim islahatların keçirilməsinə dair öz mülahizələri haqqında ali dünyəvi və dini əyanlara sərəncam verdi.Təqdim edilən layihələrin çoxunda əsas diqqət ordunun Avropa qaydasında qurulmasına yetirilirdi. III Səlim 1792-1793-cü illərdə əməli olaraq islahatlara başladı.         
     III Səlimin verdiyi fərmanlara görə, hərbi vəzifəsini yerinə yetirməyən len sahiblərindən timar və ziyamətləri geri alınmalı, Avropa nümunəsində hərbi korpus yaradılmalı, islahatların həyata keçirilməsini vəsaitlə təmin etmək üçün xüsusi kassa təsis edilməli və bəzi vergilərin toplanması həmin kassanın ixtiyarına verilməli idi. İslahatlar isveç və fransız hərbçilərinin rəhbərliyi altında həyata keçirilirdi. Lakin yeni çox ləng təşkil edilirdi. 1798-ci ildə bu korpusda cəmi 3-4 min əsgər var idi. Donanmanın yenidən təşkili üçün lazımi tədbirlər görülürdü.
     Fransadan kitablar və vəsait gətirilirdu.,fransızca dərs keçilməsinə başlandı. Köhnə barıtxanalar da islah edildi. Yeni gəmilər hazırlandı, fərasətsiz kapitanlar vəzifədən uzaqlaşdıldılar. Avropa  işlərindən xəbərdar olmaq üşün Londan, Paris və Vyanada daimi səfirliklər açıldı. 
    III Səlimin göstərişi ilə I Mahmud dövründə açılmış hərbi mühəndislik məktəbi xeyli genişləndirildi.
     Lakin mühafizəkar ünsürlər islahatlara inadla müqavimət göstərirdi. Onlar yeniçərilərə arxalanırdılar. Yeniçərilər saray qruplaşmalarının əlində alətə çevrilmişdilər. Təbii ki, yeni hərbi islahatlar onları təmin edə bilməzdi. III Səlimin 
Qətiyyətsizliyi islahatların həyata keçirilməsində əsas mane idi. 
 III Səlimin başladığı islahatların uğursuzluqla qutarmasının  əsas səbəbi onda idi ki, o, Avropanın burjua dövlətləri nümunəsində ordu yaratmağa çalışdığı halda, eyni zamanda Osmanlı imperiyasının feodal əsaslarına toxunmaq istəmirdi. Bu islahatların özündə isə mütərəqqi rüşeymlər var idi ki, çünki bunlar labud olaraq hərbi-len sisteminin ləğv edilməsinə yönəldilmişdi.
 

Türkiyə XVII əsrin II yarısı-XVIII əsrdə-5-ci dərs

 

   XVIII əsrin sonu-XIX əsrin əvvəllərində Türkiyənin beynəlxalq vəziyyəti
 
    XVIII əsrin sonlarında İngiltərə və Fransa arasında rəqabətin artması o zaman bütün beynəlxalq vəziyyətin , o cümlədən, "Şərq məsələsi”nin kəskin şəkil almasına səbəb olmuşdu. İlk vaxtlar I Napoleonla  III Səlim arasında düşmən münasibət yaranmışdı. Yaxın və Orta Şərqdə İngiltərənin mövqeyini zəiflətməyə çalışan I Napoleon 1798-ci ildə Misirə yürüş etdi. Ona görə Türkiyə Fransaya müharibə elan etdi. Lakin Napoleonun Misirə və Suriyadakı uğursuzluqları onu geri qayıtmağa  məcbur oldu.
    Napoleonun Türkiyəyə qarşı işğalçılıq siyasəti Türkiyəni Rusiya ilə yaxınlaşmağa vadar etdi. 1799-cu ilin yanvarında  İstanbulda Rusiya və Türkiyə arasında Fransaya  qarşı müttəfiqlik barədə müqavilə imzalandı. Eyni zamanda belə məzmunda müqavilə İngiltərə ilə də imzalanmışdı. Beləliklə, Türkiyə həmin dövlətlərin Fransaya qarşı  ittifaqına daxil oldu.
 

Türkiyə XVII əsrin II yarısı-XVIII əsrdə-5-ci dərs

 

    Hacıqabul r-nu, UDULU kənd tam orta məktəbi, müəllim Z.Əliyev
 

Yükləmək ücün qeydiyyatdan keçin!

 


 



Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 13 aprel 2015 14:40
    BU XƏBƏR NİYƏ BELƏ KİÇİKDİR HƏMDƏ ANA SƏHİFƏDƏ GÖRÜNMÜR

    --------------------

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.