Tofiq Hüseynov

Tofiq Hüseynov

19 aprel 1954 -cü ildə Xocalı şəhərində doğulmuşdur. 1961-ci ildə burada birinci sinfə getmiş və 1971-ci ildə məktəbi bitirmişdir. Sonra Ağdam şəhərindəki Kənd Təsərrüfatı Texnikumunun mexanizasiya fakültəsini bitirdikdən sonra, 1974-cü ildə hərbi xidməti Qazaxıstan Respublikasının Alma - Ata şəhərində başa vurmuşdu. Xocalı şəhər orta məktəbində hərbi hazırlıq müəllimi kimi işləmiş, 1991-ci ildə Xocalı ərazi özünümüdafiə batalyonunun təşkilatçılarından biri kimi, taborun komandiri təyin edilmişdir. Tofiq rayonda "Mixaylo" ləqəbi ilə tanınırdı. Xocalının müdafiəsinə qalxan rəşadətli oğullarımızın sırasında Tofiq də vardı. 26 fevral 1992-ci ildə gedən ağır döyüşlərdə qəhrəmanlıq göstərərək, həlak olmuşdur.

 


Ailəli idi üç övladı var.
Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı Fərmanı ilə Hüseynov Tofiq Mirsiyab oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.
Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir.

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 6 avqust 2014 15:38
    Allah rehmet elesin.ele Xocali balasidi.Ruhu wad olsun inwallah.

    --------------------

  2. 3 iyul 2015 13:01
    ALLAH rehmet elesin. inşallah Qarabağı azad edib şehidlerimizin qisasını alacağıq.

  3. 27 avqust 2015 21:42
    ALLAH REHMET ETSIN...BUTUN SEHIDLERI ANARAQ BAS EYIREM

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.