AZƏRBAYCAN XALQ CUMHURİYYƏTİNİN YARADILMASI TARİXİNDƏN

AZƏRBAYCAN XALQ CUMHURİYYƏTİNİN YARADILMASI TARİXİNDƏN

Quliyeva Müşfiqə Müşfiq qızı_Azərbaycan Dövlət Pedaqoji Universteti Tarix müəllimliyi 3 cü kurs tələbəsi AZƏRBAYCAN XALQ CUMHURİYYƏTİNİN YARADILMASI TARİXİNDƏN
AZƏRBAYCAN XALQ CUMHURİYYƏTİNİN YARADILMASI TARİXİNDƏN

Birinci dünya müharibəsi dövründə Rusiyada daxili vəziyyət gərgin idi.Müharibədə ard_arda məğlubiyyətə uğrayan Rusyanın daxilində narazılıq artmışdı.Ordu daxilində müharibə əlehinə qüvvələr fəallaşmışdı.Çanaqqala savaşından sonra kömək tapa bilməyən Rusiya iqtisadi sahədə son zərbəni aldı və daxili müharibələr başlandı.3 cü Aleksandrdan sonra hakimiyyətə gələn nəvəsi 2 ci Nikolay babasından fərqli olaraq olduqca mülayim siyasət yeridirdi.Uzun müddət qəddar rejimə öyrənən xalq bu siyasətdə birini qaldıra bilmirdi.Fikrimcə o Mütləq yox Konstisutyalı monarxiyaya rəhbərlik etsəydi daha yaxşı siyasət yeridilə bilərdi. 2 ci Nikolayın arvadının alman əsilli olması və yeganə varis olan Alekseyeviçe qan xəsdəliyini keçirməsi (Hemofiliya_anadan oğula keçen xüsusi xesdelik.Adətən yoluxanlar yetkinlik yaşina çata bilmir) sarayda və xalq arasında çar rejimine qarşı münasibəti dahada ağirlaşdirdi. 1917 ci il fevral inqilabı bütün bu hadisələrin yekunu olaraq 300 illik çar rejimini devirdi və müvəqqəti hökümətim əsasını qoydu.Lakin oda gözlənilən ümidləri doğrultmadı.1917 ci il oktyabr çevrilişi ilə hakimiyyət komunist Lenin hökümətinin eline keçdi. Lenin müharibəyə qarşi idi.Daha doğrusu birinci dünya müharibəsində Rusyanin mövcudluğunu uzatmağin mənasiz olduğunu derk edib müharibədən çıxdı.1918 ci il mart ayinin 3 də Brets_Litovisk süıh müqaviləsi imzalandı.Almanya,Osmanlı,Avstrya_Macarıstan və Bolqarıstan krallığı ilə Rusya arasinda imzalanan müqaviləyə görə Almanya baltikyani əraziləri_Litva Latviya Ukranya Finlandiyani, Osmanlı isə Qars Ərdahan Batum və Artvini ələ keçirdi.Bu Osmanlının torpaq əldə etdiyi son müqavilə idi.Hələ Fevral inqilabindan sonra Rusyanin daxilində olan xalqların müstəqillik meyilləri dahada artmış bölgələrdə təşkilatlanmalar başlanmışdı.1917 ci ildə Moskvada keçirilən Ümumrusya Müsəlmanlarının birinci Qurultayında çıxış edən M.Ə.Rəsulzadə qeyd etdiki: “Kamçatkadan Qara dənizə Arxangelskdən İrana qədər geniş ərazili 170 milyon əhaliyə sahib olan dövlətin vahid mərkəzdən idarə olunmasi düzgün deyil.Rusya federasya olmalı ölkə daxilində yaşayan hər bir xalqa vahid rusya evində ayrica otaq verilməlidir. 1918 ci il fevralindan sonra Qafqazin idarə olunmasi üçün Azərbaycan Gürcüstan və Ermənistan rəsmilərindən ibarət Zaqafqaziya Seymi fəaliyyətə başladi.Seymdəki Azərbaycan fraksiyası 44 millət vəkilindən ibarət idi.Lakin Seym daxilindəki anlaşmazlıqlar tezliklə özünü büruzə verdi.Birinci narazılıq Mart Soyqrımı ilə bağlı idi.Çar ordusuna mənsub olub Alman və Avstrya _Macarıstan cəbhəsindən Osmanlıya qarşı vuruşan 40 minə yaxin əsgər müharibədən sonra Bakıda yerləşmişdi.Bu əsgərləri özünə tabe edən bolşeviklər “Daşnak” partiyası ilə birləşib müsəlmanların müsdəqillik ideyalarını boğmaq üçün mart soyqrimini törətdi.Həmin vaxd bu hadisələrə seymin laqeyd yanaşması Azərbaycanlıların narazılığına səbəb oldu.İkinci səbəb isə gürcülərim və ermənilərin Osmanlıya qarşı sərt münasibət bəsləməyi idi.Beləki Osmanlı Brets_Litovisk müqaviləsinə əsasən Qars Ərdahan Və Batumu tələb edirdi.Lakin gürcü və ermənilər Batum və Acaristanin müsdəqilliyini saxlamaq isdəyirdi.Azərbaycanlılar isə soyqrıma qarşı Osmanlılarla birləşmək tərəfdarı idi.Nəticədə gürcülər və Osmanlılar arasında baş verən 8 günlük müharibə Osmanlının Batumu azad etməsiı ilə nəticələndi.Osmanlı seymin buraxılması ilə bağlı uıtimatum verdi.Yeni müharibə isdəməyən gürcüstan may ayinin 25 də seymi tərk etdi.Mayin 27 də Rəsulzadənin rəhbərliyi ilə müvəqqəti milli şura yaradildi. 1918 ci il may ayinin 28 də müsəlman şərqində ilk parlamentli respiblika olan AXC nin əsasi qoyuldu və 6 bəndlik İstiqlal bəyannaməsi qəbul edilid.Qeyd olunurdu: bu gündən etibarən AXC vahid və suveren dövlətdir.Siyasi quruluşuna görə xalq cumhuriyyətidir.Ali hakimiyyət xalqa xalqın seçdiyi Müvəqqəti Milli Şuraya və Milli Şuranin qarşisinda cavabdeh olan Müvəqqəti Hökümətə tabedir.F.Xoyski radioteleqraf vasitəsilə yeni dövlətin yaranmasini elan etdi.AXC ni iık taniyan isə Osmanlı oldu.1918 ci il 4 iyun tarixində Osmanlı ilə “Sülh və Dosdluq” haqda müqavilə imzalandi.Osmanli tərəfdən ədliyyə naziri Xəlil Menteşe Azərbaycan tərəfdən daxili işlər naziri Hacinski və Rəsulzadə tərəfindən imzalanan müqavilənin birinci bəndində qeyd olunurduki, Osmanli_ Azərbaycan dosdluğu daimidir.4 cü bəndə görə lazim gəldikdə Osmanli qüvvələri hərbi yardim göndərməyə hazirdir.İyun ayinin 17 də Azərbaycan nümayəndələrinin İstanbuldaki beynəlxalq konfransa göndərilməsi barədə qərar qəbul edildi.Nümayəndə heyətinə A.Səfikürdski, M.Ə.Rəsulzadə, X.Xasməmmədov və s, daxil idi. Osmanlı qoşunları Nuru paşanın rəhbərliyi altinda Bakını azad etmək üçün Qafqaza qoşun yolladı. Bu zaman İstanbulda olan Rəsulzadə öz xatirələrində qeyd etmişdi:”O dövrün hərbiyyə naziri Ənvər paşa həzrətlıri mənə telefon edib qeyd etdiki, Əmin bəy Bakı alındı!.Bu qısa xəbərin məndə yaratmiş olduğu sevinc hissini tesevvür ede bilmezsiniz”. Şübhəsizki müstəqil Azərbaycan dövlət quruculuği sahəsində ən mühüm naliyyətlərdən biri parlamentin yaradilmasi oldu.Parlament dekabrin 7 də gündüz saat 13: 25 də fəaliyyətə başladi.Parlamentin açılış iclasınsa çıxış edən Rəsulzadə qeyd etdİ” Möhtərəm Millət vəkillər.Azərbaycan milli parlamentinin ilk iclasinin açmaq şərəfinin üzərimə düşməsindən böyük iftixar hissi duyuram.Bəli artıq firqələrimiz arasında Azərbaycan ideyasi barədə fikir ayriliği yOXdur .3 rəngli bayrağimiz hamini siyasətcə birləşdirir.Artıq firqələrimiz bu ideyani propaqanda etmək əvəzinə müdafiə edib yaymağa cəhd etməlidir” (AXC Bakı 2008) Araz Türk Respublikası_ Birinci dünya müharibəsinin sonuna yaxin Osmanlı dövləti Azərbaycan və Dağistandaki müsəlmanlara kömək etmək məqsədi ilə əsgəri birlik yolladı. İslam ordusu Azərbaycana gəldiyi vaxd Nuru paşa yolda ermənilərin Azərbaycanlilara qarşi törətdiyi qətliamları görüb ordunun bir hissəsini Naxçıvana yolladı. Qafqaz İslam ordusu Bakıda qələbələr qazanarkən Naxçıvandaki orduda ermənilərə qarşı dasdan yazdı. Ancaq Osmanlı dövləti 30 oktyabr 1918 ci il Mudros sazişinə görə müharibəni bitirib Antanta dövlətlərinin tələbi ilə Qafqazdan çixmalı di.Osmanlının bölgədən çixmasi demək Qars, Iğdır və Naxçıvanda yaşayan əhalinin yeni qırğınları demək idi.Buna görə müsəlmanlar bölgədə Osmanlı ilə birləşib yeni dövlət qurmaq yoluna getdilər. Əvvəlcə 29 oktyabr 1918 ci ildə müvəqqəti Ahıska Keçici Höküməti yarandı.3 noyabr 1918 ci ildı isə Araz Türk Respublikasi.Paytaxtı Naxçıvan olan bu respublika Ermənistan Iğdır və Naxçıvanı əhatə edən 16 min kvadrat km ərazidə idi.Əhalisinin sayi 1 milyona yaxin olan bu respublikaya Əmir bəy Əkbərzadə başçılıq edirdi. Yarandiqdan sonra mövcudluğu qorumaq üçün şəhər kənd və qəsəbələrdə əsgıri birliklər meydana gətirildi.Lakin nə ermənilər nədə ingilizlər bölgədə Osmanlı rəhbərli bir dövlət yaranmağini isdəmirdi.Nəticədə 1919 cu ilin martinda Araz türk Cumhuriyyəti yixildi.Lakin Kazım Qara Bəkir paşanın səyi iıə ermənilər bölgəni ələ keçirə bilmədi.Ardından sovet rusyasi ilə osmanli arasinda imzalana Qars müqaviləsinə görə Naxçıvan Türkiyəyə keçdi.1990 ci ildə ermənilərin Qarabaği işğal etsədə Naxçıvani tuta bilməməsinin səbəbi bu idi.Hal hazirda Iğdır və Naxçıvan türk ərazisidirsə bu Araz türk Cumhuriyyətinin sayəsindədir. OSMANLI qoşunları Azərbaycani tərk etdikdən sonra ingilis qoşunları Ənzəli limanindan general Tomsonun rəhbərliyi ilə 17 gəmi vasitəsilə Bakıya yan aldılar. Onlar bundan əvvəl burada yerləşmiş olan Denstrevil qoşunlarını əvəz edirdilər.İngilislər buna “ Açar” əməliyyatı deyirdi.Tomson özünün qarşılama çıxışında qeyd etmişdiki biz buraya Türkiyə ilə imzalanan müqaviləyə əsasən gəlmişik və ərazini qoruyan Osmanlını əvəz edəcəyik.Nə indi nədə sonra sizin daxili işlərinizə qarişmaq niyyətimiz yoxdur. Lakin Tomson Azərbaycan hökümətini tanimaq isdəmədiyi kimi onun qüvvələrinədə etimad etmirdi.Lakin vəziyyət bir müddət sonra dəyişir və buNDa Xoyskinin siyasətidə mühüm rol oynayır.Beləki 3 nəfərdən ibarət olan nümayəndə heyəti Ənzəlidə Tomsonla görüşməyə gedir.Lakin Tomson birinci dünya müharibəsinin məğrurluğundan doğan bir əda ilə qeyd edir”Bizim öyrəndiyimizə görə Azərbaycan xalqının ümumi arzusundan doğan bir respublika yoxdur.Ancaq türk komandanlığının intriqasi ilə təşəkkül tapmiş bir hökümət vardır.Madam ki bunun əksini iddia edirsiz o halda gəlib tətqiqat aparariq.Nəticədə Tomson Ənzəlidəki ingilis qüvvələrini Bakıya yollayır.Biçeraxovun rəhbərliyi ilə erməni qüvvələridə onlara qoşulur.Xalq maraqla yeni yaranan hökümətin hansı manevri edəcəyini gözləyirdi.Nəticədə Xoyski Tomsonla görüşür. Onların görüşü çox mübahisəli və sərt olur.Tomson bu dövləti tanimadiğini və ruslarin torpağina gəldiyini qeyd edir.Fətəli xan Xoyski isə qeyd edir”Siz böyük bir millət və imperiyasiniz .Mədəni bir xalq olaraq bizim isdiqlaliytətimizə hörmət etməlisiniz”.Tomson cavab olaraq deyir”sizin dediyiniz siyasi şeylərdir və iki dövlət arasinda cərıyan edər.Mən isə bir əsgərəm.Cavab olaraq Xoyski qeyd edir”Madam ki siz əsgərsiniz məndə yeni qurulan dövlətin baş naziriyəm biz sizi bura dəvət etmədik.Sizdən ölkəmizi tərk etməyi tələb edirəm. Tomson tərcüməçiyə dönərək” Baş nazir həzrətlərinə söyləyinki hər hansi bir hərbi qüvvəni çixarmaq üçün öncə hərbi qüvvəyə sahib olmalisiniz.Bildiyim qədərilə sizdə vahid hərbi qüvvə yoxdur.Xoyski tərcüməçiyə deyir”General həzrətlərinə söyləyinki o yalniz hərbi birliyə maalikdir.Ya xalq qüvvəsinin nə olduğunu bilmir yada b izi Hindistanla qarişdirir.İsdiqlaliyyətini elan etmək üçün 100 minlərlə rusu dənizə tökə bilən xalq bir ovuc ingilis əsgərinədə bunu edə bilər.Ancaq biz sizdən nə pislik görmək nədə pislik etmək isdəyirik.Məsələni belə görüb yumşaq danişmaq üsuluna keçən Tomson qeyd edir.”Ancaq hökümət rəhbəriniz Mirzə Əsədulla bəy olacaq deyir.Amma Xoyski bu fikirlə razilaşmır. HƏR iki tərəfin qəbul etdiyi anlaşmaya görə idarə Azərbaycan idarəsi olacaq Bakı şəhərində yalnız ingilis hərbi qüvvələri qalacaq və Osmanlı ordusu Bakıya daxil olmayacaq. (İstiqlal Qurbanları Bakı 1993) Nəticədə Tomson Xoyskinin rəhbərlik etdiyi höküməti Azərbaycan ərazisində yeganə qanuni hökümət kimi tanidiğini qeyd edir. BU hadisə AXC nin beynəlxalq aləmdə gördüyü mühüm işlərdən biri idi.İkinci mühüm hadisə isə paris sülh konfransinda reallaşdi. PARİS SÜLH KONFRANSI_məşhur Paris Sülh Konfransi birinci dünya müharibəsindən dərhal sonra 1919 cu ildə təşkil edilmişdir.Qalib dövlətlırin liderləri 6 ay ərzində 145 dəfə görüşüb mühüm məsələlıri həll etsədə Azərbaycan nümayyəndə heyəti konfransa sonuncu həfdələrdə çata bildi.1918 ci ilin dekabrda Xoyski konfransa göndərmək üçün Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə nümayəndə heyyəti təsis etdi.Nümayəndə heyətinə Üzeyir Hacibəylinin qardaşi Ceyhun Hacibəylidə daxil idi.Nümayəndə heyəti 1919 cu il yanvarin 7 də mandatını alaraq batumiyə oradanda istanbula yola düşür məqsəd isə gəmi yolu ilə fransaya qədər getmək idi.lakin iki ay əvvəl istanbulu ələ keçirən fransiz və ingilis qüvvələri onlarim hamisinin keçmesine izin vermir və vizani gecikdirir.Həmin vaxd onlar boışeviklərı qarşi vruşan ağ qüvvələri dəsdəklıyirdi ağ qüvvələr isə heç bir qafqaz ölkəsinin rusyadan ayrilmasini isdəmirdi.Çətinliklədə olsa vizani alan nümayəndə heyəti sonuncu həfdədə konfransa çatir və ABŞ prezdenti Vilsonla görüşə bilir.Ə.Topçubaşov danişiqlarda qeyd edirki Rusya ile Cənubi Qafqaz respublikalari arasinda bufer rolunu oynayan dağlilar respublikasininda müsdeqilliyi taninsin.19 yanvar tarixində 4 bənddən ibarət qərar qəbul edili.Birinci bəndə görə yeni yaradilan AXC nin müsdəqiıiyi de fakto olaraq tanindi.İkinci bəndə görə müttəfiq dövlətlər ordu göndərə bilməzdi .üçüncü bəndə görə ordu göndərilməsədə silah sursat və ərzaq yardimi ola bilərdi.4 cü bəndə görə sursatin və ərzağin göndərilməsinə rəhbərlik ferdmarşal vilsona həvalə edildi.AXC beynəlxalq aləmdə de fakto tanindi. Bundan sonra o bir sıra ölkəllərlə xarici müqavilələr imzaladı. 1919 cu il iyunun 16 da gürcüstan və azərbaycan arasinda 3 illik hərbi_müdafiə paktinin imzalanmasi AXC nin diplomatik siyasətlərindən biri idi.Müqavilənin 10 cu bəndinə görə Ermənistan 2 həfdə ərzinə pakta qoşula bilərdi.İranıa münasibətlər nizama salindi.1920 ci ildə hər iki dövlət arasinda əməkdaşliğin bütün sahələrini əhatə edən 7 müqavilə və saziş imzalandi.

Stalin və Rəsulzadə əlaqələri
Bildiyimiz kimi Stalin Və Rəsulzadə uşaqlıq dosdu olmuşdular.Rəsulzadə hələ o vaxdlar kağız üzərində olan müsdəqillik ideyalarını müdafiı edir və Koba ləqəbki Stalinində onunla eyni ideyaları müdafiə etdiyinə inanirdi.Rəsulzadə Stalini əvvəlcə atasinin məscidində daha sonra isə Novxanidaki bağ evlərində gizlətmişdi. Hətda onun atasi və anasi Maral xanimda onunla olduqca qonaqpərvər rəftar etmişdi.Lakin Stalin bütün bunları unudaraq gələcəkdə bu ailəni Qazaxisdana sürgün etdi və Maral xanim elə yolda aclıqdan vəfat etdi.Rəsulzadə isə məşhur başkəsən Pankratov tərəfindən istintaqa cəlb edilib bir müddət həbsdə saxlandi.Stalin Bakıya gələrkən köhnə dosdunu həbsdən çıxarıb ona əməkdaşlıq təklif etsədə Rəsulzadən bununla razılaşaşmayıb Finlandiyaya mühacirət etdi.Stalin və Rəsulzadə arasinda baş tutan görüşlərin birində Stalin belə bir ifadə işlətmişdi” Nərimanov bizimlə yox biz Nərimanovla anlaşdiq” Burda Stalin Və Nərimanov əlaqəsini araşdirmaği lazim bildim.Stalinin Leninə yazmiş olduğu məktublarin birində Stalin Leninə müraciət edərək qeyd edirdiki şərq məsələsində xüsusilədə Türkiyə ilə danişiqlar zamani bizə müsəlman kadr lazimdir.Həmin dövrdə bu danişiqlarda rəhbər Çiçerinin ermeni esilli müavini Qaraxan idi.Çiçerin buna etiraz edərək bildirmişdiki danişiqlarda şerqi yaxşi bilən insanin iştirakı daha vacibdir.Stalin isə etiraz edib demişdirki Türkiyə ilə danişiqlarin aparilmasında ermənidən isdifadə etmək düz deyildir.Şərq məsələsini bilsin yada bilməsin bizə bizim sözümüzlə oturub duracaq siyasi kadr lazimdir.Bir növ Stalin Nərimanovddan Siyasi Dekorasia kimi isdifadə etmək isdəyirdi.AXC süqut etmədən bir müddət əvvəl Stalin və Nərimanov arasinda bir neçə saatliq görüş oldu.görüşdən aydin olduki onların fikirləri bir birinə ziddir.Beləki Nərimanov qeyd edirdiki Şərqdə Panislamizim siyasətindən isdifadə etmək lazimdir lakin Stalin bu fikrə qarşi çixirdi.Nərimanov neftin sərbəst şəkildə xaricə çixmasinin tərəfdari idi lakin bundada Stalin onunla heç cür razilaşmadi.Stalinin özünün xatirələrində qeyd olunurki Nərimanov bakıda sovet hakimiyətinin QUrulmasina razı idi.Nərimanovun Sovetlər birliyi dağilandan sonra Nərimanova qarşı digər münasibətlər başladı.Onun əsərlərində vətən islam məsələləri demək olarki çixarilir bir növ vətən xaini obrazi yaradilmağa çalışılırdı. Nərimanovun 1988 89 cu illərdə işıq üzü görən əsərlərinə baxsaniz orada sırf millətdən uzaq bolşevik Nərimanovu görə bilərsiniz.Amma sonralar Nərimanovun 5 yaşli oğlu Nəcəfə yazmiş olduğu məktublar üzə çıxır.Həmin məktubda Nərimanov oğluna nəsihət edirki GÖrsənki səni vəzifəyə zorla qoyurlar o vəzifəyə getmə. Sən bu sətrləri oxuyanda artiq bolşevizm olmayacaq ola bilərki atani bəşərriyyət üçün az iş görməkdə günahlandirarsan ancaq bilsənki bu işləri mən hansi şəraitdə görmüşəm hak verərsən.Təəsüflər olsunki Nəcəf 23 yaşinda döyüşdə həlak olur və bu məktublar dövlət tərəfinsən ələ keçirilir.Lakin müasir dövrün tətqiqatçilari tərəfindən araşdiriliaraq işıq üzü görür.

AXC_NİN SÜQUTU
Cəmi 23 ay yaşayan Azərbaycan Xalq Cumhuriyyətinin demokratik daxili siyasətindən isdifadə edən bolşeviklər Azərbaycan dövlətçiliyini hər yolla məhf etməyə çalışırdılar.Onlar 1918_1919 cu illərdə Bakıda siyasi tətillər keçirməyə cəhd etdilər.Təəsüflər olsunki bu dövrdə hökümət daxilində birliyi qoruyub saxlamaq mümkün olmadi. Rusyaya münasibət məsələsində Xoyski və Hacinski arasinda münasibət kəskinləşdi. Xoyski Rusyaya münasibətdə sərt xətt tərəfdari idi. O Azərbaycanda güclü hakimiyyətin taninmasini Hacinskinin isdefasini tələb edirdi.Hacinski daxili işlər naziri vəzifəsindən azad olsada ticarət naziri kimi hökümətin tərkibində qala bildi və öz cavab zərbəsini gözlədi.Belə bir fürsət tezliklə ələ keçdi.Qarabağdaki Daşnak qiyamindan isdifadə edən Rusiya qüvvələri N.Usubbəyov hökümətini ölkədə qayda qanun yaratmamaqda ittiham edərək isdefaya yolladi.Yeni hökümət kabinetini yaratmaq isə Hacinskiyə tapşirildi.Hacinski dərhal bolşeviklərlə yaxinlaşdi.Təəsüflər olsunki o bunu dövləti böhrandan çixarmaq üçün yox öz şəxsi maraqlarina görə edirdi.İttihad partiyasida onunla eyni xətdə gedirdi.Bu cəhətdən Ə.Ağayevin parlamentdeki çixişi belə idi.” Qırmızı orda artiq Yalama stansiyasindadir və mən sizə təklif edirəmki hakimiyyəti bolşeviklərə təhvil verək.Çünki məhz belə bir hökümət milli məsələni həll etməyə qadirdir ( İstiqlal Qurbanları Bakı 1993).Nəticədı 23 ay fəaliyyət gösdərən AXC 1920 ci il aprelin 27 də axşam saat 11 də hakimiyyəti bolşeviklərə təhvillə bağlı qərar qəbul etdi.Parlamentin qərarinda qeyd olunurduki birinci növbədə Sovet höküməti tərəfindən idarə olunan Azərbaycanin tam isdiqlaliyyəti mühafizə edilir.İkinci növbədə hökümət xidmətçiləri öz yerində qalir onlarin həyati və əmlaki toxunulmaz elan edilir.Yeni hökümət haradan baş verməsindən asili olmayaq isdiqlalı sarsitmaq isdəyən xarici və daxili qüvvələrı qarşi mübarizə aparmalidir.Azərbaycan parlamentinin iclasinda bu qərarin səs çoxluğu ilə qəbul edildiyini sizin nəzərinizə çatdiriram.Hörmətlə Parlamentin Sədri M.Yusif. Cəfərov. NƏTİCƏ_ 23 ay yaşamasina baxmayaraq AXC beynəlxalq aləmdə ölkəmizi tanitmaqla bağlı mühüm naliyyətlərə imza atdi. Diplomatik danişiqlarda uğurlu siyasətçilərdən isdifadə edilməsi ölkəmizin nüfuzunun serhedden kenardada artmasina kömeklik gösderdi.AXC nümayəndələri PARİS Sülh Konfransinda “Azərbaycaan nümayəndələrinin konfransdan tələbləri”mövzusunda xüsusi kitabça teqdim etdiler.Kitabçada Azərbaycanin xanliqlar dövrü, çarizim və Cənubi QAFQAZ seymindən bəhs olunurdu.Kitabça ingilis və fransiz dillıərinə nəşr olundu.Buda ölkəmizin beynəlxalq aləmdə tarixini tanidacaq nümunəvi addımlardan biri idi. Müstəqillik hər şeydən əbədidir və biz gənclərin əlində bu mirası saxlamaq ən vacib vəzifələrdən biridir.Bu yolda AXC xadimləri canlarını verdilər.Qarabağı qoruyaraq türk dilini dövlət dili elan etdilər. İlk universtetimizi və ilk milli parlamentimizi meydana gətirdilər.Şərqdə ilk dəfə qadına seçki hüququ verildi.Bu qədər ilkə imza atan bir Cumhuriyyətin varisləri olmaqdan qürur hissi duyan gəclərimizlə birlikdə daha çox ilklərə imza atmaq Azərbaycan gəncliyinin borcudur .M.Ə.Rəsulzadənin gəncliyə xitabəsində dediyi kimi “Ey gənclik! Ey əsrimizin Səyavuşunun böyümüş oğlu! Sənin öhdəndə böyük bir vəzifə var.Səndən əvvəlki nəsil yoxdan bir bayraq,müqəddəs bir ideal rəmzi yaratdı və onu min müşkulatla ucaldaraq dediki BİR KƏRƏ YÜKSƏLƏN BAYRAQ BİR DAHA ENMƏZ! Əlbətdə sən onun bu ümidini qırmayacaq ,ürəklərə enmiş bu bayrağı bir daha o bina üzərinə dikəcək,bu yolda ya qazi ya şəhid olacaqsan.Bu vəsiyyət yerinə yetirildi və o bayraq bir daha enməmək üzərə yenidən dalğalandirildi.

ƏDƏBİYYAT SİYAHISI
1) Nəsiman Yaqublu “Cumhuriyyət Qurucuları” Bakı 2018
2) C.Zeynaloğlu “Müxtəsər Azərbaycan Tarixi” Bakı 1992
3) Bəxdiyar Qaraca “İstiqlal Düşüncələri” Bakı 2018
AZƏRBAYCAN XALQ CUMHURİYYƏTİNİN YARADILMASI TARİXİNDƏN
AZƏRBAYCAN XALQ CUMHURİYYƏTİNİN YARADILMASI TARİXİNDƏN



Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.