Türkiyə XVII əsrin II yarısı-XVIII əsrdə-1-ci dərs

Türkiyə XVII əsrin II yarısı-XVIII əsrdə-1-ci dərs

 

Türkiyə XVII əsrin II yarısı-XVIII əsrdə:-1ci dərs. Türkiyənin sosial-iqtisadi və hərbi geriliyi,Hərbi len sistemi, Avropa dövlətlərinin Türkiyəyə qarşı koalisiyasının yaranması,İlk təşəbbüs islahatları.
 

 

Türkiyə XVII əsrin II yarısı-XVIII əsrdə- 1-ci dərs
XVII əsrin II yarısında Osmanlı imperiyasının vəziyyəti                                         
   

Türkiyə XVII əsrin II yarısı-XVIII əsrdə-1-ci dərs

 

Osmanlı imperiyasının Avropa ölkələrindən geri qalmasının səbəbləri
  Yeni dövrün başlanğıcında Osmanlı imperiyası Avropa,Asiya  və Afrika qitələrində geniş əraziyə və dünyanın çoxsaylı əhaliyə malik dövlətlərindən  biri idi. Lakin o artıq öz əvvəlki qüdrərini itirməyə başlamışdı.Osmanlı imperiyası
Tarixində durğunluq adlanan bu dövr hələ XVI əsrin sonlarından başlayaraq XVII əsrin sonlarına – geriləmə dövrünə qədər davam etmişdir.
      İmperiyanın durğunluq və geriləmə mərhələsinə daxil olmasının həm daxili, həm də xarici səbəbləri var idi.
      Daxili səbəblər əsasən aşağıdakılardan ibarət idi:
    1.Bu dövr sultanlarının , o cümlədən digər dövlət adamlarının fəaliyyəti    nəticəsində idarəçiliyin zəifləməsi;
     2. Vergilərin artırılması və iqtisadiyyatın əsasını təşkil edən kənd təsərrüfatının 
        tənəzzül etməsi; 
      3. Timar və ziyamıt sisteminin pozulması;
    4.Ordu və donanmanın əvvəlki qüdrətinin zəifləsi.
     Xarici səbəblər isə aşağıdakılardan ibarət idi:
   1.İntibah dövründən və reformasiya hərəkatlarından sonra Qərbi Avropa    dövlətlərinin inkişaf edərək Osmanlı dövlətini geridə qoyması;
   2.Böyük coğrafi kəşflərdən sonra ticarət yollarının dəyişməsi;
   3.Bəzi Qərbi Avropa ölkələrinə kapitulyasiya hüququnun (imtiyazları) verilməsi;
   4.Şərqdə Səfəvilər,Qərbdə isə Avstriya ilə aparılan müharibələr.
  Osmanlı imperiyasında da müxtəlif irqə, dilə, dinə və mədəniyyətə malik xalqlar yaşayırdılar. Bu imperiyanı türklər özləri idarə edirdilər. Ancaq elə bir vaxt gəlib çatmıdı ki, yeni işğal edilən ölkələrdə idarəçilik üçün türk məmurları sayca azlıq təşkil edirdilər.
    Dövlət lazımi səviyyədə və ədalətlə idarə edildiyi zaman müxtəlif xalqların birgə yaşaması mümkün idi. Dövlət idarəçələyinin tədricən pozulması , qanun və qaydalara əməl olunmaması ölkədə sabitliyi pozurdu.
 

Türkiyə XVII əsrin II yarısı-XVIII əsrdə-1-ci dərs

 

Osmalı imperiyasında ali idarəçilik SULTANIN əlində idi.
    Durğunluq və geriəmə dövrünün sultanlarının əksəriyyəti bacarıqsız şəxslər idilər.Məsələn, Sultan İbrahim (1640-1648) əsəbi dar düşüncəli və çox hövsələsiz bir adam idi. Düşünmədən bir çox dövlət adamlarını edam etdirmişdi. Onun dövründə rüçvətxorluq son həddə çatmışdı.
    7 yaşında hakimiyyətə gəlmiş IV Mehmet (1648-1687) dövlət işlərini tamamilə vəzirin öhdəsinə buraxmışdı. Özü isə vaxtının çoxunu ovda keçirirdi.
   Bu dövrdə dövlət işlərinin taleyi sultanlardan  daha çox onların anaları,arvadları, kənizləri və ya saray xacələrindən asılı idi. 
      Artıq XVII əsrin ortalarından etibarən vəzirlik və digər vəzifələr əsasən ağıllı və bacarıqlı şəxslərə tapşırılırdı. Bəzi qabiliyyətsiz, rüşvət almaqdan və öz  
təbii olaraq, əhalidə dövlətə qarşı inamı azaldırdı.  Bu dövrdə baş vəzirlər tez-tez dəyişdirilir, yaxud edam olunurdular.
    Müəyyən himayə və ya rüşvətlə  əyalətlərə təyin olunan valilər və digər məmurlar xalqı soyur, mərkəzə bol-bol hədiyyələr göndərirdilər.
 

Türkiyə XVII əsrin II yarısı-XVIII əsrdə-1-ci dərs

 

 
 Hərbi-len sistemi
   Hərbi-len sisteminin zəifləməsi müşahidə olunurdu. Çünki torpaq mülklərinin getdikcə daha çox adam arasında bölüşdürülməsi len kimi verilmiş torpaq sahələrinin azalmasına səbəb olur və nəticədə len 
Sahiblərinin vəziyyətini ağırlaşdırıdı. Ağır vergiləri, o cümlədən AŞARI(vergi növü) ödəyə bilməyən kəndli təsərrüfatları var-yoxdan çıxırdılar.
    Avropanı və bütün Şərqi lərzəyə salan, çox mükəmməl təşkilatı və ciddi intizamı ilə tanına Osmanlı ordusu öz qüdrətini itirməyə başlamışdı. Qadağan olunmasına baxmayaraq yeniçərilər evlənir və alverlə məşğul olurdular. Yeniçərilər məvaciblərini vaxtında almayanda döyüşə getmək istəmir, baş vəzirlərin . digər yüksək vəzifə sahiblrinin , hətta sultanların dəyişdirilməsi üçün bəzən qiyamlar qaldırırdılar.1651-ci ilin sentyabrında yeniçəri dəstələrindən birinin başçılarından  Bəktaş ağa bir qrup yeniçəri ilə IV Mehmetin qardaşı şahzadə Süleymanı hakimiyyətə gətirmək məqsədi ilə qiyam qaldırmışdı. Lakin IV Mehmetə sadiq qüvvələr şəhər əhalisinin köməyilə qiyamı yatırmışdı.
     

Türkiyə XVII əsrin II yarısı-XVIII əsrdə-1-ci dərs

 

Belə bir qiyamlar yeniçərilər tərəfindən 1656-cı ildə də qaldırılmışdı. 
IV  Mehmet onların tələblərini yerinə yyetirməyə məcbur olmuşdu.
    Timar,ziyamət qanunnaməsinə əməl olunmurdu.Timar və ziyamətləri hərbi qulluğa yararlı olmayan şəxslərə də verirdilər. Bu isə naarzılığa səbəb olurdu.
     Donanma da yaxşı vəziyyətdə deyildi. Dənizçiliyə diqqət veilmirdi. Krit  adsının fəthindən sonra donanma büsbütün "unudulmuşdu”.
     1)Uzun sürən müharibələr,2)bir sıra ərazilərin əldən çıxması,3)daxili qiyamlar üzündən vergi toplanmasında özbaşınalıq,4) luzumsuz saray xərclərinin artması nəticəsində dövlətin maliyyə vəziyyəti pisləşmişdi. Xəzinə boşalmışdı.
   

Türkiyə XVII əsrin II yarısı-XVIII əsrdə-1-ci dərs

 

Sultan IV Mehmet bir dəfə əyanıları toplayaraq onlara belə bir sual vermişdi: "Nəyə görə mədaxil məxarici ödəmir, nəyə görə başqa mühüm işlər üçün vəsait çatışmır?”. Ona belə cavab vermişdilər:” Xalq qarət olunanda , xəzinə boş qalar”.
    Əkinçilik və heyvandarlıq gündən-günə geriləyirdi.
     Xüsusən də hərb sənayesi baxımsızlıq üzündən tənəzzülə uğramağa başladı. Vaxtilə -1535-ci ildə Fransaya verilən kapitulyasiya (latınca-fəsil,bu müqavilə  fəsillərə bölündüyü üçün belə adlanırdı) bu dövrdə daha da artırılmış, belə imtiyazlar ayrı-ayrı dövlətlərin təbəələrinə də verilmişdi. Gömrük gəlirlərinin azalması pulun digər ölkələrə axmasına, yerli sənayenin zərər çəkməsinə səbəb olmuşdu. 
   Osmanlılar elm və texnikada elə bir irəliləyişə nail ola bilməmişdilər. Dünya ticarət yollarının dəyşməsi nəticəsində Osmanlı imperiyasına zərər dəymişdi.
 
 

Türkiyə XVII əsrin II yarısı-XVIII əsrdə-1-ci dərs

 

 Avropa dövlətlərinin Türkiyəni Avropadan çıxarmaq planları
    Avropa dövlətlərinin Osmanlı imperiyasını hərbi-siyasi cəhətdən zəiflətmək planlarının tərkib hissələrindən biri də onların imperiya tərkibində xalqların 
narazılıq və qiyamlarından geniş istifaadə etməsi təşkil edirdi. Avstriyanın, Venetsiyanın, Vatikanın , xüsusilə də Rusiyanın təhriki ilə yunanlar, bolqarlar, serblər və başqaları mərkəzi hakimiyyətə qarşı qiyam qaldırır,hayduklar adlandırılan  quldur dəstələri təşkil edir hakimiyyət orqanlarının nümayəndələrinə
qəddarlıqla divan tuturdular.Türkiyə hökümətinin bu qiyamları yatırmaq cəhdləri 
Avropa dövlətlərinin və xüsusi olaraq Rusiyanın ciddi müdaxiləsi ilə üzləşməli 
olurdu.
 

Türkiyə XVII əsrin II yarısı-XVIII əsrdə-1-ci dərs

 

    İlk islahat təşəbbüsləri
   Belə ağır vəziyyətdə ölkəni düşdüyü iqtisadi və siyasi vəziyyətdən çıxarmaq vəzifəsi 75 yaşlı Körpülü Mehmet paşaya tapşırıldı. Baş vəzir Körpülü Mehmet paşa bir neçə bölgədə baş vermiş qiyamları yatırdı. Şərti torpaq mülkiyyəti olan timar sahiblərinin yenidən yenidən qeydə alınması zorla həyata keçirdi. Timarçılar arasında intizamı möhkəmləndirərək, feodal hərbi dəstələrinin sayını artırdı. Mərkəzi hökümətin tələblərini yerinə yetirməyən timar sahiblərinə divan tutdu.
   Məcburi tədbirlər vasitəsilə Körpülü Mehmet paşa xəzinəni doldururdu. O,vəqf torpaqlarından gələn gəlirlərin və sultanın şəxsi xəzinəsinin bir hissəsini dövlətin xeyrinə müsadirə etmişdi. Bu tədbirlər ona ordunu və xüsusən hərbi dəniz donanmasını möhkəmləndirməyə imkan vermişdi.
   Körpülü Mehmet paşanın ölümüündən sonra uzun müddət baş vəzir vəzifəsi onun  ailəsində saxlanmışdı. Körpülü nəslindən olan dövlət xadimlərinin tədbirləri Osmanlı imperiyasının daxili vəziyyətini müəyyən müddətə yaxşılaşdırsa da, onun gələcək tənəzzülünün qarşısını ala bilmədi.
 

Türkiyə XVII əsrin II yarısı-XVIII əsrdə-1-ci dərs

 

Hacıqabul r-nu, UDULU kənd tam orta məktəbi, müəllim Zakir Əliyev
 
   

Yükləmək ücün qeydiyyatdan keçin!

 





Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 27 mart 2015 23:30
    Zakir müəllim olduqca vacib və şagirdlərimizə dəstək verəcək məqalədir. Nəzərə alsaq ki, virtual məkanda Azərbaycan dilində ədəbiyyat tapmaq çətindir bu yazınız Ali məktəb tələbələrinə də dəstəkdir. Əhsən !
    Demək olar ki, hər məqalənizin altında rəy yazaraq şəxsən administratora təşəkkür edirsiniz......Zakir müəllim rica edirəm Biz sizə təşəkkür edirik Allah sizi qorusun..... Əsas odur ki, sizin gənc nəslimizə göstərdiyiniz dəyər və dəstək unudulmur........

  2. 27 mart 2015 23:41
    Dəyərli və Əziz hamlet müəllim, Türkiyənin tarixinin həm orta məktəblərdə, həm də ali məktəblərdə öyrənilməsi xüsusi əhmiyyət kəsb edir. Düşünürəm ki, yeni dövr Türkiyə tarixinə aid bu materialın "TARİX.İNFO"da dərc olunması şagird və tələbələrimizin biliklərin artırılması və inkişaf etdirilməsində xeyiri olasaqdır. Buna görə də Sizə bu xəbərin saytın Ana səhifəsində gözəl tərtibatla dərc etdirməniz üçün səmimi qəlbdən təşəkkür edirəm. sizə cansağlığı ,işlərinizdə bol-bol UĞUR SEVİNCLƏRİ ARZU EDİRƏM!!! Hörmətlə Zakir müəllim.

  3. 28 mart 2015 11:58
    Təşəkkürlər Zakir müəllimwinked

    --------------------

  4. 22 iyun 2015 20:40
    Mümkünsə Osmanlı sultanlarının hakimiyyət dövrünü xronoloji ardıcıllığla verərdiniz

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.