Boyük Moğol imperatorluğu:-1526-1761

Boyük Moğol imperatorluğu:-1526-1761

 

Hindistanda feodal dağınıqlığı
XVI əsrdə Hindistan dünyanın ən böyük ölkələrindən biri idi.Ölkənin təqribən 100 milyonluq əhalisinin etmik tərkibi rəngarəng idi.Maratx,telqu,tamil,oriya,ka-
narra və sind xalqları siyasi və inkişaf səviyyəsinə görə üstün mövqeyə malik idi.
Hinduizm və İslam dinləri çox geniş yayılmışdı.Əhalinin təxminən 70 %-i hind
dini icmasına,20 %-i isə müsəlman dini icmasına məxsus idi.Müsəlmanların əksəriyyətini İslam dinini qəbul etmiş hindlilər təşkil edirdi.Lakin onlar dillərini və adət-ənənələrini qruyub saxlamışdılar.Müsəlmanlar əsas etibarilə Hindistanın şimal və qərb vilayətlərində,habelə Şərqi Benqaliyada yaşayırdılar.
XVI əsrdə Hindistan feodal dağınıqlığı keçirirdi. Şimali Hindistanda Kəşmir,Sind,
Multan,Qucarat,Caynpur,Malva,Benqaliya,Bihar və S. kimi müstəqil dövlətlər var idi.Ölkənin ayrı-ayrı yerlərində hind feodalları olan racələr və müsəlman zadəgan-
ları müstəqil siyasət yeridirdilər.Tez-tez hakimiyyət uğrunda ara müharibələri,əra-
zi mübahisələri davam edirdi.XVI əsrin birinci rübündə Hindistanın böyük dövləti
olan Dehli sultanlığı dağınıülıü dövrü keçirirdi.Bunlar ölkə iqtisadiyyatına ziyan vurur,vahid daxili bazarın, iqtisadi əlaqələrin yaranmasına mane olurdu.
Böyük Moğol dövlətinin yaranması.Babur Şah
Belə bir şəraitdə Hindistan ərazisində orta əsrlərin ən qüdrətli türk dövləti
olan Böyük Moğol imperatorluğu yarandı.Bu dövlətin əsasını Babur şah(1525-1530) qoymuşdur.
Zairəddin Məhəmməd Babur 1483-cü ildə Fərqanədə anadan olmuşdur.Atası
Şeyx ÖmərMirzə , Əmir Teymurun nəvəsi idi.Atası öldükdən sonra Fərqanə hakim-
liyi 12 yaşlı Banura çatdı . Kiçik yaşlı Fərqanə hökmdarı taxta göz dikmiş əmi və
dayıları ilə uzun illər müharibələr apardı,bəzilərində qalib gəlsə də,çoxunda
məğlb oldu.Ancaq inadından dönmədi.Özbək xanı Şeybani xanla döyüşdə məğ-
lubiyyətə uğradı.Özbəklərə qarşı I Şah İsmayılla birləşməsi bir nəticə vermədiyin-
dən yeni ərazilər ələ keçirmək qərarına gəldi.Hindiquş dağlarını aşaraq Əfqanıs-
tana daxil oldu.Kabil şəhərini tutdu.!504-cü ildə baş vermiş bu hadisə nəticəsində
Kabil şəhərini dövlətinin paytaxtına çevirdi.
Babur 1507-ci ildə özünü Əmir Teymurun varisi elan etdi və ələ keçirmiş oldu-
ğu torpaqları sadiq silahdaşları arasında bölüşdürdü. 1519-cu ildə Sind çayını ke-
çərək Pəncab ətrafını işğal etdi. 1522-ci ildə isə artıq Sind və Bəlicustan arasındakı
ərazi onun hakimiyyəti altında idi.
Baburun bu yürüşləri Dehli sultanlığının başı üstünü almış böyük təhlükəyə çevrildi.
Dehli sultanı İbrahim Ludi 100 minlik ordu və 1000 döyüş fili ilə Baburun üzərinə
yeridi.1526-cı il iyunun 29-da Panipat şəhəri yaxınlığında Babur şahla Sultan İbrahim Ludi arasında qanlı döyüş baş verdi. Cəmisi 13.500 nəfərlik orduya malik
olan Babur şahın sərəncamında Osmanlı dövlətindən aldığı toplar da var idi .Yarım
gün davam edən döyüşdə toplar həlledici rol oynadı.Sərrast top atəşləri döyüş fillərini pərən-pərən saldı.İbrahim Ludinin 4000 döyüşçüsü və özü öldürüldü.Babur
şah Dehliyə daxil oldu.Babur Dehlidə "şükr namazı” qıldıqdan sonra qədim türk sənət abidələrini gəzdi,keçmiş türk sərkərdə və qəhrəmanlarının qəbirlərini ziyarət
etdi.Babur şah Aqra şəhərinə hücum etdi və 1526-cı il iyulun 10-da şəhəri tutaraq
Böyük Moğol dövlətinin əsasını qoydu.
Babur şahın qələbə çalmasının səbəbləri:
1.Babur şahın odlu silaha malik olması;
2.Təcrübəli və nizami orduya malik olması;
3.Dehli sultanlığının feodal dağınıqlığı keçirməsi;
4.Sərkərdələrinin yeni döyüş qaydalarını yaxşı mənimsəmələri;
5.Ordunun təcrübəli türklərdən,əfqanlardan və taciklərdən ibarət olması.
Əkbər şah və onun islahatları
Babur şah öz hakimiyyəti illərində Şimali Hindistanda asayişi bərpa etdi və feodal dağınıqlığına son qoydu.Babur şah qısa müddətdə hind racələrin və əyan-
larını itaət altına aldı.
Babur şahın ölümündən sonra oğlu Humayun(1530-1556) şah elan edidi.Hunayun
şah atasının qoyub getdiyi mirası saxlamaqda çətinlik çəkirdi..İmperatorluqda üs-
yanlar başlanmış, Hindistandakı racə və racpudlar baş qaldırmışdılar.Pakistan və
Əfqanıstan bəyləri isə müstəqilliyə can atırdılar.
Numayun şah qəflətən vəfat etdi.Ölkənin gələcəyyini nəzərə alan sərkərdələr və vəzirlər təşvişə düşdülər.Çünki, vəliəhd Əkbər bu vaxt Bədəxşanda—Əfqanıs-
tanda baş vermiş qiyamları yatırmaqda idi. Ordunun intizamı pozulmuşdu.Sarayda
qonaq olan Osmanlı dövlətinin əmiri Seyid Əli Rəis Vəliyəddinin məsləhəti ilə Əkbər şah gələnə qədər Humayun şahın ölüm xəbəri gizlədildi.
Əkbər şah (1556-1605) öz fəaliyyətinə dövləti daxildən möhkəmləndirməklə
Baçladı.Babası Babur şahın ağıllı və tədbirli vəziri Bayram xan yenidən vəzir təyin edildi. Uşaqlıqdan hərb elminin sirlərinə yiyələnən Əkbər şah ordunun tam etibarı-
nı qazanmışdı. Ordunu möhkəmləndirdikdən sonra ətrafda baş qaldırmış bütün
qiyamları və çıxışları yatırtdı. Aşağı Qanq vadisi, Əhmədabad sultanlığı da impera-
torluğa birləşdirildi. Beləliklə,Moğol dövləti imperatorluğa çevrildi.
Əkbər şah dövlət quruculuğu işlərində Osmanlı imperatorluğunun təcrübəsin-
dən , oradan gətirilmiş alimlərin məsləhətlərindən geniş istifadə edirdi.Əkbər şah
bütün torpaqların dövlətə məxsus olduğunu elan etdi. Torpağı becərənlər onun mülkiyyətçisi deyil, haqqı ödənilən muzdlu hesab edilirdi.İqta olaraq verilmiş ərazilərin sahibləri hərbi yürüşlər zamanı müəyyən edildiyi qədər əsgər və at çixar-
malı idilər.Əkbər şahın bu islahatı cağırdar sisteminin ləğv etməyə yönəlmişdi.
Lakin iri feodallar qətiyyən öz mülklərindən və gəlirlərdən əl çəkmək istəmirdilər.
Digər tərəfdən vergi iltizamçıları olan məmurlar kəndlilərə qarşı özbaşınalıqlara yol verirdilər.Bu isə kəndlilərin müflisləşməsinə səbəb oldu.”Damğalama nizamı”
adlı qanunla ölkədəki bütün at,fil və dəvələr damğalanırdı.Bundan məqsəd həm
ölkədəki bütün heyvanların dəqiq sayının müəyyən edilməsi, həm də həmin hey-
vanların sahibləri tərəfindən üsyançı bəylərə satılmasının qarşısının alınması idi.
Döyüş əhəmiyyəti olan heyvanların düşmənə satılması ağır şəkildə cəzalandırılırdı.
Dövlət məmurlarına bacarıqlarına görə vəzifələr verilirdi.
Hindistanın bütün dünyada məşhur olan ipək,qumaş,ətriyyat və ədviyyat ticarəti də dövlətin əlində idi.Əkbər şah ticarətə himayə edir, ticarət karvanlarının mühafizəsini təşkil edir, yollrda karvansaralar və gözətçi məntəqələri yaradırdı.
Əkbər şah xarici ölkələrlə əlaqələrin genişləndirilməsinə də xüsusi diqqət verirdi.Onun dövründə Səfəvi və Osmanlı dövlətləri ilə diplomatik əlaqələr və mehriban qonşuluq münasibətləri də yaranmışdı.
Əkbər şah o zaman geniş yayılmış dəniz quldurluğuna da kəskin tədbirlər görür-
dü.Hind okeanı və Qırmızı dənizdəki quldur gəmilərinə qarşı mühafizə dəstələri fəaliyyət göstərirdi.
Əkbər şahın hakimiyyətinin son illərində Böyük Moğol imperatorluğunun ərazisi
bütün Şimali Hindistanı, Qucaratdan Benqaliyayadək Şərqi Əfqanıstanı və Dekan
yaylasını əhatə edirdi. Ondan sonra hakimiyyətə gələn Cahangir şahın (1605-1627)
və Cahan şahın(1605-1658) dövrlərində imperatorluğun işğalları daha da genişlən-di.Cənubi Hindistandan başqa bütün Hindistan ərazisi Moğol imperatorluğunun
tərkibinə qatıldı.
İctimai-iqtisadi münasibətlər.İcma.
Moğol imperatorluğunda aqrar münasibətlərin ən mühüm xüsusiyyətlərindən birini torpaq üzərində dövlət mülkiyyətinin olması təşkil edirdi.Buna müvafiq olaraq, kəndlilərdən natura şəklində alınan renta və vergilər xəzinəyə çox böyük
sərvət axıb gəlməsini təmin edirdi.
Torpaq üzərində feodal dövləti mülkiyyəti ayrı-ayrı feodalların və icmaçı kəndlinin torpağa sahib olmaq hüququnu inkar etmir,əksinə bunun üzərində
qurulurdu.
Feodal torpaq sahibliyinin hakim forması şərti torpaq sahibliyi olan çağır
Idi.Ən böyük çağırlar moğol, başlıca olaraq müsəlman zadəganlarının (çağır-
darların) əlində idi.Şağırdarlar,onlara verilmiş torpaqlarda kəndlilərdən vergi top-
lamaq hüququna malik idilər. Bunun müqabilində onlar dövlətə qoşunla kömək etməli idilər. Bir qayda olaraq çağırdarlar öz mülklərində təsərrüfatla məşğul ol-
murdular.
Dağlıq və ucqar yerlərdə kiçik və orta feodallar, əsas etibarilə zəmindar adlan-
Dırılan hind feodalları torpaq üzərində irsi hüquqlarını saxlamaqla moğol hökm-
Darlarının vassalına çevrilmişdilər.Hindistanda aqrar quruluşun digər ən mühüm xüsusiyyəti feodalizmdən əvvəlki kənd icmasının saxlanması idi.İcma həmişə sənətkarlıq və əkinçilk birliklərinə əsaslanırdı.Əkinçilikdə ən sadə texnikadan – bir
qayda olaraq, ağacdan düzəldilən əmək alətlərindən istifadə olunurdu.Lakin əkin-çiliyin səviyyəsi nisbətən yüksək idi.Əkin yerləri icmaçılar arasında bölüşdürülmüş-
dü, xam yerlər və otlaqlar ümumi istifadə idi.
İcmada mülki və ictimai bərabərsizlik inkişaf etməkdə idi.İcmada müxtəlif mövqe tutan dörd qrup birləşmişdi: İstismarçılara çevrilmiş imtiyazlı vəzifəli şəxslər; tam hüquqlu siravi icmaçılar; icmaçı sənətkarlar və hüquqsuz "gəlmələr”.
"Gəlmələr” yarımtəhkimli ,yarımkölə üsullarla hədsiz istismar edilirdi. Töycü verən
kəndlilər məhsulun üçdə birini verir və bir sıra feodal mükəlləfiyyətlərini yerinə yetirirdilər.
XVI əsrin sonu- XVII əsrin əvvəllərində Moğol imperatorluğu iqtisadi və mədəni
yüksəliş dövrü keçirirdi.Ərazisinin çox hissəsində daxili feodal müharibələrinin kəsilməsi və vergilərin toplanmasının qaydaya salınması kənd təsərrüfatınıa,sə-
nətkarlığa və ticarətə müsbət təsir göstərirdi.Dəmir və parça istehsalı artırdı.
Gəmiqayırma sahəsində ciddi müvəffəqiyyətlər əldə edildi.Əmək bölgüsü mürəkkəbləşdi. İqtisadi mərkəz olmaq etibarilə şəhərlərin rolu artdı.
Kənd təsərrüfatında əhəmiyyətli dəyişiliklər baş verdi.Pambıq,indiqo,xamna kimi
texniki bitkilərin sahəsi genişləndi.Ayrı-ayrı təsərrüfat rayonlarının ixtisaslaşması
prosesi başlandı.
Ticarət.İqtisadi əlaqələr.
XVI əsr və XVII əsrin əvvəllərində Böyük Moğol imperatorluğunda natural təsər-
rüfatın hökm sürməsinə baxmayaraq, əmtəə-pul münasibətləri də inkişaf edir,
ticarət genişlənirdi. Çin,İran,Afrika,Ərəbistan və Avropa ölkələri ilə dəniz yolları
vasitəsilə ticarət əlaqələri saxlanılırdı. Kabildən keçən karvan yolları İrana və Mər-
kəzi Asiyaya doğru uzanırdı.
Avropa ilə dəniz ticarəti Hind okeanı sahillərində məskunlaşmış portuqalıyalı-
ların əlində idi.Karvan ticarəti ilə hind tacirləri,habelə bir sıra köçəri əfqan tayfala-
ları məşğul olurdular. Uzaq məsafələrə dəniz və karvan ticarəti ilə bahalı və nadir
mallar daşınırdı.Hindistandan əsasən ədviyyat və parçalar aparılır,əvəzində isə
bəzək əşyaları gətirilirdi.
Ölkədaxili ticarət də inkişafda idi.İmperatorluğunun bütün əyalətlərindən,
xüsusilə Benqaliyadan Aqra şəhərinə çoxlu ərzaq məhsulları gətirilirdi.
Əmtəə-pul münasibətlərinin inkişafı imperatorluqda sələmçiliyin də mühüm
rol oynamasına şərait yaradırdı. Varlı sələmçilər cağırdarlara və hakimlərə yüksək
faizlə pul borc verirdilər. Pula olan tələbi ödəmək üçün moğol hökmdarları məh-
sul vergisini pul vergisi ilə əvəz edirdilər.
Xırda əmtəə istehsalının genişlənməsi, sənət və ticarət mərkəzləri rolunu oynayan şəhərlərin sayının artması, daxili bazarın yaranması,imperatorluğun ayrı-
ayrı hissələri arasında iqtisadi əlaqələrin güclənməsi Hindistanda feodal münasi-
bətlərin inkişafına şərait yaradırdı.
Böyük Moğol imperatorluğunun zəifləməsi səbəbləri:
Əkbər şahın ölümündən sonra Böyük Moğol imperatorluğunda mərkəzi hakim-
Iyyətə tabe olmamaq meylləri gücləndi.
Cahangir şahın dövründə feodal qiyamları təhlükəli xarakter aldı və mərkəzi
hakimiyyət zəiflədi. Qardaşları ilə mübarizədə qalib gələn Cahanşahın mərkəzi
hakimiyyəti möhkəmləndirməyə yönəldilən tədbirləri də bir nəticə vermədi.
XVII əsrdən etibarən Böyük Moğol dövləti zəifləməyə başladı.
Bunun əsas səbəbləri:
1.Hakimiyyət uğrunda mübarizə;
2.Knyazlar arasında ara müharibələr;
3.Sarayların və məbədlərin inşası;
4.Aclıq və quraqlıq
Ost Hind şirkəti Böyük Moğol dövlətilə işgüzar əlaqələr qurmuş və ölkənin daxili
siyasi həyatına da müdaxilə etməyə çalışaraq onu gələcəkdə müstəmləkə halına salınmasına çalışırdı.
Böyük moğollar dövründə Hindistan mədəniyyəti
Bu mədəniyyətə aiddir:
1.Böyük Moğol imperatoru Əkbər şahın dövründə Hindistan mədəniyyəti sürətlə inkişaf etdiyinə görə bu dövrün "Əkbər əsri” adlandırılması;
2.Əkbər şahın müasiri və yaxın dostu ,Hindistanın görkəmli tarixçisi Əbül Fəzl:fars dilində yazılmış "Əkbərnamə” və "Ayini-Əkbəri” tarixi əsərləri;
3.Əkbər şahın "Mahabharata” və "Ramayana” poemalarını fars dilinə tərcümə etdirməsi.
4.Görkəmli hind şairi Tulusi Daşın "Əkbər əsri”dövründə yaşaması və 10 kitabdan ibarət "Ramaşari-tamanasa” əsəri;
5.Hümayun şahın Dehlidəki məqbərəsi,Aqra və Lahor şəhərlərindəki saraylar,
Fəthpur-Sikri kimi memarlıq abidələri;
6.Cahan şah tərəfindən Camna çayı sahilində Aqra şəhəri yaxınlığında arvadı
Mümtaz Mahal Banu Bəyimin qəbri qzərində tikdirdiyi Tac-Mahal məqbərəsi.
1630-1652-ci illərdə tikilib.Məqbərəni türk memarı Ustad Məhəmməd İsa Əfəndi,
köməkçiləri səmərqəndli Məhəmməd Şərif,istanbullu Xan Rumi.Tac-Mahal künc-
ləri kəsilmiş dördbucaqlı şəklindədir.Məqbərəni hündürlüyü 75 metr olan günbəz tamamlayır.Digər 4 günbəzin hər birinin hündürlüyü 45 metrdir. Məqbərənin divarları cilalanmış ağ mərmərdən tikilmiş ,əlvan və qiymətli daşlarla bəzədilmişdir.
Qəşəng qüllələr məqbərə ilə bütöv bir tam təşkil edir. Son dərəcə güzəl olduğuna
görə Tac-Mahalı "Hindistanın incisi” adlandırırlar.
Hacıqabul rayonu,UDULU kənd məktəbi,
Müəllim Zakir Əliyev


Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 25 avqust 2014 16:16
    Xranalogiya kimi yazilib.Tewekkurler Zakir mellim.Orta esrler tarixine tekrar heqiqeten boyuk ehtiuac teleb edir.Cunki Azerbaycan tarixi isder-isdemez tekrarlanir,hara baxsan Mawallah Azerbaycan terixiidi.Ancag 3cu qruplar ucun orta esrlere tekrar daha cox lazimdi.Minnetdaram.

    He 1deki burda B.Mogol dovletinin parcalanma sebebleri de var ha bunlar hamsi testin cavablaridi.Her 1testde en azi 1sual parcalanma sebeblerne aid olur.1daha minnetdaram.

    --------------------

  2. 25 avqust 2014 17:25
    Bu meqale mene lazim idi.Cunki 3-cu qrupa hazirlasiram.Zehmetden qurtuldum.Sag olun, Zakir muellim.

  3. 18 sentyabr 2014 17:42
    EMEYE QARWI TEWEKKUR tongue

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.