Böyük Səlcuq imperatorluğu

[/b]

[b]Böyük Səlcuq imperatorluğu

Böyük
Səlcuq imperatorluğu 

 

 

             XI əsrin ortalarında Yaxın və Orta Şərqin tarixində çox mühüm  bir hadisə  olan Böyük Səlcuq imperatorluğunun əsası qo­yuldu. Səlcuqlar oğuz türklərinin üç ox qolunun ­nıq boyuna mənsub idilər. Bu tayfa öz adını Dukak bəyin oğlu Səlcuğun adından götürmüşdü. Oğuz dövlə­tində subaşı (türk dövlətlərində çox da böyük olmayan hərbi dəstənin başçısı; sülh vaxtı şəhərlərdə və qalalarda asayişə nəzarət edən rəis) Səlcuq bəyin Oğuz yabqusu ilə münasibətləri pisləşdiyi üçün öz tayfasını top­la­yaraq, Seyhun (Sır­dərya) çayının sol sahilində yerləşən Cənt şəhərinə gəlmişdi. Bu narazılığın əsas sə­bə­bi yaşadıqları ərazinin səlcuqlar üçün darlıq etməsi idi. Səlcuq İslam dinini qəbul etdi və  Oğuz yab­qu­suna illik xərac verməyi dayandırdı. Bu hadisə Səlcu­ğun nüfuzunu daha da artırdı.

            Səlcuq türkləri burada Qaraxanlılarla toqquşdular. Bu mübarizdə onların müttəfiqi Samanilər idi. Samanilər dövlətinin dağılmasından sonra təklənmiş oğuzlar Qaraxanlıların asılılığını qəbul etməyə məc­bur oldular.

            Qəznəvi hökmdarı Sultan Mahmud Mavəraənnəhri (Orta əsrlərdə qərbdən Aral gölü, cənubdan Amudərya, şimaldan Sırdərya, şərqdən Fərqanə ilə əhatə olunan ərazi) ələ keçirdikdən sonra 1009-cu ildə Səl­cuğun oğlanları Mi­ka­yıl İsraili həbs etdi, səlcuq tayfalarını isə Xorasan vilayətində yerləş­dirdi. Mi­kayılın oğlanları Çağrı bəy Toğrul bəy  qəznəvilərə qarşı mübarizəyə başla­dı­ar. Səlcuqlar Sultan I Məsuddan yeni ərəzilər tələb etməyə başladılar.  Onlar I Mə­sudun Hindistana yürüş etməsindən  istifadə edərək Bəlx, Tus, Mərv şəhər­lərini tutdular. 1038-ci ildə isə Sultan I Məsud  məğlub edildi və səlcuqlar Xorasanın əsas şəhəri olan Nişapura daxil olaraq öz dövlətinin yaradıldığını elan etdilər. Böyük Səlcuq imperatorluğunun (1038-1157) əsası qoyuldu.

            Dəndənəkan döyüşü. Nişapurun əldən çıxması sultan I Məsudun 50  minlik qoşun və 300 döyüş fili ilə Xorasana yürüş etməsinə səbəb oldu. Toğrul bəyin göstərişi ilə Səlcuqların hərbi dəstələri geri çəkildi. Qəznəvilərin saysız-hesabsız vergilərindən cana doymuş əhali səlcuqlara rəğbət bəsləyir, Qəz­nə­vi­lə­rə heç bir köməklik göstərmirdi. 1040- il mayın 23-də Dəndənəkan döyü­şün­də səlcuqlar milli döyüş üsulundan istifadə etdilər. Bu üsula əsasən ordu qollara ayrılırdı. Bir qol vuruşduqdan sonra geri çəkilir, onu digəri əvəz edirdi.  Qəznə­vi­lər ordusundan 300 nəfər oğuz türkünün səlcuqlar tərəfinə keçməsi nəticəsində Çağrı bəyin  başçılıq etdiyi səlcuq ordusu qəznəvilər üzərində parlaq qələbə qazandı. Oğuz qəbilələrinin qurultayında Toğrul bəy sultan elan edildi (1040-1063).

            Qəznəvi dövlətinin daxilindəki ziddiyyətlər, İran dehqanlarının müxali­fət­də olması, xalqın nara­zılığı  və türk qulamlarının onlarla qohum olan səlcuq­lara rəğbət bəsləməsi Dəndənəkan məğlu­biy­yə­ti­nin əsas səbəblərindən idi. Bu qələbə səlcuqların siyasi  həyatında dönüş nöqtəsi oldu, onlar Xorasanın tam sa­hi­binə çevrildilər. İran və İraqa gedən yol açıldı. Bu döyüş oğuz ellərinin tabeli­yin­də, Mərkəzi və Ön Asiyanın, eləcə də orta əsr Avropasının sonrakı tarixi inkişafında mühühm mərhələ oldu.

            Mərv qurultayında Şərqdə və Qərbdə yeni işğallara başlamaq qərara alın­­dı. Qəznəvilər və Qa­ra­xanlılarla toqquşmaq səlcuqlar üçün əlverişli olmadığı üçün əsas hücum istiqaməti kimi dağınıqlıq dövrü keçirən İran, Bizans, Cənubi Qafqaz, o cümlədən Azərbaycan əraziləri seçildi. Bu məqsədlə paytaxt 1043- ildə Nişapurdan Reyə köçürüldü. Rey şəhəri Ön Asiya və Cənubi Qafqaza doğru hərəkət etmək üçün dayaq məntəqəsi oldu. Səlcuq yürüşləri nəticəsində 1040-1054- illərdə Sistan, Bəlx, Xarəzm, Həmədan, Qərbi İran, o cümlədən İs­fa­han, Əhvaz, XuzistanBəsrə ələ keçirildi. Səlcuqların Yaxın və Orta Şərqdəki təhlükəli rəqiblərindən olan Buveyhilər dövlətinin varlığına son qoyuldu.

            Səlcuqların 1054- ildə Cənubi Qafqaza yürüşündə əsas məqsəd burada olan müsəlman döv­lət­lərini-Şəddadiləri, Şirvanşahları, Tiflis müsəlman əmir­li­yini öz tərəfinə çəkmək və onlardan Bizansa qarşı gələcək mübarizədə yardımçı kimi istifadə etmək idi. Şəddadi hökmdarı ilə səlcuq sultanı arasında bağlanmış müqaviləyə əsasən Bizans imperatoruna və erməni-gürcü feodallarına qarşı birgə ittifaq ya­ratmaq barədə razılıq əldə olundu.

            Sultan I Toğrul yeni yaratdığı dövləti Bağdad xəlifəsinin mənəvi nü­fu­zu ilə gücləndirmək məqsədilə 1055-ci ildə Bağdada daxil oldu. Xəlifə onu «Şər­qin və Qərbin hökmdarı» elan edərək ona Rükniddin, yəni  «dinin təməli» titu­lunu verdi. Sultan Toğrul Bağdadı fəth etdikdən sonra Van gölünün şima­lın­dakı bir neçə qalanı ələ keçirdi və Malazgird yaxınlığında düşərgə saldı.  Bununla da bu ərazi Kiçik  Asiyanın fəthi üçün istinadgaha çev­ril­di. 1059-cu ildə Səl­cuq dövlətinin sərhədləri Mavəraənnəhrdən Mesopotamiyaya Hindiquşa qədər ­yük bir ərazini  əhatə edirdi. Artıq XI əsrin 60- illərinin əvvəlində Səl­cuq dövləti dövrünün ən qüdrətli im­pe­ratorluqlarından birinə çevrilmişdi.

            Sultan I Toğrul Bağdad şəhərində olarkən onun qardaşı İbrahim Yınal və əmisi Qutalmışın qall­dır­dıqları qiyam Alp Arslanın tərəfindən yatırıldı. Səlcuq dövlətinin yaranmasında, möhkəmlən­məsində, ye­ni ərazilərin fəthində Sultan I Toğrulun çox böyük xidmətləri oldu.

I Məlikşahın dövründə (1072-1092) səlcuqların yeni ərazilər ələ keçir­məsi prosesi başa çatdı. KonyaAnkara şəhərləri alınması Qara dəniz bo­ğaz­larına Egey dənizinədək olan ərazilərin türklərin əlinə keçməsi demək idi. Su­riya   zəbt edildi. Urfa şəhəri Bizansdan, Qüds şəhəri Fatimiliərdən qopa­rıl­dı. I Məlikşahın hakimiyyəti illəri Səlcuq imperatorluğunun çiçəklənməsi döv­rü idi. Dövlətin belə qüdrətli olmasında Alp Arslanın və I Məlikşahın vəziri görkəmli alim, siyasətçi və dövlət xadimi Xacə Nizamülmülkün böyük rolu oldu. Məlikşah paytaxtı Reydən İsfahana köçürüldü.

            Sosial-iqtisadi tədbirlər. Səlcuq imperatorluğunda iqtisadiyyatın inkişafında xeyli müsbət irəliləyişlər baş verldi. İqta torpaq mülkiyyəti forması üstün mövqe tutdu, həm də onun məzmunu dəyişdi. İqtanın  qoşun başçılarına xidmət haqqı kimi paylanması genişləndi. Bu zaman ondan gələn gəlir pula çevrilərək hesablanırdı. Vəzir Nizamülmülkün vaxtında iqtadar öz iqtasında olan vilayətdə dövlətin nqümayəndəsi hesab edilirdi. Mərkəzi hakmiyyətin zəifləməsindən istifadə edən iqta sahibi müstəqilliyini tədricən artırırdı. Məlikşahın dövründə iqta xidmət haqqı kimi geniş yayılmışdı. Azərbaycan, İraq və başqa ölkələrdə səlcuqların işğal etdikləri torpaqlar I Məlikşahın 46 min döyüşçüsünə paylanmışdı.

            Səlcuqlar dövündə meydana gələn toprpaq mülkiyyəti formalarından biri də uc torpaqları idi. Bu torpaq sahibliyi imperiyanın ucqar sərhədlərini qorumaq müqabilində sərkərdələrə paylanma nəticəsində yaranmışdı. Uc torpaq sahibliyi mahiyyət etibarilə Böyük Karl tərəfindən Frank imperiyasının sərhədləri boyun­ca yaradılmış və makqraflıqlar adlandırılşan möhkəmləndirilmiş sərhəd məntə­qə­ləri ilə oxşarlıq təşkil edirdi.

            Feodalizmin inkişafı nəticəsində əhali arasında da ciddi təbəqələşmə gedirdi. Tədricən asılı kəndlilərin miqdarı artır, onları istismar etmək  üçün yeni formalar yaranırdı. Kəndlilərin iqta, vəqf və mülk torpaqlarında istismarının əsas forması icarədarlıq idi. Onların verdiyi başlıca vergi uşr adlanırdı. Kəndlilərdən müharibə dövründə əlavə vergilər də alınırdı. Səlcuq hökmdarları ticarətin inkişaf etdirilməsinə və ticarət yollarının qaydaya salınmasıa xüsusi diqqət yetirirdilər. I Məlikşahın hakimiyyəti dövründə ticarət daha çox inkişaf etmişdi. Vahid ölçü, çəki və pul  sisteminin yaradılması, karvan yollarının təhlükə­siz­liyinin təmin edilməsi tədbirləri bu inkişafa təsir edən amillərdən idi. Beynəlxalq ticarətin canlanması üçün I Məlikşah 1087-ci ildə bütöv bölgələrin tacirlərini bə­zi ticarət rüsumlarından azad etmək barədə fərman da vermişdi. Şəhərlərin, şəhər  sənətkarlığının inkişafı, əmtəə-pul münasibətlərinin kənd təsərüfatına ge­niş surətdə daxil olması, geniş ticarət şəbəkəsinin mövcudluğu Səlcuq impe­ra­tor­luğunda ticarət-iqtisadi əlaqələrin genişlənməsi üçün əlverişli şərait yaradırdı.

            Səlcuq imperatorluğunun parçalanması.  Əmtəə-pul münasibətlərinin başlıca iqtisadi əlaqə formasına çevrilməməsi, natural  təsərrüfatın hökm sürməsi Böyük Səlcuq imperatorluğunun əhatə etdiyi ərazilərin və xalqların vahid iqtisadi və siyasi mərkəz ətrafında sıx birləşməməsinin, qüdrətli mərkəzləşdirilmiş döv­lətə çevrilməməsinin əsas səbəbi idi. Uğurlu müharibələr zamanı oğuz-səlcuq hərbi-siyasi birliyinə əsaslanan Səlcuq dövləti  XI əsrdə işğallar ara verdikdə zə­iflədi. Səlcuq sultanları öz əyan­larına bütöv vilayətləri, mahalları iqta kimi bağışlayırdılar. Zaman keçdikcə onlar irsi hakimlərə çevrilir, mərkəzi hakimiy­yətə tabe olmaq istəmirdilər. Mövcud qaydaya görə hər bir şahzadənin özünə xanədan tələb etmək hüququ va idi.

            Sultan I Məlikşahın və Nizamülmülkün ölümündən sonra Səlcuq imperatorluğunda mərkəzi hakmiyyətə  tabe olmamaq cəhdləri gücləndi. Sultan Mahmud (1092-1094)Sultan Börküyarığın (1094-1104) hakimiyyətləri illə­rində dövlət tədricən tənəzzülə uğradı, ayrı-ayrı əmirlər arasında bölünmə təh­lükəsi ilə üzləşdi. Uzun sürən ara müharibələri və ismaililərin qiyamları dövləti zə­iflədirdi. Buna görə də Qərbi Avropa səlibçilərinin qarşısını almaq mümkün olmadı. Onlar Suriyanı keçərək, Qüdsü işğal etdilər. Börküyarıqdan sonra haki­miyyətə II Məlikşah (1104-1105) gəldi. Lakin onun hakimiyyəti çox qısa oldu. Sultan Məhəmməd Təpər (1105-1117) mərkəzi hakimiyyəti möhkəmləndirməyə çalışdı. İsmailillərə qarşı mübarizəyə başladı. Mosulu almış Aqadolu Səlcuq sultanı I Qılınc Arslanı məğlub etdi, Suriyadakı səlibçilər üzərinə ordu göndərdi. Məhəmməd Təpər Səlcuq imperatorluğunun bütün ərazisi üzərində öz suve­renliyini bərpa etsə də, sonuncu Səlcuq sultanı Səncər (118-1157) zamanı dövlətin ərazi bütövlüyü yenidən pozuldu. Səncər Qəznə şəhərini qəznəvilərdən, Ma­vəraənnəhri qaraxanlılardan alsa da, qarakitayların Mavəraənnəhrə hücumu­nun qarşısını ala bilmədi. 1141-ci  ildə Səmərqənd yaxınlığında məğlub oldu və bütün Mavəraənnəhri itirdi. Bu uğursuzluq daxili qiyamlarla nəticələndi. Ver­gilərin çoxluğundan nrazı olan oğuzlar üsyan qaldırdılar. Səncər onlarla döyüşdə məğlub oldu və əsir düşdü. Səncərdən sonra Böyük Səlcuq imperatorluğu da­ğıldı. Onun ərazisində Kirman, Konya, Suriya sultanlıqları, Kiçik Asiyada bir sıra əmirliklər yarandı.

Səlcuq imperatorluğunun mövcudluğunun əhəmiyyəti: Səlcuq impe­ra­torluğunun yaradılması oğuz türklərinin tarixində çox mühüm dönüş nöqtəsi oldu. Bu dövlətin yaradılması ilə İslam aləmində siyasi hakimiyyət oğuzların əlinə keçdi. Eyni zamanda Anadolu və ona qonşu ölkələr türk yurduna çevrildi. Səlcuq axanlırı ilə bağlı olaraq, oğuz-türk tayfaları bütün Cənubi Qafqaz və Ön Asiyada başlıca etnik və siyasi amilə çevrildi.  Bu amil Yaxın və Orta Şərqin bütün sonrakı tarixində mühüm rol oynadı. Oğuz  türkləri X əsrin əvvəllərindən etibarən İslam dünyasının zəifləməsindən istifadə edərək, Cənubi Qafşazda türk-İslam dünyasının yeganə istehkamı olan Azərbaycana qarşı Bizansın hazırladığı məkrli planı puça çıxardılar. Səlcuqların həyata keçirdikləri sosial-iqtisadi tədbirlər Şərq ölkələrində, eləcə də dünya miqyasında inkişaf etmiş feodalizmə keçid üçün şərait yaratdı.  Səlcuq imperatorluğu dövründə türk xalqları  yenidən öz əvvəlki qüdərətlərini bərpa etmiş, İslam dünyasının və İslam mədəniyyətinin inkişafının yeni mərhələsi olan türklük mərhələsi başlanmışdı

 

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 27 dekabr 2011 22:21
    hamlet muellim xeritelerde bir az hessas olmaq lazimdir. burda da bizim ata-baba torpagimiz olan indi menfur dusmenimiz ozlerine paytaxt etdikleri irevani azerbaycan terkibinde kimi gostermek lazimdir. axi o torpaqlar XIX esrden etibaren cox tessuf ki bizim xeriteden sindi. xahis edirem xeritelerde hessas olun. axi o axmaqlar her seyden istifade edirler.

  2. 28 dekabr 2011 01:31
    Nazile muallime axi bu xeritede Selcuq imperiyasinin tutduqu torpaqlar eks edilib ve burda ne bilinir ki hansi Azerbaycan torpaqidir tebii revan bizimdir o dovrde hele olub ve xeritede bilinir

  3. 9 fevral 2012 17:43
    Men Size teshekkur edirem Cox saqolun ki Sizler varsiniz ....

  4. 19 iyun 2013 17:25
    Cox sagolun

  5. 15 oktyabr 2013 19:48
    cox sagolun

  6. 22 iyun 2014 19:02
    ve xatirladimki indiki 3cu qrup imtahanlarinda orta esrlerden duwen selcug imperatorlugu legv edilib.lakin azerbaycan tarixinde oz aktualligini qoruyur.

    --------------------

  7. 17 oktyabr 2014 16:45
    çox maraqlıdır,təşəkkürlər,sizlərdən kimsə təbrizin ağsunqurilərdən alındığı ili bilir?

  8. 17 oktyabr 2014 23:14
    melektghtjte

    Sitat: nuray01
    çox maraqlıdır,təşəkkürlər,sizlərdən kimsə təbrizin ağsunqurilərdən alındığı ili bilir?

    Sitat: nuray01
    çox maraqlıdır,təşəkkürlər,sizlərdən kimsə təbrizin ağsunqurilərdən alındığı ili bilir?

    Sitat: nuray01
    çox maraqlıdır,təşəkkürlər,sizlərdən kimsə təbrizin ağsunqurilərdən alındığı ili bilir?

    Sitat: Jalka9
    Cox sagolun

    Sitat: Melek.xanim
    melektghtjte

    mkm

  9. 4 mart 2015 21:41
    cox beyendim demek olarki derslikdekilerle eynilik teskil edir cox sagolun wink

  10. 3 may 2015 08:56
    tessekurlermene lazim olan melumatar idi wink

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.