Hindistan erken orta esrlerde

Hindistan erken orta esrlerde

 

 

Feodalizmin ilkin əlamətləri IV-V əsrlərdə Hindistanda meydana gəlməyə başladı. V əsrin ortalarında Qupta imperiyasının dağılması quldarlıqdan feodalizmə keçid hesab edilir. Bu dövlətin ərazisində 70-ə qədər knyazlıq yarandı. Hind knyazları racə adlanırdı. Erkən feodalizm dövründə də hind kəndliləri icma halında yaşayırdılar. İcma parçalanır, icma üzvləri asdı vəziyyətə düşür və bərabərsizlik yaranırdı.
IV-VI əsrlərdə əkinçilikdə bir sıra yeniliklər yarandı. Xam torpaqlardan istifadə edildi, dəmir kotan hazırlandı, kəndlilər çaylardan kanal çəkdilər, torpaqları suvardılar, ildə 2-3 dəfə məhsul götürürdülər. Əsasən çəltik, pambıq, şəkər qamışı, ədviyyat bitkiləri əkilir, portağal və s. sitrus bitkiləri yetişdirilirdi.
Hindistanda feodalizmin səciyyəvi xüsusiyyəti kasta quruluşunun daha ciddi şəkil alması idi. Kastalara ağsaqqallar şurası başçılıq edirdi. Kastalar istehsal təcrübəsinin artırılması və istehsal edilən məhsulun keyfiyyətinin yaxşılaşmasına şərait yaradırdı.
Hind kəndliləri erkən orta əsrlərdə əsas töycü vergisi ödəyir, mükəlləfiyyətlər (biyar)yerinə yetirir, yəni yollar çəkir,təmir edir, kanallar qazır, qalalar və s. tikirdilər.
Xarşa dövləti (500-648). VI əsrin əvvəllərində yaradılmış Ağ hun (eftalitlər) dövləti Hindistana hücum etdi. Qupta dövləti onların hücumunun qarşısını çətinliklə aldı. Lakin Ağ hunların sonrakı hücumu zamanı hind racələri Ağ hunlarla birləşdilər. 500-cü ildə Hindistanın əksər ərazisi tutuldu və Qupta dövlətinin əlində ancaq Kəşmir və şimal-şərqi Hindistan qaldı. Ağ hunların hücumuna davam gətirməyən Qupta dövləti süqut etdi, Xarşa dövləti yarandı.
VI əsrin sonunda Camna çayının şimalında yerləşən Stxaneşvar knyazlığı güclənməyə başladı. Xarşa keçmiş Qupta imperiyasının bütün torpaqlarını öz hakimiyyəti altında birləşdirdi və böyük hərbi-feodal dövləti yarandı. Xarşa dövləti kiçik knyazlıqlardan ibarət idi. Knyazlar öz qoşunu ilə hərbi səfərlərdə iştirak edirdilər. Hərbi yolla qurulan Xarşa dövləti 648-ci ildə parçalandı. Hindistanda VII əsrdə feodal dağınıqlığı başlandı.
Hinduizm dualist dini təlimdir çoxallahlıq etiqadıdır. Bu dinə görə, insanların taleyini üç allah, yəni Brahma,Vişna və Şiva müəyyən edir.
Şəhərin və təsərrüfatın inkişafı.Knyazlıqların mərkəzləri, dəniz sahilində olan şəhərlər sənətkarlıq mərkəzinə çevrildi. Feodallar sənətkarları şəhərlərə köçürür, şəhərlər böyüyürdü. Sənətkarlar zərif pambıq və ipək parça, qızıl və gümüşdən zərgərlik məmulatı, fil sümüyü və qiymətli ağaclardan heykəlciklər düzəldirdilər. Toxucular hörümçək toru kimi zərif parçalar toxuyurdular.
Sənətkarlar peşələr üzrə, yəni toxuculuq, zərgərlik, çəkməçi, silah qayıran və s. üzrə kastalara bölünürdülər. Sənətkarlıq kastalarına ağsaqqallar şurası başçılıq edirdi.
Hindistanın qərb sahillərində çoxlu liman şəhərləri var idi. Limanlara Çindən, Afrikadan, Ərəbistandan tacirlər gəlirdilər. Onlar ədviyyat, parça, zərgərlik məmulatı və s. alırdılar.
VIIəsrdə Hind tacirləri Çin və Yaponiya bazarlarına çıxırdılar. Ərəb tacirləri vasitəsilə Hindistanın ticarəti genişlənməyə başladı. Sənətkarlığın inkişafı ilə atçılıq inkişaf etdi. At ticarəti İran və Ərəb tacirlərinin əlində idi.

Hindistan erken orta esrlerde

 


 





Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 26 noyabr 2014 00:57
    rəylərinizi bildirməyinizi xahis edirem..... smile

  2. 26 noyabr 2014 00:59
    Çox sağ ol Milicka.Təşəkkürlər.Xarşa dövlətinin yarandığı il 500 -cü il sayılır?

    --------------------

  3. 26 noyabr 2014 01:36
    cox sag ol.deymez.500-ci ilde Ag Hunlar Qupta dovletine hucum edirler,bir cox eraziler Hun ordusu terefinden tutulur.Bundan sonra artiq davam getire bilmeyen Qupta dovleti suqut edir ve erazilerinde Xarsa dovleti yaranir....tesekkurler.

  4. 28 noyabr 2014 15:42
    Sitat: milicka
    cox sag ol.deymez.500-ci ilde Ag Hunlar Qupta dovletine hucum edirler,bir cox eraziler Hun ordusu terefinden tutulur.Bundan sonra artiq davam getire bilmeyen Qupta dovleti suqut edir ve erazilerinde Xarsa dovleti yaranir....tesekkurler.

    milicka,evvala cox sagol.maraqli tarixi meqaleler verirsen sayta.ve 1soz demek isdirem.men xarwa dovletini 606 deye bilirem.en azinnan biz bele keciriy.ancaq 500 deyenler de var.indi bilmirem hansina inanam.kitab 606 verir..minnetdaram 1daha.

    --------------------

  5. 20 oktyabr 2016 19:42
    7 ci ainifden etrafli hecne yoxdumu

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.