Dehli sultanlığı

[/b]

Dehli sultanlığı

 

 

Dehli sultanlığı

 

            Dehli sultanlığının yaranması. Hindistanda racələr arasında gedən uzun­müddətli ara müharibələri ölkəni xeyli zəiflətmişdi. Hind icmaların­da sosial narazılıqların  kəskinliyi, kastalar arasındakı düşmənçilik, tayfalararası çəkiş­mə­lər Hindistanın türk tayfaları  tərəfindən işğalına şərait yaratdı.  1175-ci ildə sər­kərdə Səhabəddin Məhəmməd Gurlu Pəncab şəhərini tutaraq, Qəznəvi  süla­ləsinin hakimiyyətinə son qoydu. O, 1192-ci ildə hind knyazlarının birləşmiş qo­şununu məğlub edərək, bütün Doabın (Hindistanın Camna və Qanq çayları arasında yerləşən, təbii sərvətlərlə zəngin olan vilayət) hakimi oldu.. 1199-cu ildə Bihar Benqaliya vlayətləriGürlü sülaləsinin hakimiyyəti altına düş­dü. İşğal olunmuş əraziləri Məhəmməd Gurlu türk mənşəli sərkərdələrin ida­rəsinə verdi.  İqta sahiblərinə nəzarət etmək üçün onun varisi Qütbəddin Aybəyin rəhbərliyi altında xüsusi idarə də yaradıldı.

            Hindistanın feodal dağınıqlığı keçirməsindən istifadə edən Məhəmməd 20 il ərzində bütün Şimali Hindistanı özünə tabe etdi. Onu əvəz edən Qütbəddin Aybək (1206-1210) özünü bütün Şimali Hindistanın hökmdarı elan edərək, 1206-cü ildə Dehli sultanlığının əsasını qoydu. Aybəyin ölümündən sonra haki­miyyətə Şəmsiyyə sülaləsinin nümayəndəsi Eltutmuş xan gəldi  Eltutmuş Pən­cabın böyük bir hissəsini, Multanı, Lahoru və Qəznəyə qədər olan böyük bir ərazini tutaraq, öz dövlətinin tərkibinə qatdı. Eltutmuşdan sonra ölkədə feodallar arasında gedən mübarizə dövlətin güclənməsinə imkan vermirdi.

            1221-ci ildə Xarəzmşah Cəlaləddini təqib edərək, sultanlığın ərazisinə daxil olan monqol qoşunları Multan, Lahor Pişəvər vilayətlərini talan edib geri qayıtdılar. İkinci dəfə Dehli sultanlığına hücum edən monqollar Lahoru işğal etdilər. Bu vaxtdan başlayaraq monoqlların sultanlığa yürüşləri ardıcıl xarakter aldı. Monqollar 1246-cı ildə MultanıUqemi tutduqda özlərinin hakimiyyətini qorumağa çalışan feodallar Dehli sultanı Nəsirəddin Mahmudun (1246-1265-ci illər) ətrafında birləşməyə məcbur oldular. Baş vəzir Qiyasəddin Balaban türk feodallarının və yerli kiçik və orta feodalların köməyi ilə 1265-ci ildə Sültan Nəsirəddini devirib özünü sultan elan etdi. Güclü ordu yardan və onu səlcuq ordusunun nümunəsində təşkil edən Balaban monqolları ölkədən qovmağa nail  oldu. O, mərkəzi hakimiyyətə tabe olmaq istəməyən iri feodalların müqavimətini qıra bildi. Bütün diqqət monqol hücumlarının qarşısının alınmasına yönəldildi.

           

Dehli sultanlığı

 

 

 

Dehli sultanlığının idarə edilməsi. Dehli sultanlığı feodal monarxiya dövləti idi. Dövlətin başında qeyri-məhdud səlahiyyətlərə  malik olan sultan dururdu. Sultanın ən yaxın köməkçisi icraedici və nəzarətedici funksiyaları olan baş vəzir sayılırdı. Vəzir həm də çoxlu miqdarda idarələrə, həmçinin verji toplanmasına və hərbi işlərə də rəhbərlik edirdi. Dehli sultanlığı inzibati cəhətdən bir neçə vilayətə bölünmüşdü. Vilayətlərin idarə olunmasını sultan tərə­findən təyin edilən valilər həyata keçirirdilər. Valilər, adətən, sultan ailəsinə mənsub olan şahzadələrdən və tanınmış varlı feodallardan təyin olurdu. Onların əsas işi məmurlara, iqta sahiblərinə vergiləri yığmaqda kömək və nəzarət etmək, həmçinin əhalinin narazılıqlarını aradan qaldırmaq idi.  Bunları həyata keçirmək üçün valilər daim muzdlu ordu  saxlayırdılar.  Valilər vilayətdən yığılan verginin bir hissəsini mərəkzə göndərir, qalan hissəsini isə vilayətin ehtiyacları üçün sərf edirdilər. Vilayətlərdən vergilərin yığılmasını asanlaşdırmaq üçün dairələr təşkil edilmişdi. Dairələrin başında vali tərəfindən təyin edilmiş rəislər dururdu. Ölkədə məhkəmə işlərini qazılar həyata keçirirdi. Müsəlman olmayan əhali dövlət məmurları tərəfindən mühakimə edilirdi. Qərbi Pəncabda İslamın təsiri daha güclü idi.

            Dehli  sultanlığının yaranması ilə razılaşan yerli əsilzadələr dövlətə vergi ödəməklə sahibkarlıq hüqunqlarını saxlamışdılar. Türk mənşəli sərkərdə və məmurlar sultandan iqta şəklində torpaq mülkləri alırdılar. Hindli feodallardan fərqli olaraq bu iqtadarlar hərbi rütbələrinə uyğun olaraq müəyyən sayda muzdlu  qoşun saxlaya bilərdilər. Onlar zəmindar (hərbi xidimət müqabilində dövlətdən torpaq alan şərti mülkiyyət sahibi) adlanırdı. Sultan istədiyi vaxt iqtanı geri ala , zəmindarı başqa yerə göndərə bilərdi.

Müsəlman ruhanilərinin və məscidlərin saxlanması üçün vəqf torpaqları ayrılmış, ruhanilərin bir qisminə «imam» rütbəsi verilmişdi. Sultan ailəsinə mən­sub olan torpaqlar xass adlanırdı. Bu torpaqları becərən kəndlilərə dövlət xəzinə­sindən haqq ödənilirdi. Hind icmaları yenə də kənd təsərrüfatı məhsullarının əsas istehsalçısı olaraq qalırdı.  Vergilər ayrı-ayrı adamlardan deyil, bütün icmadan  natura və yaxud pul şəklində alınırdı.

            Dehli sultanlığının yaranmasından əvvəl Hindistanda torpaq maharac adlandırılan böyük knyaza məxsus idi. Maharacın mülklərinə daxil olmayan torpaqlar xidmət müqabilində vassallara verilirdi. Xidmət müddəti qurtardıqdan sonra həmin torpaqlar geri alınaraq knyaza qaytarılırdı. Torpaq sahələrinin bir hissəsi isə məbədlərə məxsus idi. Dehli sultanlığı yarandıqdan sonra mövcud torpaq mülkiyyət formalarında qismən dəyişikliklər edildi. Yeni tətbiq  edilmiş qaydalara görə torpağın kimə mənsubluğundan asılıl olmayaraq, dövlətin xeyrinə vergi ödənilməli idi. Əsas torpaq mülkiyyətçisi dövlət hesab olunurdu.

            Dehlisultanlığının[b]tənəzzülü. Sultan Əlaəddin Hilçinin dövründə (1296-1316) Dehli sultanlığı güclü muzdlu ordu hesabına monqolların üç hücu­munun qarşısını ala bildi.

            Ordunun artan xərclərini ödəmək məqsədilə əsas ərzaq mallarının qiy­mət­ləri üzərinə dövlət nəzarəti qoyuldu. Dövlət torpaqlarını becərən kəndli­lər­dən becərdikləri məhsulun yarısı vergi kimi alınmağa başladı. İstifadə edliməyən torpaqlardan vergi alınması barədə fərman verildi. Hər baş mal-qaraya görə xüsusi vergi müəyyən olundu. Sultan Əlaəddin gördüyü tədbirlər nəticəsində dövlət böyük miqdarda taxıl və yem ehttyaitğı yaratdı. Fövqəladə hallarda bu məhsullar paytaxt bazarlarına çıxarılırdı.

           

Dehli sultanlığı

 

 

Monqol hücumları fasilə verdikdə sultan Əlaəddin 1308-1311-ci[/i]illərdə Dekan ərazisinə yürüş edərək, Kaver çayınadək olan bölgələri sultanlığa qatdı. Beləliklə, tarixdə ilk  dəfə olaraq bütün Hindistanı birləşdirməyə nail oldu. Əhali üzərinə qoyulan vergilərin ağırlığı, iri feodalların mərkəzi hakimiyyətdən nara­zılığı 1316-ildə sultana qarşı qiyama səbəb oldu.  Taxt-tac uğrunda müba­rizə  mü­səlman-türk sülaləsi Tuğlaqilərin xeyrinə nəticələndi Ölkədə gedən qarı­şıqlıq nəticəsində Dekan knyazlıqları sultanlıqdan ayrıldı. Tuğlaqilərin görkəmli nümayəndəsi Qiyasəddin Tuğlaqi (1325-1351) yenidən bu torpaqları sultanlığa qaytardı. 1326-ildə isə paytaxtı Dehlidən ölkənin mərkəzində yerləşən Deoqir şəhərinə köçürdü. Dehli şəhəri bundan sonra tənəzzül edərək, əvvəlki əhəmiyyətini itirdi. Mərkəzin yarımadanın içərilərinə köçürülməsi şimalda sultanın mövqeyinin zəiflməsinə səbəb oldu. Bundan monqol xanları və Dehli fe­odalları istifadə etdilər. Ölkənin şimalını bürümüş qiyamların qarşısını almaq məqsədilə Qiyasəddin böyük bir ordu yarada bildi.  Bu məqsədlə əhali üzərinə yeni vergilər qoyuldu.

            Qiyasəddin Tuğlaqi 1329-cuildə vəziyyətdən çıxış kimi qoşuna gümüş pula verilməli olan məvacibi mis pullarla ödəmək haqqında fərman verdi. Lakin bu tədbirlər də boşalmış xəzinəni, ümumilikdə tənəzzülə uğramış təsərrüfatları xilas edə bilmədi. Ölkədaxili qiyamlar yenidən qızışdı. Qucaratdakı  qiyamı yatır­mağa gedən Qiyasəddin Tuğlaqi üsyançılar tərəfindən öldürüldü. Sultanın əmisi oğlu Firuz iri feodallarla mübarizədən əl çəkdi. Benqaliya Dekanın ölkədən ayrılması ilə barışmalı oldu. Lakin sultan var qüvvəsi ilə Qucaratı əlin­də saxlamağa çalışırdı. Çünki bu liman şəhəri vasitəsilə ilə Ön Asiya ölkələri ilə iqtisadi əlaqələr saxlanılırdı.

            Sultan Firuz bütün iqtanın feodallara nəsildən-nəslə miras kimi keçməsi ba­rədə fərman verdi. Qoşuna çəkilən xərcləri azaltmaqla maliyyə böhraına son qoyuldu. Camna və Sətləc çayları arasında böyük suvarma kanalının çəkilməsi Dehli ətafında təsərrüfatın dirçəlişinə səbəb oldu. Sultan Firuz vəfat etdikdən sonra Tuğlaqilər arasında hakmiyyət uğrunda mübarizə başlandı. Mərkəzi hakimiyyətin zəifləməsindən istifadə edən Malva, Qucarat Xandəş vilayətləri sultanlıqdan ayrıldı. Daxili çəkişmələrin şiddətli vaxtında Şimali Hindistan Əmir Teymurun hücumlarına məruz qaldı. 1398-ci[i]ildə Teymur Dehlini tutdu.        Daxili çəkişmələr, əmir Teymurun yürüşü Dehli sultanlığını zəiflətdi və onun dağılması prosesini sürətləndirdi.




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 5 iyun 2012 12:49
    coxdandi bu saytin adini esitmiwdim ancaq cox teeessufler olsunki gire bilmirdim..bu gun gun wukur Allaha gire bildim..sizin saytiniz neyinki menim hetta menim etrafimda olan telebelerin bele xowuna gelir..bele bir sayt acdiginiza gore elmimiz mence dahada inkiwafa dogru gedecek..minnetdaram..her bir yazdiginiz xeber menimcun ele bilki sevetdi..tesekkurler..

  2. 5 iyun 2012 13:13
    Hormetli Xeops minnetdaram ! Shadam ki xoshunuza qelib Sizi aramizda gormek bize de xoshdur Saytda feal olun sherh yazin meqale verin Uqurlar !

  3. 5 iyun 2012 13:21
    cox sagolun minnetdaram sizede ugurlar..

  4. 7 iyun 2012 15:29
    MEN NE QEDER VATDIR KI DEHLI SULTANLIGI HAQQIN DA BELE XEBER AXTARIRDIM.AXIR KI TAPDIM . TESEKKURLER COX SAGOLUN. smile

  5. 8 oktyabr 2012 18:27
    kkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkk

  6. 21 iyun 2013 19:50
    Tesekkurler tarix haqqinda melumatlar yaxsidi birde men burda sekil qoya bilmirem nece qoyum xais cavab yazin

  7. 24 oktyabr 2014 17:27
    maraqlıdır təşəkkürlər...

    maraqlıdır təşəkkürlər...

  8. 1 noyabr 2014 23:20
    hadiseler tsfsilati ile verilib.meselen Pencab,Doab,Bihar,benqaliyanin iwgal illeri.derlikde yoxdu.
    Ve 1soz de deim.derslikde ele verilibki Qutbeddin Aybek -den sonra Qiyaseddin balaban gelir.belke de men duz anlamadim,Eltutmuw xan gelir II olarag hakimiyete???

    --------------------

  9. 11 fevral 2015 15:57
    test suallari yerləsdirsez ela olar

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.