Tarix fənni üzrə elmi-metodiki seminar

Tarix fənni üzrə elmi-metodiki seminar

 

22 oktyabr 2015-ci il tarixdə, saat 11:00-da Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında Tarix fənni üzrə elmi-metodiki seminar keçirilmişdir. 


Gündəlik məsələ 2015-ci ildə ali təhsil müəssisələrinə II ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında istifadə olunmuş test tapşırıqlarının elmi-metodiki təhlili olmuşdur. 

Seminarda Bakı və Sumqayıt şəhərlərinin orta və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər, AMEA-nın müvafiq sahə üzrə mütəxəssisləri, həmçinin internetlə videobağlantı əsasında TQDK-nın Gəncə, Şəki, Lənkəran, Göyçay və Ağcabədi regional bölmələrində həmin bölgələri təmsil edən fənn müəllimləri iştirak etmişlər. İştirakçılar gündəlik məsələ ilə bağlı fikir bildirmiş və təkliflər vermişlər.

Seminarda müzakirəsi aparılmış 10 (A variantı, 86-95 saylı, B variantı, 76, 78, 80, 82, 83, 85, 90, 97, 99, 100 saylı) test tapşırığının hər biri imtahan nəticələrinin statistik göstəriciləri əsasında mövzu, çətinlik dərəcəsi və qabiliyyət göstəricilərinə görə təhlil edilmişdir. 

Növbəti seminarda (29 oktyabr 2015-ci il tarixdə, saat 11:00; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) test tapşırıqlarının müzakirəsi davam etdiriləcəkdir. 
 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.