Seminar

Seminar

 

15-10-201515 oktyabr 2015-ci il tarixdə, saat 11:00-da Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında Tarix fənni üzrə elmi-metodiki seminar keçirilmişdir. 

Seminar "Dərslik portalı”nda canlı yayımlanmışdır.
Gündəlik məsələ 2016-cı ildə ali təhsil müəssisələrinə keçiriləcək qəbul imtahanları üçün proqramın təsdiqi və 2015-ci ildə ali təhsil müəssisələrinə II ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında istifadə olunmuş test tapşırıqlarının elmi-metodiki təhlili olmuşdur. 

Seminarda Bakı və Sumqayıt şəhərlərinin orta və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər, AMEA-nın müvafiq sahə üzrə mütəxəssisləri, həmçinin internetlə videobağlantı əsasında TQDK-nın Gəncə, Şəki, Göyçay və Ağcabədi regional bölmələrində həmin bölgələri təmsil edən fənn müəllimləri də iştirak etmişlər. İştirakçılar gündəlik məsələ ilə bağlı fikir bildirmiş və təkliflər vermişlər.
Seminarda Tarix fənni üzrə 2016-cı ildə ali təhsil müəssisələrinə keçiriləcək qəbul imtahanları üçün proqram təkliflər nəzərə alınmaqla təsdiq edilmişdir. Proqram 2016-cı ildə "Abituriyent” jurnalında dərc ediləcəkdir. 

Eyni zamanda, 2015-ci ildə ali təhsil müəssisələrinə II ixtisas qrupu üzrə qəbul imtahanında istifadə edilmiş test tapşırıqlarının elmi-metodiki baxımdan təhlili aparılmışdır. Müzakirəsi aparılmış 10 (A variantı, 76-85 saylı, B variantı, 77, 79, 86, 87, 89, 91-95 saylı) test tapşırığının hər biri imtahan nəticələrinin statistik göstəriciləri əsasında mövzu, çətinlik dərəcəsi və qabiliyyət göstəricilərinə görə təhlil edilmişdir. 

Növbəti seminarda (22 oktyabr 2015-ci il tarixdə, saat 11:00; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) test tapşırıqlarının müzakirəsi davam etdiriləcəkdir. 
 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.