Elmi-metodiki seminar

Elmi-metodiki seminar

 

Tarix fənni üzrə elmi-metodiki seminar

22 yanvar 2015-ci il tarixdə, saat 11:00-da Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında Tarix fənni üzrə elmi-metodiki seminar keçirilmişdir. 


Gündəlik məsələ abituriyentlər üçün çətin mənimsənilən mövzuların müzakirəsi olmuşdur. 

Seminar "Dərslik portalı”nda canlı yayımlanmışdır. 

Müzakirədə Avropa Azərbaycan Məktəbinin müəllimi Hafiz Cabbarov və Baku Modern Məktəbinin müəllimi Hamlet Əliyev abituriyentlər üçün çətin mənimsənilən mövzularla bağlı materialları təqdim etmişlər. 

Seminarda Bakı şəhərinin orta və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər, AMEA-nın müvafiq fənn üzrə mütəxəssisləri gündəlik məsələ ilə bağlı fikirlər bildirmiş, təkliflər vermişlər. Həmçinin TQDK-nın Naxçıvan, Gəncə, Şəki, Xaçmaz, Lənkəran, Şirvan, Göyçay və Ağcabədi regional bölmələri ilə internet vasitəsilə "Skype" əlaqəsi yaradılmışdır. 

Növbəti seminarda (29 yanvar 2015-ci il, saat 11:00-da; Ünvan: Abdulvahab Salamzadə küçəsi, 28; Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) "Abituriyent" jurnalının 2-ci sayında dərc ediləcək məqalələrin müzakirəsi aparılacaqdır. 





Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 27 yanvar 2015 14:12
    Tesekkurler Hamlet muellim

    --------------------

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.