Tarix fənni üzrə elmi-metodiki seminar

 

Tarix fənni üzrə elmi-metodiki seminar

 


 

 

Tarix fənni üzrə elmi-metodiki seminar

13 noyabr 2014-cü il tarixdə, saat 11:00-da Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında Tarix fənni üzrə elmi-metodiki seminar keçirilmişdir. 

Seminar "Dərslik portalı”nda canlı yayımlanmışdır. 

Gündəlik məsələ 2014-cü ildə ali təhsil müəssisələrinə II ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında Azərbaycan tarixi fənni üzrə istifadə edilmiş test tapşırıqlarının elmi-metodiki baxımdan təhlili olmuşdur. 

Bu gün müzakirəsi aparılmış 10 (II ixtisas qrupu üzrə A variantı, 26-35 saylı, B variantı, 28, 29, 33, 35-37, 40, 44, 47, 49 saylı) test tapşırığının hər biri imtahan nəticələrinin statistik göstəriciləri əsasında mövzulara, çətinlik dərəcəsinə və qabiliyyət göstəricilərinə görə təhlil edilmişdir. 

Seminarda Bakı və Sumqayıt şəhərlərinin orta və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər, AMEA-nın müvafiq fənn üzrə mütəxəssisləri gündəlik məsələ ilə bağlı fikirlər bildirmiş, təkliflər vermişlər. Həmçinin TQDK-nın Naxçıvan, Gəncə, Şəki, Xaçmaz, Lənkəran, Şirvan, Göyçay və Ağcabədi regional bölmələri ilə internet vasitəsilə "Skype" əlaqəsi yaradılmışdır. 

Növbəti seminarda (20 noyabr 2014-cü il, saat 11:00-da; Ünvan: Abdulvahab Salamzadə küçəsi, 28; Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) test tapşırıqlarının müzakirəsi davam etdiriləcəkdir. 
 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 14 noyabr 2014 16:08
    Mellim,bes bilmirsiz 2015 qebulna (III qrup uzre) daha cox hansi tipli suallar,hansi movzular,nece duwecek?hansilara daha cox diqqet yetirek.?
    Tewekkurler.

    --------------------

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.