"S" hərfi ilə başlayan anlayışlar

"S" hərfi ilə başlayan anlayışlar
 


 

 Sabirlər – [/b]Xəzər dənizinin şimal-qərb sahillərində yaşamış [/b]qədim türk mənşəli tayfa.Sabirlər haqqında lk dəfə Ptolomey vermişdir.

"Sbit qiymətlər” – Fransada yakobinçilərin tətbiq etdiyi qayda.Bu qaydaya əsasən,ərzaq və digər az tapılan malar üçün müəyən qiymət norması qoyulurdu.Bu normalardan yuxarı qiymətə həmin malların satılması qadağan edilirdi.

Sabotaj – Bir işi yerinə yetirməkdən boyun qaçırmaq və ya yalnız formal surətdə yerinə yetirmək yolu ilə qəsdən pozmaq.

Sakitləşdirmə paktı – İtaliya faşistləri ilə sosialist partiyaları arasında bağlanmış saziş(1921).

Sajen – dərinlik ölçü vahidi,2,5 metrə bərabərdir.

Sancaq (türkca) -  bayraq deməkdir.Osmanlı imperatorluğunda inzibati vahid.

Sanasion rejimi – siyasi həyatın "sağlamlaşdırılması”.20-30-cu illərdə Polşada Pilsudskinin yeritdiyi rəsmi dölət siyasəti.

Sandıxdar ağası – xəzinədar(xanlıqlar dövründə).

Sankyülot(fransızca) – uzunşarvarlı deməkdir.Fransada zadəganların kasıblara geyinmələrinə görə həqarələ verdikləri ad.İnqilab illərində şəhər yoxsulları bu ləqəbi özlərinə götürdülər və iftixarla daşımağa başladılar.

Satrap – Satraplığın başçısı,canişin.

Satraplıq – canişinlik.Əhəməni hökmdarı I Daranın yaratdığı inzibati vergi dairələri.

Sekir – Qədim Misirdə uzun saplı döyüş baltası.

Seqrekasiya - ABŞ-da əvvəllər ictimai yerlərdə,məktəblərdə.nəqliyatda və digər yerlərdə”rəngli”əhali ilə "ağ” əhaliyə fərq qoyulması.

Seminariya(latınca) – məjtəb,orta ruhani təhsili verən xristian ruhani məktəbləri və ibtidai məktəb müəllimləri hazırlayan xüsusi orta təhsil müəssisəsi.

Senat(latınca) – 1) ağsaqqallar şurası.Qədim Romada ali dövlət orqanlarından biri;2)demokratik ölkələrin əksəriyyətində parlamentin yuxarı palatasının adı.

Senator – senatın üzvləri.

Sentimentalizm - ədəbi-bədii cərəyan.Sentimentalizm klassizmin əksinə olaraq şəxsi intim həyat məsələlərini,insan münasibətlərini,sadəliyi,səmimiliyi,ailə həyatı ziddiyətlərini və s. geniş planda verir.

Separatçılıq – ayrılmağa meyl,ayrılma təşəbbüsü.

"Səhra gəmisi” – bədəvilər,dəvəni belə adlandırırdılar.

Sənətkar – qab-qacaq ,silah.parça və digər məmulatlar hazırlayan usta.

Sələmçi - yüksək faizlə borc verib mənfəət qazanan şəxs.

Səlib yürüşləri(ərəbcə) – xaç yürüşləri.Roma papası II Urban "insanın qəbrini kafirlərin (yəni müsəlmanların) əlindən xilas etmək”bəhanəsi ilə xristiyanları Şərq ölkələrinə yürüşə çağırdı.Əslində isə bu yürüşlərdə məqsəd var-dövlət və yenitorpaqlar ələ keçirmək idi.Xaç yürüşlərinin iştirakçılarına "səlibçilər” bu yürüşləri isə "səlib yürüşləri” adlandırırdılar.Bu yürüşlərdə iştirak etmək istəyənlər paltarlarına qırmızı parçadan xaç tikdiklərinə görə xaç yürüşləri adlanır.Səkkiz xaç yürüşü təşkil edldi.Lakin qərb feodalları şərq ölkələrini işğal etmək məqsədlərinə çatmaılar.

"Səma oğlu” – VII əsrin əvvəllərində çində hakimiyyətə gəlmiş Tan sülaləsindən olan imperiya torpaqları bu cür adlandırırdılar.

Sərbədarilər(farsca) – dara çəkilənlər deməkdir.İran və Mərkəzi Asiyada monqol əsarətinə qarşı xalq azadlıq hərəkatının iştirakçıları.

Sərdabə - qəbir abidəsi.Daxilində mərhumn cənazəsi qoyulan memarlıq tikilisi.Sərdabə mərhumun xatirəsini əbədiləşdirir.

Sərir – Dağıstanda avarların əcdadlarının yaşadığı dağlıq ölkənin orta əsr mənbələrində adı.Bu bölgənin əhalisini isə sərirlər adlandırırılar.

Sərkəli – xanlıqlar dövründə maliyyə işlərinə baxan şəxs.

Sərpuş – qab və qazan ağzına qoyulan qulpsuz mis qapaq.Konusşəkilli olur.Yaxın və Şərq ölkəlrində güniş yayılmışdır.Azərbaycanda son zamanlaradək işlədilən bu qablar həm də qiymətli sənət əsəridir.

Səvari – XVII əsrdə Azərbaycanda əhalinin hakim sülalərinin üzvlərinə,sərkərdələrə ,yeni əth edilmiş yerlərə göndərilən tanınmış adamlara verdiyi hədiyyə (Novruz bayramı münasibəti ilə də verilirdi). 

Sfinks – Misirdə qayadan yonulmuş 20 metr hündürlüyündə başı insan başı.bədəni aslan bədəni olan heykəl.

Sxolastika(yunanca) – elmi söhbət,məktəb.Burada ehkamçılıq,formal məntiqə əsaslanmaq kimi başa düşülür.

Siklaop tikililəri – qədim yunan əsatirlərində qeri-adi gücə malik təpəgözlərə deyilirdiRəvayətə görə qədimdə böyük ölçülü tava daşlardan hörülmüş qalaçaları həmin”sikloplar”,yəni”təpəgözlər” tikmişlər.Buna görə də belə qalalar”siklop tikililəri” adlanır.

Sindikat(latınca) – eyni növ məhsul istehsaledən müəssisəələr birlyidir.Sindikatın iştirakçıları istehsal müstəqilliyini saxlayır,ticarət müstəqilliklərini itirirlər.

Sinoykizm(yunanca) – Attika şəhərlərinin afinanın hakimiyyyəti altında birləşməsi

Sionizm – israilin əsmi ideologiyasına və siyasətinə çevrilmiş millətçilik ideologiyası və siyasətiQüdsdə Sion dağının adından götürülmüşdür.

Sipahi – bəzi hind dillərində "sipahi” döyüşçü deməkdir.Hindistnın müstəmləkə olduğu dövrdə Avropa müstəmləkəçilərinin yerli əhalidən təşkil olunmuş ordularında xidmət edən muxdlu əsgər.

Sivilizasiya(latınca) – mülki,sosial deməkdir.Sivilizasiya dedikdə,bu və ya digər ölkələr və xalqlar qrupuna xas olan maddi,mənəvi və sosial həyatın müəyyən inkişaf mərhələsi başa düşülür.

Skif(ingiliscə) – akademik avarçəkmə yarışlarında istifadə edilən idman qayığı.

Skif – yunanlar sakları (iskitləri) belə çağırmışlar,bu ad mixi qynaqlarda

Işquz,aşquz şəklində verilir.

Skiflər(saklar,iskitlər) – Qara dənizin şimal sahillərində,Qərbi Türküstanda,Dunay-Dnestr-Don çayları hövzələrində yaşamış qədim türk tayfaları;e.ə.VIII əsrin ortalarından Dərbənd keçidi vasitəsi ilə Azərbaycana gəlmiş iskitlər e.ə. VII əsrin ortalarinda Kr-Araz ovalığında İskit çarlığı yaratmışlar.Qədim yazılı mənbələr,Mingəçevirdə tapılmış iskit maddi-mədəniyyət nümunələri,xüsusi ilə Azərbaycandakı İskit toponimiyası iskitlərin Azərbaycan xalqını etnogenizində müəyyən dərəcədə iştirakını göstərir.

Sloboda(rusca) – vergi vəmükəlləfiyətdən azad yaşayış məntəqəsi.

Smalta – şəffaf olmaynan rəngli şüşə qırıntıları.Smaltanı təzə vurlmuş suvağın üstünə müxtəlif mailliklə düzürlər.Tamaşaçı binanın içində hərəkət etdikdə,onlar rəngdən-rəngə düşür və sanki rəngbərəng parlaq işıqlar sçır.

Sobor – Qərbi Avropada şəhərin baş kilsəsi.

Sovxoz(rusca) -  sovet təsərrüfatı deməkdir.

Standartlaşdırma -  məlumatların bir çox növünün az miqdarda birtipli növə çevrilməsidir ki,bu da istehsalı daha səmərəli tşkil etməyə imkan verir.

Status(latınca) – vəziyyət.Vətəndaşların və ya hüquqi şəxslərin hüquqi vəziyyəti.

Stil(yunanca) – Qədim Yunanıstanda yazı yazmaq üçün bir ucu iti,Bir ucu küt olan metal çubuq.Mum çəkilmiş lövhə üzərində iti ucu ilə yazır.küt ucu ilə pozurdular.

Strateqlər(yunanca) – "hərbi başçı” deməkdir.e.ə. VI əsrin sonlaından başlayaraq Afina ordusuna və donanmasına başçılıq edən şəxslər.Strateqlər xalq yığıncağı tərəfindən seçilirdilər.

Streles – XVI əsr-XVIII əsrin əvvəllərində Rusiya ordusunun daimi əsgəri.Bu əsgərlər odlu silahla silahlanırdılar.Strelslər ,əsasən, piyada qoşunu hesab olunur,cüzi hissəsi isə süvari qoşunu təşkil edirdi.

Struktur – quruluş(dövlətin təşkili formaları).

Subaşı – türk dövlətlərindəçox da böyük olmayan hərbi dəstənin başçısı,sülh vaxtı şəhər və qalalarda əsayişə nəzarət edən rəis.

Sudan kondomimu – İngiltərə və misir tərəfindən birgə idarə olunan ölkə.

Suqovuşan – Sabirabad rayonu yaxınlığında Araz və Kürün qovuşduğu yer.

Sultan – 1) müsəlman ölkələrində ali hökmdarın titulu.azərbaycanda xandan aşağıda duran və kiçik hakimlərə başçılıq edən feodallara da sultan deyilirdi; 2)qazaxlarda bir neçə min alaçıqdan ibarət aulun başçısı.

Suverenlik – ölkənin daxili həyatının bütün məsələlərinin h\əllində vədigər dövlətlərdə hkimiyyətim sərbəstliyi,dövlətin iqtisadiyyatı və müstəqilliyi.Suverenliyə hörmət müasir beynəlxalq hüququn və beynəlxalq münasibətlərin əsas prinsiplərindəndir.

Sürrealizm(fransızca) – "üstün”,”yuxarı” mənasındadır.XX əsrin 20-ci illərinin rəssamlığında cərəyan.

Syoqun(yaponca) – "vəhşiləri itaətə gətirən Böyük sərkərdə” demədir.İrsən verilən bu titul sahibi dövlət hakimiyyəti hüququna malik sərkərdə hesab olunurdu.

 

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 18 fevral 2012 00:27
    yazdiginiz rhlri byndim

  2. 16 sentyabr 2012 22:40
    tesekkur melumata gore

  3. 22 iyun 2014 16:25
    struktur sozunnen xowumm gelir nedense.

    --------------------

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.