"M" hərfi ilə başlayan tarixi anlayışlar

[/b]

[b]"M" hərfi ilə başlayan tarixi anlayışlar

Maaf
(ərəbcə) – "azad olunmuş” deməkdir.bir sıra Yaxın şərq ölkələrində və Azərbaycanda mövcud olmuş kəndli kateqoriyası.Hər cür vergi və mükəlləfiyyətlərdən azad olan aaflar xanlıqlar dövründə  siyasi həyatda mühüm rol oynayırdilar.Maaflar xanın hərbi dəstələrində xidmət ütməli və xanlığın  sərhəd rayonlarını başqalardan qorumalı idilər.

 

Maharac – Hindistanda Dehli sultanlğının yaranmasından əvvəl böyük knyaza verilmiş ad.

Maq – Zərdüştlük dinində kahin.

Maqnat(latınca) – polşada iri feodal, vrlı və əsilli şəxs.Əvvəllərqərbi Roma imperiyasında iri torpaq sahibi mənasında işlədilmişdir.

Mandat sistemi – keçmiş Alman müstəmləkələri və osmanlı mülkünün qəyyumluğa götürülmüş formada bölüşdürülməsi.Birinci dünya müharibələrinin yekunlarına həsr edilmiş Versal konfransında müəyyən edilmişdir.

Manufakturalatınca) – "manus - əl. Faktira” – hazırlama.”Əl ilə düzələn”deməkdir.Burada əl əməyindən istifadə edilən ilk kpitalist müəssisəsi nəzərdə tutulur.Əmək bölgüsünə əsaslanan manifaktura tarixən mütərəqqi səciyə daşımış,ictimai əmək bölgüsünü daha da dərinləşdirmiş.iri maşınlı sənaye üçün  zəmin yaratmış,kapitalist istehsalının maşınlı mərhələsinə keçilməsi üçün bacarıqlı fəhlə kadrları hazırlamışdır.İlk anufakturlar İtaliyada yaransa da ingiltərədə manufaktura klassik formada inkişaf prosesi keçmişdir.Azərbaycanda ilk kapitalist manufakturası 1829-cu ildə açılmış Xanabad  ipəksarıyan manufakturası idi. Manufkturda muzdlu əməkdən istifadə edilirdi.

Marqraflıq(almanca) – Böyük Karl tərəfindən Frank imperiyasını sərhədləri boyu yaradılmış vilayətlər.

Marselyoza – Marel batalyonunun üzvlərinin ifa etdikləri inqilabi mahnı.Hazırda Fransanın dövlət himnidir.

Maşmaş – Aratta ölkəsində dini idarələrə baçılıq edən kahin.

Mavəraənnəhr – "dənizin arxası” deməkdir.Orta əsrlərdə Mərkəzi Asiyada qərbdən Aral gölü,cənubdan Amudərya,şimaldan Sırdərya,şərqdən Fərqanə ilə əhatə olunan əraziyə deyilirdi.

Mavrlar(yunanca) – Priney yarımadasında  vəŞimali Afrikanın şimal-qərb hissəsində ərəb dilinin yerli dialektlərində danışan müsəlman əhalisi.

Mayorat(latınca) – "mayor” sözündən olub böyük övlada çatmış mülkiyyətin bölünməzliyini bildirir.

Mehrab(ərəbcə) – "ibadətgah” deməkdir,məscidlərdə qiblə cəhətdəki(Məkkə istiqamətdə) divarda düzəldilən və önündə namaz qılınan oyuq,taxça.

Mehran – Mehranilər sülaləsinin banisi.

Mehranilər – Qafqaz Albaniyası hökmdarları  sülaləsi.Banisi Mehrandır.Görkəmli nümayəndələri Varaz Qriqor və Cavanşirdir(VII əsr).

"Mehriban qonşu”siyasəti – ABŞ prezidenti F.Ruzveltin Latın Amerikası ölkələrinə münasibətdə yeritdiyi siyasət.Bu siyasətdə əsas məqsəd ölkələrn ABŞ-a tabe etmək,İngiltərə və Almaniya kapitalını oradan sıxışdırıb çıxarmaq,maliyə-iqtisadi və ticarət sahələrində təzyiq rtmək mexanizmini işə salmaq həmin ölkələrə nüfuz etməsinə nail olmaq.

Memorandum(latınca) – tadda saxlanmalı şey.Diplomatik yazışma forması,sənad.Xatırlama notasına oxşayır.

Metropoliya – Müstəmləkəsi olan ölkə.

Mezolit(yunanca) – "Mezos”-orta ,”litos”-daş deməkdir.Orta daş dövrü.

Mədrəsə(ərbcə) – məktəb,öyrənmək deməkdir,Yaxın və orta şərq ölkələrində dövlət aparatı xidmətçiləri,din xadimləri və ibtidai məktəblər üçün müəllim hazırlayırdı.

Məhsuldar qüvvələr – Əmək alətləri,torpaq,teraltı sərvətlər,insanlar və s.

Məlik və ya xaqanbəyi – Xəzər xaqanlığında xaqanın baş məsləhətçisi.

Məliküttüccar – Cənubi Azərbaycan şəhərində tacir ittifaqınınbaşında duran tacirbaçı.

Məmlükər(ərəbcə) – Əyyubilər dövründə türk və Qafqaz xalqlarından ibarət döyüşçü qullar olmuşdular.1250-ci ildə hakimiyyəti ələ alaraq Misiri 1517-ci ilədək idarə etmişdilər.

Mərzban(farsca) – "sərhəd qoruyucusu”deməkdir.Sasanilər dövlətində vilayətə başçılıq edən canişin.

Mərzləşdirmə - torpaq sərhədlərinin sahələrini dəqiq müəyyənləşdirilməsi.

Məşrutə(farsca) – konstitusiya deməkdir.1905-1911 –ci illər İran inqilabı məşrutə hərəkatı adlanır.

Mixi yazılar – Mesopatamiyada Şumerlərin e.ə. I minilliyin əvvəllərində yaratmış olduqları işarələrdən ibarət yazı növü.Bu işarələr mıx formalı olduğu üçün mixi yazılar adlanır.Mizi yazılar gil lövhələr üzərində cızılırdı.

Mikrolit(yunanca) – "mikro”-kiçik, "litos”-daş deməkdir.Mezolit dövründə insanların işlətdikləri çox kiçik ölçülü alətlər nəzərdə tutulur.

Milad(latınca) – rəvayətə görə İsa peyğəmbər eamızın birinci ili dekabrın 24-də anadan olmuşdur.Bu hadisə xristian aləmində "milad” anadanolma adlanır. Xristian il hesablaması da Miladi təqvimi adlanır.

Millət – Müəyyən psixologiya və şüura malik  olan insanların tarixən yaranmış sosial-iqtisadi və mənəvi birliyi.Dövləti təşkil edən vətəndaşların sosial cəmiyyəti.

Millətçilik – Bir millətin digər millətdən üstün tutulması siyasəti,millət nümayəndələri tərəfindən onun rolunun həddindən rtıq şişirdilməsi.

Miniatür(latınca) – "minium” sözündəndir. U isə baş hərfləri yazmaq üçün istifadə edilən qırmzı boyaq mənasını verirdi.Həcminin kiçikliyi və bədii üsullarının xüsusi incəliyi ilə fərqlənən təsviri sənət əsəri.

Moratorium(latınca) – bərkidici,təxirəsalıcı.Dövlətin öhdəliklərini yerinə yetirilməsi vxtının geri çəkilməsi,yaxud hər hansı bir hərəkətdən imtina edilməsi.

Monarx(yunanca) – monarxiya dövlətində irsi dövlət başçısı(şah,sultan,çar,imperator,kral və s.).Monarx bəzən seçilə də bilər.Məsələn,Monqolustanda XIII əsrdə Çingiz xanın seçilməsi.

Monarxiya(yunanca) – təkhakimiyyətlilik deməkdir.Burada ali dövlət hakimiyyəti monarxın əlində cəmləşir.Aristotel monarxın,yəni bir nəfərin idarə etdiyi və hakimiyyətin atadan oğula keçdiyi dövləti monarxiya adlandırmışdır.Fedalizm dövründə monarxiya müxtəlif inkiaf mərhələləri keçmişdir:1.İlkin feodal monarxiyası;2.Feodalpərakəndəliyi dövrü monarxiyası;3.Silki nümayəndəli monarxiya;4.Mütləq monarxiya.Müasir dövrdə bir çox dövlətlər üçün məhdud, konstitusiyalı monarxiya səciyyəvidir.Konstitusiyalı monarxiyanın iki növü var:1.Qeyri-məhdud monarxiya.Bu zaman monarx icra hakimiyyətini öz əlində cəmləşdirir.hökuməti təşkil etmək,veto hüququna.parlamenti buraxmaq və s. hüquqlara malikdir;2.Parlamentli monarxya.Burad monarxın hakimiyyəti əslində formal səciyyə daşıyır (məsələn,müasir Böyük Britaniyada).

Mozaika – Müxtəlif rəngli xırda-xırda daşlar və şəffaf olmayan rəngli şüşə qırıntılarından ibarət təsvir,naxış.

Möhrə - palçıq və saman qarışığı.

Möhtəkirlik – Əhaliyə lazım olan məhsulların ucuz qiymətə  alınıb saxlandıqdan sonra baha qiymətə satılması.

Mövlalar(ərəbcə) – islam dinini könüllü qəbul etmiş yeli əhali.

Muxtariyyət – Ümumi dövlət konstitusiyası çərçivəsində dövlətin hər hansı bir hissəsinin dövlət məsələlərini müstəqil həll etməsi,axili özünidarə hüququ.

Mukat – pay.Orta əsrlərdə Misirdə iltizam sistemi ilə paylanan torpaq mülkiyyər forması.

Multanı – Azərbaycanda məskən salmış hind tacirləri.

Mumiya – 1)qurudulmuş insan cəsədi.Meyitlərin və müqəddəs heyvan cəsədlərinin mumiyalanması.Qədim misirdə geniş yayılmışdı;2) tərkibində 50-70% Fe O olan qırmızı rəngli təbii piqment də elmi ədəbiyyatda mumiya adlanır.

Musey – qədim yunan ilahələri,muzaların məbədi.

Muşkenum – Mesopatamiya padşahı Hammurapinin öz mülklərini idarə etmək üçün göndərdiyi səlahiyətli məmur.

Muza – yunan əsatirində elm və incəsənətə himayədarlıq edən ilahələr.

Mebadilə - Müxtəlif məşğuliyyət növləri ilə məşğul olan insan qruplarının hazırladıqları məhsulları bir-birləri ilə dəyişmələri.

Mübaşir – İranda vergivə mükəlləfiyyətləri  toplayan xan müvəkkili.

Müşir(türkcə) – hərbi rütbə.marşal deməkdir.

Müctəhid – Ən istedadlı tələbələrlə məşğul olan baş ruhani.

Müdərris(ərəbcə) – dərs verən müəllim.Şərq ölkələrində,o cümlədən,Azəraycanda ali ruhani mədrəsəsini bitirmiş mədrəsə müəllimi.

Müdaxilə - bir və ya bir neçə dövlətin digər dövlətin işinə qarışması.Müdaxilə hərbi,iqtisadi Siyasi və ideoloji vasitələrlə ola bilər.Beynəlxalq hüquqda müdaxilənin bütün formaları qadağan olunmuşdur.

Müəssislər məclisi – konstitusiya hazırlayacaq və qəbul edəcək,yaxud yeni dövlət quruluşu təsis eəcək səlahiyətə malik məclis.

Müxəmməs – beşlik.Şer janrıdır,lirik növdədir.Hər bənd beş misradan ibarətdir.

Müqatiyə(ərəbcə) – kəsik.Dövlətə müəyyən miqdarda pul ödəmək müqablində  şəxslərə verilən vergi toplama hüququ,iltizam.

Mülki (ərəbcə) – mülkiyyət,malikanə,əmlak:1)Xilafətin yarandığı dövrdə Yaxın və Orta Şərq Ölkələri,Mərkəzi Asiya,Cənubi Qafqaz,o cümlədən,Azərbaycanda torpaq mülkiyyəti formalarından biri,feodal mülkiyyətinin şərtsiz, irsi forması;2)Hərbçilərə paylanan torpaq mülkiyyət forması.

Mülkədar – İri torpaq sahibi.

Mükədar tabelisi – 1846-cı ildə ali müsəlman silkinə mənsub olan  müxəlif feodal-asılı kəndlilərə verilmiş ümumi ad.”Sahibkar kəndlisi” anlayışına uyğundur.

Mültəzim – Misirdə  orta əsrlərdə torpağı icarəyə götürən,icarədar.

Münəccim – ulduzların vəziyyətinə görə insanların,dölətlərin taleyindən qabaqcadan xəbər verən şəxs.

Müstəmləkə - Müstəqilliyini itirib işğalçılardan asili vəziyyətə düşmüş ölkə.

Müstəmləkə iqtisadiyyatı – istehsal prosesini axıra qədər davam etdirmək imkanından məhrum edilmiş iqtisadiyyat.

Mütrüb – İranda xalq içərisində məşhurlaşmış xanəndə və rəqqaslar.

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 22 fevral 2014 18:43
    N herfi ile olan anlayiwlariniz yoxdur?

  2. 3 iyul 2014 14:46
    ,,n'' herfi ile olan terminler lazim idi.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.