"K" hərfi ilə başlayan anlayışlar

[/b]

[b]"K" hərfi ilə başlayan anlayışlar

Kalita
(rusca) – pul kisəsi. Olduqca xəsis və dövlətli rus knyazı II İvana verilən ləqəb.

 

Kalqa – Həştərxan xanlığında silahlı qüvvələrin baş komandanı.

"Kanossaya getmək” – XI əsrin sonunda Papa VII Qriqori ilə Almanya imperatoru IV Henrix arasında Almaniyada yepiskop yəyin etmək hüququ üstündə şiddətli mübarizə baş verdi. Məğlub olan IV Henrix Kanossa qəsrinə gedərək,orada gizlənmiş papadan üzr istəmək məcburiyyətində qaldı.”Kanossaya getmək”ifadəsi hazırda məcburiyət qarşısında alçaldıcı güzəştə getmək”mənasını daşıyır.

Kapitulyasiya(latınca) Fəsil deməkdir.1535-ci ildə osmanlı dövləti ilə Fransa arasında imzalanmış müqavilə fəsillərə bölündüyü üçün belə adlandırmışdır.Sonradan kapitulyasiya bu və ya digər dövlətin vətəndaşları ilə müqayisədə üstünlük verən qeyri-bərabər(təslimçi) müqavilələrin xüsusi növünə deyilirdi.

Kartel – müəyyən bir sahənin  bir sıra müəssələrini birləşdirən kapitalist inhisar  birliyi formasıdır. Buraya daxil olan müəssələr satış və təsərrüfat müstəqilliklərini saxlayırdılar.

 Karvansara – bir çox Şərq ölkələrində,o cünlədən ,Azərbaycanda ticarət yolları üzərində və şəhərlərdə karvanların dayanacaq yeri,mehmanxana tipli tikili.

KasikLatın Amerikası ölkələrində Hindu əhalisinin başında duran ağsaqqal

Kastalar(yunanca) – Hindistanda qəti müəyyənləşdirilmiş hüquq və vəzifələri olan insan qrupları.

Kaşlıq – indiki Topobolda şəhəri.

Kaştan – Rusiya işğalı dövründə Tatarıstanda və Başkırdıstanda quberniya və qəza idarələri ilə rus dilini bilməyən yerli əhali arasında vasitəçi.

Katakomba(yunanca) – Qədim qəbir abidələrinin bir növü.Quyu qazılır ,onun divarındakı qəbir oyuqlarına ölü və ya əşyalar qoyulur,oyuğun ağzı hörülürdü.

Katolik kilsəsi – 1054-cü ildə xristian kilsəsi Qərb və Şərq kilsəsinə parçalandı.Həmin vaxtdan Qərb kilsəsi katolik kilsəsi(yəni "ümumdünya” kilsəsi) adlanmağa başladı.

Kavaler(ingiliscə) – "cəngavər”deməkdir.İngiltərədə vətəndaş müharibəsi dövründə kral tərəfdarlarına verilən ad.

Kəfə(Kafa) – Krımda indiki Feodosiya şəhəri.

Kəhriz – Aralarında suyun axması üçün yol açılmış quyular vasitəsi ilə yeraltı suyun yer üzərinə çıxarılması.

Kəndxuda – feodalizmdə hakim sülalə üzvlərinə məxsus təsərrüfatı idarə edən kənd.yaxud məhəllə başçısı.

Kəsbkarlıq – 1.Muzdla işləməyə gedən kəndlilər;2.Cənubi Azərbaycanda əhalinin böyük bir hissəsinin çörək pulu qazanmaq üçün kənarda iş axtarmağa getməsi.

Kiçiklər – İcmanın üzvü olan xırda əkinçilər(Qədim Nisirdə).

Kir(yunanca) – Spartada icma üzvləri üçün ayrılmış torpaq sahəsi.

Kirkirə - Əl dəyirmanı,Dən üyütmək üçün əl ilə işlədilən alət. Yastı və dairəvi formada düzəldilən alt və üst daşdan ibarətdir.Azərbaycanda e.ə. II minillikdən məlumdur.

Klassizm(latınca) - ən nümunəvi deməkdir,ədəbiyyatda bədii üslub bildirir.

Kobiz(qopuz) – türk xalqlarında kamana bənzər sili musiqi aləti.

Kolizey(latınca) – "kolesseus”sözündən olub,böyük.iri deməkdir.Qədim Romanın ən əzəmətli və gözəl binalarından biri Kolizey alandırılan amfiteatr idi.

Kolon(latınca) – "kolonus” sözündəndir,əkinçi deməkdir.Romada iri malikanə sahibləri öz torpaqlarını kiçik sahələrə bölərək,azad kənlilərə icarəyə verirdilər.Belə icarədarları kolonlar adlandırırdılar.

Koloniya(latınca) – məskən deməkdir;1)qədim yunan və romalıların başa torpaqlarda saldığı məskən;2)bir dövlətin vətəndaşlarının  digər ölkədə birgə yaşayış məskəni.

Kolxoz(rusca) – kollektiv təsərrüfat deməkdir.Sovetlər ittifaqında kənddə sosialist təsərrüfat forması.

Komediya(yunanca) – "şən sakinlərin” mahnısı deməkdir. Şən və məzəli pyeslər.

Kommuna – Orta əsrlərdə qərbi Avropada:1.şəhərlərin sünyora qarşı müdafiə ittifaqı;2.özünümüdafiə hüququ qazanmış  şəhər icması.

Komprador burjuaziya – daxili bazarla xarici şirkət arasında vasitəçi rolunu oynayan yerli burjuazita

Kondisiya – müqavilə və saziş şərtləri.

Konfrontasiya – beynəlxalq aləmdə qarşıdurma.

Konkordat(latınca) – müqavilə,saziş.Roma papası ilə ayrı-ayrı dövlətlərin hökumtləri arasında bağlanmış müavilə.

Konqres(latınca) – görüş,yığıncaq deməkdir.ABŞ-da ali qanunverici orqan.

Konsern – müxtəlif təsərrüfat sahələrinin bir sıra müəssələrinin birliyi.

Koservatizm(mühafizəkarlıq) – yeni və qabaqcıl nə varsa,hamısına qarşı düşmən münasibət bəsləyən,köhnə və vaxtı keçmiş hər bir şeyi mühafizə edən ictimai təfəkkür cərəyanı və siyasi praktika.

Konsessiya – ölkədə sahibkarlıq fəaliyəti ilə məşğuk olmaq üçün,müəyyən şərtlərlə,ayrı-ayrı şəxslərin və ya şirkətlərin müvafik dövlətlə bağladıqları müqavilə.

Konstitusiya(latınca) – quruluş,təsisat deməkdr. Dövlətin ali hüquqi qüvvəyə malik olan əsas qanunlar məcəlləsi.

Kontinent(latınca) – materik deməkdir.

Korrexidor – Latın amerikasındakı müstəmləkələrdə kral məmuru.

Kortes(ispanca) – kral sarayı deməkdir.İspaniyada ali qanunverici orqan,parlament.

Kosmopolitizm(yunanca) – dünya vətəndaşı deməkdir.Bütün dünyanı özünə vətən hesab edən,milli adət və mədəniyyətdən imtina edən təlim forması.

Kovxa – Azərbaycanda kəndliləri idarə edən vəzifəli şəxs.

Kremasiya – insanın yandırılaraq külünün qəbrə qoyulması.

Kreollar  - Latın Amerikasına İspaniyadan daha əvvəl köçüb gələnləri nəsilləri.

Ku-kluks-klan – ABŞ-da keçmiş quldarların  - Cənubda irqçilərdən yaratdığı terrorçu təşkilat.Onlar qaradərili əhalini və öz əlehdarlarını linçləyirdilər(bax:linçləmə).

Kulak(rusca) – qolçomaq ,varlı kəndli.

Kurqan – torpaq təpə.Tayfa başçıları və varlı adamların qəbri üzərində qurulurdu.

Kustak – Sasani dvlətində inzibati  idarə vahidi ,canişinlik.

Kümdar – barama yetişdirməklə məşğul olan şəxs.

Künəlgə - Azərbaycanda əyanların kəndlinin evində qamaq hüququ.

Küzdək(və ya küz) – ağac çubuqlarından.qamışdan hörülərək düzəldilən yer.




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 2 noyabr 2011 21:06
    muellim kerifto yaddan cixib

  2. 15 noyabr 2013 19:20
    maraqldir.demk olarki,hazirlayanlara tesekkuler

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.