"D" hərfi ilə başlayan anlayışlar

                                

"D" hərfi ilə başlayan anlayışlar

D

 

 

Dabbaqlıq – gön dəri emalı,yəni aşılanması ilə məşğul olan sənət sahəsi.

 

Damba – Misirdə doğranmış qamış qatılmış gildən düzəldilən bənd.

 

Danışan alət –Romada qullara verilmiş ad.

 

Darğa – Atabəylər dövlətində vergi və rüsumları toplayan şəxs.

 

Darik – Əhəməni padşahı I Daranın dövründə kəsilmiş qızıl pul vahidi.

 

Darüssəltənə(farsca) – səltənət evi.İran vəliəhdlərinin rəsmi yaşayış yeri.

 

Dastakert – Sasanilərdə əsas torpaq mülkiyyət forması.

 

Daxmalı qullar – Qədim Romada qulları öz əməklərinə maraqlarını artırmaq üçün bəzi quldarlar onlara kiçik torpaq sahələrini becərməyə,əmək alətlərinə malik olmağa,daxma tikməyə və ailə qurmağa icazə verirdilər.Onları daxmalı qullar adlandırırdılar.

 

De-fakto(latınca) - əslində,faktiki olaraq.Beynəlxalq hüquqla dövləti və yaxud hökuməti tanıma formalarından biri.Rəsmi,lakin tam olmayan tanıma deməkdir.

 

Dekadent(fransızca) – tənəzzül,pozul-ma deməkdir.

 

Dekorasiya(latınca) – bəzək deməkdir.

 

Demetra – Qədim Yunanlarda münbitlik allahı.Baharda təbiətin canlanması,payızda bitkilərin solmasını onunla bağlayırlar.

 

Demidov mükafatı – Rusiyada ən yaxşı bədii əsərlərə verilən mükafat.

 

Dəhyek(farsca) – onda bir.Orta əsrlərdə Yaxın Şərqdə,o cümlədən,Azərbaycanda natura şəklində alınan vergi.

 

Dəmyə əkinçiliyi – dağlıq və dağətəyi ərazilərdə yalnız yağış suyu ilə suvarılan əkinçilik növü.

 

Dərviş – gəzərgi həyat sürən müsəlman rahibi.

 

Dərviş ordeni – dərvişlərin ittifaqı və qardaşlığı.Onların öz nizamnamələri,ruhani başçıları,xanəgahları vardı.Dərviş ordeninin üzvləri zahidlərə və müqəddəs hamilərə sitaiş edirdilər.

 

Dəyirmibaşlar – İngiltərə burjua inqilabı dövründə parlamentin tərəfdarlarına verilən ad.Onlar saçlarını dəyirmi vurdurur və gur saç saxlayırdı-lar.

 

Dəzgahbaşı – Azərbaycanda sənətkarlardan toplanan vergi.Xalça,kilim və s.toxuyan sənət-karlardan dəzgahların sayına görə ildə bir dəfə alınırdı.

 

Didebuli(gürcücə) – iri feodallara verilən ad.

 

Digger(ingiliscə) – yerqazan deməkdir.İngiltərə burjua inqilabı dövründə siyasi cərəyan.Diggerlər öz tələblərini levellədən daha irəli getdikləri üçün özlərini”həqiqi bərabərçilər”adlandırırdılar.

 

Diktatura(latınca) – qeyri məhdud hkimiyyət.Hakim qrupun  siyasi hakimiyyətini təmin etmək forması

 

Dinar(ərəbcə) - ərəb dinarı keçmişdə müsəlman şərqində ən çox yayılmış qızıl sikkə idi,ilk dəfə VII əsrdə tərkibində təqribən 2,4 q qızıl olmaqla kəsilmişdi.Dinar ndi də bir çox ölkələrdə fərqli qızıl təkibi ilə pul vahidi kimi işlənir.Məsələn:İordaniya,İraq,tunis,Kü-veyt və s.

 

 

 

 

 

 

 

Demoqrafiya(yunanca) – demos – xalq,qrafiya – elm sözlərindəndir.Əhalinin yerləşməsini,yerini dəyişməsini,sosial-iqtisadi vəziyyətini təqdim edən elm sahəsi.

 

Demos – Qədim Yunanıstanda nəsli zadəganlardan fərqli olaraq,Attikanın qalan azad əhalisi(sənətkarlar,günəmuzdçular,dəniz-çilər,kəndlilər),belə adlanırdı.

 

Denonsasiya -  dövlətin bağladığı beynəlxalq müqavilədən qanuniləşdirilmiş qaydada imtina etməsi.

 

Departament(fransızca) – 1)Fransada əsas inzibati-ərazi vahidi;2) bir sıra dövlətlərdə idarə və nazirliklərin adı.

 

Deportasiya – azlıqda qalan əhalinin zorla,kütləvi surətdə dövlət səviyyəsində öz doğma yurdlarından köçürülməsi.

 

Despotizm – istibdad,zülmkarlıq,qəd-darlıq.

 

Desyatin – torpaq ölçü vahidi.1,036 hektara bərabərdir.

 

Devalvasiya – pul vahidinin qızıl məzmununun rəsmi azalması,yaxud milli valyutanın qızıla,gümüşə,xarici valyutaya görə məzənnəsinin aşağı düşməsi.

 

Deviz – gerbin mənasını aydınlaşdıran söz,ifadə və ya yığcam cümlə.

 

De-yure – beynəlxalq hüquqla dövləti və yaxud hökuməti tam, rəsmi tanıma.

 

"Dəniz şiri” – İkinci dünya müharibəsində nasist Almaniyyasının Böyük Britaniyyaya qarşı hərbi əməliyyat planının adı.

 

Dəniz xalqları – Qədim Misirlilər strukturları,ligiləri və axeyləri belə adlandırmışdılar.

 

Dionis – Qədim Yunanlarda şərabçılıq allahı.Yunanların etiqadına görə insanlara üzüm yetişdirməyi və şərab hazırlamağı öyrətmişdir.

 

Disput(latınca) – bilik yarışı,yəni qabaqcadan irəli sürülmüş sallar barədə mübahisələr.

 

Divan – Bir çox Şərq,o cümlədən,Azərbaycan hökmdarlarının hökmdarın yanında məsləhət şurasına bənzər fəaliyyət göstərən qurum.

 

Doab – Hindistanın Camna və Qanq çayları arasında yerləşən təbii sərvətlər-lə zəngin olan vilayəti.

 

Dominion(ingiliscə) – özünüidarə hüququ alan ölkə.

 

Dorilər – e.ə.II minilliyin sonlarındaYunanıstanın şimalından gələn yunan tayfaları.

 

Dorik sütunlar – Qədim Yunan memarlarının ucaltdıqları ictimai binaların tikintisində istifaə olunan sütunlar.Bu sütunlar sanki daş döşəmədən çıxan və yuxarıda adi sal daşla tamamlanan sütunlar idi.

 

Dövlət arbitrajı – indiki halda həmkarlar ittifaqları və sahibkarlar arasında mübahisəli məsələlərin buna vəkil edilmiş şəxs,hökumət nümayəndəsi tərəfindən həll edilməsi.

 

Dövlət borcu – Rusiya imeratoru I Aleksandrın dövlət darəçiliyi sahəsində həyata keçirdiyi islahatlara əsasən yaradılmış ali idarəetmə orqanı

 

Draqun(fransızca) "əjdaha”deməkdir. İlk vaxtlar onların bayraqlarında əjdaha təsviri olurdu.Həm piyada,həm də süvari qoşun kimi vuruşmaq üçün nəzərdə tutlan qoşun.XVIII-XX əsrlərdə əksər avropa ölkələrində qoşunun1/3-ni təşkil edirdi.

 

Drakon qanunları – "qanla yazılmış qanunlar” da adlanır.E.ə. VII əsrdəAfinada qanun bilicisi Drakon tərəfindən yazılmış sərt qanunlar.

 

Dukat(latınca) – qədim gümüş,sonralar qızıl sikkə,İtalyada işlədilmiş pul vahididir.

 

Duçe(italyanca)-"rəhbər”deməkdir .İtalyan faşistləri liderləri Mussolininin onu belə adlandırmışdılar.

 

 

 

 

 

 

 

 

 

 

 

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 18 oktyabr 2011 12:34
    bu cur bendlerden tarixi ensiklopedik luget alinar,cox xowuma geldi

  2. 2 noyabr 2013 14:07
    maraqlidir ama   xosuma geldi.tarix.info saytini BeyNIRrrM

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.