
Strateji coğrafi mövqeyi, təbii resurslarının zənginliyi ilə Cənubi Qafqaz məkanında fərqlənən Azərbaycan tarixin müxtəlif dövrlə- rində bir çox yadellilərin hücumlarına və işğallarına məruz qalmış- dır.Sasanilər, səlcuqlar, ərəblər,monqollar, ruslar, ermənilər və başqa yadellilər vətənimizə basqın etmiş, burada öz dövlətlərini qurmuşlar. Bütün bunlara baxmayaraq dövlətçlik ən-ənələri olan Azərbaycan yadellilərə qarşı əzmi-qətiyyətlə mübarizə aparmiş və tarixinin şanlı səhifəlrini yaratmışdı.
Bu işğalçılardan ən qəddarı olan ermənilər XX yüzillikdə torpaqlarımızı işğal etməklə yanaşı xalqımızın başına olmazın bəlalar, hətta faşizmin həsəd apara biləcəyi müsibətləri gətirmişlər. Belə ki, 1992-ci ilin fevralın 25-də axşam saat 9-da erməni silahlı qüvvələri, Xankəndindəki Rusiyaya məxsus 366-cı mexanikləş-dirilmiş atıcı alay və muzdlu quldurlar Xocalıya hücum etdilər. XX yüzilliyin ən böyük faciələrindən biri olan Xocalı soyqırımı törədildi. Respublika rəhbərliyi kifayət qədər məlumatlı olduğu halda bu faciənin qarşısını almaq üçün lazımi tədbirlər görmədi. Cəmi 150 nəfər müdafiəçisi olan Xocalı düşmənlə üz-üzə qaldi. Düşmən ilk zərbəni hava limanına vurdu. Əlif Hacıyevin rəhbərlik etdiyi 22 nəfərlik dəstə düşmənin hücumlarını üç dəfə qəhrə-manlıqla dəf edə bildi. Lakin vəziyyətin çıxılmaz olduğunu başa düşən komandir dispetçer məntəqəsini partladaraq düşmən əlinə keçməsinə imkan vermədi. Sonrakı döyüşlərdə Ə.Hacıyev qəhrə-mancasına həlak oldu. Xocalı soyqırımında 613 nəfər öldürüldü, 487 nəfər yaralandı, 1275 nəfər əsir götürüldü, 8 ailə bütünlükdə məhv edildi. Bu faciə XX əsrin faciəsi oldu. Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin hönkürə- hönkürə lentə aldığı bu dəhşətli faciə heç vaxt unudulmamalıdır.
Rəylərin sayı:.