Erməni vəhşiliyi rəsmlərdə

Erməni vəhşiliyi rəsmlərdə

 

Rəssam: Vaqif Ucatay

Ermənilərin demək olar hər yerdə, hər zaman tətbiq etdiyi "klassik” vəhşiliyi əsirlərin kürəyinə su ilə dolu samovar bağlayıb qaynatmışlar. (Mir Möhsün Nəvvab "Erməni – Müsəlman davası 1905-1906-cı illər.”)


Erməni vəhşiliyi rəsmlərdə

 

Nadir Bayrışov – Qaçqınlar

Nadir Bayrışov "Qaçqınlar” əsəri üzərində 10 il (1988-1998) işləyib. Əsərdə Ermənistan SSR-dən qovulan insanlar, viran qalmış, evlər əks olunub. Qaçqınlar əsəri İngiltərədə, Rusiyada və eləcə də "İrs” jurnalında çap olunub.

Erməni vəhşiliyi rəsmlərdə

 


Mərhum İbrahim xanın hökmranlığı zamanında Pənahabad, yəni Şuşa qalasının şərq tərəfində Bağırqan dağı deyilən yerdə bir uca qaya vardı. Həmin dağda öz təbəələri ilə Avan Koxa adlı bir erməni yaşayırdı. Avan Koxa öz təbəələrinə buyurmuşdu ki, harada əllərinə müsəlman düşsə, tutub onun hüzuruna gətirsinlər. Avan Koxanın əmrilə tutulmuş müsəlmanı çılpaqlayıb üzü üstə yerə yıxardılar. Sonra onun arxasının dərisindən dörd barmaq enində bıçaqla boynundan qom ətinəcən iki tərəfdən xətt çəkər və dərinin ucunu aşağı əydirilmiş ağacın qüvvətli bir budağına bənd edib budağı buraxardılar. Ağacın budağı qüvvət

lə yuxarı qalxanda o yazıq müsəlmanın dərisi boynuna qədər soyulardı və onun bağırtısı o dağa düşərdi. Bu əhvalatı görənin və eşidənin də bağrı qan olardı. Buna görə də həmin qayaya "Bağırqan dağı” adı vermişdilər.

Mir Möhsün Nəvvab (" 1905-1906-ci illərdə Erməni-Müsəlman davası”  kitabından səh. 19)


Erməni vəhşiliyi rəsmlərdə

 

Nəzrin Məmmədova Yuva


Nəzrin Məmmədovanın Yuva əsəri Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Asssosiasiyasının gənc rəssamlar arasında keçirilən "Sərsəng harayı" rəsm müsabiqəsinin qaliblərindən biri olmuşdur. Yuva əsərində müharibənin soydaşlarımızın həyatında buraxdığı izləri, viran qalmış Qarabağın əsrarəngiz təbiətinin bu günkü vəziyyəti, ekoloji durumu və minlərlə dinc əhalinin dağıdılmış yurdları təsvir olunub.


Erməni vəhşiliyi rəsmlərdə

 

Xaspolad adlı bir müsəlman Qalanın ətrafında yerləşən bir dəyirmanı icarəyə götürmüş və onu bir kişi ilə övrətinə tapşırmışdı. Qarət və qan tökməklə məşğul olan erməni dəstələrinin biri həmin dəyirmana gələrək böyük bir faciə törətmişdilər.
Onlar kişini güllə ilə öldürdükdən sonra qucağında dörd aylıq uşaq olan qadına yaxınlaşdılar. Erməni cəlladları onları da öldürmək istəyəndə övrət dedi ki, Allah xatirinə məni öldürün, ancaq uşağa əl vurmayın. Ermənilərdən ikisi irəli çıxıb dedilər ki, qorxma uşağı öldürməyəcəyik. Onlar uşağı qadından alıb bələyini açdılar. Erməniləri uşağın ayaqlarından tutub qüvvətlə hərəsi bir tərəfə çəkdilər. Uşaq iki para oldu. İki yerə bölünmüş uşağın parçalarını ananın üstünə atdılar. Ana bu vəhşiliyə dözə bilməyib huşunu itirdi. Cəlladlar bu qadını da bir neçə güllə ilə qətlə yetirdikdən sonra dəyirmanda olan taxılı və unu, eləcə də malı qarət edib apardılar.
Mir Möhsün Nəvvabın "1905-1906-cı illərdə erməni-müsəlman davası” kitabından. Səh.67-68. Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu. Bakı-2014

1905.az






Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 28 fevral 2015 20:13
    Alisoy,tesekkurler.Ermeni vehsiliyi bu tablolarda aydin tesvir olunub......Urek agridici sehnelerdir.... sad

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.