
Xocalı faciəsi haqqında kiçik şeir parçası. Əziz tarix infoçular! Sizlərə özümün qələmə aldığım bu şeiri paylaşıram. Allah Xocalıda şəhid olanlara rəhmət eləsin. Allah bu qətlləri törədənlərə lənət eləsin!
Öldü neçə körpə uşaq Xocalıda
Qaldı neçə isti ocaq Xocalıda
Bir çoxları tapılmadı həmin gün
Qaldı neçə günahsız qan Xocalıda
Qonşu deyib tanımadıq biz düşməni
Çox yalanla aldatdılar səni, məni
Bakımızda at oynadır erməni
Amma yoxdu türkdən soraq Xocalıda
Tapdadılar adımızı ,namımızı
Çox yedilər dövlətimizi, malımızı
Axı kimə danışaq biz halımızı
Yoxsa öldü həmin gün haqq Xocalıda
Qadınlara samovar bağlatdılar
Körpələri divara mıxlatdılar
Neçə milyon insanı ağlatdılar
Ağladılar dağlar,daşlar Xocalıda
Baxmadılar nə qarğışa,nə aha
Əl açıram,yalvarıram Allaha
Məni o heç çıxartmasın sabaha
Olsaq əgər yenə də uzaq Xocalıda
Dinlə məni eşit ey türk uşağı,
Axı nəydi erməninin marağı
Tutsun elə gözəl cənnət torpağı
Çünki getdi bil Qarabağ Xocalıda
Neçə illər çox yedilər çörəyimi
Əsgiltmədim mən onlardan köməyimi
Bir Allaha açıram öz diləyimi
Dalğalansın Şanlı Bayraq Xocalıda
Rəylərin sayı:.