Xocalı inşa......!

Xocalı inşa......!





Xocalı faciəsini unutmuruq
26 fevral 1992-ci il. Quşbaşı qar yağan sərt qış gecəsi. O gecə dəhşət yaşadı Xocalı. Elə bir dəhşət ki, hələ yer üzü belə müsibət, belə vəhşilik görməmişdi. Evlərə-eşiklərə od vuruldu, torpaq qana qərq edildi o gecə. Düşmən rəhm diləyən qocaya, xəstəyə, qadına aman vermədi. Uşaqlar valideynlərinin gözləri qarşısında xüsusi qəddarlıqla qətlə yetirilirdilər. Xocalının neçə-neçə qeyrətli oğulu erməni dığalarının qəbirləri üstündə qurbanlıq kəsildilər. Qız-gəlinlər əsir alındılar. Aramsız güllə yağışından qurtulub ayağı yalın, başı açıq halda meşələrə, dağlara üz tutanların çoxusu yolda dondu, qar uçqunlarına düşdü. O gecə hara gedəcəyini, kimdən imdad diləyəcəyini bilməyən uşaqların doğmalarının meyidləri arasında caş-baş halda vurnuxmalarını, ətrafda nə baş verdiyindən xəbərsiz körpənin gözlərini həyata əbədilik yummuş ananın buz kimi soyuq döşlərini əmməsini göz önünə gətirin… Həmin gecə Xocalı sakinlərinin üzləşdikləri müsibətlərin hansı birini deyəsən, hansı birini yazasan? Qələm acizdir bu vəhşilikləri təsvir etməkdə. Şəhərin 800-dən artıq sakininin həyatına son qoyuldu bir gecənin içində. 6 ailə tamam məhv edildi, 1277 nəfər gotürüldü, yüzlərcə soydaşımız bu və ya digər dərəcədə bədən xəsarəti aldı. Tarixin hələ indiyədək şahidi olmadığı bu müsibət ancaq insanlığını, mərhəmət hissini itirən vəhşi ermənilər törədə bilərdilər. Onlar Xankəndində qərar tutmuş keçmiş sovet ordusuna məxsus hərbi hisslərin, ələlxüsus da 366-cı alayın iştirakı ilə dinc insanların üstünə hücum çəkdilər və əslində soyqırım törədərək bir şəhəri yer üzündən tamam sildilər. Ermənilər törətdikləri vəhşilikləri heç nə ilə müqayisə etmək mümkün deyil. Onlar öz bədnam hərəkətləri ilə tarixdən tanıdığımız ən qəddar hökmdarların zülmkarlığını belə kölgədə qoydular. Bu vəhşiliklər həmişə, hər yerdə özlərini "məzlum, yazıq, türklərin təqiblərinə məruz qalan bir xalq” kimi təqdim edən ermənilər xislətini, iç üzünü açıb bütün dünyaya göstərdi. Ölkəmizin paytaxtı Bakıda Xocalı qurbanlarının xatirəsinə bir abidə ucalır. Abidə rəmzi məna daşıyır.Burada arzuları gözündə qalan balasını başı üstünə qaldıran ananın fəryadı təsvir olunub. Bu Vətən rəmzi olan ananın öz övladlarına qarşı sevgisinin bir nümunəsidir.




Layla Xocalım layla.............


Yükləmək ücün qeydiyyatdan keçin!


Duz basdılar yarana,
Layla, Xocalım, layla.
Düşdün gülləbarana,
Layla, Xocalım layla

Namərdi kim çağırdı?
Göydən ölüm yağırdı.
Dilnən demək ağırdı,
Layla, Xocalım layla.

Daş üstə daşmı qaldı,
Salamat başmı qaldı,
Gözümdə yaşmı qaldı,
Layla, Xocalım layla.

Qaçdı Novruzun tamı,
Kimdi yandıran şamı?
Yas elədin bayramı,
Layla, Xocalım layla

Dərdin kimi acı yox,
Ağrı var, əlacı yox.
Ağlamağa bacı yox,
Layla, Xocalım layla.

Hisdi, pasdı, qurumdu,
Tüstü burum-burumdu.
Hər tərəf uçurumdu
Layla, Xocalım layla

Bu torpağın canısan,
Selə dönmüş qanısan.
Sən kimin qurbanısan?
Layla, Xocalım, layla.

Xocasan, xocan hanı?
Cavansan, qocan hanı?
Tüstülü bacan hanı?
Layla, Xocalım, layla.

Çıxmağa yol olmadı,
Qucmağa qol olmadı.
Üzməyə sal qalmadı,
Layla, Xocalım, layla.

Məndən küsdü soyadım,
Namərd olsun qoy adım.
Səni necə oyadım?
Layla, Xocalım, layla.

Kədər düşdü payına,
Səndən çətin yayına.
Hay vermədik hayına,
Layla, Xocalım, Layla.

Yara sarıyan hanı?
Haqdan yarıyan hanı?
Yurdu qoruyan hanı?
Layla, Xocalım, layla

Şuşanın ətəyi qan,
Bali qan, petəyi qan.
Düşmənin kötəyi qan,
Layla, Xocalım, layla.
İtən çənim olaydı,
Bitən dənim olaydı.
Vətən mənim olaydı,
Layla, Xocalım, layla

Yatan çətin ayıla,
Çətin adam sayıla.
Heyif Şah İsmayıla,
Layla, Xocalım, layla.

Dünya darmı görəsən?
Qulaq karmı görəsən?
Allah varmı görəsən?
Layla, Xocalım, layla.


Müəllif: Zəlimxan Yaqub



Əziz yoldaşlara Allah nütün şəhidlərə rəhmət eləsin ..............! Onların qanı yerdə qalmayacaq..........!



Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 24 fevral 2015 19:38
    Təşəkkürlər Leyla xanım... winked

    --------------------

  2. 24 fevral 2015 21:18
    Sitat: ARR
    Təşəkkürlər Leyla xanım... winked

    siz sağoun

    --------------------

  3. 26 fevral 2015 14:20
    Duz basdılar yarana,
    Layla, Xocalım, layla.
    Düşdün gülləbarana,
    Layla, Xocalım layla

    Namərdi kim çağırdı?
    Göydən ölüm yağırdı.
    Dilnən demək ağırdı,
    Layla, Xocalım layla.

    Daş üstə daşmı qaldı,
    Salamat başmı qaldı,
    Gözümdə yaşmı qaldı,
    Layla, Xocalım layla.

    Qaçdı Novruzun tamı,
    Kimdi yandıran şamı?
    Yas elədin bayramı,
    Layla, Xocalım layla

    Dərdin kimi acı yox,
    Ağrı var, əlacı yox.
    Ağlamağa bacı yox,
    Layla, Xocalım layla.

    Hisdi, pasdı, qurumdu,
    Tüstü burum-burumdu.
    Hər tərəf uçurumdu
    Layla, Xocalım layla

    Bu torpağın canısan,
    Selə dönmüş qanısan.
    Sən kimin qurbanısan?
    Layla, Xocalım, layla.

    Xocasan, xocan hanı?
    Cavansan, qocan hanı?
    Tüstülü bacan hanı?
    Layla, Xocalım, layla.

    Çıxmağa yol olmadı,
    Qucmağa qol olmadı.
    Üzməyə sal qalmadı,
    Layla, Xocalım, layla.

    Məndən küsdü soyadım,
    Namərd olsun qoy adım.
    Səni necə oyadım?
    Layla, Xocalım, layla.

    Kədər düşdü payına,
    Səndən çətin yayına.
    Hay vermədik hayına,
    Layla, Xocalım, Layla.

    Yara sarıyan hanı?
    Haqdan yarıyan hanı?
    Yurdu qoruyan hanı?
    Layla, Xocalım, layla

    Şuşanın ətəyi qan,
    Bali qan, petəyi qan.
    Düşmənin kötəyi qan,
    Layla, Xocalım, layla.
    İtən çənim olaydı,
    Bitən dənim olaydı.
    Vətən mənim olaydı,
    Layla, Xocalım, layla

    Yatan çətin ayıla,
    Çətin adam sayıla.
    Heyif Şah İsmayıla,
    Layla, Xocalım, layla.

    Dünya darmı görəsən?
    Qulaq karmı görəsən?
    Allah varmı görəsən?
    Layla, Xocalım, layla.


    Müəllif: Zəlimxan Yaqub


    Əziz yoldaşlara Allah nütün şəhidlərə rəhmət eləsin ..............! Onların qanı yerdə qalmayacaq..........!

  4. 26 fevral 2015 14:53
    ALAH REHMET ELEİSN GEC YADA TEZ EDALET BERPA OLACAQ AMİN

  5. 26 fevral 2015 17:30
    ela meqaledir, cox sag ol, Leyla.

  6. 26 fevral 2015 17:37
    Sitat: nuray01
    Duz basdılar yarana,
    Layla, Xocalım, layla.
    Düşdün gülləbarana,
    Layla, Xocalım layla

    Namərdi kim çağırdı?
    Göydən ölüm yağırdı.
    Dilnən demək ağırdı,
    Layla, Xocalım layla.

    Daş üstə daşmı qaldı,
    Salamat başmı qaldı,
    Gözümdə yaşmı qaldı,
    Layla, Xocalım layla.

    Qaçdı Novruzun tamı,
    Kimdi yandıran şamı?
    Yas elədin bayramı,
    Layla, Xocalım layla

    Dərdin kimi acı yox,
    Ağrı var, əlacı yox.
    Ağlamağa bacı yox,
    Layla, Xocalım layla.

    Hisdi, pasdı, qurumdu,
    Tüstü burum-burumdu.
    Hər tərəf uçurumdu
    Layla, Xocalım layla

    Bu torpağın canısan,
    Selə dönmüş qanısan.
    Sən kimin qurbanısan?
    Layla, Xocalım, layla.

    Xocasan, xocan hanı?
    Cavansan, qocan hanı?
    Tüstülü bacan hanı?
    Layla, Xocalım, layla.

    Çıxmağa yol olmadı,
    Qucmağa qol olmadı.
    Üzməyə sal qalmadı,
    Layla, Xocalım, layla.

    Məndən küsdü soyadım,
    Namərd olsun qoy adım.
    Səni necə oyadım?
    Layla, Xocalım, layla.

    Kədər düşdü payına,
    Səndən çətin yayına.
    Hay vermədik hayına,
    Layla, Xocalım, Layla.

    Yara sarıyan hanı?
    Haqdan yarıyan hanı?
    Yurdu qoruyan hanı?
    Layla, Xocalım, layla

    Şuşanın ətəyi qan,
    Bali qan, petəyi qan.
    Düşmənin kötəyi qan,
    Layla, Xocalım, layla.
    İtən çənim olaydı,
    Bitən dənim olaydı.
    Vətən mənim olaydı,
    Layla, Xocalım, layla

    Yatan çətin ayıla,
    Çətin adam sayıla.
    Heyif Şah İsmayıla,
    Layla, Xocalım, layla.

    Dünya darmı görəsən?
    Qulaq karmı görəsən?
    Allah varmı görəsən?
    Layla, Xocalım, layla.


    Müəllif: Zəlimxan Yaqub


    Əziz yoldaşlara Allah nütün şəhidlərə rəhmət eləsin ..............! Onların qanı yerdə qalmayacaq..........!

    Əlbətdə qalmayacaq............

    --------------------

  7. 26 fevral 2015 18:06
    SALAM MEN BUSAYITDA YENIYEM DUZDU SEHIDLERIMIZ HEC BIR ZAMAN YADDASIMIZDAN SILINMEYECEK

  8. 26 fevral 2015 19:28
    Sitat: sehzade4
    SALAM MEN BUSAYITDA YENIYEM DUZDU SEHIDLERIMIZ HEC BIR ZAMAN YADDASIMIZDAN SILINMEYECEK

    elbetde ele olcaq..............

    --------------------

  9. 27 fevral 2015 00:48
    hmmm eledir Allah Rehmet etsin amin

    menim emimde Sehid olub Allah ruhun sad yerin cennet etsin amin

  10. 27 fevral 2015 11:33
    Sitat: RAKETkwkdd
    hmmm eledir Allah Rehmet etsin amin

    menim emimde Sehid olub Allah ruhun sad yerin cennet etsin amin

    Allah rəhmət eləsin əminizə............

    --------------------

  11. 27 fevral 2015 20:30
    InwAllah sehidlerimizin qani yerda qalmayacaq...quduz canavarlar da cezasiz qalmayacaq...

  12. 28 fevral 2015 21:02
    Əziz yoldaşlar şeirdən əvvəl olan yükləməni xaış edirəm yükləyin baxın o yükləmədə şeiri öz dilimlə oxuyuram

    --------------------

  13. 25 noyabr 2015 18:20
    allah butun sehidlerimize rehmet elesin!!!

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.