Müstəqil Azərbaycan Respublikası

Müstəqil Azərbaycan Respublikası

Müstəqil Azərbaycan Respublikası
Vətənimizin 2-i dəfə qazandığı dövlət müstəqilliyi haqqında danışmaq istəyirəm, əslində ...Düşüncələrim yüzillərin o üzündən bugunkü Azərbaycana tərəf gələn uzun, incə bir yola çıxır...XX əsrin əvvəllərində milli ruhun doyunca yaşamağa macal tapmadığı istiqlal vüsalı vaxtın üzərindən əsrin sonlarına, Vətənin müstəqilliyinin ikinci dəfə bütün dünyaya bəyan edildiyi xoş bir payız gününə- 1991-ci ilin oktyabrına körpü salır.
Tarixin ixtiyarına verilən hər əsr xalqların keçmiş kitabındakı bir səhfədir.
Hər toplum yaşadıqları bu səhifədə bir cür görünür hər xalq bu səhifədə bir cür görünür hər xalq bu səhifədə özünü bir tərzdə ifadə edir.
Azərbaycan xalqı bir əsrdə iki dəfə dövlət müstəqilliyinə nail olmuş toplumdur.İlk müstəqilliyimiz 1918-ci il mayın 28-də Azərbaycan Milli şurası İstiqlal Bəyannaməsi qəbul edərk Azərbaycan xalqının dövlət quruluşunun çoxəsirlik ənənələrini dirçəltdi Azərbaycan Respublikası öz ərazisində tam dövlət hakimiyyətinə malik olub müstəqil xarici və daxili siyasət yeridirdi. Birinci Dünya Müharibəsi dövründə Şimali Azərbaycanda müstəqil dövlət və Müsəlman şərqində ilk parlament respublikası idi.Paytaxt əvvəl Gəncə, sonra Bakı şəhəri idi. AXC-nin yaranma ərəfəsində Cənubi Qafqazda azərbaycanlıların elliklə yaşadıqları ərazilər təqribən 150 minkv. km-ə bərabər idi. 1918-ci ildə Cənubi Qafqazda müstəqil dövlətlər meydana gəldikdə əzəli Azərbaycan torpaqlarının bir hissəsində Ermənistan Respublikası yaradıldı. AXC-i Hökuməti, həmçinin, Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri və keçmiş İrəvan xanlığının paytaxtı olan İrəvanıda ermənilərə gözəştə getməyə və onu yeni yaradılan Ermənistan Respublikasının “siyasi mərkəzi” kimi tanımağa məcbur oldu. Beləliklə Cənubi Qafqaz respublikaları arasında sərhəd məsələləri qismən nizama salındıqdan sonra AXC Cənubi Qafqazdakı tarixi Azərbaycan torpaqlarının 113,9 min kv.km-ni əhatə edirdi. AXC-nin əhalisi 3,3 milyondan çox idi. Dövlət hakimiyyəti üç qoldan ibarət idi: Azərbaycan parlamenti, Hökumət, məhkəmə hakimiyyəti. Parlamentdə Azərbaycan ərazisində yaşayan bütün xalqlar, o cümlədən sayları çox az olan xalqlar da öz deputatları ilə təmsil olunmuşdur. İcra hakimiyyəti Hökumətə məxsus idi.Hökümət Parlament qarşısında cavabdeh idi. AXC Hökuməti 1918-ci il mayın 28-də iyunun 16-dək Tiflisdə, iyunun 16-dan sentyabrın 17-dək Gəncədə, sentyarın 17-dən 1920-ci ilin aprelin 28-dək Bakıda fəaliyyət göstərmişdir.Azərbaycan Xalq Cümhuriyyəti Paris Sülh Konfransının qərarına əsasən De-fakto-faktiki olaraq dövlət kimi tanınmışdı.Dünyanın bir çox ölkələri ilə səfirlik və nümayəndəliklər səviyyəsində diplomatik münasibətlər yaratmış, ikitərəfli və çoxtərəfli müqavilələr, sazişlər bağlamışdı.AXC müstəqil məhkəmə sisteminin yaradılması sahəsində də mühüm tədbirlər həyata keçirmişdi.

1919-cu ilin sonu və 1920-ci ilin əvvəllərində Azərbaycanda vəziyyət çox gərgin idi Bir tərəfdən sovet müdaxiləsi təhlükəsi ictimai qüvvələrin, siyasi partiyaların qütbləşməsi, Azərbaycanın inkişaf yollarına dair baxışların, mövqelərin barışmazlığı, iqtisadi və maliyyə böhranının üst-üstə düşməsi AXC-nin vəziyyətini xeyli gərginləşdirdi.
1920-ci ilin 11 yanvarında “Antanta” ölkələri tərəfindən Azərbaycanın müstəqilliyinin de-fakto (faktiki) səviyyəsində tanıması baş verəcək təhlükəni sovuşdurmadı.Sovet Rusiyasının Azərbaycanın daxili işlərinə müdaxiləsi genişləndi. Sovet Rusiyası millətlərin təyini müqəddərat hüququna dair verdiyi çoxsaylı bəyannamələrə məhəl qoymayaraq Azərbaycanın müstəqilliyini tanımır və onun Rusiyadan ayrılması kimi siyasi bir aktla razılaşmaq istəmirdi.
1920-ci il aprelin 27-28-də RSFSR beynəlxalq hüquq normalarını kobudcasına pozaraq müharibə elan etmədən öz silahlı qüvvələrinin hissələrini Azərbaycana yeritdi, suverin Azərbaycan Respublikasının ərazisini işğal etdi Qanuni seçilmiş hakimiyyət orqanlarını devirdi və Azərbaycan xalqının çox böyük qurbanlar bahasına qazandığı müstəqilliyə son qoydu
Bunun ardınca Azərbaycan 180-1828-ci illərdə olduğu kimi yenidən Rusiyaya ilhaq edildi.Cəmi 23 ay yaşasa da, AXC xalqımızın azadlıq hərəkatı tarixində dərin iz qoydu.
Azərbaycan Respublikasının yəni Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə: “İnsanlara hürriyət millətlərə istiqlal “
2-ci dövlət müstəqilliyimiz XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa etmişdir. 1991-ci il oktyabrın 8-də Azərbaycan Ali Sovetinin işə başlanan növbədənkənar sessiyası 4 gün müzakirələr aparıb.
Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd-Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edilib. Konstitiusiya Aktında göstərilib ki müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş AXC-nin hüquqi varisidir Konstitusiya Aktı 6 fəsil, 32 maddədən ibarətdir. Dövlət Müstəqilliyi Haqqında Konstitusiya Aktı 1991-ci il 18 oktyabrda qebul edilsə də Azərbaycan özünün əsl müstəqilliyini ümummilli lideri Heydər Əliyevin qayıdışından sonra əldə edir. 1993-cü ildə ölkəmizdə ikinci dəfə hakimiyyətə qayıdışından sonra ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi.

Məqaləmi bitirərkən Ümummilli lider Heydər Əliyev “Azadlıq və istiqlaliyyət xalqın milli sərvətidir” Şanlı Türkiyə Cümhuriyyətinin qurucusu ulu öndər Atatürk:“Ey yüksələn yeni nəsil! İstikbal sizindir. Cümhuriyyəti biz qurduq onu davam etdirəcək sizlərsiniz” Bu üç cümlədən sitat gətirərək fadə etmək istəyirəm ki bir insanın fərdi şəxsiyyət olaraq inkişafı üçün 2-i təməl ehtiyac vardır: Azadlıq və Tehsil. Bir daha ifadə etmək lazımdır ki bizlər azad millətin övladlarıyıq.
Bir dəfə qalxan bayraq bir daha enməz!

Könül Hüseynova İlqar (Gəncə şəhəri, tələbə....)


Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.