Bir kərə yüksələn bayraq bir daha enməz

Bir kərə yüksələn bayraq bir daha enməz 

Bir kərə yüksələn bayraq bir daha enməz

         9 noyabr Azərbaycan Üçrəngli Bayrağının yaranması günüdür.  1918-ci ilin noyabrın 9-da qəbul edilmiş bu bayrağ bu gün müstəqil Azərbaycan Respublikasının rəsmi dövlət bayrağıdır.  

TÜRKÇÜLÜK, AZADLIQ və İSLAM istiqamətində qurulan bayrağımızın rənglərinin müəllifi Əli bəy Hüseynzadədir. 

 

Türkçülük tarixi  :

"Bayrağımızdakı mavi rəng qədim zamanlardan türk xalqlarının Əbədi Səma Tanrısına sitayişlə və Göy Tanrısına etiqatla bağlı olmuşdur. Türk xalqları Səmanın rəngini simvol kimi istifadə etmişlər. Azərbaycan xalqı da türk dünyasının bir parçası olduğundan mavi rəng bir çox dövlətlərimizdə bayrağın əsas rənglərindən biri olmuşdur. Məhz bütün bunları nəzərə alan Azərbaycan höküməti 1918-ci ildə bayrağımızın ilk rəngini mavi seçmişdir.”

 

 

Azadlıq anlayışını bildirən bayrağımızdakı ikinci rəng – qırmızı isə

orta əsrlərdə Azərbaycanda qalxmış Xürrəmilər hərəkatı ilə bağlı olmuşdur. Belə ki, Babək ərəb işğalçılarına qarşı mübarizədə dünya tarixində ilk dəfə azadlığının rəmzi kimi qırmızı bayraq qaldırmışlar və qırmızı paltar geyinmişlər. Fəxredicidir ki, dünya tarixində bu rəngin azadlıq simvolu kimi qəbul edilməsində Azərbaycanın rolu böyükdür. Sonralar müxtəlif vaxtlarda qırmızı bayraqdan azadlıq rəmzi kimi istifadə etmişlər : məsələn, Çində monqol işğalçılarına qarşı mübarizədə, XIX əsrdə Fransada fəhlə hərəkatında, Rusiyada sosialist inqlabında, Türkiyədə milli-azadlıq hərəkatında və s. Qırmızı rəngin əsas mənalarından biri də demokratiya və müasirlikdir. 


İslam mənasını verən bayrağımızdakı üçüncü rəng – yaşıl isə Azərbaycanın VII əsrdən

Müsəlman ölkəsi olması və Azərbaycanın tarixi dövlətlərində islamın mühüm yer tutması,

vahid islam bloku çərçivəsində "qara donlu kafirlərə” qarşı mübarizə aparması və bu

dinin xalqımızın mənəviyyatına daha yaxın olması ilə bağlı olmuşdur.

                                                  

Azərbaycan dövlətinin suverenliyinin rəmzi

Azərbaycan Respublikasının  Dövlət bayrağıdır.

  

Aypara şəkli səkkizgüşəli ulduz islam dinindən irəli gələn rəmzlərdir .

  Bayrağımız xalqımızın azadlıq və istiqlal ideyalarının, milli varlığının təcəssümü, ərazilərimizin bölünməzliyinin simvoludur.

  Azərbaycanımızın simvolu demokratik cəmiyyətdə ilk dəfə olaraq Xalq Cumhuriyyəti dövründə qəbul olunmuşdur.

  Gəncədə Müvəqqəti hökümət zamanı 21 iyun 1918-ci ildə ağ rəngli aypara və səkkizgüşəli ulduz təsviri olan qırmızı bayraq Azərbaycan Demokratik Respublikasının bayrağı kimi qəbul olundu. 

 

 

Bir kərə yüksələn bayraq bir daha enməz


Bakımız düşmən tapdağından azad olunduqdan sonra yaranmış çətin vəziyyətlə əlaqədar olaraq ( Türkiyənin I Dünya müharibəsində məğlubiyyəti və Azərbaycanı tərk etməsi) yeni bayrağın təsdiq edilməsi zərurətini yaratdı.  9  noyabr 1918-ci ildə[/i] Azərbaycan höküməti yeni üçrəngli-mavi, qırmızı və yaşıl zolaqlardan ibarət olan Milli bayrağımızı təsdiq etdi.  

 

 

Bir kərə yüksələn bayraq bir daha enməz

 

                              

 

28 aprel 1920-ci ildə sovet rejiminin qurulması ilə bayrağımız «həbsə» alındı. Müxtəlif dövrlərdə kommunistlər

 

Azərbaycanımıza yeni bayraq qəbul etdirdilər.

1920-1921-ci illərdə Sovet Azərbaycanın bayrağı belə oldu :

 

Bir kərə yüksələn bayraq bir daha enməz

 

Lakin az sonra bu bayrağda dəyişdirildi.

 1921-1922-ci illərdə bayrağımız[/b]

 

Bir kərə yüksələn bayraq bir daha enməz


və sonra dəyişikliklər, dəyişikliklər....

 

1922-1924-ci illər

 

Bir kərə yüksələn bayraq bir daha enməz



 

 

1924-1930-cu illər

 

Bir kərə yüksələn bayraq bir daha enməz


 

 

1930-1940-cı illər

 

Bir kərə yüksələn bayraq bir daha enməz



 

1940-1952-ci illər

 

Bir kərə yüksələn bayraq bir daha enməz



 

Azərbaycan SSR-nin sonuncu və ən çox istifadə edilən bayrağı isə

1952-1991-ci illərdə bizi məhkum etdilər.

 

Bir kərə yüksələn bayraq bir daha enməz



 

 

70 illik ədalətsizlikdən sonra , yəni 5 fevral 1991-ci ildə Azərbaycan Respublikasının Ali Sovetinin «Azərbaycan SSR-nin adının və Dövlət bayrağının dəyişdirilməsi haqqında» qərar qəbul etdi. Bununla üç rəngli bayrağımız yenidən tariximizin əsas səhnəsinə qayıtdı.

 

Bir kərə yüksələn bayraq bir daha enməz



 

 

Cənubi Azərbaycan Milli-azadlıq hərəkatı bu   bayrağı dünyaya nümayiş etdirir.

 

Bir kərə yüksələn bayraq bir daha enməz



 

 

Azərbaycan Respublikasının Bayrağı

 

 

 Hər birimizin and yeridir

      Hər birimizin fəxridir

      Hər birimizin sevincidir

   Hər birimizin canıdır

    Hər birimizin qəlbidir

    Hər birimizin qürurudur

   Hər birimizin , hər birimizin.........

       YIXILMAZ, ƏYİLMƏZ, SINMAZ VƏ ALINMAZ QALASIDIR !

 

 

Bayramınız mübarək ! 


 

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 9 noyabr 2011 16:01
    cox sagolun.

  2. 9 noyabr 2011 17:25
    Cox sag olun etrafli informasiyaya gore.

  3. 9 noyabr 2011 17:35
    Siz saqolun borcumuzdu xalqimiz qarshisinda

  4. 10 noyabr 2011 09:46
    ALLAH AZERBAYCANI QORUSUN

  5. 22 noyabr 2011 00:18
    hemishe zirvelerde olsun!

  6. 12 avqust 2013 14:26
    hamlet muellim cox sag olun etrafli melumata gore.sizden 1xahisim var.bir kere yuklesel bayraq bir daha enmez movzusunda aciq ders hazirlamaq isteyirem.mene maraqli motivasiya qurmaqda komek ederiz?

  7. 27 may 2014 22:23
    Çox sağ olun Hamlet müəllim.Hər zaman önəmli günləri yada saldığınız üçün.Məncə bu sayt əsl vətənpərvərlik simvoludur.Tanrı bu xalqı və xalqını sevən vətənpərvərləri qorusun.Bayramınız mübarək!

  8. 27 may 2014 23:56
    yawasin Azerbaycan ama butov wekilde boynu bukuy yox.!

    --------------------

  9. 28 may 2014 10:41
    Cox sag olun etrafli informasiyaya gore. yawasin Azerbaycan

  10. 28 may 2014 15:30
    Təşəkkürlər , Hamlet müəllim. Bayramınız mübarək!

    Əbədi İSTİQLAL arzusuyla...

  11. 28 may 2014 19:04
    çox sağ olun müəllim.bayramınız mübarək

  12. 9 noyabr 2015 13:21
    Çox sağ olun ətraflı məlumata görə.Bayramımız mübarək!

    --------------------

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.