Azərbaycan Respublikasının dövlət təltifləri

Azərbaycan Respublikasının dövlət təltifləri

 

Azərbaycanın ilk ordeni respublikada sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycan İnqilab Komitəsinin sərəncamı ilə təsis edilən Azərbaycan SSR-in Qırmızı Bayraq ordeni olmuşdur. Hazırlanmasında RSFSR-in Qırmızı Bayraq ordeniəsas kimi götürülmüş, 1920-ci ilin noyabrından təqdim olunmağa başlanmışdı; ikinci orden Azərbaycan SSR Qırmızı Əmək Bayrağı ordeni idi; hazırlanması üçün 1921-ci ilin iyununda müsabiqə elan edilmiş, 1922-ci ildə Azərbaycan MİK sessiyası yeni ordeninşəklinin layihəsini və Ümumi əsasnaməsini təsdiq etmişdir. Hər iki ordenlə təltifolunma 30-cu illərin ortalarından dayandırılmışdır.
Azərbaycan Respublikası müstəqilliyini elan etdikdən (1991) sonra Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında Azərbaycan Respublikasının 1992-ci il 10 noyabr tarixli Qanunu, həmin Qanuna dəyişikliklər və əlavələr edilməsi barədə 1993-ci il dekabr tarixli Qanunu, həmçinin 2003-cü il 7 noyabr tarixli və 2005-ci il 22 aprel tarixli qanunları ilə aşağıdakı ordenlər təsis edilmişdir: "Heydər Əliyev" ordeni; "İstiqlal" ordeni; "Şah İsmayıl" ordeni; "Azərbaycan bayrağı" ordeni; "Şöhrət" ordeni; "Vətənə xidmətə görə" ordeni. 12 mart 2007-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə "Şərəf" və "Dostluq" ordenləri təsis edilmişdir.
Azərbaycan Respublikasınınən yüksək təltifi olan "Heydər Əliyev" ordeni Azərbaycan Respublikasının vətəndaşlarına Azərbaycanın tərəqqisinə,əzəmətinin vəşöhrətinin artmasına müstəsna töhfə verən xidmətlərinə görə; Vətənin müdafiəsində, Azərbaycanın dövlət mənafelərinin qorunmasında göstərilmiş mərdlik vəşücaətə, həmçinin xarici vətəndaşlara Azərbaycan Respublikası qarşısında görkəmli xidmətlərinə görə verilir.
"İstiqlal" ordeni Azərbaycan Respublikasının vətəndaşlarına Azərbaycan Respublikasında milli azadlıq hərəkatında müstəsna xidmətlərinə, Azərbaycan Respublikasının dövləti və xalqı qarşısında xüsusilə görkəmli xidmətlərinə, Azərbaycan Respublikasının milli dövlət quruculuğu işlərində xüsusi xidmətlərinə görə verilir.
Azərbaycan Respublikasının ali hərbi ordeni olan "Şah İsmayıl" ordeni ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin (ARSQ) ali rütbəli zabitləri, hərbi hissələrin və birləşmələrin komandirləri ARSQ-nin təşkilində və möhkəmləndirilməsində, Azərbaycan Respublikasınınərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsində, respublikada fövqəladə halların aradan qaldırılmasında xüsusi xidmətlərinə görə təltif edilirlər.
"Azərbaycan Bayrağı" ordeni Azərbaycan Respublikasının vətəndaşlarına,əcnəbi vətəndaşlara və vətəndaşlığı olmayanşəxslərə Azərbaycan Respublikasında milli azadlıq hərəkatında iştirakına və ictimai-siyasi fəaliyyətinə görə; hərb elminin və hərb texnikasının inkişafında, Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında, dövlət sərhədinin mühafizəsinin təmin edilməsində xüsusi xidmətlərinə görə verilir.
"Şöhrət" ordeni Azərbaycan Respublikasının vətəndaşlarına, əcnəbi vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə iqtisadi, elmi-texniki, sosial-mədəni inkişafda, sülhün və xalqlar arasında dostluğun möhkəmləndirilməsində və əməkdaşlığın inkişafında; sənaye, nəqliyyat, rabitə, tikinti sahələrində, xalq təsərrüfatının digər sahələrində görkəmliəmək nəticələrinə, elm, təhsil və səhiyyə sahəsində xüsusi xidmətlərinə görə verilir.
"Vətənə xidmətə görə" ordeni Azərbaycan Respublikasına sadiqliyə, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirməyə görə; dövlət qulluğunda səmərəli fəaliyyətə, yüksək peşəkarlığa və xüsusi nailiyyətlərə, milli dövlət quruculuğu işlərində xüsusi xidmətlərə görə verilir.
"Şərəf" ordeni Azərbaycan Respublikasının dövləti və xalqı qarşısında böyük xidmətlərə, milli dövlət quruculuğu işlərində xüsusi xidmətlərə, iqtisadi, elmi-texniki, sosial-mədəni inkişafda müstəsna xidmətlərə, elm, mədəniyyət,ədəbiyyat, incəsənət, təhsil və səhiyyə sahələrində böyük xidmətlərə görə verilir.
"Dostluq" ordeni Azərbaycan Respublikası ilə xarici ölkələr arasında dostluq, iqtisadi və mədəni əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinəgörə, xalqlar arasında dostluğun möhkəmləndirilməsi işində görkəmli xidmətlərinə görə, dünyada, regionda və müxtəlif ölkələrdə sülhün vəəmin-amanlığın bərqərar olmasında, sivilizasiyalar arasında konstruktiv münasibətlərin yaradılmasında və mədəniyyətlərarası dialoqun qurulmasında görkəmli xidmətlərinə görə Azərbaycan Respublikasının "Qızıl Ulduz", "Vətən uğrunda", "İgidliyə görə", "Tərəqqi", "Hərbi xidmətlərə görə", "Hərbi xidmətdə fərqlənməyə görə", "Sərhəddə fərqlənməyə görə", "Hərbiəməkdaşlıq sahəsində xidmətlərə görə", "Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı", "Qüsursuz xidmətə görə", "Dövlət qulluğunda fərqlənməyə görə", "Daxili işlər orqanlarında qüsursuz xidmətə görə" medalları ilə yanaşı, bir sıra yubiley medalları da təsis edilmişdir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinə əsasən dövlət təltifləri Azərbaycan Respublikası Prezidenti tərəfindən həyata keçirilir.
Azərbaycan Respublikasının ordenləri "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının 1992-ci il 10 noyabr tarixli, 370 nömrəli Qanunu ilə təsdiq edilmişdir.
 
  • Azərbaycan Respublikasının ən yüksək təltifi — "Heydər Əliyev" ordeni
  • "İstiqlal" ordeni
  • Azərbaycan Respublikasının ali hərbi ordeni — "Şah İsmayıl" ordeni
  • "Azərbaycan Bayrağı" ordeni
  • "Şərəf" ordeni
  • "Dostluq" ordeni
  • "Şöhrət" ordeni
  • "Vətənə xidmətə görə" ordeni


Azərbaycan Respublikasının medalları "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının 1992-ci il 10 noyabr tarixli, 370 nömrəli Qanunu ilə təsdiq edilmiş və sonradan qanuna bir sıra dəyişikliklər edilmişdir.
 
  • "Qızıl Ulduz" medalı
  • "Vətən uğrunda" medalı
  • "İgidliyə görə" medalı
  • "Tərəqqi" medalı
  • "Hərbi xidmətlərə görə" medalı
  • "Hərbi xidmətdə fərqlənməyə görə" medalı
  • "Sərhəddə fərqlənməyə görə" medalı
  • "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı
  • "Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı" medalı
  • "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı
  • "Qüsursuz xidmətə görə" medalı
  • "Dövlət qulluğunda fərqlənməyə görə" medalı
  • "Daxili işlər orqanlarında qüsursuz xidmətə görə" medalı
  • "Polis veteranı" medalı
  • "Azərbaycan Polisinin 90 illiyi" yubiley medalı
  • "Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 90 illiyi (1919-2009)" yubiley medalı
  • "Azərbaycan Sərhəd Mühafizəsinin 90 illiyi (1919-2009)" yubiley medalı
  • "Diplomatik xidmətdə fərqlənməyə görə" medalı
  • "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 90 illiyi (1919-2009)" yubiley medalı
  • "Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 illiyi (2000-2010)" yubiley medalı
  • "Vergi orqanlarında xidmətdə fərqlənməyə görə" medalı
  • "FHN orqanlarında xidmətdə fərqlənməyə görə" medalı
  • "FHN orqanlarında qüsursuz xidmətə görə" medalı
  • "Fövqəladə hallar orqanları ilə səmərəli əməkdaşlığa görə" medalı
  • "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 5 illiyi (2005-2010)" yubiley medalı
  • "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyi" Azərbaycan Respublikasının yubiley medalı
  • "Azərbaycan Respublikası Mülki Aviasiyasının 75 illiyi (1938-2013)" Azərbaycan Respublikasının yubiley medalı
  • Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı
 
Mənbə: az.wikipedia.org





Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.