"İstiqlal" ordeni

"İstiqlal" ordeni

 

Azərbaycan Respublikasının "İstiqlal" ordeni Azərbaycan Respublikasının vətəndaşlarına aşağıdakılara görə verilir:
  • Azərbaycan Respublikasında milli-azadlıq hərəkatında müstəsna xidmətlərinə görə;
  • Azərbaycan Respublikasının dövləti və xalqı qarşısında xüsusilə görkəmli xidmətlərinə görə;
  • Azərbaycan Respublikasının milli-dövlət quruculuğu işlərində xüsusi xidmətlərinə görə.
  • "İstiqlal" ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan əvvəl taxılır.


"İstiqlal" ordeni bir-birinin üzərinə qoyulmuş, biri digərinə nisbətən ox ətrafında dönmüş və ikiüzlü hamarşüaları olan iki gümüş səkkizguşəli ulduzdan ibarətdir. Üstdəki ulduzun ortasında mavi mina ilə örtülmüş girdə lövhə yerləşir. Bu lövhənin üzərində qanadları açılmış quş və qanadların arasında — yuxarıda səkkizguşəli ulduz təsvir olunmuşdur. Ulduzdan yuxarıda qanadlar arasında çevrə boyunca "İstiqlal" sözü yazılmışdır. Quşun, ulduzun təsviri və yazı qabarıqdır, qızıl suyuna çəkilmişdir. Arxa tərəfi hamar səthlidir, ortasında ordenin nömrəsi həkk olunmuşdur.
 

"İstiqlal" ordeni

 

Təltif dəstinə aşağıdakılar daxildir:
- boyundan asmaq üçün 27 mm enində, göy çalarlı lenti olan, 50 mm qabarit ölçülü orden;- paltara bərkidilmək üçün elementi olan, beşguşəli 27 mm x 47,5 mm ölçüdə göy çalarlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilən, 35 mm qabarit ölçülü orden;- paltara bərkidilmək üçün elementi olan, göy çalarlı, üzərində alov simvolu təsvir edilmiş, ölçüsü 27 mm x 9 mm olan qəlib.2011-ci ilin sentyabr ayının 5-də Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən Azərbaycan ordenlərinə həsr olunmuş yeni poçt markaları təqdim edilmişdir. Qiyməti 60 qəpik, tirajı isə 5000 ədəd olan həmin markalardan biri "İstiqlal" ordeninə həsr olunmuşdur
 
Azərbaycan Respublikasında "İstiqlal" ordeni ilə təltif olunmuş işçilərə məzuniyyət 46 təqvim günündən az olmayaraq verilir

"İstiqlal" ordeni

 

Mənbə: az.wikipedia.org





Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 20 fevral 2015 19:06
    Məlumat üçün təşəkkürlər... winked

    --------------------

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.