Ətraf aləm və xoşbəxtlik

ƏTRAF ALƏM VƏ XOŞBƏXTLİK[/b]

 

 

 

("Xoşbəxtlik”mövzusunda divar qəzetinin buraxılışı)

                                              

Xoşbəxtlik hər bir insanın bir məqsədidir. Ən yüksək nemət olan xoşbəxtliyə cəhd-insanın ən yüksək mükəmməl məqsədidir.

                                                                                        Əl-Fərabi

Dərsin məqsədi:

-        şagirdlərdə layihə hazırlamaq, öz fikirlərini yazılı şəkildə ifadə etmək bacarıqları formalaşdırmaqdır.

Biliklər:

-        ədalət, insaf,  sosial ədalət, xoşbəxtlik,  qəddarlıq  anlayışları;

-        sosial ədalət və onu elementləri;

-        xoşbəxtlik və ona çatmağın yolları.

Bacarıqlar:

-        mövzuya daxil olan anlayışları izah etmək və onları düzgün işlətmək;

-        sosial ədaləti müəyyənləşdirmək və onun əsas elementlərini fərqləndirmək;

-        xoşbəxtliyi qiymətləndirmək;

-        divar qəzetini tərtib etmək, məqalə yazmaq, redaktə etmək, reportaj aparmaq.      

  Dəyərlər:

-        sosial ədalətə fəal vətəndaş münasibəti;

-        nəcib əxlaqi keyfiyyətlərə hörmət.

 

Əsas anlayışlar: ədalət, insaf, sosial ədalət, yaxşılıq, qəddarlıq, xeyir, şər, xoşbəxtlik

Mənbələr və materiallar:

-        ədalət anlayışının tərifini əks etdirən plakat;

-        xoşbəxtlik anlayışının tərifini əks etdirən plakat;

-        kağız, markerlər, skoç.

 

Dərsin planı:

1. Ədalət insana xas olan nəcib keyfiyyətdir

2.  Sosial ədalət prinsipi

3.  Qəddarlıq mənfi əxlaqi keyfiyyət kimi

4.  Xoşbəxtlik insan həyatının mənasıdır

 

Dərsin gedişi:

1-ci  mərhələ. Əqli həmlə

Bu mərhələnin məqsədi "ədalət”,"sosial ədalət”, "qəddarlıq”, "xoşbəxtlik”anlayışlarını mahiyyətini açıqlamaq, şagirdlərin bu sahədə malik olduqları bilikləri müəyyənləşdirməyə və genişləndirməyə kömək etməkdir.

Müəllim müzakirəni başlamaq üçün sinifə aşağıdakı sualları verir:

1. Nə üçün ədalət nəcib əxlaqi keyfiyyətdir?

2. Sosial ədalət nə deməkdir?

3. Yaxşılıq dedikdə nəyi başa düşürsünüz?

4. Qəddarlığın yaranmasına hansı amillər təsir edir?

5. Xoşbəxtlik haqqında öz fikirlərinizi söyləyin.

Cavablardakı əsas ideyalar müəllim və ya şagirdlərin biri tərəfindən kağız üzərinə yazılır. Şagirdlərin cavabları səsləndikdən sonra müəllim ədalət,xoşbəxtlik anlayışları yazılmış plakatları lövhədən asır.

 

Ədalət insanlarla və insan qrupları ilə bərabər şəkildə ,qərəzsiz rəftar deməkdir. Bundan başqa , ədalət insanlarla və insan qrupları ilə əxlaq baxımından özünü doğruldan rəftar –insaflı rəftar deməkdir.

Xoşbəxtlik –arzu və istəklərin təmin olunması, özünü reallaşdırmaq imkanı, sənin varlığının başqa insanlar üçün vacibliyinin dərk edilməsindən alınan sevincdir.

Müəllim sosial ədalət, yaxşılıq, qəddarlıq kimi digər anlayışların da  təriflərindən istifadə edə bilər. Lakin indiki halda yuxarıdakı suallar bu anlayışların mahiyyətini, məzmununu aşkara çıxarmağa imkan verdiyi üçün buna ehtiyc yoxdur. Təriflər şagirdlərin cavabları ilə müqayisə edilir və ümumi cəhətlər markerlə qeyd olunur.

 

2-ci mərhələ. Kiçik qruplarla iş

Müəllim sinifə məlumat verir ki, biz bu gün "xoşbətlik” mövzusunda bir divar qəzeti buraxacağıq. Bilirsiniz ki, qəzet bir neçə şöbədən ibarət olur və onu hazırlamaq üçün aşağıdakı mütəxəssislər tələb olunur:

-        redaktorlar;

-        qəzetin tərtibatçıları, rəssamlar;

-        repartyorlar, jurnalistlər;

-        satira və yumor hissəsini aparan mütəxəssis.

 Sinif şagirdləri 6 qrupa bölünür. Bunlardan 3 qrupu müxtəlif mövzulardan.1) ədalət; 2) qəddarlıq” 3) xoşbəxtlikdən yazan jurnalistlərdən ibarət olmaıdır. Müəllim hər bir qrupun vəzifələrini onlara izah edir:

Redaktorlar- baş məqaləni yazmalıdırlar.

Tərtibatçılar- qəzeti nəfis şəkildə tərtib etməlidirlər.

Repartyorlar- mövzuları ətrafında müsahibələr götürməli onları, ümumiləşdirməlidirlər.

Satira və yumor hissəsini aparanlar- gülməli, məzəli hadisələri qeydə almalıdırlar.

Müəllim qruplara bildirir ki, məqalə və müsahibələr çox yığcam, məzmunlu olmalı, əsas ideyaları özündə əks etdirməlidir. Qruplar sinifdəki şagirdlərin hər birindən, hətta müəllimdən də müsahibə götürə bilərlər. Deyilənləri qeyd etdikdən sonra müəllim qruplara qabaqcadan hazırlanmış, üzərində görüləcək işlərin planı yazılmış kağız parçaları paylayır.

1. Redaktorlar:

-        baş məqalə yığcam olmalıdır;

-        aktual olmalıdır;

-        ədalət , sosial ədalət, qəddarlıq və xoşbəxtlik problemlərini özündə qısa şəkildə əks etdirməlidir.

 

2. Tərtibatçılar:

-        qəzet rəngarəng olmalıdır;

-        nəfis hazırlanmalıdır;

-        səliqəli və xoşagələn olmalıdır;

-        ölçü və biçim pozulmamalıdır;

 

3. Repartyor (ədalət):

-        Ədalət nə deməkdir?

-        Sosial ədalət nədir?

-        İnsanlar nə üçün ədalətli cəmiyyət can atır?

-        Yaxşılıq niyə insana rahatlıq gətirir?

 

 

 

 

4. Repartyor (qəddarlıq):

-        Hansı amillər insanları qəddarlığa gətirib çıxarır?

-        Şagirdlər arasında buna rast gəlmisinizmi?

-        Nə üçün Xeyir və Şər bir-birilə mübarizə aparır?

 

5. Repartyor (xoşbəxtlik):

-        Xoşbəxtlik nədir?

-        Nə üçün insan həmişə xoşbəxtliyə can atır?

-        Xoşbəxtlik anidirmi, yoxsa daimi?

 

6. Satira və yumor hissəsini aparanlar:

-        yumor qısa olmalıdır;

-        məzmunlu olmalıdır;

-        əsas ideyanı çatdırmalıdır;

-        oxuyanı düşündürməlidir.

Tapşırıq ola bilər ki, qəzet üzərində işləmə təcrübəsi olmadığı səbəbindən şagirdlər üçün çətin olsun. Müəllim qrupların işinə qarışmamaq şərti ilə suallara cavab verə, qrupların işini öz məsləhətləri ilə istiqamətləndirə bilər. Lakin, şagirdlərin yazdıqlarını düzəltmək, fikirlərini dəyişmək olmaz.

 

3-cü mərhələ. Təqdimat

Qruplar öz işlərini təqdim edirlər. Təqdimat başa çatdıqdan sonra görülən işlərin müzakirəsi başlayır. Müzakirə təqdim olunan işlərin müqayisəsi və yekunlaşdırılması istqamətində aparılmalıdır.

Müzakirə aşağıdakı suallar ətrafında aparıla bilər:

  1. Tapşırığı yerinə yetirən zaman hansı çətinliklərə rast gəldiniz?
  2. Respondentlər suallarınıza istədiyiniz kimi cavab verə bilirdilərmi?
  3. Komandada işləmək asandırmı? Yoxsa, çətinlikləri hansılardır?
  4. Ən çox hansı sual sizə çətinlik yaratdı?
  5. Məqalə yazmağın çətinliyi nədədir?
  6. Siz bilən qısa və konkret yazmaq asandırmı?
  7. Niyə insanlar ədalətli cəmiyyətdə yaşamağı arzulayırlar?
  8. Kimlər yaxşılıq etməyi bacarırlar?
  9. Nə üçün bəzi insanlar qəddar olurlar?

10.  Hamı xoşbəxtliyi əldə edə bilirmi?

 

Müzakirə gedişi zamanı hər qrupdan bir nəfər yazılmış məqaləni qəzet üzərinə köçürür.

Beləliklə müzakirəyə ayrılmış vaxt ərzində qəzet hazır olur.

 

4-cü mərhələ. Qəzetin təqdimatı

Qəzetin şagirdlər tərəfindən hazırlanmış son variantı lövhədən asılır və onun ətrafında   müzakirə başlayır. Müzakirə aşağıdakı suallar ətrafında gedir:

  1. Qəzetin tərtibatından razısınızmı?
  2. Məqalələr əsas ideyaları əks etdirirmi?
  3. Sizdə ədalət haqqında hansı təsəvvürlər yarandı?
  4. Niyə, hətta sinifdə də şagirdlərin bir –birinə qarşı qəddar münasibətinin şahidi oluruq?
  5. Xoşbəxtliyi nədə görürsünüz?
  6. Yamanlığa yaxşılıq etmək mümkündürmü?
  7. Xoşbəxtliyə çatmaq üçün zəhmət çəkmək lazımdırmı?

Müəllim müzakirəni yekunlaşdırır. Gördükləri işə görə şagirdlərə təşəkkürünü bildirir. Sinfə    sual verir: Siz bilən bizim hazırladığımız qəzet məktəb dəhlizində nümayiş etdirilə bilərmi? Bizim qaldırdığımız problemlər digərlərini maraqlandırarmı? O, aktualdırmı?  Şagirdlərin müsbət cavabını eşitdikdən sonra siniflə birlikdə qəzeti və qəzetdəki problemi məktəb şagirdlərinin müzakirəsinə çıxarmaq qərara alınır. Bu qərara sinif şagirdləri özləri gəlməlidir. Əgər, münasibət mənfidirsə, onda sinif əks qərar çıxarir.

 

5-ci mərhələ. Qiymətləndirmə. Refleksiya

-        Biz bu   dərsdə nəyi öyrəndik?

-        Ədalətin, sosial ədalətin tərifini özünüz formalaşdırmağa çalışın.

-        Nəyə görə cəmiyyətdə sosial ədalət olmalıdır?

-        Nə üçün cəmiyyətdə yaxşı adamlar, xoşbəxt insanlar çox olsa, bir o qədər yaxşıdır?

 

 

6-cı mərhələ. Yekun

Dərsin sonunda şagirdlər müəllimin köməyi ilə belə nəticələr formalaşdıra bilərlər:

-        Cəmiyyət - canlı varlıqdır, orda hər cür xasiyyətdə insana rast gəlmək olar.

-        Cəmiyyətdə sosial  ədalətə can atmaq lazımdır, bu hər şeydən əvvəl bizim özümüzə lazımdır.

-        Hər bir şəxs xoşbəxt olmağa layiqdir.

-        Ətrafımız yaxşı və xoşbəxt adamlardan ibarət olsa, biz daha rahat yaşaya bilərik.

-        Qəddarlıq və şərdən uzaq qaçmaq insana baş ucalığı gətirər.

 

 

 

 

 

Əlavə 1

 

"Xoşbəxtlik” haqqında bir çox adamlar arasında test keçirilmişdir. Müxtəlif sitiuasiyaların içərisindən biri  çoxluq qazanmışdır .Respondentlər üstünlüyü bir testə vermişlər.S ən demə xoşbəxt adam "Səhər durub şən əhval- ruhiyyə ilə işə gedən və axşam da evə tələsən adamlar”dır.

 

  "Varlılar da ağlayır”                       "Müsavat”  qəzeti  306 (3240)  21 noyabr 2006

 

"MTV Networks İnternational” təşkilatının apardığı araşdırmanın nəticələrinə görə, az inkişaf etmiş ölkələrdə yaşayan gənclər özlərini inkişaf etmiş ölkələrdəki həmyaşıdlarından daha yaxşı hiss edirlər. Araşdırmanın  nəticələrinə görə, ən xoşbəxt gənclər hindlilər, ən bədbəxt olanlar isə yaponlardır.

ABŞ və İngiltərədə gənclərin cəmi yüzdə otuzu xoşbəxtdir və gələcəyə ümidlə baxırlar. Yaponiyada bu göstərici 8 % dən çox deyil. Çili kimi yoxsul ölkələrdə isə gənclərin 84% -i gələcəkdə həyatlarının daha yaxşı olacağını düşünürlər. Araşdırmaya görə az  inkişaf etmiş ölkələrin xoşbəxt insanları eyni zamanda dini inancları güclü olanlardır. İnkişaf etmiş ölkələrdəki bədbəxtliyin səbəbləri arasındakı müvəffəqiyyətli  olmaq üçün ətrafın göstərdiyi təzyiq,  pessimistlik və qayğının çoxluğudur.

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 26 noyabr 2011 23:33
    Nizami muallim dersle tanish oldum eladir interaktivlik yuksek seviyyede teshkil olunub bu cur dersde ushaqlar yorulmaz eksine lezzet alar dersin haradan qelib getdiyini bilmez tehsillener inkishaf eder . Uqurlar !

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.