BİZ İNSANIQ

BİZ İNSANIQ

 

BİZ İNSANIQ

 

Bədbəxt o adama deyərlər ki, başqasına yaxşılıq etməyi bacardığı halda, etməsin...

A.Bakıxanov

 

 

Dərsin məqsədi:

Insanın  mahiyyətini  və özünəməxsusluğunu  açmaq, şagirdlərdə insan  təzahürünin  çoxtərəfliliyi  və mürəkkəbliyi  haqqında təsəvvür yaratmaqdır.

 

Biliklər:

-        "İnsan”, "özünüdərk”, " şəhidlik”,  "idrak” anlayışları

-        insanın kimliyini təyin edən keyfiyyətlər

-        müxtəlif insan qruplarına xas olan maraqlar

 

Bacarıqlar:

-        "İnsan” anlayışını səciyyələndirmək

-        insan müxtəlifliyini  müəyyənləşdirmək

 

Dəyərlər:

-        həmrəylik

-        tolerantlıq

-        qarşılıqlı cavabdehlik

 

Əsas anlayışlar: insan, insanın mahiyyəti, özünüdərk, şəhidlik, idrak

 

Mənbələr və materiallar:

-        Azərbaycan Respublikasının Konstitusiyası  (maddə  25)

-        markerlər, skotç

-        qayçı

-        yapışqanlı kağız

-        A1 formatlı vatman kağızlar

 

Dərsin planı:

1. Mən kiməm?

2. İnsanlarda oxşar və  fərqli cəhətlər

3. Müxtəlif insanlar

4. İnsan kamilliyini  müəyyənləşdirən  keyfiyyətlər

5. Əsl sınaq çətin günün sınağıdır.

 

Dərsin gedişi:

 

1-ci mərhələ. Müzakirə

Bu mərhələnin  məqsədi  şagird təsəvvürünə görə insanın  kimliyini aydınlaşdırmaq və dərsdə  ümumi  əhval-ruhiyyə yaratmaqdır. Müəllim şagirdlərə  müraciət edir:

 

 

Yəqin ki, sizlərdən hər biriniz dəfələrlə  özünüzə belə   suallar vermisiniz:

Mən kiməm? İnsan kimi mənim  bu dünyada yerim nədir? 

Bu suallara cavab vermək çox vacibdir. Çünki bu cavablar  sizin  şəxsiyyət kimi formalaşmağınızda mühüm rol oynayır. Gəlin  dərsdə bu suallar üzərində bir az düşünək.

Axı biz kimik?

Bundan sonra  şagirdlərin  cavabları dinlənilir. Müəllim cavabları ümumiləşdirir: Bizi əhatə edən aləmdə hər kəs öz  fərdiliyini və fərqliliyini  başa düşür. Bu  hər birimizin üzərinə böyük məsuliyyət qoyur.

Müzakirə aşağıdakı suallar əsasında  davam etdirilir:

  1. İnsan kimdir?
  2. İnsan özünü dərk edə bilərmi?
  3. İnsanın ən yüksək  təyinatı nədən ibarətdir?

 

Suallara verilən mümkün cavablar:

  1. İdrakın mövcudluğu, düşünmək bacarığı, bədən quruluşu,  özünü yalnız cəmiyyətdə reallaşdırmaq, fikir və  və hislərin mövcudluğu, özünü əmək vasitəsilə dəyişdirmək.
  2. Özünüdərk  şəxsiyyəti  inkişaf etdirir, hər bir insan  buna can atmalıdır.
  3. Qurub-yaratmaq, əxlaqi cəhətdən kamilləşmək, yaşadığımız dünyanı qorumaq.

 

2-ci mərhələ. Ümumiləşdirmə

Müəllim bu xüsusiyyətlərin yalnız insana xas olduğunu qeyd edir. İnsan anlayışı, həm bəşəriyyətin ayrıca nümayəndəsi (fərd) mənasında, həm də  təbiətin  yaratdığının ən alisi  mənasında başa düşülür. İnsanlar  başqalarının dərdinə şərik olmaq və  onlara qayğı ilə yanaşmaqdan  zövq alırlar.

 

3-cü mərhələ. Kiçik qruplarda  iş

Müəllim şagirdləri 2-3 qruppa bölür və qruplara  insanları bir-birindən  fərqləndirən ən azı 10 əlamət yazmaq  tapşırığı verilir.

Mümkün cavab variantları:

­   İrqi

­   Cinsi

­   Yaş

­   Çəki

­   Rəftar mədəniyyəti

­   Bilik

­   Əmlak

­   Zövq

­   Boy

­   Intellekt

­   Peşə

Şagirdlər növbəti tapşırıq  olaraq aşağıdakıları cavablandırırlar:

1. İnsanların fiziki fərqlərini qeyd edin.

2. İnsanların iqtisadı fərqlərini qeyd edin.

3. İnsanların sosial fərqlərini qeyd edin.

 

4-cü mərhələ.   Müzakirə

Qruplar  işini təqdim etdikdən sonra  aşağıdakı suallar əsasında müzakirə aparılır:

1. Sizcə, digər insanlarla münasibət qurarkən onların fərqliliyi nəzərə alınmalıdırmı?

2. Nəslinə və ya digər əlamətlərinə  görə müxtəlif adamların  cəmiyyətdə  mövqe tutması  haqqında  hansı tarixi faktlarla rastlaşmısınız?

Ümumiləşdirmə:

 

 Müəllim qeyd edir ki, tarixdə  mənsub olduğu nəslə, sosial təbəqəyə görə insanlara münasibət   göstərmək halları  mövcud olmuşdur. İndi isə insanlar  qanun  qarşısında bərabərdir.  Azərbaycan Respublikası  Konstitutiyasının  25-ci maddəsindən  nümunə gətirilir ( əlavə 1).

 

5-ci mərhələ. Kiçik qruplarda iş

 

Şagirdlərə  sol tərəfində  müəyyən etik kateqoriyalar  yazılmış cədvəl  verilir. Onların vəzifəsi  cədvəlin  sağ tərəfində  bu kateqoriyalara  uyğun gələn izahı qeyd etməkdir.

 

Xeyirxahlıq

 

Başqalarının xeyrinə  öz şəxsi  maraqlarını qurban vermək

Mərhəmət

 

Başqa adamın  mənafeyini  və ya ümumi  mənafeyi  öz şəxsi mənafeyindən  üstün tutan insanın fəaliyyəti və hərəkət tərzi

Pislik

Ətrafdakıların marağına    zidd olsa  belə, öz  xeyrini güdmək

 Rəhm

 

İnsanlara  təmənnasız  xidmət göstərməyə  yönəlmiş müəyyən fəaliyyət 

Fədakarlıq

 

İnsan təbiətindən  irəli gələn  başqasının  dərdinə  şərik olmaq hissi

Ləyaqət

 

İnsan təbiətindən  irəli gələn  müəyyən  dəyələr  naminə  olan fəaliyyət

Alturizm

 

Öz mənafeyini  unudub başqalarının  qeydinə qalmaq, onlara  təmənnasız yardım etməyə hazır olmaq

Eqoizm

 

Başqalarına  əziyyət verməyə cəhd              

 

Qruplar öz işini təqdim edir.

 

6-cə mərhələ. Ümumiləşdirmə

 

Müəllim sinfə  aşağıdakı suallarla müraciət edir:

­   Siz yuxarıdakı anlayışların  seçilmiş izahı ilə razısınızmı?

­   Cədvələ daha hansı əlavələri etmək olar?

­   Adamların birgəyaşayışı üçün hansı insanı keyfiyyətləri  siz daha vacib hesab edirsiniz?

Müəllim qabaqcadan fikir və  rəylər yazılmış  plakatları  yazı taxtasından asır:

1. Kim fikirləşirsə ki,  başqa adamlar olmadan  keçinmək olar, çox səhv  edir. Kim fikirləşirsə ki,  başqaları olmadan keçinmək olmaz, o da səhv edir.

2. İnsan kərpic kimidir, nə qədər çox yansa, bir o qədər möhkəm olur.

3. İnsanlarla münasibətdə  aşağıdakı beş  şərtə  əməl etmək  lazımdır:

-        danışmaq;

-        başa düşmək;

-        bağışlamaq;

-        sevmək;

-        hər şeyin fərqinə varmamaq

 

4. İnsanlardan ən kiçiyi  üzərinə qoyulan vəzifə  ən böyüyü üzərinə qoyulan  vəzifə ilə eynidir.

5. Yalnız özü üçün yaşayan adam heç nəyə yaramır.

6. Özünə vurğun adamın rəqibi olmur.

 

Müzakirə üçün sual:

 

Bu deyilənlərdə hansı mövzulara toxunulmuşdur?

 

7-ci mərhələ. Müzakirə

1. İnsanları kollektivlərdə birləşdirən nədir?

2. Doğma torpağını müdafiə edərkən canını fəda edən  insanları  hansı hislər idarə edir?

3. Nəyə görə şəhidlik fədakarlığın ən  yüksək forması  hesab olunur?

 

8-ci mərhələ. Ümumiləşdirmə

Vətənin müstəqilliyi və ərazi bütövliyi  uğrunda  həyatını qurban verməyə  hazır olmaq kimi insani keyfiyyətləri qeyd edərək  müəllim müzakirəyə  yekun vurur. Məhz yüksək  məqsədlər  naminə özünü  fəda etmək, yanındakı adamlara  yardım göstərməyə  hazır olmaq  kimi keyfiyyətlər insanı başqa canlılardan fərqləndirir.

 

9-cu mərhələ. Qiymətləndirmə və refleksiya

1. Dərsdə hansı  əxlaqi prinsiplərə  toxunuldu?

2. Nə üçün  insanları öz mahiyyəti haqqında suallar daim narahat edir?

3. Dərsdən özünüz üçün hansı faydanı əldə etdiniz?

 

Əlavə 1. Azərbaycan Respublikasının Konstitusiyasından

 

Maddə 25.  Bərabərlik  hüququ

 

1. Hamı qanun və məhkəmə qarşısında bərabərdir.

 

2. Kişi və qadının  eyni hüquqları və azadlıqları vardır

 

3. Dövlət irqindən, milliyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə  mənsubiyyətindən  asılı olmayaraq  hər kəsin  hüquq və azadlıqlarının  bərabərliyinə  təminat verir. İnsan və vətəndaş  hüquqlarını və azadlıqlarını  irqi, mili, dini, dili,  cinsi, mənşəyi, əqidə, sosial və siyasi mənsubiyyətə görə  məhdudlaşdırmaq qadağandır.


Mənbə:

 İNSAN VƏ CƏMİYYƏT  [/b]

[/b]Müəllimlər üçün metodik vəsait.[/b]




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 14 mart 2013 20:36
    tesekkur edirem.maraqlidi.muasir dovrde bele movzulara daha cox ehtiyac var.sagirdler ucun da maraqlidi.cox sag olun

  2. 14 mart 2013 23:05
    cox sag olun tewekkurler

  3. 15 mart 2013 17:43
    cox gozel ders numunesidir.en azi sagirdleri ezbere yox,mentiqi dusunmeye vadar edir.artiq mentiqli oyrenme ve oyretmek vaxtdidir.her hansi movzu ile bagli serbest fikir yurutmekde(derslikden elave) sagirdlerimiz cetinlik cekir.Sebeb aydindir.tesekkur edirem muellife.

  4. 22 noyabr 2013 11:27
    salam. cox sagolun maraqlidir.

  5. 6 fevral 2014 21:26
    heqiqetende cox maraqlidi

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.