Hicablıyam, çünki -
Allahı xatırlamaq və xatırlatmaq üçün...
Hicablıyam, çünki - Bəndəçilik vəzifəm olduğu
üçün...
Hicablıyam, çünki - Hicab yaradılış məqsədimizin
gərəyi olduğu üçün...
Hicablıyam, çünki - İnsanların gözündə deyil, Rəbbimin
nəzərində xüsusi olduğum üçün...
Hicablıyam, çünki - Rəbbimin razılığını qazanmaq
üçün...
Hicablıyam, çünki - Hicablı olarkən daha rahat
olduğum üçün...
Hicablıyam, çünki - Cəmiyyətdə özümü ən rahat hiss
edə biləcəyim geyimi daşıdığım üçün...
Hicablıyam, çünki - Hicablı bir insan xarici
görünüşüylə deyil, şəxsiyyəti, əxlaqı, davranışları və düşüncələri ilə ön
planda olduğu üçün...
Hicablıyam, çünki - Buna veriləcək ən yaxşı
cavabım: Hicab inancımın dəlillərindən biridir...
Hicablıyam, çünki - Rəbbim bizə zinət dəyərində
baxır və mən bu zinəti ən yaxşı şəkildə mühafizə etməli olduğum üçün...
Hicablıyam, çünki - Qadın olduğum üçün deyil, insan
olduğum üçün həyatda irəliləmək üçün...
Hicablıyam, çünki - İman əhlinə zərər verməmək
üçün...
Hicablıyam, çünki - İslamı yaşamağı asanlaşdırdığı
üçün...
Hicablıyam, çünki - Mənə Rəbbimi xatırladır... Və mən
Rəbbimi xatırlayan kəslərdən olmaq istədiyim üçün...
Hicablıyam, çünki - Haqq belə istəyir...
Hicablıyam, çünki - Azadam...
Hicablıyam, çünki - Dəyərli olmaq istəyirəm...
Hicablıyam, çünki - Allaha itaət edirəm...
Hicablıyam, çünki - Allaha təslim oldum..
Rəylərin sayı:.