İmamət nədir ?

 

İmamət nədir ?

İmamət nədir ? İmamət – yəni xalqın dini və dünyəvi işlərinin idarə olunması və rəhbərliyinin islam peyğəmbəri Muhəmməd ibn Əbdullahın (s) canişininə tapşırılması.

 

İmamın olması peyğəmbərlərdən sonrakı dövr üçün iki cəhətdən zəruridir:

1 – Danışığı və fərmanı nüfuzlu olmayan bir rəhbər olmadan ictimai həyatın uğurlu olması mümkün deyildir. Nə qədər ki, peyğəmbər sağ idi, müsəlmanların hakimiyyət və rəhbərlik məsələləri onun əli ilə idarə olunurdu. Diqqət yetirmək lazımdır ki, peyğəmbər göylərin səfiri və nümayəndəsi idi, bundan əlavə o, eyni zamanda müsəlmanların hakim və hökmdarı idi.

Bu cəhətdən peyğəmbərin vəfatından sonra müsəlmanların rəhbərlik və hükumət məsələləri hərəkətdən qalmamaq üçün onun canişini bu məqamı ələ almalı, peyğəmbərin hədəflərini bütün dünyada olan tövhid qanunlarına əsasən həyata keçirməli, xalqı isə istənilən kamal dərəcəsinə çatdırmalı idi. Əgər belə olmasaydı, Rəsuli-Əkrəmin (s) zəhmətləri aradan gedərdi və müsəlmanlar təkamül karvanından geri qalardı. Doğrudan da bir zamanlar tədbirli və uzaqgörən başçıların olmaması ucbatından islam dünyası çox şey itirmişdir.

Peyğəmbər (s) təkcə müsəlmanların hakim və başçısı deyildi, o, həmçinin ilahi səfir idi ki, həqiqətləri xalq üçün açıqlayırdı.

İslam peyğəmbərinin vəfatından sonra həqiqətləri öyrətmək və dini-məzhəbi məfhumları izah etmək üçün, islam peyğəmbərinin izah etmədikləri dini hökmləri xalqa çatdırmaq üçün bir şəxs olmazsa, yəni xalq arasında bu böyük vəzifələri həyata keçirən bir başçı rəhbər olmasa, islam dünyasına xələl yetişər, böyük çətinliklər qarşıya çıxar. Bu cəhətdən lazımdır ki, peyğəmbərin canişini hesab edilən imam işləri öz öhdəsinə götürsün. Beləliklə də xalqın dini və əqıdə baxımından olan problemləri həll edilmiş olsun.

Bəzən belə söylənilir ki, peyğəmbər islam qayda-qanunlarını kamil şəkildə xalqa bəyan etmışdır. Bu o deməkdir ki, o, islam ayinlərini ümumi və küll halda, bütöv bir sistem kimi tam şəkildə xalqa çatdırmışdır. Ancaq eyni zamanda bütün bu ümumi məsələləri izah etmək və çətinlikləri aradan qaldırmaq üçün Quranın ali həqiqətlərini camaata öyrətmək üçün öz məlumat səviyyəsinə görə peyğəmbərin (s) səviyyəsinə uyğun böyük bir müəllim varlığına mütləq və zəruri bir ehtiyac vardır.

İmam Sadıqın (ə) şagirdlərindən biri ilə bir nəfər sünni alimi arasında peyğəmbərdən sonra imam və rəhbərin zəruri olması haqqında gedən söhbət və mübahisəyə fikir verək. Bu söhbətdə bir sıra mühüm cəhətlər açıqlanmışdır.

İmam Sadiqin (a) cavan və görkəmli şagirdlərindən olan Hişam belə söyləyir:

Cümə günü Bəsrə şəhərinə daxil oldum, məscidə getdim. Əmr ibn Übeyd Mötəzili məsciddə oturmuşdu, böyük bir dəstə də onun ətrafında həlqə vurmuşdu. Ona müxtəlif suallar verirdilər. Mən də məclisin bir tərəfində onların arasında oturdum. Hər bir kəs bir söz soruşurdu. Mən də Əmrə üz tutub dedim:

- Ey alim şəxs! Mən bu şəhərin adamlarından deyiləm. İcazə versəz sizdən bir sual edim?

Əmr dedi:

- Ürəyin nə istəyirsə soruş.

Dedim:

- Sizin gözünüz varmı?

Dedi:

- Məgər görmuürsənmi mənim gözüm var, daha niyə bunu soruşursan?

Dedim:

- Mənim suallarım bu növdür.

Dedi:

- Soruş, doğrudur ki, sualların faydasızdır.

Dedim:

- Sizin gözünüz varmı?

- Bəli, var.

- Gözlə nə edirsiniz?

- Onunla görməli şeyləri görürəm, onların rəngini, növünü və s. Təyin edirəm.

- Diliniz də varmı?

- Bəli, var.

- Onunla nə iş görürsünüz?

- Onunla yeməyin dadını və ləzzətini bilirəm.

- Qoxu və iyibilmə hissiniz varmı?

- Bəli, var.

- Onunla nə edirsiniz?

- Onunla qoxuları duyuram.

- Sizin bunlardan başqa qəlbiniz (və ağlınız) da varmı?

- Bəli, var.

- Onunla nə edirsiniz?

-Əgər mənim başqa üzvlərim və duyğularım şəkk və tərəddüd edərsə, qəlbim şəkk və şübhəni aradan qaldırır. Çünki aydındır ki, bəzi hallarda insanın beş hiss duyğusu səhvə yol verir, onların səhvlərini aradan qaldırmaq üçün ağıl və qəlb məhkəməsinə müraciət edirik, bununla da onların səhvlərini aşkar edirik.

Hişam deyir:

- Elə ki, Əmr ibn Übeyd bu cümləni dedi, mən də onun söylədiklərini təsdiq etdim və dedim:

-Bəli, Allah insanın üzvlərinin və beş duyğu orqanlarının fəaliyyətini istiqamətləndirmək üçün eyni zamanda onların xəta və səhvlərini aradan qaldırmaq məqsədilə qəlbi yaratmışdır. Ey alim! Belə söyləsək düzgün olarmı: Tanrı insanın gözünü, qulağını və başqa üzvlərini yol göstərənsiz yaratmamışdır. Mehriban Tanrı Rəsuli-Əkrəmdən (s) sonra müsəlmanları rəhbərsiz və yol göstərənsız qoymuşdursa, nəticədə insanlar şəkk, şübhə, tərəddüd və ixtilaf içində qalmazmı və yoldan çıxmağa, məhv olmağa yuvarlanmazmı?

Bir düşünmək gərəkdir: Hansı sağlam fikir və düşüncə bu mətləbi qəbul edər?!

Hişam daha sonra deyir:

"O zaman bu sayaq sadə suallardan belə bir böyük nəticə ortaya qoydum. Əmr ibn Übeyd başa düşdü ki, mən şiəyəm və İmam Sadiqin (ə) şagirdlərindənəm. Bu səbəbdən sakit oldu, mənə başqa cavab verə bilmədi. Təkcə xoşagəlməli ümumi sözləri deməklə mübahisəni və söhbəti bitirdi”.

Hişam bu mübahisə və söhbətdən belə nəticə çıxarmaq istəyir:

Allah-təala peyğəmbərdənsonra onun canişini olaraq mütləq rəhbər və başçılar təyin etmişdir ki, bir-birinin ardınca müsəlmanların rəhbəri və başçısı olsun.

Bəli, islamın adlı-sanlı filosofu Əbu Əli Sinanın dediklərinə diqqət yetirək:

"Allah-təala hikmətlidir, insan üçün onun ən kiçicik və zəruri ehtiyacını ödəmək üçün kiprik və qaş yaratmışdır. Belə olduğu təqdirdə ağıl və məntiqə uyarlı olarmı ki, bu qədər mehriban olan Tanrı insanın ən böyük ehtiyacını – yəni ona yol göstərən təyin etməyi unutsun və bundan qafil olsun, insanı başçısız, rəhbərsiz, tərbiyəçisiz və müəllimsiz qoysun, xalqı başlı-başına buraxsın”.

İmamət nədir ?

 

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 28 noyabr 2014 15:39
    tewekkur edirem.etrafli dini biliye sahibsiz.Imaniniz son nefesinize qeder ve son nefesiniz daxil sizinle olsun.(amin)

    --------------------

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.