İmam Huseyn

                                                                             

İmam Huseyn

                                                                     Muaviyənin dovrundə qiyamın maneələri

* İmam Huseyn əleyhissəlamın Muaviyə ilə mubarizələri
* Aşura inqilabının səbəbləri və mahiyyəti
* Xanım Zeynəb (səlamullahi əleyha) ibn Ziyad sarayında

* İmam Səccad əleyhissəlamın Şam məscidində buyurduğu

 xutbə
* Aşura inqilabının nəticə və sonucları

İmam Huseyn əleyhissəlamın həyatı barədə qısa mə’lumat

Ucuncu mə’sum İmamımız Həzrət Huseyn (əleyhissəlam) hicrətin dorduncu ili Şə’ban ayının ucu (ya dordu) Mədinə şəhərində dunyaya gəlmişdir. O, Həzrət Əli (əleyhissəlam) və Peyğəmbər qızı xanım Zəhranın (səlamullahi əleyha) ikinci ovladı idi.
Huseyn ibn Əli (əleyhissəlam) oz həyatı boyu zulm və haqsızlığa qarşı mubarizədə şucaət və azadlıqsevərliyi ilə məşhur olmuşdur.

İmam Huseyn əleyhissəlamın həyat mərhələləri

Huseyn ibn Əli (əleyhissəlam) uşaqlıq dovrunun altı ilini babası Peyğəmbərin (səlləllahu əleyhi və alih) yanında kecirmişdir. Peyğəmbərin (səlləllahu əleyhi və alih) vəfatından sonra otuz il atası Əli əleyhissəlamla birgə yaşamış və Əli əleyhissəlamın hakimiyyəti dovrundə irəli cıxan cətinliklərdə fəal iştirak etmişdir. Əli əleyhissəlamın şəhadətindən sonra (hicrətin qırxıncı ilindən) siyasi və ictimai səhnələrdə qardaşı Həsən ibn Əli əleyhissəlamla ciyin-ciyinə calışmışdır. İmam Həsən əleyhissəlamın şəhadətindən sonra (hicrətin əllinci ilindən) on il muddətinə qədər Muaviyə ibn Əbu Sufyanın hakimiyyəti dovrundəki İslami vəzifələr İmam Huseyn əleyhissəlamın boynuna duşmuşdur. Muaviyənin olumundən sonra hakimiyyət başına gələn Yezidin dovrundə inqilab etmiş və nəhayət, hicrətin altımış birinci ili məhərrəm ayının onunda Kərbəla colundə şəhid olmuşdur.
İmam Huseyn əleyhissəlamın həyat mərhələlərinin sonuncusu, yə’ni, o Həzrətin İmamət dovru onun həyatının ən əsas hissəsi hesab olunur. Elə bu kitabda da, əsasən, bu hissədən sohbət edəcəyik.

İmam Huseyn

                                                     Huseyn ibn Əli əleyhissəlamın İmamətdən qabaqkı mubarizələri

Husyen ibn Əli (əleyhissəlam) gənclik dovrundən başlayaraq İslam hokumətinin əsl yolundan donduyunu muşahidə etdiyi vaxtdan atasının siyasi movqeyini himayə etmiş və ona tabe olmuşdur. Bir gun İmam Huseyn (əleyhissəlam) Omər ibn Xəttabın hakimiyyəti dovrundə məscidə girib gordu ki, Omər minbərdə oturmuşdur. Bunu gorcək, tez minbərin başına qalxıb Omərə dedi: «Mənim atamın minbərindən aşağı duş və get oz atanın minbərində otur.» Omər ozunu itirmiş halda dedi: «Mənim atamın minbəri olmayıb.» Sonra Omər onu yanında əyləşdirdi. Minbərdən duşdukdən sonra İmam Huseyn əleyhissəlamı oz evinə aparıb ondan soruşdu: «Bu sozu sənə kim oyrədib?» İmam Huseyn (əleyhissəlam): «Hec kim» –deyə cavab verdi. [/b]

İmam Huseyn (əleyhissəlam) Cəməl və Siffeyn doyuşlərində
İmam Huseyn (əleyhissəlam) atasının hakimiyyəti dovrundə siyasi və nizami səhnələrdə atası ilə ciyin-ciyinə calışmışdır. O, atasının hakimiyyəti dovrundə baş vermiş hər uc doyuşdə fəal iştirak etmişdir.
Cəməl doyuşundə ordunun sol cinahının başcılığı İmam Huseyn əleyhissəlamın ohdəsində idi. Siffeyn doyuşundə istər ordunu doyuşə həvəsləndirmək məqsədilə etdiyi cıxışlarda, istərsə də duşmənlə mubarizədə əsas rol oynamışdır. Əbu Musa Əş’əri ilə Əmr ibn As arasında gedən danışıqlarda da İmam Huseyn (əleyhissəlam) Əli (əleyhissəlam) tərəfindən secilmiş əsas şahidlərdən biri idi.
İmam Huseyn (əleyhissəlam) atasının şəhadətindən sonra zəmanənin rəhbər və İmamı İmam Həsən əleyhissəlamla birgə olmuşdur. İmam Həsən əleyhissəlamın ordusu Şama tərəf hərəkət edəndə, mubarizə meydanında İmam Huseyn (əleyhissəlam) İmam Həsən əleyhissəlamla ciyin-ciyinə olmuşdur. Muaviyə İmam Həsən əleyhissəlama sulh təklif etdikdə, İmam Həsən (əleyhissəlam) İmam Huseyn (əleyhissəlam) və Abdullah ibn Cə’fəri cağırıb bu təklif barədə onlarla məsləhət etdi. Nəhayət sulh muqaviləsi bağlanandan sonra qardaşı ilə birlikdə Mədinəyə qayıtdı və elə orada da yaşamağa başladı.

İmam Huseyn əleyhissəlamın İmaməti dovrundəki siyasi-ictimai vəziyyət
Səqifədən başlayaraq İslamın əsl yolundan, həqiqi xəttindən uzaqlaşmağa başlayan və Osmanın hakimiyyəti dovrundə oz yolunu İslamdan uzaqlaşdıran hakimiyyət İmam Huseyn əleyhissəlamın dovrundə artıq həddini aşıb daşmışdı.

O dovrlərdə Muaviyə ikinci və ucuncu xəlifə tərəfindən Şama vali secilmişdi. Muaviyə vali olduğu bu muddətdə oz movqeyini daha da mohkəmlətmiş və İslam olkəsinin taleyini həll edərək xəlifə kimi hakimiyyəti ələ kecirmişdi. Beləliklə də, o, İslamın qatı duşməni olan Əməvilər sulaləsini musəlmanların başı ustundə rəhbər etmiş və Ziyad Əmr ibn As, Səmurə ibn Cundub kimi zalım şəxslərin koməyi ilə zor gucunə hokumət təşkil verərək İslamı alt-ust etmişdi. Muaviyə bir tərəfdən həqiqi musəlmanlara qarşı siyasi və iqtisadi cətinlik siyasətini yeridərək, qırğın, qətl, əzab-əziyyət, onları aclıqda saxlamaqla hər hansı bir muxalifət hərəkatının qarşısını alır, digər tərəfdən də millət və qəbilələrarası rəqabəti ortaya ataraq qəbilələri bir-birinin canına salırdı. Onun hokumətinə bir təhlukə yetişməsin deyə, bu yolla onların gucunu zəiflədirdi. Başqa bir tərəfdən isə onun hokuməti ucun işləyən nokər və muzdurların vasitəsilə yalancı hədislər soyləmək, Qur’anı oz xeyrinə təfsir etməklə camaatın hokumətin əleyhinə yonəlmiş fikrini dağıdır və oz hokumətinə şər’i və İslami ad verirdi. İslamın tam ziddinə olan bu siyasət həmcinin, Muaviyənin siyasəti ilə əqidə cəhətdən ust-ustə duşən «Murciə» və «Cəbriyyə» kimi batil firqələrin yayılmasına şərait yaratmaq cəmiyyətdə pis və acınacaqlı tə’sirlər yaradaraq cəmiyyəti zillətlə dolu olan bir sukut (mə’nəvi olum) meydanına cıxartdı. Bu acınacaqlı siyasət nəticəsində İslam cəmiyyətinin əsl mahiyyəti itib batdı və İslami dəyərlər bir-birinə dəydi. Belə ki, musəlmanların İslamın onlara din adı ilə rəhbərlik edən zalım xəlifələri dəstəkləmək icazəsini vermədiyini bildikləri halda, yenə də onlar qorxudan, xəbərsizlik və zəiflik ucbatından həmin xəlifələri dəstəkləyirdilər. Bu siyasət nəticəsində musəlmanlar Qur’an məntiqi və Peyğəmbər (səlləllahu əleyhi və alih) tə’liminin əksinə olaraq qorxaq, zahirbaz və saziş qəbul edən şəxslərə cevrilmişdilər.
Musəlmanların həyatının bu mərhələsi tarixi azğınlığın butun cəmiyyətə yayılması və cəmiyyəti ozunə tərəf cəkməsi numunələri ilə doludur.
Musəlmanların Osman və onun tərəfdarlarının yeritdiyi siyasətin muqabilindəki əks tədbirlərini Muaviyənin tutduğu siyasətə qarşı secdikləri yol ilə muqayisə etdikdə, bu şeytani siyasətin cəmiyyətdə yaranan acınacaqlı nəticələri acıq-aşkar goz qabağında durur. Cunki musəlmanlar Osmanın siyasətinə qarşı umumi qiyama qalxmaqla onun bu siyasətinə cavab verdilər. Bu qiyam İslam olkəsinin boyuk şəhərlərinə, yə’ni, Mədinə, Məkkə, Kufə, Bəsrə, Misir və digər şəhər və kəndlərə yayılmış və əhali qiyamda iştirak etmişdi. Ancaq Muaviyənin dovrundə zulmun qat-qat artmasına, qətl və hədələmələrin sayının coxalmasına, musəlmanların oz huquqlarından, gəlirlərindən acıq-aşkar məhrum olmalarına baxmayaraq, onun İslama zidd olan hokumətinə qarşı belə bir umumi qiyam baş vermədi. Əksinə, camaat kor-korana Muaviyəyə itaət edirdi. Duzdur, arabir Hicr ibn Ədiyy, Əmr ibn Həmiqi Xuzai və bu kimi şəxslərin pərakəndə e’tirazları olurdu. Bu da gostərir ki, camaat Muaviyənin zulmu altında əl-qol atırdı. Ancaq pərakəndə olan bu e’tirazlar lazımi nəticəni vermir və umumxalq hərəkatına cevrilmirdi. Buna gorə də, bu e’tirazların qarşısı tezliklə alınırdı. Cunki dovrun hokuməti qiyam başcılarını oldurur, məntəqədəki hərəkatı boğur, camaat isə hec bir əks tədbir gostərə bilmirdi.  

İmam Huseyn


                                                   İmamət ailəsinin «Hirrə» faciəsində qorunması

İmam Hüseyn əleyhissəlamın şəhadətindən sonra İslam ölkəsinin digər şəhərləri ilə həmzaman olaraq Peyğəmbərin qohum-əqrəbasının əsas yaşayış yeri olan Mədinə şəhəri də yavaş-yavaş həyəcana gəldi. Mədinənin hakimi öz fikrinə görə belə bir tədbir töküb gənc xəlifəni (Yezidi) yaxından görmək və onun mərhəmətindən bəhrələnmək üçün şəhərin böyüklərini Şama göndərdi ki onlar Mədinəyə qayıtdıqdan sonra camaatı Yezidə itaət etməyə cəlb etsinlər. Lakin nə düzgün tərbiyəsi nə tədbir və uzaq görənliyi olan və nə də İslamın zahirinə əməl edən Yezid Mədinə şəhərinin nümayəndələri qarşısında da şərab içməyə it oynatmağa və şəriətdən kənar olan işlər görməyə başladı. Nümayəndələr Şamdan qayıdan kimi fəryad çəkib dedilər: «Yezid şərab içən,it oynadan fasiq bir adamdır. Belə bir şəxs müsəlmanların rəhbəri ola bilməz!» Nəhayət şəhərin hər tərəfində qiyam qalxdı və qiyamçılar Mədinə hakimini və Əməvi sülaləsini şəhərdən qovdular. Bu xəbər Şama çatdıqda, Yezid Mədinə camaatını cəzalandırmaq üçün bir ordu toplayıb qoca bir kişi olan Müslim ibn Üqbəni orduya başçı təyin etdi. Müslim Mədinəni mühasirəyə aldı. Bir müddətdən sonra şəhər əhalisi orduya müqavimət göstərə bilməyib təslim oldu. Şam ordusu üç gün Mədinədə kütləvi qırğın törətdi və heç bir çirkinlikdən çəkinmədi. Nə qədər dindar, təqvalı və mömin kişilər qırıldı, nə qədər qadın və qızlar bu vəhşi ordunun təcavüzünə məruz qaldılar. Bu hadisə tarixdə «Hirrə» faciəsi adı ilə məşhur oldu.,nə qədər hörmətsizliklər oldu
Lakin bu böyük faciədə İmam Zeynül-abidin (əleyhissəlam) və Bəni–Haşimdən olanların evi hər hansı bir zorrakılıqdan toxunulmaz qalmışdı. Məhz buna görə də, Mədinə şəhəri mühasirədə olan zaman onlarla müsəlman ailəsi o Həzrətin evinə gəlməklə təcavüzdən qorunmuşdu. Təbəri yazır:
Yezid Müslim ibn Üqbəni Mədinəyə göndərəndə, ona dedi: «Əli ibn Hüseynin (İmam Zeynül-abidin əleyhissəlamın) qiyamçılara heç bir qarışacağı yoxdur. Ona toxunma və onunla yaxşı rəftar et!»
Şeyx Müfid yazır: «Müslim ibn Üqbə Mədinəyə daxil olduqda İmam Zeynül-abidin əleyhissəlamı yanına dəvət etdi. İmam Zeynül-abidin (əleyhissəlam) gəldikdə, Müslim ona çox hörmət edib yanında əyləşdirdi və dedi: «Əmirəl-möminin (Yezid) mənə tapşırıb ki, sənə yaxşılıq edəm və səni başqalarından fərqləndirəm.» İmam Zeynül-abidin (əleyhissəlam) ona öz təşəkkürünü bildirdi. Sonra Müslim ətrafında olanlara dedi: «Mənim qatırımı onun üçün yəhərləyin.» Sonra isə İmam Zeynül-Abidin əleyhissəlama dedi: «Ailənin yanına qayıt. Bəlkə də, biz onları qorxutduq və səni bura gəlməyinlə zəhmətə saldıq. Əgər bizim ixtiyarımızda bir şey olsaydı, sənə əta edərdik. Həqiqətən sən buna layiqsən.»

İmam Huseyn

Dördüncü İmamın həyatından bəhs edərkən deyəcəyimiz səbəblərə görə şübhə yoxdur ki, Müslimin İmamla yaxşı rəftar etməsinin əsas səbəblərindən biri bu idi ki, İmam Zeynül-abidin (əleyhissəlam) qiyamın əvvəlindən kənara çəkildi və qiyamçılarla əlbir olmadı. Ancaq bu da məlumdur ki, İmam Hüseyn əleyhissəlamın şəhadəti Yezidə baha başa gəlmişdi və hələ o törətdiyi bu böyük cinayətə görə ümumi camaatın fikir təzyiqinə məruz qalmışdı. Buna görə də, Yezid İmamət ailəsinə yenidən əziyyət verməklə öz adını daha da pisləşdirmək istəmirdi.

Əsirlərin səfər sovqatı

Peyğəmbər ailəsinin ziddinə yayılmış bu geniş təbliğatı nəzərə aldıqda, Kərbəla əsirlərinin Şama səfərinin mahiyyəti çox yaxşı şəkildə aydın olur. Çünki onlar bu səfərdə qırx illik əks təbliğatı aradan apararaq Əməvilər sülaləsinin əsl mahiyyətini aşkar etdilər. Həmçinin, Şam camaatının yatmış fikirlərini oyadıb məsələyə diqqətlə baxmalarına səbəb oldular. Bu əsirlər barədə qətiyyətlə demək olar ki, onlar Mədinəyə qayıdanda öz borcunu lazımıncasına yerinə yetirmiş fateh bir ordu rolunu oynayırdılar.
İndi Kərbəla inqilabının təbliğinin göstərdiyi fəaliyyət və risalətin nə dərəcədə böyük olduğunu tam şəkildə başa düşmək üçün iki tarixi nümunəyə işarə edək.

Muaviyə dovrundə qiyamın maneələri
Muaviyənin qudrətinin hakim olduğu belə acınacaqlı vəziyyətdə bir cox şeyləri nəzərə almaqla, o vaxtda qiyam etməyə nə imkan var idi, nə də qiyamın bir faydası olacaqdı. Aşağıdakı iki səbəbi Muaviyənin dovrundə İmam Huseyn əleyhissəlamın inqilabına mane olan əsas iki amil kimi qeyd etmək olar.
1. İmam Həsən əleyhissəlamin Muaviyə ilə sulh muqaviləsi
Əgər İmam Huseyn (əleyhissəlam) Muaviyənin dovrundə qiyam etsəydi, Muaviyə İmam Həsən əleyhissəlamın onunla bağladığı və İmam Huseyn əleyhissəlamın da təsdiqlədiyi sulh muqaviləsini bəhanə gətirib İmam Huseyn əleyhissəlamı sulh muqaviləsini pozmaqda ittihamlandıracaqdı. Cunki hamı bilirdi ki, İmam Həsən (əleyhissəlam) və İmam Huseyn (əleyhissəlam) nə qədər ki, Muaviyə sağdır, onun hokuməti qarşısında sukut edəcəklərinə və hec bir qiyama əl atmayacaqlarına soz veriblər. Əgər belə bir vaxtda İmam Huseyn (əleyhissəlam) qiyam etsəydi, Muaviyə İmamı vəzifətələb və əhd-ilqar sındıran bir şəxs kimi qələmə verərdi. Duzdur, İmam Huseyn (əleyhissəlam) Muaviyə ilə bağlanan muqaviləyə əməl etməyi vacib bilmirdi. Cunki bu muqavilə azad, konullu və ixtiyari şəkildə deyil, məcburiyyət qarşısında və danışıqların hec bir fayda verməyəcəyi bir dovrdə bağlanmış bir muqavilə idi. Bundan əlavə, artıq Muaviyənin ozu muqaviləni pozmuş və daha muqavilənin şərtlərinə riayət etmirdi. Deməli, belə bir muqaviləyə (baxmayaraq ki, əslində duzgun muqavilədir) İmam Huseyn (əleyhissəlam) əhəmiyyət verməzdi. Cunki Muaviyə ozu onu pozmuş və onun pozulmasında əlindən gələni əsirgəmirdi. Ancaq nə qədər muqavilə var idi, Muaviyə onunla İmam Huseyn əleyhissəlamın qiyamına qarşı bəhanə gətirə bilərdi. Digər tərəfdən də baxmalıyıq ki, gorək camaatın İmam Huseyn əleyhissəlamın qiyamı barədə fikri necədir?
Mə’lumdur ki, İmam Huseyn əleyhissəlamın dovrundəki camaatda qiyam həvəsi yox idi. Onlar qılınclarını acıb kənara qoymuşdular. Salamatcılıq ardınca olan bu camaatın beynində təbii ki, İmam Huseyn (əleyhissəlam) Muaviyə ilə sulh bağlayıb (sulhə razı olub), indi də ona əməl etməlidir fikirləri dolanırdı. Deməli, belə bir vaxtda əgər İmam Huseyn (əleyhissəlam) qiyam etsəydi, Muaviyə onun qiyamını qeyri-qanuni və sulh muqaviləsinin əksinə olan bir usyan kimi qələmə verəcəkdi. Əvvəldə də qeyd etdik ki, o dovrun camaatında qiyam həvəsi olmadığına gorə onlar da Muaviyənin sozlərini təsdiqləyəcəkdilər.

İmam Huseyn


2. Muaviyənin dini jesti


 

İmam Huseyn əleyhissəlamın Yezidin dovrundə etdiyi inqilab o qədər quvvətli idi ki, camaatın qəlbində əbədi qalmışdır. Muşahidə etdiyimiz kimi ustundən necə əsrlər kecməsinə baxmayaraq, camaat indi də Kərbəla şəhidlərini ozləri ucun ornək, numunə qərar verərək fədakarlıq, qəhrəmanlıq meydanlarında onlardan ilham alırlar. Əgər İmam Huseyn (əleyhissəlam) Muaviyənin dovrundə qiyam etsəydi, cox ehtimal ki, onun qiyamı belə nəticə verməyəcəkdi. Bu məsələnin sirrini Muaviyənin nufuzu, hoqqabazlığı, hiyləsi və dini jestində və onun muşkulatı həll etməkdə secdiyi xususi yolda axtarmaq lazımdır. Duzdur, Muaviyə hokumətində İslamı tamamilə təhrif etmiş, Bəni–Uməyyəni İslamın sadə hokumətinin əvəzinə hokumətə gətirmiş və İslami cəmiyyəti qeyri-İslami cəmiyyətə cevirmişdi. Ancaq o, bunu da yaxşı bilirdi ki, camaata İslam adı altında rəhbərlik etdiyi ucun dinə zidd olan işlər gorməməlidir. Əksinə o, həmişə calışırdı ki, oz işlərinə dini ad qoysun. Bununla da gorduyu işləri tutduğu movqeylə uyğunlaşdırırdı. Şər’i gorulməsi mumkun olmayan işləri isə gizlində gorurdu. Bə’zi tarixi sənədlər gostərir ki, Muaviyə dinsiz və hec nəyə inanmayan bir insan olmuşdur. Belə ki, ozu elə də əməlli və duzgun adam olmayan Muğeyrə ibn Şu’bə Muaviyənin xususi məclislərində onun ozundən eşitdiyi sozlər barədə fikirləşərək narahat olub deyirdi: «Muaviyə camaat arasında ən pis adamdır.» Ancaq bununla belə, Muaviyənin dinin bə’zi zahiri işlərinə riayət etməsi onun əsl mahiyyətini anlamaqda camaat ucun cox cətin olmuşdu. Muaviyə oz hokumətini dini hokumət kimi gostərmək ucun vəziyyət və şəraitdən lazımi qədər istifadə edirdi. O, bir tərəfdən Osmanın qisasını bəhanə edir, digər tərəfdən də, Əbu Musa Əş’əri ilə Əmr ibn As arasında gedən danışıqlardan, İmam Həsən əleyhissəlamla sulh bağladıqdan və camaatın onunla bey’ət etməsindən sonra ozunu camaatın gozundə xəlifəliyə layiq qələmə verirdi. Buna əsasən, əgər İmam Huseyn (əleyhissəlam) onun dovrundə qiyam etsəydi, Muaviyə asanlıqla İmam əleyhissəlamın qiyamını haqqın batilə qarşı qiyamı kimi yox, hokumət və vəzifə ustundə siyasi mubarizə kimi qələmə verəcəkdi.

İmam Huseyn

 

[b]

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 18 noyabr 2013 19:35
    gelcekden cox maraqli idi melumat ucun cox sagolun..

    --------------------

  2. 22 noyabr 2013 12:52
    ALLAH RAZI OLSUN.

    --------------------

  3. 26 noyabr 2013 19:46
    COX MARQLFIR.TE3SKULER

  4. 15 dekabr 2013 20:17
    cox sag olun  marali  idi

  5. 28 oktyabr 2014 22:00
    Ceferxanli Mellim.dini dunya goruwunuz geniwdir.Elhamdulillah..sizden 1xaiwim var.Mene Hz.Omer(r.a),Hz.Osman(r.a) haqqinda da melumat vere bilersinizmi???Rica edirem.)

    --------------------

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.