Mezolit

Mezolit

Mezolit

 

Miladdan əvvəl 12-ci minillikdən 8-ci minliiyə qədər dövr bəşər tarixində öz yenilikləri olan, insanın şüurlu fəaliyyətinin yeni bir mərhələsidir. Bu mərhələ Daş dövrünün orta çağları olduğundan Mezolit (Orta Daş) dövrü adlanır. Bu mərhələ insanın təsərrüfat və ictimai həyatında baş verən əsaslı dəyişikliklərlə səciyyələndirilir. Ağlı, şüuru getdikcə inkişaf edən bəşəriyyət Mezolitdə bir çox ixtirala və kəşflərə öz imzasını atmışdır.

         İndi təbiətin özündə də ciddi dəyişikliklər baş vermişdi. Dünyanın yarıdan çoxunu örtmüş buzlar yavaş-yavaş əriyərək şimala çəkilmiş,  yaşamaq üçün əlverişli şərait yaranmışdı. Buzla örtülmə nəticəsində  iri və ləng yerişli heyvanlar məhv olmuş, onları xırda və iti yerişli heyvanlar əvəz etmişdi. Odur ki, insanda ovçuluqda yeni çətinliklərlə üzləşmişdi, heyvanları əvvəlki üsul və silahlarla ovlamaq getdikcə çətinləşirdi. İnsanın  yeni ovçuluq üsulu axtarışları onun həyatını kifayət qədər dəyişdirəcək ox və kamanın ixtirasına səbəb oldu. Kişilərin ilk böyük kəşfi olan ox və kamanın ixtirası ovçuluğun rolunu artırdı, qəbilənin ərzaqla təminatında mühüm rol oynadı.

Mahir ovçular indi ovu uzaq məsafədən, həm də iri və cəld yerişli heyvanları belə ovlamağa başladılar. Mezolit dövrünün ovçuları ov arxasınca çoxdan yaşadıqları yeri uzun müddətdə tərk edir, azmamaq üçün vasitələr axtarırdılar. Bu axtarışlar ulduzlu göyün müşahidəsi ilə nəticələndi və onlarda ulduzların istiqaməti ilə  hərəkət etmək vərdişləri yarandı.

        

Mezolit

Oxun və kamanın ixtirası nəticəsində çoxlu heyvan ovlanması qida ehtiyatının çoxalmasına səbəb olduğundan insan indi diri tutduğu heyvanları öldürmədi, saxladı. İlk olaraq əhliləşdirilən it insanın ən sədaqətli dostuna çevrildi.          Təsadüfən qurulmuş tələyə düşən inəyi ovçular öldürmədilər, gətirib yaşayış düşərgəsində bir ağaca bağladılar. Səhərə qədər  mələyən inəyin balasının olduğunu dərk edən insanlar səhər onun yanında buzovu görəndə yanılmadıqlarını anladılar. İnəyə və balasına ot verib bəslədilər, onun südündən istifadə etdilər. Beləliklə, ovçuluqdan maldarlıq yarandı. İbtidai heyvandarlığın əsası qoyuldu Bu da kişilərin ikinci böyük kəşfi oldu.

         Qadınların kəşfi isə əsl inqilab idi. Tapdıqları yabanı bitki toxumlarını yerə düşərkən  cücərdiyini müşahidə edən qadınlar bu işə ciddi girişdilər. Nəhayət onların cücərtdiyi bitkilər bütöv bir tarlaya çevrildi. İndi qida əldə etmək üçün uzağa getmək lazım deyildi. Münbit, yumşaq torpaqda əkin əkmək, kifayət qədər bitki dəni əldə etmək imkanı yaranmışdı.  Doğma yerləri tərk etmək kimi əzablı bir işə son qoyulmuşdu. Beləlilkə, ilk əkinçilik yarandı, insan əkdiyini qoruyub, məhsulunu yığmaq üçün oturaq həyata keçdi.

        

Mezolit

Azərbaycanda Mezolit dövründə yaşamış insanların həyat tərzi Qobustan, Daşsalahlı və Damcılı mağaraları əsasında öyrənilmişdir.

         Damcılı mağarasınldan tapılmış ox ucluqları, müxtəlif heyvanların-vəhşi öküz, qaban, at, Qafqaz maralının sümükləri sübut edir ki, bu dövr insanlarının əsas peşəsi ovçuluq olmuşdur. Ox ucluqlarını əsasən çaxmaqdaşı və vulkanik şüşədən hazırlayırdılar. Mağaradan tapılmış belə ucluqlardan birinin quruluşu bu dövr insanının qabiliyyətini və sənətkarlığını yaxşıca əks etdirir. Belə ki, adi lövhə götürülmüş, onun hər iki üzü girintili-çıxıntılı şəkildə işlənmişdir. Ox ucunun bir tərəfi çox itidir, o biri tərəfinin isə nazik saplağı var. Həmin saplaq onu ağac oxun ucuna taxmaq üçündür. Damcılının  mezolit adamları yüksək məharətli ovçular olmuşlar. Bunu onların düzəltdikləri kiçik ox ucluqları  təsdiq edir, çünki xırda heyvanları və quşları vurmaq o qədər də asan deyildi.

Mezolit  dövrü insanlarının həyat tərzi haqqında zəngin məlumat verən abidələrdən biri də  bəşəriyyətin daş yaddaşı olan Qobustandır. Qədim qobustanlılar buradakı Böyükdaş düşər­gəsindəki müxtəlif heyvan təsvirləri ilə ibtidai dövrün  bənzərsiz nümunələrini yaratmışdılar. Mahir ovçu və balıqçı olan qobustanlılar ovladıqları heyvanların təsvirlərini, dənizdə üzdükləri qayıqların şəklini qayalara həkk etmiş, bu dövrdə incəsənətin  meydana gəldiyini gələcək nəsillərə sübut edəcək  gözəl sənət əsərlərini yadigar qoymuşlar.

Mezolit

Qobustandan tapılmış balta və toxaşəkilli alətlər Mezolit dövründə, burada yaşayan insanların əkinçiliklə  də məşğul olduqlarını aydınlaşdırır.

Əmək alətləri təkmilləşdikcə, həyat tərzi dəyişdikcə insanların dini inancları, inamları da inkişaf etmişdir. Qobustanda 10-12 min il bundan əvvələ aid qəbirdə tapılmış insan qalıqları bu barədə bizə ətraflı məlumat verir. Axirət  dünyasına inamın tam formalaşmasının nəticəsidir ki, bu qəbirlərdə dəfn edilən meyitlərin skletləri qolları dirsəkdən üzüyuxarı, ayaqları dizdən geriyə qatlanmış vəziyyət­də­dir. Görünür ən qədim dini mərasim olan bu dəfnetmə qaydası ölmüş insanın ana bətnindəki vəziyyətə qaytarılması, yeni bir dünya­ya-axirət dünyasına hazrlanması arzusundan doğmuşdur.

Mezolit




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 7 yanvar 2013 22:43
    ela cox gozeldir

  2. 31 yanvar 2013 15:29
    maraqlidir

  3. 4 fevral 2013 22:52
    superdi. tesekkurler eziyyete gore

  4. 13 fevral 2013 01:13
    cooox saqolun)))

  5. 5 oktyabr 2013 09:08
    qewengdi,xowuma geldi

  6. 5 oktyabr 2013 10:19
    mene tarix testleri lazimdi,nece tapa bilerem onlari? 

  7. 13 oktyabr 2013 15:42
    SUPERRRR  lol

  8. 4 noyabr 2015 20:25
    Cox sag olun tesekkurler

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.