Neolit

Neolit

Neolit

 

         Daş dövrünün Miladdan öncə VII-VI minilikləri əhatə edən mərhələsi Neolit (Yeni Daş) dövrü  adlanır. Həm də Daş dövrünün son mərhələsi olan Neolitdə insanın həyatında çox mühüm dəyişikliklərin baş verməsi müşahidə olunur. Təbiətlə sərt mübarizə insanda onunla təmasdan onu dəyişdirmək, istəyinə tabe etmək arzusunu yaradırdı. İnsan düşünür, təbiəti tabe etmək üçün yeni yollar axtarırdı.  Lakin hələlik ancaq daşdan istifadə etmək məcbu­riy­yətində qaldığından istəyinə çətinliklə, yavaş-yavaş nail olurdu. Gəlin bu mühüm, özündən əvvəlki dövrlərdən fərqlənən Neolit dövrünün yenilikləri ilə tanış olağın.

         Neolitdə insanlar ilk dəfə daimi oturaq həyat quraraq torpaq təsərrüfatına keçdilər. Daşdan düzəltdikləri sadə toxalarla torpağı şumladıqları əkinlərinin qayğısına qalır, maldarlıqla məşğul olurdular. Oturaq həyatın diqtə etdiyi şərtlər insanı  yeni ixtiralara sövq edirdi. Uzunsov çay daşının bir ucunun hər iki tərəfindən qəlpə qopararaq itiləyə, digər ucuna isə ağac sap bağlayaraq ilk əkinçilik alətini- toxanı düzəltdilər. Becərilmiş məhsulun-taxılın üyüdülməsi üçün hazırlanmış dən daşları (kirkirələr) oturaq həyatın təzahür və sübutu olaraq qalır.

         Bu dövrdə insanın daşa münasibəti də ciddi fərqlənir. Estetik zövqü inkişaf etmiş bəşər övladı indi daşı daha zövqlə hamarlayır, cilalayırdı. Daşın üstünə qum tökərək ovan insan yeni bir şey kəşf etdi-daş deşildi. Bununla da insanın uzun zəhməti öz bəhrəsini verdi.  Ağac dəstəyə keçirilmiş daş alətlərlə müxtəlif işləri görmək asanlaşdı.     Neolit dövründə insan özünə yeni paltar hazırlamağı-toxuculuğu öyrəndi. Topladıqları məhsulu saxlamaq yollarını arayan insan daha bir kəşf etdi. Gili müxtəlif formalara salaraq qurutdu. dulusçuluq sənəti belə yarandı. Qədim sənətkarlıq sahələrindən biri olan dulusçuluq uzun əsrlərin təcrübəsi nəticəsində yaranmış, inkişaf etmişdir. Əvvəllər meyvə toplamaq və balıq tutmaq üçün ağac lifindən və çubuqlardan səbət hörən qadınlar sonra onu gillə suvayıb onda taxıl, un saxlamağa başladılar. Lakin belə səbətə su dəydikdə gil qopub düşdüyündən onun ömrü az olurdu.  Təsadüfən tonaqala düşən gil parçasının bişib bərkidiyini müşahidə edən qadınlar onu işdə tətbiq etdilər; gili odda bişirib saxsı qablar  hazırladılar. Bu qadınların ikinci, toxuculuq isə üçüncü  mühüm ixtirası oldu. Haqlı olaraq bu texniki ixtiralar elmdə «Neolit inqilabı» adını almışdır.

         Qadınlar təsərrüfada  yetişdirdikləri bitkiləri toplamaq üçün alət arayırdılar. İldən-ilə genişlənən əkin sahələrinin məhsulunu əllə toplamaq getdikcə çətinləşirdi.  Nəsə etmək, nəsə düzəltmək lazım idi ki, iş asanlaşsın. Bu axtarışlar yavaş-yavaş öz bəhrəsini verdi. İlk vaxtlar çaxmaqdaşıdan və dəvəgözüdən düzəldilmiş lövhəcikləri sonradan ağac dəstəyə və heyvan çənəsi sümüyünə bərkidilmiş biçin aləti-oraq əvəz etdi. Belə oraqlar Naxçıvanda, Gəncə ətrafında, Təbriz yaxınlığında, Qobustanda və Qazaxda tapılmışdır. Ən iri oraq isə Qazaxda-Şomutəpə  yaşayış məskənində aşkar olunmuşdur. Uzunluğu 17 santimetr olan orağın əsası içəriyə tərəf bir qədər əyilmiş və ona dörd ədəd daş parçası keçirilmişdir.

         Neolitin sonlarına yaxın ovçuluq və azuqə toplama get-gedə  öz əvvəlki rolunu itirir, əkinçilik və maldarlıq təsərrüfatda ön plana keçirdi. Bunun nəticəsi olaraq iri bıçaqlar, daş toxalar və çəkiclər meydana gəlirdi.

Neolit dövrünün bu yenilikləri, əkinçilik və maldarlığın ön  plana keçməsi istehsal təsərrüfatının yaranmasına və inkişafına səbəb oldu. Təəbiətdən tam asılı, ancaq istehlakçı olan insan get-gedə təbiətin asılılığından azad olmağa, öz qidasını, paltarını və evini özü yaratmağa başladı.

         Azərbaycanda Neolit dövrü məskənləri Gəncə, Naxçıvan, Qazax, Qobustan və Təbriz bölgələrində aşkar edilmiş, öyrənilmişdir.

Neolit




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 28 yanvar 2012 15:47
    ikinci sehifeye kecin orda var hamisi muallime

  2. 13 iyul 2012 14:09
    size 1 sual vermek isteyirem

    22m ci esirde mesopatoniyaya hucum ederek akkad dovletini suquta uqradmi kuti hokumdari kimdir

  3. 13 iyul 2012 22:30
    Hormetli Yilmaz menim yadima qeleni Yarlaqashdir evveller yani kohne kitablarda vardi indi yoxdu bu haqda mence beledir

  4. 30 iyul 2012 21:34
    olar sinifler uzre test tapwiriqlari qoyasiniz?

  5. 11 noyabr 2012 23:20
    men neandertali basa dusmurem basa sala bilersiz?

  6. 3 dekabr 2012 19:26
    love en xosladigim dovrdur neolit dovru

  7. 25 yanvar 2013 18:15
    salam das dovrunun ilk merhelerini birde azerbaycanda das dovrunden olan tarixi abideler haqqinda olan movzular yazsaniz daha yaxsi olar. birde albaniya haqqinda hec bir melumat yoxdur

  8. 9 fevral 2013 18:12
    melimata gore cox sag olun,bildiklerim var idi winked

  9. 10 noyabr 2013 11:28
    he bu neolit dovru

  10. 13 dekabr 2013 20:53
    cox sagolun cox maraqli bir melumat  idi tesekkurler

  11. 16 dekabr 2013 14:51
    ilk defe at ehillewdirilmsi neolit idi yoxsa eneolit???5ci minilliyde celilabad elikomektepe ama hansi dovr idi yadimnan cixib ee :(

    --------------------

  12. 20 yanvar 2014 14:25
    ilk defe at ehillesdirilmesi eneolit dovrunde olub 5 ci minilliyde.

  13. 23 yanvar 2014 18:21
    cox tewekkur edirem.men her defe qariwdiriram eneolit idi yoxsa neolit? Deyee.minnetdraam.

    --------------------

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.