Paleolit dövrü

[/b]

Paleolit dövrü

Paleolit

 

         Ən qədim insan ətrafına nəzər saldı və ilk olaraq daşı gördü. Daşı tanıyan insan onu ilk dəfə üzərinə gələn vəhşi heyvana atdı, özünü müdafiə etdi. Daşı əlinə götürən insan onu atdı-tutdu, sevindi-«daaş» dedi. Bu o daş idi ki, bəşər övladının yüz min illər həm, əmək aləti, həm də silahı oldu. Bu o daş idi ki, insan onun vasitəsi ilə qida əldə etdi, yeri qazıb bitkilərin kökünü çıxardı, kiçik heyvanları onun köməyi ilə öldürdü. Bununla bəşər tarixinin Daş dövrü başlandı. Daş dövrü ən uzun sürən bir mərhələ oldu. İnsan daşdan təkcə istiadə etmədi, onu deşdi, cilaladı, istədiyi formaya saldı.

         Azərbaycanda Daş dövrünün 1,5 milyon il bundan əvvəl başlandığı təxmin olunur. Bu dövrün ən uzun sürən mərhələsi Paleolit (Qədim Daş) dövrü adlanır.

Paleolitin birinci mərhələsi Alt Paleolit olub, 100 min il bundan əvvələ qədər davam etmişdir. Alt Paleolit mərhələsində insanlar ilk insan birliyi forması olan kiçik dəstələr-sürülər halında yaşayır, özlərini vəhşi heyvanlardan qorumaq üçün birləşməyə məc­bur olurdular. Belə insan dəstələri  «ulu icma» adlanır. Ulu icma şüurlu şəkildə yox, kortəbii halda yarandığından möhkəm olmur, tez-tez dağılır, yeniləri ilə əvəz olunurdu. Bu mərhələdə insan təbiətdən tam asılı halda idi.  Təbiətin bir parçası olan insan onu dərk etmək, dəyişdirmək uğrunda əbədi bir mübarizəyə başladı. Bu dərketmənin ilki daşla başlasa da, bu yolda ikinci ən böyük hadisə odun əldə edilməsi oldu.

….Yağış yağır, göy gurultusu yeri-göyü lərzəyə gətirirdi. Bütün canlılar qorxudan bir-birinə sığınmış, təbiətin şıltaqlığı qarşısında aciz qalmışdılar. Yaxınlıqdakı meşəyə ildırım düşməsi canlı aləmi dəhşətə gətirmişdi. Meşə yanırdı!... Ayağı yer tuta bilən bütün canlılar qaçırdı. İnsan  bu mənzərədən dəhşətə gəldi. Hər tərəf yandırıb-yaxan oda bürünmüşdü. Qaçmaq, xilas olmaq lazım idi! İnsan qaçdı, oddan xilas olandan sonra isə başqa canlılardan fərqli olaraq dayandı, bu soyuq, dondurucu havada xoş isti verən oda tamaşa etdi. Bununla da daşdan sonra bəşəriyyətin ikinci kəşfi olan odu əldə etdi. Təbiətin bu hadisəsi insana həm odun nə olduğunu anlatdı, həm də qaça bilməyib yanan, bişən heyvanların əti ilə qida­lanmağı öyrətdi. İnsan odu qorumağa başladı, onu sönməyə qoy­madı.  İndi həm vəhşi heyvanlardan etibarlı müdafiə, həm də soyuq­dan qorunma vasitəsi var idi. Araşdırmalar sübut edir ki, Azərbaycan odun ilk əldə olunduğu ölkələrdən biridirir. Bunu Azıx mağarasından tapılmış 7 min il əvvələ aid od-ocaq izləri isbatlayır.

Günlərin bir günündə qəribə bir hadisə baş verdi. İki çaxmaqdaşını bir-birinə vuran insan daşların toqquşmasından yaranan qığılcımı gördü.  Bu hadisə onu heyrətə gətirdi. Marağını saxlaya bilmədi. Bu hadisəni təkrar-təkrar yoxladı və süni yolla od əldə etməyi öyrəndi. Artıq ocağın sönmə təhlükəsi sovuşmuşdu. İnsan çaxmaqdaşını bir-birinə vurur, quru çör-çöpləri alışdırır, böyük tonqallar qalayırdı. İlk əvvəl oda bağlı olan, ondan uzağa gedə bilməyən insan, indi «odu» özü ilə istədiyi yerə aparır, istədiyi yerdə ocaq çatıb məskən sala bilirdi.

Quruçay dərəsindən yığılan daşlar «Azıx adamı»nın işinə daha çox yarayırdı. Suların yuyub yonduğu, sığal çəkib par-par parıldatdığı daşlar ələyatımlı idi. İnsan təbiətin bu məharətini də mənimsədi. Daşları yonub istədiyi şəklə, istədiyi formaya salıb ondan çapacaq, qaşov, kəsici alətlər düzəltməyə başladı.

 

 

 

[b]Paleolit dövrü

Orta Paleolit

 

 

         Ətraf aləmdən görüdklərini duyan, dərk edən insanın şüuru inkişaf etdikcə  onun həyata, təbiətə münasibəti də dəyişirdi. Özünün od əldə etməsi ilə insan daha geniş ərazilərdə məskən salmağa başladı. 100 min il əvvəldən başlayan bu proses 40 min il bundan əvvələ qədər davam etdi.  İnsanın həm xarici görkəmi, həm də ağlı xeyli dəyişdi. Sürü halında yaşayan, təbiətdən tam asılı olan insan bu dövrdə qohumluq əlaqələrini dərk elədi, ailə, daha sonra isə qəbilə (nəsil) icması yarandı. Zahirən və şüurca dəyişən, yeniləşən bu insan tipi elmdə «Neandertal adam» adlanır.  Tarixin bu dönəmini Orta Paleolit adlandıran alimlər ilk dəfə bu dövrə aid nümunələrin tapıldığı Fransanın Mustye qəsəbəsinin adı ilə «Mustye mədəniyyəti dövrü» ifadəsi kimi də işlətdilər.

         Mustye mədəniyyəti dövründə Azərbaycanda  yaşayan «Neandertal adam» mağaradan çıxdı, iri heyvan sümüklərindən, qaya daşlarından özünə sığınacaq tikdi. Ovladığı heyvanların dərisindən paltar kimi istifadə edən insan get-gedə  təbiətin asılılıqlarından xilas oldu. Onun ömrü də bir qədər uzandı. Bu dövrdə kişilər 40-50, qadınlar isə 30-35 il ömür etdilər. Qadınların kişilərə nisbətən az yaşamasının səbəbi həm dövrün ağır həyat şəraiti, həm də gigiyenik xüsusiyyətləri ilə bağlı olmuşdur.

         Azərbaycanın Orta Paleolit dövrü Qarabağdakı Tağlar, Qazax rayonu ərazisindəki Damcılı və Daşsalahlı mağaraları əsasında öyrənilmişdir.

         Tağlar mağarası 1960-cı ildə arxeoloq Məmmədəli Hüseynov tərəfindən tədqiq edilmiş, bu mağaranın «sirli, sehrli» aləmi onun tərəfindən elmə bəyan olunmuşdur. Kənardan baxanda çevrilmiş arı pətəyinə oxşayan, içərisində təbii sütunlar- tağlar vasitəsilə çoxlu gözlərə ayrılan mağaraya da «Tağlar» adı buna görə verilmişdir. Tağlar düşərgəsi təqribən 55-90 min il öncədən 35 min il öncəyə qədər insana qoynunda yer vermiş, onun yaşayış məskəni olmuşdur.

         Qazax rayonunda Avey dağının qoynunda iri mağara- iki insan məskəni var. Dağın cənub-qərb tərəfindəki mağara Daşsalahlı, cənub-şərqindəki isə Damcılı adlanır. 1957-1958-ci illərdə  alimlər bu mağaraları tədqiq etmiş, burada yaşamış insanların əmək alətlərini tapmışlar. Bu alətlər daşdan düzəldilmiş bıçaq, qaşov və ucluqlar olmuşdur. Buradakı od-ocaq izləri o dövr insanlarının  böyük tonqallar çatmaq məharətini sübut edir.

         Cənubi Azərbaycanda-Neyriz gölü ətrafında geoloq Braun tərəfindən tapılmış daş alətlər, Bisutun mağarası Vətənimizin bu bölgəsində də Orta Paleolit dövründə insanların yaşadıqlarını təsdiqləyir. Bisutun mağarasından tapılmış əmək alətlərinin Tağlar mağarasındakı alətlərlə eynilik təşkil etməsi bu fikri qətiləşdirir. Urmiya gölündən 20 km şimalda yerləşən Tamtama mağarasından tapılmış nümunələr burada yaşayan insanların mahir bir ovçu olduqlarından xəbər verir.

         Din. Təbiəti seyr edən, onun sirli, möcuzəli hadisələrindən baş açmağa çalışan insanın qarşısına çoxlu suallar çıxdı: insan niyə ölür, öləndən sonra həyat varmı? Bu sualların cavabını axtaran insanın dini baxışları formalaşdı, axirət dünyasına inam yarandı. Yavaş-yavaş yaranan və geniş yayılan, etiqad formaları-animzim, totemizim və magiya insan oğlunun baxışlarında və dünyagörüşündə ciddi dəyişikliklərə səbəb oldu.

         Animizmə görə bütün canlılar ruha malikdir, ruh ölmür və başqa dünyaya-ruhlar dünyasına köçür. Ona görə də meyiti bükülü vəziyyətdə basdırır, yanına daş alətlər, sümük muncuqlar və asmalar qoyurdular. Qəbirin üstünü sal daşla örtür, üzərinə qırmızı mineral boyalar çəkirdilər.

         Totemizmə görə nəsil (qəbilə) hər hansı heyvandan, quşdan törəmə hesab edilməklə ona sitayiş edilirdi. Sitayiş edilən heyvanın sümükləri deşilərək muncuq kimi icma üzvlərinin boynundan asılırdı. Çöl göyərçinlərinin və alabaxtanın ovlanmasının indi də günah hesab edilməsi totemizmin qalığı kimi hələ də yaşamaqda davam edir.

 

Üst Paleolit

 

         …Min illər keçdi. İnsanın yaşamaq uğrunda mübarizəsi, təbiətlə qarşılıqlı təması və ondan öyrənməsi bu minilliklərdə onu tamamilə dəyişdirdi. Ağır olsa da, inkişaf prosesi gedir, insan ağlı, şüuru inkişaf edirdi.  Bu inkişaf onun nitqində, bədən quruluşunda, ilk növbədə isə  şüurunuda özünü göstərməyə başladı, yeni insan tipi olan «Homo sapiens» yəni, ağıllı adam» meydana  gəldi. «Ağıllı insan» indi rabitəli nitqə malik olub, boyu uca, qaməti düz, beyninin həcmi isə» bacarıqlı insanın» beyninin həcmindən iki dəfə böyük idi.

        

Paleolit dövrü

Bu tip insanın yaşadığı dövr elmdə Üst Paleolit adlanır. Üst Paleolit 40 min il bundan əvvəl başlayaraq, 12 min il bundan əvvələ qədər davam etmişdir. Bu mərhələdə ulu icmanın nəsil (qəbilə) icması ilə əvəz olunması başa çatdı, insanlar ölkəmizin müxtəlif bölgələrinə yayılaraq özlərinə məskən saldılar.

 

         İnsanın şüurunda baş verən dəyişikliklər onun məişətinə, həyat tərzinə  də ciddi təsir elədi. Bu dövrə aid əmək alətlərinin daha səliqəli və keyfiyyətli düzəldilməsi, müxtəlif funksiyalar daşıması da bunu sübut edir. Hələ də başlıca xammal daş olaraq qalırdı. Lakin insan daşdan daha məharətlə isifadə edir, onu istədiyi kimi dəyişdirirdi.

         «Ağıllı insan» təbii mağaralar olmayan yerlərdə  də məskən qurmağın yolunu tapdı, heyvan dərilərindən dəyələr şəklində düşərgə yeri düzəltdi. Dəyələrlə yanaşı, torpaq qazmalar qurmaq da işə yarayırdı. Qazmalarda  və dəyələrdə bütöv bir nəsil birlikdə yaşayır, birlikdə ov edir, birlikdə və bərabər şəkildə qidalanırdılar.

         Mahir ovçu olan «ağıllı insan» 40 min il bundan əvvəl Afrikada meydana gəlmiş, sonra isə Avropaya və Asiyaya yayılmışdır. «Ağıllı insan» düzəltdiyi qarpunla balıq ovlayır, meyvə yığır və bitki toplayırdı.

Üst Paleolitdə qəbilədə qadın mühüm rol oynayırdı. Uşaqlara baxmaq, bitki kökləri və meyvə toplamaq, odu qorumaq və yemək hazırlamaq kimi işlərlə məşğul olması qadının ictimai nüfuzuna ciddi təsir etmiş, onu qəbilənin, nəslin başçısına çevirmişdi. Ona görə də nəsil icmasında qohumluq ana xəti ilə hesablanırdı.  Elm bu xüsusiyyətinə görə Üst Paleolitdən Erkən Tunc dövrünə qədər olan mərhələni anaxaqanlığı (matriarxat) dövrü adlandırır.

         Üst Paleolit mərhələsinin başa çatması ilə Daş dövrünün ilk və ən uzun sürən hissəsi-Paleolit başa çatır.




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 25 yanvar 2012 23:41
    cox gozel dogrudan bunlar mene lazim idi.coooox tewekurler

  2. 23 fevral 2012 15:11
    mekteb dersliklerindeki kimi maraqsiz deyil)derslikler de bele yazilsaydi yaxwi olardi)))

  3. 22 mart 2012 20:59
    cox sagolun elave cox wey oyrendim

  4. 16 aprel 2012 11:17
    cox sag olun

  5. 8 may 2012 14:06
    roller

  6. 25 iyul 2012 03:05
    cox sagolun

  7. 4 avqust 2012 21:03
    Bunlar maraqlidi amma biraz qisa olsa ela olar.

  8. 4 avqust 2012 21:28
    ehh Mekteb dersliklerinden hec daniwmiyin hem cooxx uzun verirler + maraqsiz (( . Amma bu yazi suuppeerrdirr. TWKKK

  9. 22 sentyabr 2012 12:35
    COX MARAQSIZ IDI ESI EYBI YOX

  10. 22 sentyabr 2012 15:20
    Cox qeweng idi. ancaq qisa olsa yaxi olardi, mence feel

  11. 22 sentyabr 2012 23:02
    He chox maraqlidi,beyendim,biraz qisa olsaydi daha yaxshi olardi winked

  12. 2 noyabr 2012 21:44
    cox sagolun komek eledi

  13. 31 yanvar 2013 15:54
    ela idiiiiii
    winked

  14. 13 fevral 2013 01:00
    cooox saqoluunn maraqnan oxuudumm..elaa twklerr....

  15. 16 fevral 2013 18:05
    supppppppppeeeeeeeeer

  16. 16 fevral 2013 20:06
    ozzzzz tariximizi bilmek bizim boooooocumuzdurrrrrrrrr

    burada edebyati bilen varrrrrrrrrr

  17. 24 mart 2013 15:23
    maraqli yazilib. tewekkurler

  18. 3 oktyabr 2013 19:06
    salam men qonceyem . bu sayt cox gozeldi.təşəkkurlər. am love tongue request feel winked wink smile am

  19. 4 oktyabr 2013 22:28
    he biz hazda kecib kutarmiwiq bulari tekrar kimi oldu twk ama gozuma gridi e

    --------------------

  20. 13 dekabr 2013 20:57
    melumata gore tesekkur edirik verdiyiniz melumatlar genis ve eladir love

  21. 13 dekabr 2013 21:23
    coox sagolun :)

    --------------------

  22. 15 dekabr 2013 00:42
    yaxwidi 

  23. 25 mart 2014 19:31
    COX SAGOLUN:)

     

  24. 22 iyun 2014 15:54
    Çox sağolun.

  25. 2 oktyabr 2014 20:50
    cox xosuma geldi wink

  26. 4 oktyabr 2014 18:46
    salam.xahis edirem sualima cavab yazin.kinetik unsiyyet paleolitin hansi merhelesinde movcud olmusdur.tesekkur edirem.

  27. 4 oktyabr 2014 19:41
    Sitat: nihal vetenxah
    salam.xahis edirem sualima cavab yazin.kinetik unsiyyet paleolitin hansi merhelesinde movcud olmusdur.tesekkur edirem.
    kinetik dil ust paleolitin ilk vaxdlarinda meydana gelmiwdi.

    --------------------

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.