Eneolit

 

Eneolit

Eneolit

 

        Daha bir neçə min il ötdü. İnsanın axtarışları davam edirdi. Onun axtardığı əsas şey asanlıqla əyilən, döyülən, sonra isə möhkəm, bərk olan şey idi.  İnsanın bu axtarışları Eneolitdə-Mis-daş dövründə öz bəhrəsini verdi. Daş toxalarla daha böyük  ərazini şumlamaq çətinliyi  tamamilə fərqli bir şeyin-metalın kəşfinə səbəb oldu. Maraqlıdır ki, «metal» yunan sözü olub mənası «axtarmaq, tapmaq» deməkdir.

         İlk metalı-misi tapan insan əvvəlcə ondan ancaq bəzək əşyaları-sancaq, muncuq düzəldir, tiyə və nizə ucluqları hazırlan­masında istifadə edirdilər. Bu işlər isə  əritməklə deyil, döymə usulu ilə görülürdü.

Tədricən misi əritməyi öyrənən insan ondan həm də əmək alətləri düzəltməyə başladı. Lakin misin yumşaqlığı, ondan  düzəldilən əmək alətlərinin tez xarab olması yenə də alətlərin daşdan hazırlanması zərurətini qoruyub saxlayırdı. Daş hələ də iqtisadi və mədəni həyatda aparıcı rola malik olaraq qalırdı. Mis-daş dövrü düz iki min il-Miladdan əvvəl VI-V minillkilər boyu davam etdi.

         Bu dövrdə anaxaqanlığı çiçəklənməkdə və qüvvətlənməkdə idi. Qadın-ana müqəddəs sayılır, qəbilənin başçısı, nəslin rəhbəri hesab olunurdu. İnsan bu müqəddəs varlığa məhəbbətini gildən düzəldilmiş qadın heykəlcikləri ilə ifadə edirdi.

         Azərbaycanda Eneolit dövrünə aid çoxlu yaşayış məskənləri tədqiq olunmuş, öyrənilmişdir. Naxçıvan şəhərindən 8 km aralıda  yerləşən və 1,5 hektar ərazini əhatə edən Birinci Kültəpə yaşayış məskəni Eneolitin səciyyəvi yaşayış məskəni  olaraq tarixin dərin qatlarında gizlənmiş sirrləri açmaqda əvəzsiz rol oynayır.

         Burada tikinti qalıqları, təsərrüfat quyuları, sümükdən və misdən jüzəldilmiş əşyalar, qəbirlər və s. tapılmışdır. Bu tapıntılar nəticəsində aydın olmuşdur ki, Eneolitdə yeni dəfnetmə qaydaları yaranmış, ölülər yaşayış məskənlərində, binaların arasında və evlərin içərisində dəfn olunmuş, meyitin üzərinə qan rəmzi olan qırmızı boya çəkilmişdir. Əhalinin həyatında müxtəlif dini ayinlər, xüsusən ovsun mərasimləri geniş yer tutmuşdur.

        Şomutəpə yaşayış məskəni Qazax rayonu ərazisində aşkar olunmuşdur. Buradakı Eneolit dövrünə aid dairəvi yaşayış məskəni, təsərrüfat tikililəri tarixin qaranlıq səhifələrini aydınlatmağa kömək etmişdir. Çiy kərpicdən tikilmiş binalar, tüstünün çıxması üçün bacalar bu dövr insanının həyat tərzinin öyrənilməsində əsas material olmuşdur. Müxtəlif növ buğda qalıqları, daş dişli oraqlar, sümükdən və daşdan düzəldilmiş toxalar əkinçilik mədəniyyətinin getdikcə inkişaf etdiyini isbatlayır.

        Cəlilabad rayonu ərazisində tapılmış Əliköməktəpə  yaşayış məskənindən tapılmış divarları gillə suvanmış, ağ gillə şirələnmiş dairəvi otaq bu evdən  ovsun mərasimlərinin keçirilməsində istifadə edildiyini tədsiq etməkdədir.

         Əliköməktəpədən tapılmış at sümükləri tariximizin daha maraqlı bir hadisəsindən xəbər verir. Bu tapıntı göstərir ki, Miladdan əvvəl  V minilliyin axırlarında Azərbaycanda atın əhliləşdirilməsinə başlanmışdır. Bu, həm də Azərbaycanın  atçılığın vətəni olduğunu sübuta yetirir.

         Naxçıvan ərazisindəki Birinci Kültəpədən tapılmış gildən düzəldilmiş qəlib, Əliköməktəpədən tapılmış döymə üsulu ilə hazırlanmış muncuq, Füzuli rayonu ərazisindən tapılmış gil butə misin əridilməsində istifadə edilmiş ən qiymətli yadigarlardır. Əslində bu abidələr Azərbaycanda metallurgiyanın tarixinin çox-çox qədimlərə getdiyini təsdiqləyir, bu qədim  diyarın bəşər tarixində oyanadığı mühüm roldan xəbər verir.

         Eneolit dövrünün önəmli xüsusiyyətlərindən biri də tayfalararası və ölkələrarası əlaqələrin genişlənməsidir. Azərbaycan tayfaları təkcə qonşu ərazi ilə deyil, daha geniş ərazilərlə  əlaqə saxlayırdılar. Qazıntılar zamanı tapılmış boyalı qablar İkiçayarası ilə, Hind okeanı sahillərindən gətirilmiş sədəf Hindistanla, qiymətli firuzə daşları Əfqanıstan, Pakistan istiaqmətində yerləşən ərazilərlə əlaqələri sübut edir.


 

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 17 aprel 2012 21:46
    maraqli melumatlardir.sag olun

  2. 21 aprel 2012 19:35
    Muellim duzdur biz eneolit dovrunu kecmishik lakin yeniden tektar hec de pis deyil.

  3. 5 dekabr 2012 14:00
    maraqlidir [hide][/hide]

  4. 13 dekabr 2012 20:45
    beynimiz tezelenir sagolun

  5. 24 dekabr 2012 17:04
    cox sag olun!cox gozel metndir!tesekkurler!

  6. 24 dekabr 2012 18:45
    BUNLARI BILIREM AMMA YENEDE COX SAQOLUN
    :) fellow

  7. 30 yanvar 2013 21:25
    cox sagolun cox maraqlidiiiiiiiiiiiiiii\

  8. 9 mart 2013 21:26
    TWK.........

  9. 11 noyabr 2015 20:31
    winked

    wink
    tesekkurler

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.