Cənubi Niderland XVII əsrin I yarısında

Cənubi Niderland XVII əsrin I yarısında

 

Plan: 
1. XV-XVII əsrlərdə Niderlandda ictimai-siyasi vəziyyət.
2. Niderlan burjua inqilabı. Hersoq Albanın diktaturası.

Cənubi Niderland XVII əsri I yarısında.  

G İ R İ Ş         
Şelda, Maas və Reyn çaylarının aşağı boyunda Orta əsrlərdə Niderland ölkəsi yerləşirdi (Niderland "çayın aşağı axarında olan ölkə” və ya "çökək ölkə” deməkdir). XVI əsrin ortalarında Niderland Avropada ən sıx əhalisi olan ölkə idi. Niderland əhalisi əsrlər boyunca sahil torpaqlarını "dənizin əlindən alır”, onu qurudur və bəndlər çəkib dənizdən ayırırdılar.         Niderland çay yolu ilə Almaniya və Fransa, dəniz vasitəsilə İngiltərə və Skandinaviya ölkələri ilə ticarət edirdi. Coğrafi kəşflərdən sonra dəniz ticarəti daha da canlandı. Antverpen limanı dünya ticarətinin mərkəzi oldu. Niderland Avropanın ən qabaqcıl və ən zəngin ölkələrindən birinə çevrildi. Flandriya vilayətində zəngin şəhərlər vardı. Niderlandın şəhər və kəndlərində manufakturalar meydana gəldi. Həmin manufakturalarda ingilis yunundan zərif parçalar, xalçalar, kətandan qalın parçalar, gəmi ləvazimatı istehsal olunurdu. Böyük emalatxanalarda toplar tökülür, tərsanələrdə sürətlə üzən gəmilər quraşdırılırdı. Niderlandda, İngiltərədə olduğu kimi, kapitalist istehsalı sürətlə inkişaf edirdi. Təkcə manufakturalarda deyil, balıqçılıq, dənizçilik və kənd təsərrüfatında da muzdlu əməkdən geniş istifadə olunurdu.  

Cənubi Niderland XVII əsrin I yarısında

 

XV-XVII əsrlərdə Niderlandda ictimai-siyasi vəziyyət                 
XV əsrdə Niderland Burqund dövlətinin tərkibində idi. 1477-ci ildə sülalə ittifaqı nəticəsində onun süqutu ilə Habsburqların hakimiyyəti altına düşdü. 1516-cı ildən isə Niderland V Karl Habsburqun imperiyasının təkib hissəsi idi. XVI əsrdə isə Niderland indiki ərazilərdən başqa Belçika, Lüksenburq və və bəzi Fransa torpaqlarını əhatə edirdi.          Ölkə 17 əyalətdən ibarət idi. Onlardan Eno, Artua, Lüksenburq, Flandriya, Brabant, Hollandiya, Zellandiya, Utrext, Helder daha böyük idi. Karl taxtdan salındıqdan sonra Niderland İspan kralı II Flippin mülklərinin tərkibinə daxil edildi. V Karl və II Filipp hökümətləri Niderlandda mütləqiyyət qaydaları qurmağa çalışaraq geniş əhatəli məmurlar aparatı yaratdılar. II Filippin dövründə bu aparata canişin Parmlı Marqarita başçılıq edirdi. Brüsseldə canişinin yanında məşvərətçi orqan, yəni Niderlandın foedal əyanlarından ibarət dövlət şurası mövcud idi. Bundan başqa əsasən məmurlar, hüquqşünaslardan ibarət maliyyə və məxfi şuralar fəaliyyət göstərirdi. Bu zaman əyalətlərdə və şəhərlərdə mərkəzi hakimiyyətə tabe olan əalət canişinləri (Stathauzerlər) və müxtəlif vəzifəli şəxslər fəaliyyət göstərirdilər. Lakin XVI əsrdə məmurlar aparatı Niderlandda tarixən  bərqərar olmuş silkin nümayəndəlik təchizatlarını yerli özünüidarə orqanlarının tam özündən asılı vəziyyətə sala bilmədi. Yalnız canişinin göstərişi ilə toplanan baş ştatlar vergilərin toplanması haqqında göstəriş verə bilir və mühüm qanunları təsdiqləyirdilər. Hər bir əyalət və şəhər xüsusi azadlıqlar və güzəştlərə malik idi. Və onları Kral məmurlarının özbaşnalığından qorumağa çalışırdılar. Bu əsasda yerli təchizatlarla İspaniya hakimiyyəti arasında xeyli ixtilaflar meydana çıxırdı. XVI əsrin I yarısında Niderland iqtisadi yüksəliş dövrü keçirirdi.

Cənubi Niderland XVII əsrin I yarısında

 

Belə ki, kənddə feodal münasibətlrinin və şəhərlərdə orta əsr sex sənətkarlarının dağılması, erkən kapital yığımı prosesi, kapitalist münasibətlərinin inkişaf etməsi bu zaman ölkənin təsərrüfat həyatını müəyyənləşdirən başlıca amil idi.Əyalətlərin cənub qrupu iqtisadi və sosial baxımdan şimaldan olduqca fərqlənirdi. Flandriya və Brabont manufaktura və sexlərinin məhsulları əsasən İspaniyadan asılı bazarlarda satılırdı. İspaniyadan isə onlar əsas xammalı, yəni yunu alırdılar. Flandriya və Brabontun taxıla olan ehtiyacı Eno və artua aqrar əyalətlərinin hesabına, habela xaricdən olan idxalın köməyi ilə ödənilirdi. Əyalətlərin şimal qrupu iqtisadi baxımdan Hollandiya və Zellandiyanın başlıca portlarına yəni Amsterdama, Middelbürgə, Flisterinqə və sairəsinə meyl edirdilər. Bunların içərisində Amsterdam xüsusilə diqqəti cəlb edirdi. Bu zaman Hollandiya və Zellandiya iri və yaxşı təchiz olunmuş dəniz donanmasına malik idilər. Burada gəmiqayırma və onunla bağlı istehsal sahələri inkişaf etdirilidi. Yerli tacirlər özlərinin və tranzit mallarını Skandinaviya və Rus dövlətinə (bu zaman İspaniyadan asılı olmayan bazarlara) aparırdılar. Oradan isə taxıl və ağac məmulatları gətirirdilər. Beləliklə, manufaktura, sənətkarlıq istehsalatın inkişaf etməsində olan fermer təsərrüfatı, ticarət şimalda cənuba nisbətən  daha geniş yerli bazara əsaslanır, daha möhkəm və müstəqil bazaya malik idi. İqtisadi cəhətdən daha inkişaf etmiş şimal əyalətlərində cənuba nisbətən irticaçı feodal zadəganlarının və katolik kilsənin mövqeyi zəif idi. Bu şərait  Niderlandın inkişafında və şimalında inqilabın və azadlıq mübarizəsinin taleyində böyük rol oynadı. Niderlandda təsərrüfatın inkişafı həm də ciddi sosial irəliləyişlərlə müşahidə olunurdu. Belə ki, möhtəkirlər, manufakturaçılar və fermerlərin şəxsində şəhər və kənd burjuaziyası təşəkkül tapırdı.Minlərlə müstəqil sənətkarlar və kəndlilər ilkin kapital yığımı şəraitində ağır vergilər, qiymətlər inqilabı, sələmçilərin soyğunçuluğu və manufaktura rəqabəti nəticəsində müflis vəziyyətə düşdülər. İşsiz kütlələri ölkənin şəhər və yollarını bürümüşdülər. İşsizlərin bir hissəsi müzdlu əsgər kimi orduya toplanır, digər hissəsi ticarət donanması və manufakturala cəlb olunurdular. Manufakturalarda muzdlu işçilər amansız istismar olunurdular. Bu zaman kəndlilərin bir kütləsi ağır şəraitdə yaşayırdılar. Minlərlə kəndli ailəsi ilə birlikdə işsizlərin sayını artırırdılar. Bir sözlə feodal və yadelli zülmü ilə qarşılaşan kapitalist inkişafı xalq kütlələrinə saysız-hesabsız bəlalar gətirdi.Ölkəni bu çətinliklərdən çıxarmaq, yeni kapitalist münasibətlərinin inkişafına meydan vermək və burjuaziyanı siaysi hakimiyyətə gətirmək bu zaman yalnız inqilab yolu ilə mümkün idi. İspaniyanın müttəfiqi və onu müdafiə edən feodallar, yəni katolik irticasının qüvvələri döyüşsüz təslim olmaq fikrində deyildilər. V Karl öz hakimiyyətinin sonunda bir sıra irticaçı tədbirlər həyata keçirdi. Belə ki, məmurlar aparatı daha da gücləndi, ölkə sülalə mühitinə çevrildi. 1521-ci ildən ölkə təriqətçilərə, lütterançılara qarşı təriqətlər meydanına çevrildi. II Filipp Niderlandda ispan mütləqiyyətini qurmaq istəyirdi. Bu məqsədlə hökümət bəzi məsələləri həyata keçirməyi qərara aldı.    

Cənubi Niderland XVII əsrin I yarısında

 


Niderlan burjua inqilabı.
Hersoq Albanın diktaturası. Cənubi Niderland XVII əsri I yarısında XVI əsrin ortalarında Niderland feodal İspaniyasının hakimiyyəti altında idi. O zaman İspaniyanın Amerikada, Cənubi İtaliyada da müstəmləkələri var idi. İspaniya kralı bir zamanlar müqəddəs Roma imperiyasının imperatoru idi. Müasirləri deyirdilər ki, "onun ölkəsinde günəş heç vaxt batmır”.17 kiçik əyalətdən ibarət olan Niderland İspaniyanın ən zəngin mülkü idi, kral xəzinəsinə Amerikadkı mülklərdən dörd dəfə çox gəlir verirdi. İspaniya feodallarının ağır vergi zülmü Niderlandda kapitalist istehsalının inkişafını ləngidirdi, burjuaziyanın sərvət yığmasına mane olurdu. İspaniyanın İngəltərə ilə düşmənçiliyi ingilis yununun alınmasını çətinləşdirirdi. Əmtəə istehsalı azalması, minlərlə adam işsiz qalmışdı. İspaniya kralının dayağı olan katolik kilsəsinin hökmranlığı xüsusilə kəskin narazılıq doğururdu. Burjuaziya və xalq kütlələri arasında kalvinçilik etiqadı yayılırdı.Tərs, küt və qəddar adam olan II Filipp (1556-1598) İspaniya taxtına çıxdıqdan sonra Niderlandda vəziyyət daha da dözülməz oldu. O, ispan əsgərləri və kilsə məhkəməsinin köməyi ilə Avropada katolik kilsənin ağalığını saxlamaq ümidində idi. II Filipp Niderlandda kilsə məhkəməsini işə saldı və protestantları amansız şəkildə təqib etməyə başladı.İspaniya ağalığı və kilsə məhkəməsinin fəaliyyəti Niderlandda qəzəb doğururdu. Niderlandda İspaniya kralına və katolik kilsəsinə qarşı xalq üsyanı yetişməkdə idi.Niderlandda daim ispan qoşunlarının yerləşməsi bütün hakim üzvləri başda İspaniyanın sadiq nökəri olan kardinal Qronvellalı olmaqla dövlət şurasının əlində cəmləşmişdi. 14 yeni yepiskopluq yaratmaq və onlara təriqətçiləri qırmaq üçün xüsusi inkvizitorlar qəbul etmək, təriqətçilərə qarşı ardıcıl olaraq planları yerinə yetirmək, bu qərarların ardınca Niderland iqtisadiyyatını dağıdan bir sıra qərarlar qəbul edildi. 1557-ci ildə İspaniya bankrotluğunu elan etməsi Niderland bankirlərinin çoxunu müflis etdi. Belə ki, onlar Habsburqlara zaym verirdilər. 1560-cı ildə ispan yununa gömrük kəskin artdı, bununla bağlı onun Niderlanda gətirilməsi 40% azaldı. Daha sonra Niderland tacirləri ispan müstəmləkəçilərinə tabe olmadıqları üçün onların ərazilərinə buraxılmadılar.  İspaniyanın İngiltərə ilə düşmən münasibətləri İspan-İngilis ticarətini müflis etdi. Belə ki, portlar (limanlar) işsiz qalmış, manufakturaların çoxu bağlanmış, minlərlə adam iş və dolanacaqdan məhrum olmuşdular. Belə bir şəraitdə ispan zülmü dözülməz həddə çatdı. 60-cı illərdə kənlilərin və şəhər yoxsullarının sinfi mübarizəsi getdikcə güclənməyə başladı.  Flandriya, Brabont, Hollandiya və digər əyalətlərdə antikatolik təlimlər, xüsusilə Kalvinizm geniş yayılırdı. Kalvinist icmalarının şuraları (konsistorlar) xalqı katolik kilsəsinə qarşı qaldırırdılar. Silahlı adamların əzəmətli kütləsi təriqətçi moizəçilərin alovlu nitqini dinləyir və bəzən də hakimiyyət orqanlarına silahlı basqınlar edirdilər. Əyalət zadəganlarının bir hissəsi onalrı hakimiyyətdən məhrum etmiş ispanlardan narazı idilər. Zadəganların təbəqəsinə müxtəlif şəhər vəzifələri tutan və artmaqda olan burjuaziyanı qüvətləndirən zadəganlar daxil idilər.1566-cı ildə Hond, Skot və Armandyer sənaye səhər və rayonlarında "İkonaborçuluq” adını almış güclü üsyan başladı. Bir neçə gün ərzində üsyan ölkənin 17 əyalətindən 12-sini bürüdü. Və bütün gücü ilə ispanların güclü dayağı olan katolik kilsəsinə qarşı çevrildi. Üsyançılar ikonaları, müqəddəslərin heykəllərini məhv edir, kilsənin qiymətli avadanlıqlarını götürüb yerli ehtiyaclarını ödəmək üçün şəhər şuralarına verirdilər. Bəzi yerlərdə üsyançılar kilsə və monastr torpaqları üzrə fərmanları və borc qəbzlərini məhv edib, rahibləri qovur və keşişləri döyürdülər. İkonaborçuluq XVI əsr Niderland burjua inqilabının birinci hadisəsi idi. Üsyançılar Niderlandda İspaniya ağalığına son qoymaq, yeni kapitalizm quruluşunu bərqərar etmək istəyirdilər. Buna görə də bu, burjua inqilabı idi. II Filipp təcrübəli sərkərdə Hersoq Albanın başçılığı ilə Niderlandda seçmə qoşun göndərdi. Alba qoşunlarını Niderlandın iri şəhərlərində yerləşdirdi. Narazı adamlara divan tutmaq üçün "qiyam işlərinə baxan şura” yaradıldı. Bu şura "qanlı şura” adlanırdı. Çoxlu adamın başı kəsilir, onlarla bidətçi tonqalda birdən yandırılırdı.Alba əhalini qorxutmaqla yanaşı, kral xəzinəsini doldurmaq istəyirdi. Varlı tacirlər, bəzi əsilzadə zadəganlar edam olunur, onların var-dövləti kral xəzinəsinə çatırdı. Alba Niderlandda ticarət üzərinə ağır vergilər qoyurdu. Üsyanın hərəkətverici qüvvəsi manufaktura işçiləri, port adamları, sənətkarlar, muzdurlar və kəndlilər idi. Bəzi yerlərdə üsyançəların fəaliyyətinə kalvinist moizəçiləri, inqilabi əhval-ruhiyyəli burjuaziya və radikal zadəganlar ittifaqının üzvləri rəhbərlik edirdilər. Kütləvi hərəkatın miqyası eləcə də zadəganları və burjuaziyanı qorxudurdu. Zadəganlar ittifaqı özünün burjuaziyası haqqında bəyanat verdi. Belə bir vaxtda burjuaziya tərəddüd keçirirdi. Hələ ispanlar dinc danışıqların mümkünlüyünə ümid edirdilər. Mütəşəkkilliyini və rəhbərliyini itirmiş üsyan 1567-ci ildə yatırıldı. Beləliklə, inqilabın I mərhələsi məğlubiyyətlə başa çatdı. Üsyanı darmadağın edən hökümət, əvvəlki güzəştləri ləğv etdi. 1567-ci ilin avqustunda Hersoq Alba Niderlandda hakimiyyəti tam ələ aldı və böyük ispan qoşunu ilə bura daxil oldu. Albanın qanlı divanından qəzəblənmiş kəndlilər, sənətkarlar və fəhlələr meşələrə çəkilir və orada partizan dəstələri yaradırdılar. Partizanları "meşə gözləri” adlandırırdılar. "Dəniz gözləri” yüngül gəmilərlə dənizlərdə dolaşır, düşmən gəmilərinə hücum edirdilər.Dəniz gözləri* 1572-ci ildə Bril limanını tutdular. Bu ölkənin şimalında üsyanın başlanması üçün bir işarə oldu. Üsyana burjuaziya başçılıq edirdi. O, ölkənin şimalında hakimiyyəti ələ keçirdi və Niderlandın ən varlı və nüfuzlu torpaq sahibi olan Oranlı Vilhelmi şimal əyalətlərinin hakimi elan etdi. Oranlı Vilhelm öz niyyətini gizlətməyi bacardığından, müasirləri ona "qaradinməz” ləqəbini vermişdilər.Alba şimalda baş verən "kəndli qiyamına” əvvəlcə saymazca yanaşırdı. Lakin tezliklə səhvini başa düşdü və bütün ordunu üsyançı şimala qarşı çevirdi.Oranlı Vilhelm muzdla tutduğu alman əsgərləri məğlub olmağa başladı. İspanlar bir neçə kiçik şəhərləri ələ keçirərək əhalisini tamamilə qırmağa başladılar. Lakin xalq işğalçılara inadla müqvimət göstərirdi.Albanın uğursuzluğundan əsəbiləşən II Filipp onu Niderlanddan geri çağırdı. İspan qoşunu Leyden şəhərini mühasirəyə aldı. Şəhərdə ərzaq ehtiyatı tükəndi və aclıq başladı. Ancaq şəhərlilər təslim olmaq təklifini rədd etdilər. Müdafiəçilərin bütün qüvvələri tükəndikdə üsyançıların rəhbərləri belə qərara gəldilər: "Torpağı itirməkdənsə, suda batırmaq yaxşıdır”. Dəniz gözləri sahildəki bəndləri dağıtdılar.____________________* göz – dilənçi mənasındadır. İspanlar Niderlandlıları belə adlandırırdılar. Lakin yerli əhali bu ləqəbi fəxrlə daşıyırdı. İspanlar dənizin onların üzərinə irəliləməsindən vahiməyə düşüb qaçdılar. Dəniz gözləri Leydənə daxil oldular. II Filipp güzəştə getmək istəmir, müharibəni davam etdirirdi. Çoxdan bəri məvacib almayan alman əsgərləri özbaşına cənuba hərəkət edərək Antverpen şəhərini qarət edib dağıtdılar. Səkkiz min şəhərli öldürüldü. Bu dağıntıda Antverpen tənəzzülə uğradı. İspanların Antverpendə törətdiyi vəhşiliyə cavab olaraq cənub əyalətlərin əhalisi də üsyana qalxdı. Ancaq inqilabdan qorxan Niderland zadəganları ölkənin cənubunda baş vermiş üsyanı yatırmaqda ispanlara kömək etdilər. Onlar II Filipplə saziş bağladılar. Niderland zadəganları II Filippi "qanuni hökmdar” kimi tanıdılar.Beləliklə, II Filipp cənubi Niderlandı öz hakimiyyəti altında saxlaya bildi. 1579-cu ildə Utrext şəhərində Niderlandın yeddi şimal əyaləti İspaniyaya qarşı mübarizə məqsədilə ittifaq bağladı. Yeddi əyalət ümumi höküməti, xəzinəsi və ordusu olan vahid dövlət halında birləşdirdi. Burjuaziya Oranlı Vilhelmi kral elan etmək istəyirdi. Lakin ispanların göndərdiyi muzdlu qatil onu güllə ilə öldürdü. Şimali Niderlandda respublika yaradıldı. Bu dövlət şimal əyalətlərinin ən böyüyünün adı ilə Hollandiya respublikası və ya sadəcə Hollandiya adlandı. Hollandiya daha 30 il İspaniyaya qarşı mübarizə apardı. Nəhayət, 1609-cu ildə bağlanan müqaviləyə görə İspaniya Hollandiyanı müstəqil dövlət kimi tanıdı. Beləliklə, hakimiyyət ispan feodallarının əlindən çixib, Hollandiya burjuaziyasının əlinə keçdi. 

Cənubi Niderland XVII əsrin I yarısında

 

NƏTİCƏ         
Burjua inqilabı kapitalizmin inkişafına yol açdı. Varlılar yeni manufakturalar açırdılar. Hollandiyanın ticarət donanması qalan bütün Avropa ölkələrinin birləşmiş donanmasından böyük idi. Antverpen limanının əvəzinə Amsterdam limanı dünya ticarətinin mərkəzinə çevrildi. Hollandiya çoxlu müstəmləkələr işğal etdi. Hollandiyalılar portuqaliyalıları İndoneziyadan sıxışdırıb çıxardılar. Şimali Amerikada və Afrikanın cənubunda da hollandiyalıların məskənləri meydana gəldi. Niderland inqilabı ilk burjua inqilabı idi. Kapitalizm Qərbi Avropanın kiçik bir ərazisində feodalizm üzərində qəlbə çaldı. Və Avropanın digət yerlərində gələcək burjua inqilablarının başlanğıcı oldu.                    

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT  

1.  S. D. Skaskin – Orta əsrlər tarixi (rus dilində). Moskva, 1977.
2.  N. F. Kollesinkoqo - Orta əsrlər tarixi (rus dilində). Moskva, 1986.
3.  T. Mustafazadə - Ümumi tarix. Bakı, 1995.4.     Mühazirə materialları.






 



Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 7 aprel 2014 11:04
    3 CU QRUPUN TARIXI DEHSETDIIIIIIIIII

    --------------------

  2. 15 may 2014 20:02
    Sag olun amma rus imperiyasndan yazasz xaiw edirem cunki azerbaycan tarixin boyuk hissesi ruslarla baglidir twk

  3. 15 avqust 2014 18:02
    təşəkkürlər.Axirda nəticəni oxusag daha yaxşı yadda qalır.

    --------------------

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.