İspaniya ərəblərin hakimiyyəti altında.Üm.tar.

İspaniya ərəblərin hakimiyyəti altında.Üm.tar.

 

İspaniya ərəblərin hakimiyyəti altında: Sosial-iqtisadi inkişaf,Rekonkista. xristian dövlətlərin meydana gəlməsi.Müəllim Z. Əliyev
 
  İspaniya ərəblərin hakimiyyəti altında
    Klassik feodalizmə keçid dövründə İspaniya
   711-ci ildə ərəb sərkərdəsi Tariq ibn Ziyad Şimali Afrikadan İspaniyaya keçdi. İspaniyada zəifləmiş Vestqot krallığı ərəblərə müqavimət göstərə bilmədi. Ərəblər qısa müddət ərzində bütün Priney yarımadasını fəth etdilər. VIII əsrdə ərəb fəthləri nəticəsində İspaniyada  Kordova dövləti quruldu. Əməvilər sülaləsinin süqutundan sonra İspaniyadakı Kordova dövləti müstəqil xilafətə çevrildi. Kordova xilafəti 300 ildən çox bir müddətdə öz mövcudluğunu qoruyub saxlamışdı. Xilafətin müsəlman əhalisi mavrlar adlandırılan ərəblərdən və Şimali Afrikanın bərbər tayfalarından ibarət idi.Mavrlar ilk vaxtlar Priney yarımadasının xristian əhalisinin öz dinlərinə etiqad etməsinə mane olmurdular. Ərəblər İspaniyanı Əndəlus adlandırırdılırdilar. İspaniyada keçmiş Roma əyalətlərinin sakinlərinin nəsilləri, vestqotlar, ərəblər , bərbərlər və yəhudilər birgə ysşamağa alışmışdılar.Ölkədə ərəb dilini , geyimini və məişətini mənimsəyən xristianlar da az deyildilər. 
     

İspaniya ərəblərin hakimiyyəti altında.Üm.tar.

 

Şərqin daha yüksək inkişaf etmiş ölkələri ilə əlaqə saxlayan İspaniya ərəbləri ölkənin iqtisadi inkişafına xüsusi diqqət yetirirdilər. Klassik feodalizmə keçid dövründə müsəlman İspaniyası Avropanın çiçəklənən ölkəsi idi. Ərəblər burada çəltik,şəkər qamışı,xurma, nar,tut ağacı kimi bitkilər becərirdilər.Yarımadanın cənubunda salınmış suvarma kanalları şəbəkəsi taxıl və üzüm məhsulunun bolluğunu təmin edirdi. Ərəblər vətənlərində olduğu kimi burada da uzunyunlu qoyun cinsləri yetişdiridilər. Mərkəzi dağ vadilərində sasız-hesabsız qoyun sürüləri otlayırdı.      Mədən-filiz peşəsi, ipək istehsalı, mahud toxunması, silah, şüşə,saxsı, dəri məmulatı,zinət əşyaları və kağız istehsalı kimi müvtəklif sənət sahələri ölkənin iqtisadi inkişafında əhəmiyyətli rol oynayırdı.
    Ərəb İspaniyasında şəhərlərin sayı sürətlə artmaqda idi. Kordova şəhəri xilafətin paytaxtı olmaqla yanaşı, həm də sənət, ticarət və elm mərkəzinə çevrilmişdi. Burada 500 minədək əhali yaşayırdı.Güclü ticarət donanmasına malik olan Kordova xilafətinin Afrika, Abbasilər xilafəti, İtaliya və Bizansla geniş ticarət əlaqələri saxlamaq imkanı var idi.Əndəlusda istehsal olunan sənətkarlıq mallaarı ərəb tacirləri tərəfindən Hindistana və Mərkəzi Asiyaya aparılırdı. Əsas ixracat malları parça,dəri,gümüşdən hazırlanmış sənət əşyaları və s. idi. Qul ticarəti geniş yayılmışdı.
    Əndəlus iqtisadi nüvəffəqiyyətlərlə yanaşı mədəni yüksəliş də keçirirdi. Kordova kitabxanası və universiteti daha da məşhurlaşırdı. Burada təbabət , riyaziyyat,cöğrafiya və fəlsəfə elmləri xeyli inkişaf etmişdi. Avropa ölkələri məhz Əndəlus mədəniyyətinin sayəsində ərəb, yunan və latın mütəfəkkirlərinin bir çox əsərləri ilə tanış olmuşdular. Müsəlman memarlığının nadir incilərinin inşası daavam etdirilirdi. Qranada hakimlərinin sarayı Əlhambra(XIII-XV əsrlər), Sevilyada Əlkəsar saray-qalası(XII əsr) belələrindən idi.
   

İspaniya ərəblərin hakimiyyəti altında.Üm.tar.

 

Rekonkista.
   Əndəlusdakı müsəlman xilafətinin zəifləməsindən istifadə edən xristian kilsəsi rekonkista hərəkatını gücləndirdi. Mavrlar tərəfindən mənimsənilmiş İspaniya torpaqlarının geri 
Qaytarılması prosesinə rekonkista deyilir. Bu proses hələ 718-ci ildə Kovadonqa yaxınlığında vuruşma ilə başlandı. Bu vuruşmada mavrlar məğlub oldular. Xristianlar Şimali İspaniyaya doğru hərəkat başlandı. Kilsə Priney yarımadasının bütün xristian əhalisini müsəlmanlara qarşı birləşdirməyə nail oldu. Rekonkistanın gedişində feodallar yeni torpaq sahələri ələ keçirdilər. Müharibələrdə iştirak edən kəndlilər torpaqla yanaşı şəxsi azdlıq əldə edirdilər. Mavrların əlindən alınmış şəhərlər özünüidarə hüququ qazanırdılar. Xristian kilsəsi xristian əhalisinə İslam dininəqarşı nifrət hissi aşılamaq üçün müxtəlif vasitələrdən istifadə edirdi. Müsəlmanlara qarşı mübarizədə iştirak edən hər bir kəs qarətçilik və varlanmaq həvəsində idi.Rekonkistada Priney yarımadasının köklü sakinləri ilə yanaşı, fransız və italyan cəngavərləri iştirak edirdilər. Roma papası dəfələrlə xristianların Əndəlus müsəlmanlara qarşı səlib yürüşünü elan etmiş, qudurğan Avropa cəngavərlərini "ayparaya qarşı müqəddəs müharibə”də "qoçaqlıq” göstərməyə çağırmışdı. 
    Rekonkistanın gedişində Priney yarımadasının şimalında Kastiliya və Araqon krallıqları, Priney dağlarında isə Navarra krallığı yarandı. Yarımadanın qərbində XIII əsrdə Portuqaliya krallığı meydana gəldi.
   1030 –cu ildə Kordova xilafəti bir neçə müstəqil əmirliyə paçalandı:
      1.Saraqossa
      2.Qranada
      3.Seviliya
      4. Bəniəhmər
 Kordova xilafətinin parçalanmasının səbəblərindən biri də yəhudilərin xəlifə sarayında mühüm vəzifələr tutmaları, maliyyə və diplomatik işləri əllərində saxlamaları, həkim və tərcüməçi kimi qulluq etmələri idi. XI əsrin ortalarından-XIII əsrin ortalarınadək rekonkista yeni müvəffəqiyyətlər qazandı.
      Səlibçilər öz aralarındakı daxili müharibələrdə zəifləmiş müsəlman əmirləri üzərində asanlıqla  qələbə çaldılar. 1085-ci ildə səlibçilər Toleda şəhərini ələ keçirib Kastiliya krallığınıın paytaxttına çevirdilər. Az sonra Araqon krallığı müsəlmanların iri ticarət və mədəniyyət mərkəzi olan Saraqossanı, portuqaliyalılar isə Lissabonu ələ keçirərək, özlərinə paytaxt etdilər. Rekonkista hərəkatı müntəzəm deyil fasilələrlə davam edirdi. Ölkənin cənubunda səlibçilərə inadlı müqvimət göstərilirdi. Lakin bir-biri ilə çəkişən əmirlər ümumi düşmənə qarşı mübarizədə birləşmək istəmirdilər. Bu isə səlibçilərin cənubda da müvəffəqiyyət qazanmalarına şərait yaradırdı.
1212-ci ildə Priney yarımadasındakı xristian dövlətləri ilə Avropa səlibçilərin birləşmiş qüvvələri mavrlar ordusunu Las Navas-de-Tolosa kəndi yaxınlığında döyüşdə ağır məğlubiyyətə uğratdılar.Ərəblərin Əndəlusdakı qüvvələri saarsıldı. XIV əsrdə Kastiliya böyük müsəlman əmirliklərinin paytaxtları olan Kordova(1236-cı il) və Sevilyanı (1248) ələ keçirdi. Cənuba gedən yolun açılması nəticəsində  Araqon kralları Ballar adaları, Siciliya,Sardiniya, sonra isə Cənubi İtaliya üzərində öz hakimiyyətlərini bərqərar etdilər.
       

İspaniya ərəblərin hakimiyyəti altında.Üm.tar.

 

Xristian dövlətlərinin yaranması.
  XIV əsrdə Priney yarımadasındakı müsəlmanların əlində yalnız İspaniyanın ən varlı vilayəti olan Qranada əmirliyi qalmışdı. Artıq müsəlmanlar xristian dövlətləri üçün  heç bir təhlükə yaratmırdılar.
   Priney yarımadasındakı yaranmış dövlətlər silki monarxiya idilər. Əvvəllər Kastiliya kralı ali dünyəvi və ruhani əsilzadələrdən ibarət şura çağırıdı.Sonralar bu şuranın iclaslarına şəhərlilər, habelə azad icma nümayəndələri də dəvət edilməyə başladı. Silki nümayəndəli orqan olan korteslər belə yarandı. Kastiliya kortesləri Fransa parlamentini xatırladırdı: üç palatadan ibarət idi. Korteslər yeni vergiləri təsdiq edir, yeni qanunların qəbul edilməsində iştirak edirdilər.
     1479-cu idə Kastiliya hökmdarı İzabella ilə Araqon kralı Ferdinandın evlənməsi nəticəsində hər iki krallıq vaahid İspaniya dövlətində birləşdirildi.Navarra İspaniya ilə Fransa bölüşdürüldü.
    Mərkəzləşdirilmiş dövlətin yaradılması xristianlara müsəlmanlar üzərinə qəti hücuma keçmək şərait yaratdı. Ölkə daxilində mövqelərini möhkəmləndirən ispan kralları zərbəni ərəblərin İspaniyadakı son istinadgahı olan Qranada əmirliyinə yönəltdilər. 10 illik müharibədən sonra 1492-ci ildə İspaniya ordusu Qranadanı işğal etdi. Qrnadanın süqutu ilə Portuqaliyada başqa bütün Priney yarımadası İspaniyanın əlinə keçdi.
   Rekonkista xristianların İslama qarşı mübarizəsi şəraitində keçirdi. Qranadanın meydanlarında birində ərəb dilində yazılmış 2000-ə qədər qiymətli dini kitabı yandırıldı. Mavrlar özlərinin və yəhudilərin mülkiyyətləri və din azadlıqlarının saxlanması şərti ilə Qranadanı təslim etdilər. Lakin bu vədlərə əməl edilmədi. Xristian kilsəsinin zülm və təhqirlərinə məruz qalan müsəlmanlar bir sıra üsyanlar qaldırdılar. Müsəlmanların və yəhudilərin bir çoxu Şimali Adfrikaya köçüb getməli oldular. Əndəlus özünün sənətkar və tacirlərinin böyük bir hissəsini itirdi. Bu isə ölkədə ticarət və sənətkarlığa ağır zərbə vurdu.
    İspaniya güclü katolik ölkəsinə çevrildi. Rezliklə burada inkvizisiya məhkəməsi yaradıldı. İnkvizisiyaya qəddar və rəhmsiz Tomas Torkvemada başçılıq edirdi. Onun adı qəddarlığın rəmzinə çevrilmişdi. İspaniyada bidətçilərə qarşı autodafe adlandırılan qəddar mühakimə üsulu həyata keçirilməyə başladı.   
   Əlavə didaktik materiallar
  Sözlərin izahı:
1.Mavrlar(yunanca)- priney yarımadasında və Şimali Afrikanın şimal-qərb hissəsində ərəb dilinin       yerli dialektiklərində danışan müsəlman əhalisi;
2.Əndəlus-İspaniyanın cənubunda tarixi vilayət. Ərəblər bütün müsəlman İspaniyasını beıə adlandırırdılar.
3. Rekonkista- Əndəlusun müsəlman əhalisnin Priney yarımadasından çıxarılması hərəkatı;
4.Kortes(ispanca)-kral sarayı deməkdir.İspaniyada ali qanunverici orqan,parlament;
5. Autodafe(ispanca)- İspaniyada bidətçilikdə təqsirləndirilənlərin tonqalda yandırılması.
      İspaniyada ərəb mədəniyyəti
    Ərəblər İspaniyada 700 il hakimiyyət sürmüş və Qərbi Avropanın həyatında çox böyük dəyişiliklərin səbəbksrı olmuşlar. Orta əsr tarixçilərindən biri bu barədə belə yazmıçdır: "Mavrlar Kordovada orta əsrlərin möcüzəsi olan qəribə krallıq yaratmışlar. Avropanın hər yerini vəhşi nadanlıq və çəkişmə bürüdüyü vaxtda , gur səslə saçan mərifət və mədəniyyət məşəlini Qərb dünyası önündə saxlayan təkcə bu krallıq olmuşdur”. O dövrün məlumatlarına əsasən Kordovada 60 min saray və malikanə,200 min kiçik ev, 80 min dükan,3800 məscid, 700 ictimai hamam var imiş.Kordovada xeyli kitabxana var idi. Onlardan da ən məşhuru 400min kitaba malik əmir kitabxanası idi. Kordova Universitetinin şöhrəti nəinki bütün Avropaya, hətta Qərbi Asiyaya da yayılmışdı. Yosullar üçün çoxlu pulsuz ibtidai məktəb rəaliyyət göstərirdi.
     Qranadada dünya memarlığının incilərindən sayılan Əlhambra sarayı yerləşirdi. Bu ərəbcə "əl-Həmra”-yəni qırmızı saray mənasını verir.Əlhambraya tağlar,sütunlar və arabesklər xüsusi yaraşıq verir. Arabesklər yaraşıqlı naxışlardır,bu naxışlardan İslam memarlığında geniş istifadə edilirdi.Tağların üzərində və başqa yerlərdə gözəl naxışlarla "Quran” ayələri həkk edilird. Sarayda bir-birindən yaraşıqlı çoxlu salonlar var idi. 
  Hacıqabul r-nu, Udulu kənd tam orta məktəbi, müəllim Zakir Əliyev.

Yükləmək ücün qeydiyyatdan keçin!

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 8 fevral 2015 21:00
    Dəyərli və hörmətli Hamlet müəllim, Bu vacib məqalənin Ana səhifədə xüsusi və nəfis tətibatla dərc etdiyinizə görə Sizə böyük səmimiyyətlə təşəkkür edirəm. ZƏHMƏTİNİZİ HALAL EDİN! Hamlet müəllim, Sizin şəxsən rolunuz və "TARİX.İNFO" layyihəniz Azərbaycan tarix elminin və onun tədrisi problemləri virtual şəbəkə sistemində böyük rolu vardır. Sizin və layyihəniz vasitəsi ilə gənclərimiz tarixi bilik və bacarıqlarını sistemli,ardıcıl şəkildə öyrənmək imkanı əldə edirlər. Sizə və "TARİX.İNFO"ya ümummilli işlərdə bundan da yüksək müvəffəqiyyətlər ARZU EDİRƏM!

  2. 26 fevral 2015 14:27
    biz də elə bu dərsdəyik

  3. 18 sentyabr 2015 07:10
    Çox sağ olun etrafli melumata görə.

    --------------------

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.