Orta əsrlərdə xristian kilsəsinin ağalığı

[/u]

Orta əsrlərdə xristian kilsəsinin ağalığı
 

XI
[u]ə
srin ortalarına qədər  xristian kilsəsi vahid kilsə hesab olunurdu. Lakin Qərbi Avropada kilsənin başçısı Roma papası, Bixzansda isə

 

Konstantinopol patriarxı idi. Patriarx Bizans imperatorundan asılı idi. Roma papası Şərqi Avropanın xristianlığı Bizansdan qəbul etmiş bəzi ölkələrini də özünə tabe teməyə çalışırdı. Xristian kilsəsinə ağalıq etmək və onun gəlirini bölüşdürmək üstündə papa ilə patriarx arasında şiddətli mübarizə gedirdi. 1054-cü ildə xristin kilsəsi rb Şərq kilsələrinə parçalandı. Papa ilə patriarx bir-birinə lənət oxudu. O zamandan Qərb kilsəsi katolik kilsəsi («yəni ümumdünya» kilsəsi), Şərq kilsəsi isə pravoslav kilsəsi (yəni «həqiqi din kilsəsi»)  adlanmağa başladı.

 

Çoxlu feodal mülklərinə parçalanmış olan Qərbi Avropada katolik kilsəsi yeganə mütəşəkkil qüvvə idi. Katolik kilsəsinin İtaliyada Papa vilayəti adlandırılan və Roma papasının başçılıq etdiyi ayrıca bir dövləti var idi. Papalar Avropa hökmdarlarını özlərinə tabe etməyə çalışırdılar. XI əsrin sonunda papa VII Qriqori ilə Almaniya imperatoru IV Henrix arasında Almaniyada yepiskop təyin etmək hüququ üstündə şiddətli mübarizə baş verdi. Kral papanı hakimiyyədən salınmış hesab etdi. Cavabında VII Qriqori IV Henrixin təbəələrini ona itaət göstərməməyə çağırdı. Bundan istifadə edən iri alman feodalları IV Henrixə qarşı qiyam qaldırdılar. İmperator papadan üzr istəmək üçün kiçik bir dəstə ilə İtaliyaya getdi. Papa İtaliyanın şimalındakı Kanossa qəsrində gizlənmişdi. IV Henrix təqsirini boyunan alan günahkar paltarında, tək bir köynəkdə və ayaqyalın üç gün qəsrin divarları yanında gəzdi. Nəhayət o, papanın yanına buraxıldı və diz çöküb günahının bağışlanmasını ondan xahiş etdi. Bu hadisədən «Kanossaya getmək» ifadəsi yarandı. Lakin feodal qiyamı yatarıldıqdan sonra IV Henrix yenidən papaya qarşı müharibəyə başladı. Papalarla Almaniya imperatorları arasında mübarizə 200 ildən  çox çəkdi və papaların  qələbəsi ilə nəticələndi.

          Papaların hakimiyyəti özünün ən qüdrətli dövrünə şöhrətpərəst və hökmlü III İnnokentinin (1198-1216) zamanında çatdı. O, iddia edirdi ki, papa allahın yer üzərində canişinidir. İnnokentii deyirdi: «Biz (papalar) bütün xalqlara və dövlətlərə aalıq etməliyik». İngiltərə, Polşa, İsveç Danimarka kralları özlərini papanın vassalı hesab edirdilər. Qərbi Avropada bütün becərilən torpaqların təqribən üçdə biri katolik kilsəsinə məxsus idi.  Katolik kilsəsi  orta əsrlər Avropasında ən böyük torpaq sahibi və zəhmətkeşlərin ən qəddar zülmkarı  idi.  Ruhaniləri və məbədləri saxlamaq üçün bütün Qərbi Avropa əhalisindən onda bir vergisi alınırdı. Adamları aldadıb, onlardan çoxlu pul qoparmaq üçün kilsə xadiləri məbəd və monastırlarda «müqəddəs» elan edilən şeyləri-İsanın saçlarını, hətta «tər damçılarını», «İsanın çarmıxa çəkildiyi  taxta xaçın parçalarını» da nümayiş etdirirdilər. Qərbi Avropanın bütün ölkələrindən  papa xəzinəsinə çoxlu sərvət axıb gəlirdi. Roma papaları pul alıb dindarların cinayət və günahlarını bağışlayırdılar. Kilsədə günahların bağışlanması barəsində xüsus fərmanlar indulgensiyalar -nnət qəbzləri (günahların bağışlanması haqqında kilsə fərmanı belə adlanırdı) satılırdı.

            Katolik kilsəsinin güclü olduğuna baxmayaraq, şəhərlilər və kəndlilər arasında  kilsənin təliminə qarşı çıxanlar da vardı. Ruhanilər belə adamları bidətçi, yəni dönük (dinindən dönən) adlandırırdılar. Bidətçilər  baha başa gələn kilsə mərasimlərini rədd edir, ruhanilərin onda bir vergisindən, öz torpaq mülklərindən və var-dövlətlərindən əl çəkmələrini tələb edirdilər. Bidətçilər papanı allahın deyil, şeytanın canişini hesab edirdilər. Bidətçilərin mübarizəsi xalq kütlələrinin katolik kilsəsisinin zülmənə qarşı narazılığının ifadəsi idi.

         

Orta əsrlərdə xristian kilsəsinin ağalığı
 

Kilsə bidətçilərin daha çox olduğu vilayəıtlərə hərbi yürüşlər təşkil edirdi. XIII əsrin əvvəllərində papa  III İnnokenti feodalları Fransanın zəngin cənub vilayətlərinə bidətçilərə qarşı yürüşə çıxmağa çağırdı. Fransanın şimalında yaşayan cəngavərlər çoxlu qənimət əldə etmək üçün yürüşdə həvəslə iştirak etdilər. 20 il davam edən müharibə nəticəsində Cənubi Fransanın bir çox şəhərləri talan edildi və dağıdıldı.

 

           Bidətçilərə qarşı mübaizə aparmaq üçün papa xüsusi kilsə məhkəməsi inkvizisiya («təhqiqat» deməkdir; kilsə təliminə qarşı çıxanları mühakimə etmək üçün Roma papasının yaratmış olduğu kilsə məhkəməsi) yaratdı. Məhkumun əmalkı kilsə hakmiyyət orqanları və xəbərçilər arasında bölüşdürülürdü. Kilsə orta əsrlərdə feodalizm quruluşunun dayağı idi.




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 2 iyun 2012 11:41
    belay maraqli melumata gore tsk

  2. 5 noyabr 2013 19:54
    hm.maraqlidir.bu xristianlar belay

  3. 26 sentyabr 2015 13:34
    Çox sağ olun...

    --------------------

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.