Müəllimlərin işə qəbulu

Müəllimlərin işə qəbulu

 

Salam! Hər birinizi salamlayıram dostlar ! İmtahan verən hər bir kəs üçün uğurlar diləyirəm. Keçən ildən başlayaraq saytımızda Müəllimlərin işə qəbulu ilə bağlı çoxlu suallar yaranmış, dialoqlar aparılmış, münasibətlər bildirilmişdir. Bütün bunları nəzərə alaraq qərar verdim ki bu il necə olursa olsun bu müsabiqəyə qoşulum, iştirak edim. Bildiyiniz kimi Mən - Hamlet Əliyev Bakı Modern Məktəbinin tarix müəllimi və kafedra rəhbəriyəm. Yəni əsas iş yerim var, sadəcə özümü yoxlamaq , bu müsabiqənin dadını çıxarmaq və ən əsasda saytda verilən suallara münasibət verə bilməyimdir. İmtahana gəlincə, düşünürəm ki, Allah can sağlığı versin hər il bu müsabiqəyə qatılım ən azından özümü yoxlayım, bu çox gözəl bir ölçü vahididir. İnsan öz özünü qiymətləndirir. Məsləhət görürəm Sizlərdə iştirak edib özünüzü yoxlayasınız. 


İmtahan haqqında:
Tarix fənnindən suallar 25 test idi. Ümumdünya tarixi ilə Azərbaycan tarixi. Hətta deyərdim Ümumdünya tarixi çoxluq təşkil edirdi.Sualların səviyyəsi stajlı müəllimlər üçün orta səviyyəli, müəllimliyə başlamağa hazırlaşan üçün isə çətin idi. Yadimda qalan suallardan yazacam. 


İbn Havqəlin məlumatına görə bu "bu şəhər hər tərədən düşmən əhatəsində olan mühüm sərhəd yeridir".
A) Bərdə
B) Dərbənd
C) Marağa
D) Tiflis
E) Urmiya


Bu sual çətin sual sayılmalıdır. Konkret əzbərçiliyi tələb edən bu sual 7-ci sinif Azərbaycan tarixi fənnindən idi. Cavab Tiflisdir. Məntiqcə düşünəndə Dərbənddə ola bilər. Dərbənd ərəblərin əsas düşmənlərindən sayılan xəzərlərlə sərhəd idi. Tiflis isə xristianlarla. Yəni yaddaş burada rol oynayır. 


Birdə bu suallarla TQDK-nın proqramı uyğun gəlmirdi. TQDK-nın proqramında olmayan mövzular burada vardı . Vahid bir proqram yaradılmalıdır ölkədə düşünürəm. Bu təkcə müəllimlərin işə qəbul edilməsi ilə bağlı deyil, məktəbdə müəllim dərs keçir misal "Qusçular hərəkatı" şagird oxuyur, TQDK-da isə bu mövzu yoxdur. İndi sual mənası nədir? Nə üçün Qusçular keçmişik? Belə çoxlu sayda mövzular var. Bu cür yanaşma keyfiyyətli səviyyə əldə etməz. Bəli TQDK-nın tutduğu proqram Təhsil Nazirliyinin proqramından qat qat azdır və asandır. Bunu etməklə TQDK həm simpatiya qazanır, həm öz işini, həm də abituriyentlərin işini asanlaşdırmış olur. Təhsil Nazirliyi isə belə vəziyyətdə pis vəziyyədə düşür. Təbii ki düzgün deyil.  Təhsil Nazirliyi qoyduğu proqram asanlışdırılmış variantda TQDK tətbiq edir. Olmazmı bunu elə Təhsil Nazirliyi özü etsin əvvəldən, illərdir fənn müəllimlərinin seminarını keçirən TQDK xeyli bu sahədə təcrubə toplamışdır. Dərsini keçən müəllim (tutaq ki, 11-ci sinif Ən yeni tarix dərsində) "Çin I Dünya müharibəsindən sonra" mövzusuna çatanda nə fikirləşəcək. Onsuz bu mövzu qəbul imtahanlarının proqramında yoxdur və uşaqlara bunu əvəzi olaraq daha lazımlılara baxmağa ünvanlayacaq. Düz deyilmi ki ? Beləliklə bu mövzular mənasını itirir. Yox əgər Təhsil Nazirliyi bu mövzuları mütləq keçirilməsini tələb edəcəksə şagirdlər bunu mənasız edəcək, mənimsəmək üçün deyil. Məncə Təhsil Nazirliyi özünə qarşı olan bu haqsız rəqabəti aradan qaldırmalıdır. Vahid proqram olmalıdır və bu proqram daima təkmilliləşdirilməlidir. 


Məntiq sualları isə olduqca asan tapdım. Bunun üçün təşşəkkürlər hətta. 
Misal sual:
İlin neçə ayında 30 gün var (A-?) və ilin neçə ayında ancaq 30 gün var (B-?). 
A+B=?
A) 12   B) 9    C) 15    D) 16     E) 11
Fevral ayından başqa bütün aylarda 30 gün var.   Demək 11 ay.    Cəmisi 4 ayda isə ancaq 30 gün var.  11+4=15  Cavab alındı.


Kurikulum sualları isə çətin deyildi. Təkcə bizim saytımızla maraqlansaz kifayət edərdi ki bütün 5 sualın hər birini tapsın.


Əziz tarix.infoçular ! Əziz dostlar ! Sizlərlə öz fikrimi bölüşdüm. Buyurun diskussiya edək. Uğurlar !






Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 28 iyul 2013 13:30
    Salam. Kurikulumdan bes hansi suallar dusmusdu?

  2. 28 iyul 2013 14:49
    Muallim şagird munasibətini göstərin

    subyekt-subyekt

  3. 28 iyul 2013 15:55
    Hamlet muellim men siznen tam raziyam. Həqiqətəndə sualların əksəriyyəti TQDK komisiyasini proqramindan kenar idi. Mənim fikrimcə həm Təhsil naziri həmdə TQDK birləşib həmrəy olmalidılar Azərbaycanın gələcəyi naminə çünki imtahana gələnlər Azərbaycanın övladlarıdı.

  4. 29 iyul 2013 16:57
    Hamlet muellim orta mekteb cemiyyet ucun savadli insanlar yetishdirir. Shagirdin dunyagorushu ne geder genish olsa bir o geder intellekti inkishaf etmish olar. Belke her hansi shagirde maraglidi Cinin 1 ci dunya muharibesinden sonraki siyasi veziyyeti. Onsuz da Ali mektebe hazirlashan shagird ozune lazim olani oxuyur. Her oxuyan alim olmur.Ele telebeler var ki, Baltikyani  olkeleri tanimir ve ya cinli ile yaponlunu eyni bilir. 

  5. 29 iyul 2013 21:10
    Hormetli Elnura muallime ! Məsələ dünyagörüşlü şagird yetişdirməkdən gedirsə bunu həyata keçirəcək başqa fənlər də var  Misal İnsan və cəmiyyət. Çində Azərbaycan tarixinə aid ən xırda bir məqalə sizcə varmı? Bəli böyük ölkədir bizim tariximə örnək verəcəyi məqamları çoxdur  Xüsusəndə qədim sivilizasiyasından danışanda  Daha hər dövrü yoxda  .......  Geniş tarixi öyrənmək üçün unioversitetlər var orada şagirdlər hansilar daha geniş öyrənmək istəyir inşallah gedərlər öyrənərlər  Məncə bizim məktəb kitabları xeyli təkmilləşdirməli asanlaşmalı daha maraq yaradacaq mövzularla genişlənməlidir. TQDK qəbul proqramından Finikiya mövzusunu çıxarıb buna nə demək olar Məktəbdə şagirdlərin ən sevimli dərslərindən biridir  bu cür nə qədər desəz mövzu adı çəkmək olar ki proqramdan çıxarılıb Lakin "lazımsız" bəzi dərslər saxlanılıb Yəni bu mənim şəxsi fikrimdir Münasibət göstərdiyiniz üçünsə təşəkkür edirəm...

  6. 30 iyul 2013 00:28
    xahis edirem kurrikulumdan da sadece basliq olaraq hansi movzularin dusduyunu yazin

  7. 30 iyul 2013 15:01
    mən 31 bal topladım amma keçmədim Bakıda işə düzəlmək üçün neçə balın keçdiyini bilirsinizmi?

  8. 30 iyul 2013 21:54
    cox xahis edirem ,basqa hansi suallar var idi mentiq ya kurrikulumla bagli?

  9. 31 iyul 2013 08:58
    Hormetli Hamlet muellim dersliklerin tekmilleshmesinde sizinle raziyam. 3cu grupa hazirlashan shagird tarixde movzularin coxlugundan ve yorucu oldugundan shikayetlenirler. Yegin ki,aidiyyati gurumlar bunu nezere alar.Mektebe yeni ders usulu tetbig olunubsa,mutleg dersliklere de tesi edecek.Mektebde kecrilen her bir fenn, hetta emek ve ya fiziki terbiye shagirdlerin dunyagorushune tesir edir.tsh.

  10. 31 iyul 2013 13:37
    kifayet musayeva hansi ixtisas uzre imtahan verdiz? o boyda bal toplayib girmemek pis tesir edir

  11. 31 iyul 2013 20:47
    salam cox heyecanliyam avqustun 2si imtahan verecem kurrikulum suallarini ve mentiqden ne duwduyunu yazin

  12. 31 iyul 2013 22:37
    31 bal toplayib kecmemek??? chox maraqli meseledi onda 21 bali kecid olaraq niye qoyublar? meqsed nedi goresen? sadece televizorda xeber yayib goz oxsamaq???

  13. 2 avqust 2013 12:22
    Hamlet muəllim tamamilə razıyam.heç usaqlar həmin mövzulara maraq da göstərmirlər

  14. 3 avqust 2013 19:49
    Sala Hamlet muellim. Bilmirsiz musabiqenin 3-cu merhelesinde Ne sorusulur. Cavablandirsaniz sad olardim. Evvelceden tesekkurler.

    Kader  növbəti tur müsahibədir  Sizdən sual cavab olunacaq orda nə suallar verəcəklər demək çətindir  Təbii ki dünyagörüşlü təhsillə əlaqəli suallar olacaq

  15. 4 avqust 2013 12:53
    bilmirem nece bal istiyirler 31 bal toplayiram iki ildiki yene kece bilmirem kecen il goturub elete salmisdilar bu il anca bakini yazdim salmiyiblar hec yere bes niye kecid 21 dir deyirler

  16. 6 avqust 2013 11:25
    Salam firuze66 bilmirsiz kecen il musahibede sizden ne sorusdular?

  17. 6 avqust 2013 12:36
    salam her kese.men burda yeniyem.eger sizlerden kiminse imtahan suallarindan menti,kurikulumdan yadinizda qalan sual varsa bura yazin XAHISH EDIREM!
    Ozum ibtidai sinif ucun sabah imtahan verecem.eger kimse ona aid ixtisas suallarindan riyaziyyatdan anadilinden suallari bilirsen onu zahmet olmasa yazsin.
    Onceden tesehkkurler


  18. 6 avqust 2013 12:38
    lala o sual mene duwmuwdu subyekt subyekt yazdim mene ele demiwdiler mende deqiq bilmirdim.mence duz cixib/taskafa haralardadi?

  19. 6 avqust 2013 16:51
    musabiqeden kecib kecmediyinizi hardan bilirsiz?zehmet olmasa cavab yazin

  20. 5 iyul 2014 14:00
    Hamlet bey salam! men ibtidai sinif muellimesiyem ve ise qebul ucun imtahan vercem.Xahis edirem imtahanda dusecek suallardan varsa mene gonderesiniz.Tesekkurler


  21. 6 iyul 2014 14:22
    Salam.her bir cetinlik haqqinda melumat verdiniz.tesekkur edirik.birce muellimerin ise qebulu zamani mentiqden hansi tipde suallar dusmesi ve bir nece numune haqqinda melumat yoxdur.men demek olar ki,mentiqden kesildim.sizden muellimler adina xais edirem ki,mentiqden de numuneler gosteresiniz.

  22. 9 avqust 2014 10:17
    Salam, mene maraqlıdı müsahibe merhelesinde hemin mektebin direktoru da iştirak edirmi? Yoxsa tehsil nazirliyinin secdiyi insanlar musahibe komisiyasinin uzvleri olur? Xahis edirem cavab veresiniz, evvelceden tesekurler.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.