Müasir təhsil və müəllim problemləri

 Müasir təhsil və müəllim problemləri


Müasir təhsil və müəllim problemləri,  onların həlli yolları

 

 

Çox vaxtı şikayət edirlər ki, əvvəllər təhsil yüksək səviyyədə idi, müəllim – şagird münasibəti indiki dövrdən qat-qat yaxşı idi, müəllimlərin bilik səviyyəsi çox yüksək idi, cəmiyyətdə onlara münasibət tamam başqa idi, müəllim cəmiyyətdə daim öz nüfuz və statusunu qoruyub saxlamağa çalışırdı. Bəs nə oldu ki, indi vəziyyət dəyişdi. Müəllim tədricən öz nüfuzunu itirməyə başladı. Məktəbdə müəllim – şagird münasibəti dəyişməyə başladı. Cəmiyyət yeni yola, bazar idtisadiyyatına qədəm qoydu. Etiraf edək ki, bazar iqtisadıyyatının fəaliyyəti dövründə aşağı səviyyəli əmək haqqı alan müəllim öz maddi vəziyyətini düzəltmək üçün əyri yola  əl atdı. Təhsilin bəlası o vaxtdan başladı. Şagirddən hədiyyə, pay, aylıq və sair , nə adlandırırsan- adlandır, alan müəllim şagirdin gözünə dik baxa bilmir, mənəvi cəhətdən özünü saf hesab etmir. İş o yerə çatdı ki, cəmiyyətdə bu geniş yayılmağa başladı və gündəlik məişət hadisəsinə çevrildi. Hətta , ictimaiyyətdə rəy sorğusu aparılan zamanı korrupsiyanın səviyyəsinə görə müəllim yol polisi işçilərindən sonra ikinci yeri tutdu. Təhsilin aqoniyası burda başladı. Özü də burda fərqləndirmək lazım deyil ki, ay bu orta məktəbdi, bu peşə məktəbi və yaxud da ali məktəb. Gündən – günə bu vəziyyət daha da ağırlaşır. İndi vəziyyət elə hal alıb ki, öz işinə məsulıyyətli münasıbət bəsləyən, şagirdlərlə gözəl münasıbət quran, heç bir rüşvətə yaxın düşməyən müəllimi fanat və ya müasir dövrlə ayaqlaşmayan şəxs adlandırırlar.
  Bəs bu vəziyyətin aradan qaldırılma yolları varmı? Yəni müəllimlər bu qədər korlanıblar? Xeyr. Bir çox müəllimlər heç də bu halla razı deyillər. Əslində müəllimlərin əksəriyyəti rüşvətxor deyil, onlar halal zəhmətlə yaşamaq istəyirlər. Bəs onda nə etməli?

   Müəllimi dolandıra biləcək, onun minimum tələblərini ödəyə bilən əmək haqqı vermək. Bir dəfə məndən soruşdular: " Əgər bütün müəllimlərə 500 manat əmək haqqı versək təhsildə bir şey dəyişərmi?” Cavab verdim: "Yox ". Əmək haqqının ödənilməsində bərabərçılik prinsipindən əl çəkmək lazımdır. Onu təhsilə işləyən mexanizmə çevirmək lazımdır. Müəllim hiss etməlidir ki, əgər bir ay işinə səhlənkar münasibət bəsləsə o, əmək haqqında öz əklsini tapacaq. Bu necə edilməlidir? Mən deyə bilmərəm . Yəqin ki , bu iqtisadçıların işidir. Əgər əmək haqqının ödənilməsində bu mexanizm təşkil edilsə, təhsildə rüşvətxorluğun qarşısı qismən alınar.

    Təhsilin digər problemlərindən biri müəllimlərin peşə səviyyəsinin aşağı olmasıdır. Əgər burda müəllimlərlə kifayətlənsəydik yenə dərd yarı idi. Təhsilə rəhbərlik edən şəxslərin də bir çoxu bu haldadır.  Bəzən   yeni metodlarla dərsi tədris etməyimə və dəfələrlə onlara bu barədə xəbərdarlıq etməyimə baxmayaraq, hələ də  məktəbdə arzu olunmayan şəxsəm. Müəllimlərin fəal təlim metodları ilə tanış olmasını istəməyimə baxmayaraq,  bunu nüfuzumun artırılması qayğısına qalmağım kimi başa düşülür. Eyni zamanda mən başqaları kimi ola bilmirəm, onlar kimi "işgüzar” deyiləm.. Onları təhsil çox az maraqlandırır. Özü də belələrinin sayı gündən – günə artır. Bəs nə etmək lazımdır ki, müəllimin öz işinə münasıbəti dəyişsin. Uzun illərdir ki, müəllimlər arasında attestasiya keçirələcəyi haqqında söhbət gedir. Bir Təhsil Naziri kimi mən Misir müəllimi də başa düşürəm. O, müəllimlərin səviyyəsinə çox gözəl bələddir və atestasiyanın hansı "formada” keçirələcəyini də bilir. Ona görə haqlı olaraq  atestasıyanın keçirilməsinin əleyhinədir. Lakin, o, istəsə də, istəməsə də atestasiya hər hansı bir formada olsa da keçirilməlidir. Bu, Peşə təhsili sahəsində daha vacibdir. Qəbul imtahanlarında az bal yığan tələbələr Pedoqoji İnstitutlara daxil olduğu kimi müəllimlərin də ən bacarıqsızları Peşə məktəblərinə axışıb. Məsləhətdir ki, atestasiya təhsilin müxtəlif sahələrində müxtəlif vaxtlarda keçirilsun. Təklif olunur ki, əvvəl bu Texniki Peşə Məktəblərində keçirilsin. Onda TPM-lər bacarıqsız və lazımsız kadrlardan azad ola bilər. Dövlət həm artıq vəsait əldə edə bilər, həm də TPM – lər ixtisaslı kadrlarla təmin oluna bilər. Bu həm siravi müəllimlərə, həm də TPM-lərin rəhbərliyinə aiddir.  Digər bir tərəfdən gələcəkdə TPM müəllimləri arasında təlimlər keçiriləndə qoy onlara 3 dərəcəli sertifikat verilsin. Bu təlimlərin fəal keçməsinə imkan verər, yəni təlimlərin aktiv keçməsi mexanizmi rolunu oynayar, həm də ilkin səviyyədə müəllimlər arasında seçim etməyə şərait yaradar.

    Təhsil sahəsində  digər bir problem müəllimlərin təhsildə yeniliyə , fəal təlim metodlarına münasibətidir. Mənə elə gəlir ki, indi də, gələcəkdə də ən böyük problem bu sahədə olacaq. Bir şeyi də qeyd edim ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının nəşr etdiyi və institutlara qəbul onlar üzrə keçirilən testlər də şagirdləri əzbərçiliyə yönəldir və bu birbaşa Kurrikulum tələblərinin əleyhinədir. Hər halda müasir dövrdə təhsildə bir çox belə əksliklər var və onlar gələcəkdə də olacaq. Müasir dövrün müəllimi yeniliyə meylli deyidir. O, düşüncə tərzini, iş üsulunu dəyişmək fikrində deyildir. Yeni fənn kurikulumları sahəsində onunla bir həftəlik təlim aparırsan, hamısı olmasa da bir hıssəsı ondan nə tələb edildiyini başa düşmür. Onlar şəxsi iş metodlarının tənqidini onların incidilməsi  kimi qəbul edir, belə hesab edirlər ki, onların illərlə əldə etdikləri bilik və bacarıq heç kəsə lazım olmayacaq və onların peşə səriştəliliyi sual altında qalacaq. Belə hesab edirlər ki, işə və şagirdə yeni münasibət , intensiv işləmək tələb edən fəal təlim onların iş prosesində yaranmış nüfuzuna böyük zərbədir. Çox qəribədir ki, bütün bunları bilən müəllim yenidən öyrənməyə , oxumağa meylli deyil, ixtisası artırmağa sərf edilən vaxtı itirilmiş vaxt hesab edir. Onu da bilir ki, gələn il ibtidai siniflərdə yeni fənn kurikulumu üzrə təlimləri başa vuran Təhsil Nazirliyi Təhsil sahəsində islahatı davam etdirərək, digər fənn sahələrinə keçəcək. Təhsil sahəsində innovasiyaları qəbul etməyən müəllimi dəyişdirməyin yolları varmı? Təbii ki, bütün vəziyyətlərdən çıxış yolu olduğu kimi bu vəziyyətdən də çıxış yolu vardır.

   Artıq işini yeni təlim üsulları üzərində quran , fəal təlimi daimi iş üslubuna çevirən, bu sahədə dərsliklər yazan, metodiki vəsaitlər nəşr edən bir çox müəllim və metodistlər vardır. Onları pedoqoji ictimaiyyət arasında təbliğ etmək, mükafatlandırmaq, onların işini yaymaq lazımdır. Belələrinə daha çox diqqət yetirmək, KİV – də və Televiziya verilişlərində onlara yer ayırmaq lazımdır. Qoy onlar öz işlərini bacardıqca daha çox təbliğ etsinlər. Digər bir yol isə məcburiyyət yoludur. Dövlət tədricən təhsildə islahat keçirir. İbtidai siniflərdə yeni fənn kurikulumları üzrə təlim başa çatmaq üzrədir. Qeyri-rəsmi də olsa dövlət məktəblərin yeni iş üsuluna keçməsini tələb etməli və bu üsula keçmiş məktəblər isə fərqləndirilməlidir.

      Orta məktəblərin ən böyük problemlərindən biri də müəllim – şagird  münasibəti problemidir. Təhsil müəssisəsində demək olar ki, vaxtın çoxusu bu problemin həllinə sərf olunur. Neçə illik təcrübə bunu göstərir. Uşaq psixologiyasına bələd olmayan, adicə psixoloji temperamentlərdən  bixəbər, uşaq pedoqogikasının xüsusiyyətlərini bilməyən müəllim adi bir hərəkət, adi bir söz üstündə elə bir problem yaradır ki, sonra bu problemin həllinə həftələr , aylar sərf olunur. Nəticədə təlim - tərbiyə prosesi pozulur, nə qədər adam bu problemin həllinə cəlb olunur. Müəllim dərk edə bilmir ki, problem uşaqda deyil, onun özündədir. Bəzən yaranmış bu problemin həllinə təhsilə rəhbərlik edən təşkilatlar da cəlb olunur. Bu heç də kiçik problem deyil. Lakin, həlli mümkün olan problemdir. Həm ali məktəblərdə, həm orta məktəb müəllimlərinə pedoqogika və psixologiyadan kurslar təşkil olunmalıdır. Bu kurslardan keçmək onlar üçün məcburi olmalıdır. Qoy onlar məcburi də olsa bu kurslardan keçsinlər, pedoqogika və psixologiyanın ən vacib qaydalarına bələd olsunlar. Düzdür, heç demək olmaz ki, bu kurslardan keçən kimi onların hamısı bu sahədə ustalaşacaqlar. Hər halda müəyyən bir hissəsinin də olsa, bu sahədən xəbəri olacaq.

   Bu heç də təhsildə olan problemlərin hamısının təsviri deyildir. Demək olar ki, onun çox cüzi bir hissəsidir. Amma, bu problemlər müasir dövrdə təhsilin mənə elə gəlir ki, ən əsas və kardinal problemləridir. Onların həllindən çox şey asılıdır.

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 20 dekabr 2011 00:14
    Nizami muallim ilk novbede bele aktual mesele ile baqli yaziniz ucun Size teshekkur edirem. Beli cox doqru arqumentler getirirsiniz. Men Sizinle tam raziyam. Ancaq bir soz deyim. Bidefe bizim rayonda Tehsil Nazirliyinin bir emekdashi boyuk bir yiqincaqda Sizin dediklerinizden biz rayon muallimlerine meslehet edirdi. Rayonumuzun feal bir muallimi ona sual verdi. Siz cox gozel teklif edirsiniz bunlar hamisi shaqirdleri qabaqa aparar. Bu ishleri gormek ucunse yani bu cur maraqli dersler hazirlamaq ucunce elave vaxt imkan lazimdir. Cunki bu dersler ucun ister menevi istersede maddi veait olmalidir. Ona gore Size sualim beledir: Bunun ucun Siz muallimlerin emek haqqisini ne qeder qaldiracaqsiniz? Qaldirmayacaqsinizsa bize ele qelir ki hal-hazirki tehsil ucun bizim mektebde apardiqimiz dersler tam yerindedir. nanin o emekdash bir soz tapa bilmedir. Yani Nizami muallim bu innovasiyalar heleki xeyaldir. Men ozumde bu cur dersler hazirlayiram lakin her gun deyil her hefte deyil. Menim hardadir o qeder maddi imkanim ki men ailemi ovladimi ozumu umumiyyetle aile xerci nece olduqunu Siz daha yaxshi bilirsiniz. Men edirem bunlara baxmayaraq amma inaninki bu mektebden aldiqim maasha qore deyil elave repititorluqa goredir. Buna baxmayaraq men yenede herden bu cur dersler hazirlayiram cunki ozume bele deyirem slama gore 5 vacib shert var onlardan biri zekat vermekdir Allah yolunda din yolunda. Yani qazanirsansa bu Allahin isteyidir ki qazanirsan o da senden bendelerine destek olmaqini isteyir zekat vermelisen. Tehsilde ise tebii ki zekat sohbeti ola bilmez. Zekatimi ayrica odemeye calishiram Allah yolunda. Ancaq tehsilde de eqer muallimsense ozunu inkishaf etdirmek isteyirsense ve buna hardasa nail olursansa demek burda Allahin desteyi de var. Sen en azi bunu etmeye borclusan. Cunki buna gore az da olsa maash alirsan. Kimde qormese zehmetini o ushaqlar onlarin valideyni ve Allah qorecekdir. Bir sozle Sizin bu istekleriniz menim ucun hele ki xeyal qorsenir. Lakin geleceyi hec kim bilmir. Ola biler Sizin o dediyiniz attestasiya olar ve ya yeni emek haqqi sistemi yaranar calishan muallimlere stimul yaradilar (bunu edirler amma 5 ilden bir her il olsa o en yaxshi muallim musabiqesi mesele ela olar danishmaqa deyerdi) bax onda inteqrativ ve innovativden ucaliqla ve ya mecburiyyetle danishmaya deyer. Bir daha aktual mesele ucun saqolun !

  2. 20 dekabr 2011 16:13
    yaxwi muellimler,hormetli muellimler evvelki vaxt kimi yenede var,cox isterdim ki,muellimlerin yawayiw seviyyesi yukselsin,muellimler oz pewelerine gore fexr etsinler,shagirdlerde,cemiyyetde sozun esl menasinda muellimleri,ruslar demiw

  3. 20 dekabr 2011 16:38
    duz deyirsiz.yeni metodlarla ders kecmek maraqlidir.ancaq buna muellim maashi bes elemez.

  4. 21 dekabr 2011 19:14
    Cox sagolun Nizami m. aktual ve muellim ucun en yarali meseleye toxundunuz..Bu gun tehsildeki problemleri sadalamqla bitmez..bes bu problemleri kim yaradib??bes qurtulush nededir??mene ele gelir ki azerbaycan tehsili labirinde dushub..onun bu yaxin zamanlarda orda cixacagina umid yoxdur..Ozunuz dediyiniz kimi tehsile ele adamlar rehberlik edirler ki..ancaq beli tamamile raziyam vicdanla ishleyen muellimlerimz coxdur. Ancaq nece deyerler bir gulle bahar olmur..

  5. 22 dekabr 2011 18:46
    Hormetli muellimler menim fikirlerime laqeyd ynashmamisiniz. Gorunur men hemfikirlerimi tapmisham. Ele bunun ozu mene geleceye optimist baxmaga imkan verir.Eger SiZ ve Sizin kimiler varsa, demek hele umud coxdur.Bir fransiz meseli ishledecem.Qabaqcadan uzr isteyirem."Qadin - bu cins deyildir.Bu taledir,onu yashamaq gerekdir". Secdiyimiz peshe de muellimlikdir.Yuxaridaki yazilardan da gordum ki,haminiz oz yerinde olan shexslersiniz.Deyilenlere, emek haqqina(deyilende ki,emek haqqi 10% artdi,ozumu tehqir edilmish hesab etdim),muellime olan munasibete(Rafail ve Coshqunun axirinci tamashasinda muellim haqqinda deyilenleri gorende ozumu gucle saxladim.Oz-ozume dedim,haram olsun size ders deyen muellimlerin emeyi)ve s.baxmayaraq oz ishinizi davam etdirin.Bilin ki,birce ushagi terbiye etmek,onu duz yola qaytarmaq,onlarin sevgisini qazanmaq her sheyden vacibdir.Ne edek.Bu taleni secmishik,onu da yashamaliyiq.Qoy ne deyirler desinler,biz peshemize munasibeti deyishmeyeceyik.Qaldi imice,onu ozumuz geri qaytarmaliyiq.Gozel peshe ile meshguluq.Ders dediyimiz balalar da oz balalarimizdir.Onlar ucun eziyyet cekmeyine deyer.Bu haqq ishimizde bize muveffeqiyyet.

  6. 24 dekabr 2011 13:17
    salam eziz kolleqalarim. men sizin her birinizi seve-seve oxudum.ilk once Nizami muellime onu demek isterdim ki,sizin fikirleriniz cox gozeldir.bu tehsilin,sagirdlerin,bizim inkisafimiz ucun cox gozel teklirdir.ancaq bu seraiti biz muellimlere dovlet yaratmalidir.1 ilde 1 ve ye 2defe maasimizi 10 faiz artirmaqla yox.uzr isetyirem butun muellimlerden ele bil biz dilenciyik.eger biz Avropaya inteqrasiya edirikse onda ilk once Avropanin vetandasi, muellimi ucun yaratdigi seraiti yaratsin bize.yeni telim metodunu men de destekleyirem.ancaq bu metodla ders kecmek ucun 1 derse en azi 5 manat vesait lazimdir. bizim aldigimiz ne qederdir?O ki qaldi muellimlerin rusvet almasina, bunun da yene gunahgari dovletdi. ona gore ki, biz her ay aldigimiz pulun 15-20 manatini mektebde qoyuruq. butda mekteb rehberliyini bezileri gunahlandirir. ancaq men bele demezdim. ona gore ki mekteb rehberliyini buna tehsil sobeleri vadar edir. misal ucun eger tehsil sobesi qezet ucun abune pulu direktordan 800 manat alirsa bu rehber ne etmelidir. elbette ki mecbur olur muellimlerden yigir.muellim de ayligi az olur ailesine bele yetmeyen puldan bunu verende mecbur olur bezileri rusvete el atir. ona gore xahis edirem muellimlerin deyersiz etmeyesiz.her halda biz elimizden geleni edirik. muellimi sagird yaninda gozu kolgeli eden de zehmetini qiymetlendirmeyen de ustelik kole kimi isleden de dovletimizdir. size bir sual verim niye bir dovletin millet vekilleri ayda 6000 manat maas aldigi halda muellimi 150 manat maas alir.ona gore bizden cox sey teleb etmezden ,dunya metodlarindan istifadeye mecbur etmezden once dunyanin muellimine verdiyi qiymeti biz AZERBAYCAN MUELLIMINE versinler.

  7. 19 avqust 2012 14:03
    cox gozeldir

  8. 9 may 2013 21:50
    Nizami müəllim elə aktual məsələyə toxunub ki, ona şərh verməmək mümkün deyil. Bu məsələdə Sizinlə razılaşmamaq mümkün deyil. Doğrudur, peşəsini sevən, onun fanatı olan müəllim heç nəyə baxmayaraq biliyini şagirdlərindən əsirgəmir. Lakin sosializmin ,,övladı"olan bərabərçilik prinsipi təhsildə özünü qətiyyən doğrultmur. Hamlet müəllimin dediyi kimi, təlim prosesinə yaradıcı yanaşan, yeni metodlara yiyələnən, maraqlı dərs modelləri quran və onları, həmçinin öz təcrübəsini həmkarlarından əsirgəməyən müəllimin də, yerində sayan müəllimin əməyi də eyni qiymətləndirilir. ,,Ən yaxşı müəllim" müsabiqəsində müəllimlərin reytinqi balla qiymətləndirilir. Zənnimcə, attestasiyada bu təcrübədən yararlanmaq olar. Bu müəllimin inkişafını izləməyə də imkan verər,onun nüfuzunu qaytarmağa da.

  9. 18 may 2013 21:48
    əla.amma bəzi müddəaları ilə razı deyiləm

  10. 7 sentyabr 2013 23:51
    Salam! axsamniz xeyr olsun yoldaslar. Burda yazilan reyleri diqqetle oxudum.Yazdiqlarizda heqiqet var,dogurdanda tehsilimizde yazdiglariz kimi her hansi bir deyishiklik olsaydi,heqiqetende tehsilde yaxsi ugurlarimiz dahada cox olardi.Amma burda yazilan en real ve tehsili ugura aparan yol: muellimlerin maasinin artirilmasi,tehsilde dersliklerde buraxilan shvlerin olmamasi ve tehsilimize daxil edilen bezi lazimsiz usullarin olmamasidir(bu usulun yani kurikulumun olmasi,hem sagirdlerin biliy seviyyesini asagi salir hemde mullimlerde derse munasibetini zeifledir. Bu usul ozunun menfi cehetini texniki fendlerde daha qabariq sekilde gosterir).avropa olkelerinde bu usulun tetbiqleri ucun tehsillerinde genis imkanlar var.Amma bizde bu imkanlarin olmamasi ucun tehsilimizi zerbe altina salir...bu imkanlardan en sadesi muellimlerin maasinin cox-cox asagi olmasidir.bu maasla hansi yeni usullardan sohbet gede biler.eger bu usulu tehsilimize getirirlerse niye muellimlerin iqtisadi veziyyetini dusunmeyibler ve niye mekteblerimizdeki veziyyetnen maraqlanmirlar...bax evvelce bunlari yoluna qoymaq lazimdir,sonra bu usullarin tetbiqi daha elverisli olardi.ola bilsinki kimse menim bu fikirlerimle razilasmasin ,amma ne tessufki bunlar heqiqetdir,bunlari danmaq bizi hele cox ucruma aparar.bele tehsilde hec bir netice elde etmek olmaz.deyek ki, bu usullar seher mekteblerinde yani bunlari hayata kecirmek ucun seraiti olan yerlerde oz aktivliyni gosterdi...yaxsi bes rayon ve kend mekteblerinde nece olsun....? menden bu qeder,cox maasda almiram 143 manat aliram.aileliyem...sizce bunla nese etmek olar?...bele tehsilin muellimi rusvetde alar,sagirdlerin yanindada cemiyyetdede nufuzdan duser.neyise tehsilimizin minuslari haqqinda ne qeder danishsaq bitmeyecek.her kesin fikirlerini hormetim var.calishaq muellim adini hemise uca tutaq....

  11. 12 oktyabr 2013 23:58
    Leyla müəllimə təhsilimizdə ən mühüm vacib olan bir mövzunu açıqlamısız ki, bəzi müüəllimlərimiz uşaq pedaqokikasın bilmir, bəli həqiqqətən bugün məktəblərimizdə belə müəllimlərə rast gəlmək adi hal alıb, belə müəllimlərin kurslara cəlb edilməsi və məktəbdən uzaqlaşdırılması, məsələsi gündəmə gətirilməlidi, dövlət səviyəsində konkret iş görülməlidir. Leyla müəllimə Sizə uğurlar.


  12. 14 iyun 2014 23:02
    eslinde tehsilimiz ele hemin tehsildi..sadece o qeder basqa sahelerde inkisaf varki.elme maraq azalib.hem muellimlerin ,hemde sagirdlerin maraqi asan yolla qazanc elde etmek isteyidi..bu gunki gunumuzde xadimeci ve muellim eyni maasi alir.ve qiraqdan wagirdler baxib fikirlewirki bu qeder oxuyub ozumu niye eziyyete saliram (onsuz dollanmaqcun oxuyuruqda elmi.bezi insanlar maraqcun oxuyur.ama 90%i coreyini qazanmaqcun oxuyur.)zaman oldurmeden indiden bawlayim fehleliye ,coreymi qazanimda.indi kollec oxumaqin hec menasi yoxdu.Inustutdaki beledee 5 ilde tokduyumuz pulu dovlet 15 ile bize qaytarir ayliq 100 manat maawla.kime serf eder.hec kime.onuncunde heckesin ureyden tehsile maraqi yoxdu.belke sehvdi??


  13. 2 avqust 2015 11:54
    Men sizinle cox raziyam.sistem başında oturanlardan başlamak lazımdı nezaret six ve düzgün olmalıdır.çünkü bütün senetleri menimseden oyreden muellimdir hekimi de muellimide aqranomada temsili Muellime verir.bu iş bir güne ve ya bir ile duzele bilmez bununcunde iller lazımdı.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.