Ən Yeni tarix dövrünün sülhləri

Versal  sülhü

1919  28  iyun

Almaniya-qalib  dövlətlər

Müqaviləyə  görə:

1.Almaniyanın  qərb  əraziləri  15  il  müddətinə  müttəfiq  qoşunlarının  işğal  zonası  elan  olundu

2.Belçikanın  bitərflik  siaiusu, Eypen, Malmedi  və  Morene  dairələrinin  ona  keçdiyi, Lüksemburqun  tam  müstəqilliyi  təsbit  olundu

3.Almaniya  Reyn  zonasını  silahsızlphdırmağı  öhdəsinə  götürdü.Reynin  sol  sahilini  «Antanta»nın  işğal  qoşunları  tutdular

4.Elzas  və  Lotaringiya  vilayətləri  Fransaya  qaytarıldı.15  il  müddətinə  Millətlər  Cəmiyyətinin  idarəçiliyinə  keçən  Saar  daş  kömür  hövzəsi  Fransaya  güzəştə  gedildi (vilayətin  gələcək  taleyi  referendum  yolu  ilə  həll  olunmalı  idi)

5.Almaniya  Sen-Jermen  sülh  müqaviləsi  ilə   müəyyən  olunmuş  sərhədlərdə  Avstriyanın  müstəqilliyinə  hörmət  edəcəyini  öhdəsinə  götürdü.O, Avstriya-Macarıstan  və  Almaniya  arasından  keçən  köhnə  sərhədlərdə  Çexoslovakiyanın  müstəqilliyini  tanıdı

6. .Polşanın  tam müstəqilliyinə  dair  məsələ  də  həll  olundu.Almaniya, Rolşanın   xeyrinə  Yuxarı  Sileziyaının  və  Pomeraniyanın  bəzi  rayonlarından,habelə  Dansiq(Qdansk)  şəhərinə  olan  hüququndan  da  imtina  etdi.Beləliklə, Almaniya  ərazisi  Hərqi  Prussiyanın  ondan  ayrı  düşməsi  nəticəsində  iki  hmssəyə  bölündü

7.Almaniya  Memel(Klaypeda)  ərazisi  üzərində  bütün  hüquqlarından  əl  çəkdi.O.Birinci  Dünya  müharibəsi  başlananadək  keçmiş  Rusiya  imperiyasına  daxil  olan  bütün  ərazilərin  müstəqilliyini  tanıdı, Sovet  Rusiyası  ilə  1918-ci  ildə  imzaladığı  Brest-Litovsk  sülhünü  və  digər  müqavilələri  ləğv  etməyi  öhdəsinə  götürdü,Almaniya  ərazisinin  1/8-ni  itirdi, özünün  bütün  müstəmləkələrindən  məhrum  oldu

8.Almaniyaya  daimi  böyük  ordu  saxlamaq  qadağan  olundu, baş  qərargah  rəsmən  buraxıldı.Almaniya  könüllülük  əsasında  yaradılan  könüllülük  əsasında  yaradılan  100  minlik  ordu  saxlaya  bilərdi.Almaniyanın  böyük  tonnajlı  gəmilər  inşa  etməyə, süaltı  qayıqlara  və  hava  donanmasına  ialik  olmağa  ixtiyarı  yox  idi

       Versal  müqaviləsiniÇin  imzalamadı, ABŞ  senadı  isə  ratifikasiya  etmədi

Sen-Jermen  müqaviləsi

1919  sentyabr

Antanta  ölkələri-Avstriya

Müqaviləyə  görə:

1.Avstriya-Macarıstan  imperiyası  dağıldı  və  onun  ərazisində  Macarıstan, Çexoslovakiya  və  Serb-Xorvat-Sloven  Krallığı(1929-cu  ildən  Yuqoslaviya) dövlətlərinin  yaradılması  qanuniləşdirildi

2.Triyest  İtaliyaya  verildi

Neyi  sülhü

1919  noyabr

Antanta  ölkələri-Bolqarıstan

Müqaviləyə  görə:

1.Rumıniya  və  Serb-xorvat-sloven  Krallığı  xeyrinə  güzəştlər  edildi

2.Bolqarıstan  öz  silahlı  qüvvələrini  20  minə  kimi  azaltmağı  və  ağır  təzminat  ödəməyi  öhdəsinə  götürdü

3.Bolqarıstan  Egey  dənizinə  çıxışdan  məhrum  edildi

Trianon  sülhü

1919  noyabr

Antanta  ölkələri-Macarıstan

Müqaviləyə  görə  Avstriya-Macarıstan  monarxiyasının  dağıldığı  təsbit  olundu,Macarıstan  bir  sıra  ərazilərini  Rumıniyaya,Serb-xorvat-sloven  Krallığına, Çexoslovakiya  və  Avstriyaya  güzəştə  getməli  oldu.Buna  görə  də  tarix  ədəbiyyatında  onu «kəsilmiş  dövlət»  adlandırırdılar

Sevr  müqaviləsi

1920  avqust

Antanta  ölkələri-Türkiyə

Bu  müqavilə  Osmanlı  imperiyasının  dağıoması  və  bölüşdürülməsini  qanuniləşdirdi.Müqaviləyə  görə Türkiyə  Suriya,  Livan, Fələstin, Mesopotamiya, İraq, Transiordaniya, Ərəbistan  yarımadası  və b.  müstəmləkə  ərazilərindən  məhrum  edilirdi, Anadolunun  şərqində  qondarma «Ermənistan»  və «Kürdüstan»  dövlətlərinin  yaradılması  da  nəzərdə  tutulurdu.Lakin  Mustafa  Kamal  Atatürkün  rəhbərliyi  ilə  başlamış  azadlıq  müharibəsinin  qələbəsi  Sevr  müqaviləsi  şərtlərinin  tamamilə  həyata  keçirilməsinə  imkan  vermədi

Doqquz  ölkə  müqaviləsi

1921-1922

 

Müqaviləyə  əsasən  Çinə  ABŞ-ın «açıq  qapı»  prinsipi  tətbiq  olundu, Şandun  yarımadasının  Çinə  qaytarılması  məsələsi  müzakirə  edildi

Rapallo  müqaviləsi

1922

Almaniya-Rusiya

Bu  müqavilə  Almaniyanın  diplomatik  və  iqtisadi  təklənməkdən  xilas olmaq  yolunda  atdığı  ilk  addım  idi

Reyn  təminat  paktı

1925  5-16  oktyabr

Almaniya, Belçika, Fransa, Böyük  Britaniya  və  İtaliya

Bu  pakt  müharibədən  sonra  Almaniyanın  bərabərhüququlu  bir  tərəfkeş  kimi  tanınmasında  ilk  addım  idi

 

Mudanya  müqaviləsi

1922  9  sentyabr

Türkiyə-Yunanıstan, «Antanta» dövlətləri

 

Lozanna  müqaviləsi

1923  24  iyul

«Antanta»-Türkiyə

Müqaviləyə  görə  Təslimçilik  rejimi, Mudros  və  Sevr  müqavilələri  ləğv  edildi  və Türkiyənin  müstəqilliyi  tanındı

 

1926

Böyük  Britaniya-Türkiyə

Bu  müqavilə  ilə:

1.Mosul  münaqişəsinə  son qoyuldu

2.Mosul  vilayəti  İraqın  tərkibində  qaldı, əvəzində  Türkiyə  kompensasiya  aldı

«Centlmen  sazişi»

1935

İngiltərə-Türkiyə

Bu  müqaviləni  İngiltərə  və Türkiyə  İtaliyanın  Həbəşistana  hücumundan  narahat  olduqlarına  görə  bağladılar

Brian- Kelloq  paktı

1928

48  dövlət

Pakta  imza  atan  tərflər  müharibələrdən  imtina  etməyi, bütün  münaqişələri  və  mübahisəli  məsələləri  dinc  yolla  həll  etməyi  öhdələrinə  götürmüşdülər

Antikomintern  paktı

1936  noyabr

Almaniya  və  Yaponiya

Almaniya  və  Yaponiya  arasında  imzalanmış  bu  pakta  1937-ci  ilin  noyabrında  İtaliya  da həmin  pakta  qoşuldu.Bu  pakta  görə  tərəflər  Kominternə  ,kommunizm  təhlükəsinə  qarşı  mübarizədə  əməkdaşlıq  etməyi  öhdələrinə  götürdülər

«Polad  paktı»

1940  sentyabr

 

Bu  pakt  dünyanı  bölüşdürmək  məqsədini  güdürdü.Sonradan  bu  pakta  Macarıstan, Bolqarıstan, Finlandiya, Rumıniya, Danimarka  da  qoşuldu

Münhen  sövdələşməsi

1938  29-30  sentyabr

Almaniya,  İtaliya,

İngiltərə,   Fransa

Hitler,Mussolini  Çemberlen  və  Daladye  Çexoslovakiyanı  parçalamaq   qərarını  qəbul  etdilər  və  Sudet  vilayətini  Almaniyaya  güzəştə  getmək  sazişinə  imza  atdılar.Bu  sövdələşmə  Fransa  və  İngiltərənin  beynəlxalq  aləmdə  öz  mövqelərini  əldən  vermələrinə  səbəb  oldu

Molotov-Ribbentrop  paktı

1939  23  avqust

SSRİ-Almaniya

10  il  müddətinə  bir-birinə  hücum  etməmək  barədə  imzalanmış  bu  müqaviləyə  əlavə  olaraq  Avropanı  nüfuz  dairələrinə  bölmək  barədə  gizli  protokol  da  imzalandı.Gizli  protokolda  Almaniyə  əvvəllər  Rusiya  imperiyasına  daxil  olmuş  Finlandiya, Latviyə, Estoniya  və  Bessarabiya  üzərində  SSRİ-nin  maraq  dairəsini  tanıdı

«Dostluq  və  sərhədlər  haqqında»  müqavilə

1939-28  sentyabr

SSRİ-Almaniya

Bu  müqaviləyə  əsasən:

1.Polşanın  bölüşdürülməsi  təsdiq   edildi  və  burada  sovet-alman  sərhəddi  müəyyənləşdirildi

2.Sərhəd  23  avqust  gizli  protokolunda  nəzərdə  tutulduğundan  bir  qədər  qərbdə  , bir  tərəfdə  polyakların, başqa  tərəfdə  ukraynalıların  və  belorusların  yaşadığı  əraziləri  ayıran  «Kerzon  xətti»  əzrə  keçirdi

3.Litva  SSRİ-nin  maraq dairəsinə  aid  edildi

Kompyen  bprışığı

1940  22  iyun

Almaniya-Fransa

Müqaviləyə  görə  Fransa  iki  hissəyə  parçalandı:

1.Faşistlər  tərəfindən  istila olunmuş  şimal

2.Mərkəzi  Vişi  qəsəbəsi  olan  və  Fransa  hökumətinə  tabe  olan  cənub

Atlantika  xartiyası

1941  14  avqust

ABŞ-İngiltərə

Müqavilədə  qeyd  edildi  ki:

1.Onların  başqa  ərazilər  əldə  etmək  niyyəti  yoxdur

2.Xalqların  öz  müqəddəratını  təyin  etmək  hüquqlarına  hörmət  edirlər  3.Müharibədən  sonra  ədalətli  və  təhlükəsiz ,beynəlxalq  münasibətlərdə  zorakılığa  imkan  verilməyən  dünya  yaranmasında  maraqlıdırlar

  Sonradan  bu  müqaviləyə  SSRİ  və  başqa  dövlətlər  də  qoşuldular

Evian  sazişi

1962  mart

Fransa-Əlcəzair

Bu  müqavilə  ilə  Fransa  Əlcəzairin  istiqlaliyyətini  tanımalı  oldu

Monkloa  paktı

1977  oktyabr

İspaniya  hökuməti –sol  müxalifət

Monkloa  adlanan  hökumət  iqamətgahında  imzalanmış  bu  razılaşmaya  görə  hökumət  öhdəsinə  götürürdü:

Pensiyaları  artırmağı, işsizliyə  görə  müavinət  verməyi, təhsilə  və  səhiyyəyə  ayrılan  vəsaiti  çoxaltmağı

Sol  müxalifət  öhdəsinə  götürürdü:

Hökumətin  siyasətini  müdafiə  etməyi, əmək  haqqının  hədsiz  artırılmasını  tələb  etməməyi, münaqişələr  törətməməyi

San –Fransisko  konfransı

1951  sentyabr

52  ölkə

ABŞ  və  Yaponiyaya  qarşı  müharibədə  iştirak  etmiş  ölkələrin  çoxu  onunla  sülh  müqaviləsi  imzaladılar.Lakin  SSRİ, Polşa  və  Çexoslovakiya  müqaviləni  imzalamaqdan  imtina  etdilər.Onlar  bunu  müharibə  vaxtı  müttəfiqlərin  Yaponiya  barədə  sazişinə  zidd  gəlməsi  ilə  əsaslandırırdılar.Sülh  müqaviləsi  bağlandıqdan  bir  neçə  saat  sonra  ABŞ  və  Yaponiya  arasında  təhlükəsizlik  müqaviləsi  imzalandı.Bu müqavilə  ilə  ABŞ  Yaponiyada  öz  hərbi  bazalarını  saxlamaq  hüququ  qazandı

Xasavyurd  razılaşması

1996  sentyabr

Rusiya-İçkeriya(Çeçenistan)

Razılaşmaya  görə  Rusiya  qoşunları  Çeçenistan (İçkeriya)  ərazisini  tərk  etdi

Misir-İsrail  sazişi(separat)

1975  sentyabr

Misir-İsrail

ABŞ-ın  köməyi  ilə  Sinayda  imzalanmış  bu  müqavilə  qoşunları  aralamaq  haqqında  idi.Bu  müqavilə  ilə  Ərəb  ölkələrinin  birliyi  sarsıldı

Kemp-Devid  sazişi

1978  sentyabr

Misir-İsrail

İsrail  Sinay  yarımadasından  başqa, 1967-ci  ildə  işğal  etdiyi  diöər  əraziləri  qaytarmaqdan  imtina  etdi.Eyni  zamanda  Misir  və  İsrail  arasında  müharibə  vəziyyətinə  son  qoyuldu.Bu  saziş  Misirin  ərəb dünyasında  təcrid  olunmasına  gətirib  çıxardı.Nəticədə  onun  ərəb  dövlətləri  cəmiyyətinə  üzv  olması  dayandırıldı

«Strateji  əməkdaşlıq» haqqında  saziş

1981

ABŞ-İsrail

 

«Prinsiplər   Bəyanatı»

1993  13  sentyabr

Fələstin  Azadlıq  Təşkilatı-İsrail

5  il  müddətinə  imzalanmış  bu  müqaıilə  Fələstin-İsrail  münasibətlərini  qaydaya  salmağı  nəzərdə  tuturdu

«Qəzzə-Əriha»

1994  4  may

İsrail-Fələstin  azadlıq  təşkilatı

 Qahirədə  ABŞ, Rusiya  və  Misir  xarici  siyasət  idarələri  başçılarının   iştirakı  ilə  İsrailin  baş  naziri  İ.Rabinlə  FAT  sədri  Y.Ərəfat  arasında  imzalanmış  bu  sazişə  görə  işğal  edilmiş  Qəzzə  və  Əriha  vilayətlərində  Fələstin  muxtariyyəti  yaradılırdı

Vaşinqton  deklarasiyası

1994  25  iyul

İsrail-İordaniya

 

 

1994  25  oktyabr

İsrail-İordaniya

Bu  sülh  müqaviləsi  ilə  46  ildən  bəri  davam  edən  İsrail –İordaniya  arasında  davam  edən  müharibə  vəziyyətinə  son  qoyuldu

Oslo  sülhü

1996

İsrail-Fələstin  Azadlıq  Təşkilatı

ABŞ-ın  vasitəçiliyi  ilə  imzalanmış  bu  müqaviləyə  görə  İsrail  mşğal  etdiyi  ərazilərin  30%-ni  boşaltmağı  öhdəsinə  götürdü

Paris  konfransı

1946  iyul-oktyabr

 

Bu  konfrans  nasist  Almaniyasının  Avropadakı  keçmiş  müttəfiqləri- Bolqarıstan, Macarıstan, İtaliya, Rumıniya  və  Finlandiya  ilə  sülh  müqavilələrini  müzakirə  məqsədilə  keçirildi

Bandunq  konfransı

1955

29  ölkə

Bu  konfransda  bloklalara  qoşulmamaq  hərəkatının  əsası  qoyuldu

San-Fransisko  konfransı

1945  aprel-may

 

Bu  konfransda  Birləşmiş  Millətlər  Təşkilatının   yaradılması  işi  başa  çatdırıldı, oktyabrın  24-də  isə  onun  təsis  konfransı  olmuşdu

Helsinki  müşavirəsi

1975

 

70-ci  illərin  birinci  yarısında  gedən  yumşalma  prosesi  Helsinkidə (Finlandiya) toplanmış  Avropada  Təhlükəsizlik  və  Əməkdaşlıq  üzrə  Müşavirə  ilə  möhkəmləndirildi.Müşavirənin  Yekun  aktını  Avropanın  33  dövlətinin, ABŞ  və  Kanadanın  dövlət  başçıları  imzaladılar.Beləliklə,ATƏM  (sonradan  ATƏT)  yaradıldı

SSM-1

1974

SSRİ-ABŞ

1972-1974-cü  illərdə  «SSRİ  və  ABŞ  arasında  qarşılıqlı  münasibətlərin  əsasları» , raketdən  müdafiə  sisteminin  məhdudlaşdırılması  haqqında  ikitərəfli  müqavilə  və  strateji  hücum  silahlarının  məhdudlaşdırılmapsı (SSM-1) sahəsində  bəzi  tədbirlər  barədə  müvəqqəti  saziş  imzalandı

SSM-2

1979

SSRİ-ABŞ

 

Genuya  konfransı

1922  aprel-may

 

Rusiya  və  Almaniyanın  da  iştirak  etdiyi  bu  konfransda  iqtisadi  münasibətləri  bərpa  etmək  cəhdi  göstərildi, lakin  bu  bir  nəticə  vermədi

Lokarno (İsveçrə) konfransı)

1925  aprel

 

Bu  konfrans  beynəlxalq  iqlimin  dəyişməsinə  müəyyən  təsir  göstərdi.Konfransda  yekun  aktı  olaraq  Almaniya ,Belçika, Fransa,Böyük  Britaniya  və  İtaliya  arasında təminat  müqaviləsi  imzalandı.Buna  Reyn  təminat  paktı  da  deyilir

«Balkan  Antantası»

1934

Yunanıstan,Rumıniya, Türkiyə  və  Yuqoslaviya

İngiltərə  və  Fransaya  güvənən  bu  Avropa  dövlətləri  bu  ittifaqı  yaratmaqla  faşist  təcavüzkarlarına  qarşı  birləşməyə  cəhd  göstərirdilər.Albaniya  və  Bolqarıstan   bu  ittifaqa  qoşulmaqdan  imtina  etdilər.İkinci  Dünya  müharibəsi  başlanmamışdan  əvvəl  bu  ittifaq  dağıldı

Tehran  konfransı

1943  28  noyabr-1  dekabr

ABŞ, SSRİ, İngiltərə

Ruzvelt, Stalin  və  Çörçillin  bu  ilk  görüşündə  müharibənin  vaxtının  qısaldılması  və  Avropada  ikinci  cəbhənin  açılması  haqqında  məsələ  əsas  yer  tuturdu.Fikir  ayrılıqlarına  baxmayaraq İkinci  cəbhənin  1944-cü  ilin  mayında  Fransada  açılması  haqqında  qərar  qəbul  edildi  və  beləliklə, ilk  dəfə  olaraq  antihitler  koalisiyasının  ümumi  hərbi  strategiyasının  əsasları  işlənib  hazırlandı.Stalin  SSRİ-nin  yeni  qərb  sərhədlərinin  tanınması, Köniqsberqin (indiki  Kalininqradın)  SSRİ-yə  verilməsi  müqabilində  Almaniya  məğlub  edildikdən  sonra  SSRİ-nin  Yaponiyaya  qarşı  müharibəyə  qoşulmasına  razılıq  verdi.Tnhranda  İran  haqqında  bəyannamə  də  qəbul  edildi.Hər  üç  dövlət  başçısı  İranın  ərazi  bütövlüyünü  qorumaq  niyyətində  olduqlarını  bildirdilər

Misir  bəyannaməsi

1943  dekabr

ABŞ, İngiltərə, Çin

Ruzvelt  və  Çörçill  Misirdə  Çin  prezidenti  Çan  Kayşi  ilə  görüşüb  birlikdə  bəyannamə  imzaladılar.Yaponiyanın  darmadağın  edilməsinədək  müharibə  aparılacağı ,onun  işğal  etdiyi  bütün  Çin  ərazilərinin  geri  qaytarılacağı, Koreyaya  müstəqillik  veriləcəyi  haqqında  razılıq  əldə  edildi.

Krım  konfransı (Yalta)

1945  4-11  fevral

ABŞ, İngiltərə, SSRİ

Konfransda  Stalin,Çörçill  və  Ruzvelt  iştirak  edirdi.Bu  görüşdə  qərara  alındı  ki:

1.Almaniya  danışıqsız  təslim  olmalı  və  ərazisi  işğal  edilməlidir

2.SSRİ, ABŞ  və  İngiltərədən  başqa  Fransaya  da  işğal  zonası  verilməli  idi.

3.Almaniyadan təzminat  alınmasının  vacibliyi  də  qeyd  olundu

4.SSRİ  yeni  qərb  sərhədlərinin  qəti  tanınmasına  nail  oldu, eyni  zamanda  yeni  Polşa  mühacir  hökuməti  tərkibinə  Londondakı  Polşa  hökuməti  nümayəndələrinin  də  daxil  edilməsinə  razılıq  verdi

5.SSRİ  Almaniya  ilə   müharibə  qurtardıqdan  2-3  ay  sonra  Yaponiyaya  qarşı  müharibəyə  başlamaq  barədə  götürmüş  olduğu  öhdəliyə  sadiq  qaldığını  təsdiq  etdi.Stalin  bunun  müqabilində  Cənubi  Saxalin, Kuril  adaları, Mancuriyada  Cənub-Şərqi  Çin  Dəmir  yolu  və  Port –Arturun  SSRİ-yə  verilməsini  tələb  etdi

  Konfransda  azad  edilmiş  Avropa  haqqında  bəyannamə  imzalandı.Gələcək  Birləşmiş  Millətlər  Təşkilatının  iş  qaydaları  da  bu  konfransda  müəyyən  olundu.Krım  konfransı  «böyük  üçlüy»ün  Ruzveltin  iştirakı  ilə  keçirdiyi  son  görüşü  oldu.

Potsdam  konfransı

1945  17 iyul-2  avqust

ABŞ, İngiltərə,SSRİ

ABŞ-ı  konfransda  yeni  prezident  Harri  Trumen  təmsil  edirdi.İngiltərə  parlamentinə  seçkilərdə  leyboristlər  üstünlük  təşkil  etdikləri  üçün  onların  lideri  Kliment  Ettli  hökumətə  rəhbərlik  etməyə  başladı  və  tezliklə  konfransda  Çörçilli  əvəz  etdi.Potsdam  konfransının  əsas  məqsədi  Almaniyaya  münasibətdə  müttəfiqlərin  siyasətini  müəyyən  etmək  idi.

1.Almaniya  ərazisi  İngiltərə,SSRİ, ABŞ  və  Fransa  işğal  zonalarına  bölündü.

2Bütün  nasist  təşkilatlarının  buraxılması, əvvəllər  qadağan  edilmiş  siyasi  partiyaların  , vətəndaş  azadlıqlarının  bərpası, hərbi  sənayenin  məhv  edilməsi,kartellərin  ləğv  edilməsi  qərara  alındı.

 3.Podsdam  konfransı  qərara  aldı  ki, Almaniya  vahid  dövlət  kimi  yaşamalıdır.Ölkədə  ümumi  seçkilər  keçirilməsi, yeni  demokratik  hökumətlə  sülh  müqaviləsi  bağanması  nəzərdə  tutulurdu.Lakin  hələlik  Almaniyada  hakimiyyəti  işğalçı  hökumətlər  həyata  keçirməli  idilər.Ölkənin  paytaxtı  Berlin  də  dörd  zonaya  bölündü.Almaniyanın  sərhədləri  qəti  müəyyən  olundu.Almaniya  ərazisinin dörddə  birin6i  itirdi.1938-ci  ildən  sonra  ələ  keçirdiyi  bütün  ərazilər  ondan  alındı.Bu  ərazilərdən  9  miyona  yaxın  alman  çıxarılmalı  idi.

4.Şərqi  Prussiya  Polşa  və  SSRİ  arasında  bölündü.Polşa  ilə  sərhəd  Oder-Neyse  çayları  xəttinə  keçirildi.

5.Konfransda  hərbi  əsirlərin  dəyişdirilməsi  qərara  alındı.Almaniyadan  alınacaq  təzminatın  miqdarı  20  milyard  dollar  müəyyən  edildi.Onun  50%-i SSRİ-yə  çatmalı  idi.Real  maliyyə  çətinliyi  ilə  bağlı  təzminatın  sənaye  avadanlığı  hesabına  ödənilməsi  qərara  alındı

Paris  konfransı

1919  18  yanvar-1919  28  iyun

27  ölkə

Konfransda  aparıcı  rolu  «Böyük  üçlük»-ABŞ  prezidenti  Vudro  Vilson,İngiltərənin  baş  naziri  Devid  Lloyd  Corc  və  Fransanın  baş  naziri  Corc  Klemanso  oynayırdı.Məğlub  ölkələr  və  Sovet  Rusiyası  konfransa  dəvət  olunmamışdı.Konfransda  məqsəd  Almaniya  və  digər  məğlub  ölkələrlə  sülh  müqavilələri  hazırlamaq  idi.Beynəlxalq  müqavilələrin  əsasını, hələ  1918-ci  il  yanvarın  8-də  ABŞ  prezidenti  V.Vilsonun  konqresə  göndərdiyi  «14  maddə»si  təşkil  edirdi.

Brest-Litovsk  sülhü

1918  3  mart

Almaniya  və  onun  müttəfiqləri -Rusiya

Brest  sülhünə  görə:

1.Rusiya  cəbhə  xəttinə  qədərki  əraziləri  itirir  və  Qars, Ərdəhan  və  Batum  Türkiyəyə  verilirdi

2.Rusiya  Ukrayna  Mərkəzi  Radasının  müstəqilliyini  tanımağa  məcbur  oldu

Bolşeviklər  hərbi-siyasi  vəziyyətin  imkan  verdiyi  halda  sülh  şərtlərinin  imtina  edəcəklərini  istisna  etmirdilər

 

Ən Yeni tarix dövrünün sülhləri

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 17 oktyabr 2012 19:13
    cooox saq olun mene bunlar cox lazim idi TEWEKURLER :)

  2. 19 yanvar 2013 21:27
    coooox sagolun heqiqetende super seviyyede melumat verirsiniz))

  3. 24 yanvar 2013 16:22
    Muqavileler cox aydindi.Bes salfet uzrinde yazlan muqavile hansdi?

  4. 28 fevral 2013 20:41
    tesekkurler.ama,SSM-1 Muqavilesi 1974 yox, 1972ci ilde imzalanib.

  5. 27 mart 2013 08:35
    mene komek oldu. saq ol .trianon muqavilesinin tarixi duzgun deyil

    saq ol.mene komek oldu.trianon sulhunun tarixi duzgun deyil

  6. 28 mart 2013 10:54
    bele melumatlar hec yerde yoxdur.superden basqa hecne demek olmaz.yox sorry sagolun demek olar lol wink

  7. 6 avqust 2013 11:06
    tewekkurler

  8. 2 yanvar 2014 11:37
    cox/saqolun

  9. 3 may 2014 11:32
    Sen-Jermen müqaviləsinin şərtlərinin izahı zamanı bəzi səhvlərə yol verilib. Avstriya-Macarıstanın hər iki hissəsi ilə aparılan sülh danışıqları onların hər biri ilə ayrı-ayrılıqda müqavilələrin imzalanması ilə nəticələndi. Avstriya ilə bağlanan Sen-Jermen razılaşmasına əsasən Avstriya Cənubi Tirolu və İstriyanı İtaliyaya verdi. Bundan başqa, onun ərazilərinin böyük hissəsi yeni qurulan üç dövlət - Çexoslovakiya, Polşa və Serb-Xorvat-Sloven Krallığı arasında bölüşdürüldü. Serb-Xorvat-Sloven Krallığı Avstriyadan Dalmasiyanı, Qərbi Kraynanın bir hissəsini, Karantiyanı və Ştiriyanı aldı. Çexoslovakiya əsasən almanların yaşadığı Sudet vilayətinə, həmçinin, keçmiş Avstriya əyalətləri olan Bogemiya və Moraviyaya və qismən Sileziyaya sahib çıxdı. Avstriyaya Almaniyayla birləşmək qadağan olundu. Sen-Jermen müqaviləsinin 88-ci bəndi nə vaxtsa anşlüsün mümkünlüyünü istisna edirdi.Avstriya ordusunun sayı 30 min əsgərlə məhdudlaşdırıldı. Bundan başqa, Avstriya Respublikasına ağır silahlar və aviasiya saxlamaq qadağan olundu, dəniz və Dunay donanması onun əlindən alınıb müttəfiqlərə verildi. Avstriya I Dünya müharibəsinə görə cavabdeh sayılsa da, dəyən ziyanın dəqiq həcmini hesablamaq mümkün olmadığına görə, o, təzminat ödəməkdən faktiki azad edildi. 1922-ci ildə isə Avstriyanın təzminat ödəməsi məsələsi birdəfəlik təxirə salındı. Bu müqavilədən sonra Avstriya əhalisinin sayı 6,4 milyon nəfər, ərazisi əsasən dağlıq olan kiçik dövlətə çevrildi.

    Sülh müqavilələri cədvəlində şərtləri və nəticələri qeyd olunmayan Mudanya barışığı barədə aşağıdakı məlumatı əlavə etmək istərdim. Mudanya barışığı türk хаlqının Аntаntа dövlətlərinin təcаvüzünə qаrşı milli аzаdlıq mühаribəsinin uğurlа bаşа çаtdığı və türk оrdusunun İstanbulа və Frakiyayа həlledici hücumа hаzırlаşdığı bir şərаitdə bаğlаnmışdır. Mudanya barışığınа görə yunаn qоşunlаrı Mаritsа çаyınа qədər Şərqi Frаkiyаnı (Ədirnə şəhəri də dахil оlmаqlа) türklərin iхtiyаrınа vеrməli, Mаritsаnın sаğ sаhili (Qаrааğаc dа dахil оlmаqlа) isə sülh müqаviləsi bаğlаnаnа qədər müttəfiqlərin iхtiyаrındа qаlmаlı idi. Mudanya barışığındа Türkiyə tərəfi güzəştə gеdərək, "qаrşıdаkı sülh kоnfrаnsının qəti qərаrınаdək İstаnbul və Bоğаzlаr zоnаsınа” qoşun yеritməmək bаrədə öhdəlik götürmüşdü.

    Mudanya barışığı türk хаlqının yаdеlli işğаlçılаrа qаrşı mübаrizədə qаzаndığı böyük qələbənin bеynəlхаlq səviyyədə ilkin оlаrаq tаnınmаsı və təsdiqi idi. Mudanya barışığını imzаlаmаqlа Аntаntа dövlətləri həm də TBMM hökumətini ölkənin yеgаnə qаnuni hökuməti kimi tаnıdılаr.

    Mudanya barışığı Lozanna müqaviləsi (1923) bаğlаnаnа qədər qüvvədə оlmuşdur.


Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.