Sevr sülh müqaviləsi:1918-ci il 20 avqust

Sevr sülh müqaviləsi:1918-ci il 20 avqust

 

Sevr sülh müqaviləsi: 1920-ci il 20 avqustda Sevr şəhərində(Paris yaxınlığında) Osmalı dövləti ilə I Dünya müharibəsində qalib gəlmiş dövlətlər arasında bağlanmış müqavilə. Z. Əliyev.
 
        Sülh müqavilələri:
  Sevr  sülh  müqaviləsi (1920-ci il 10 avqust)
Sevr sülh müqaviləsi-1920-ci ilin avqustun 10-da Sevr şəhərin-
də (Paris yaxınlığında) Osmanlı dövləti ilə Birinci Dünya müharibəsində qalib gəlmiş
"başlıca müttəfiq dövlətlər”(Böyük britaniya,Fransa,İtaliya,Yaponiya) və onlara kömək etmiş dövlətlər(Belçika,Yunanıstan,Polşa,Portuqaliya,Rumıniya,Çexoslovakiya,Yuqos-
laviya) arasında bağlanmış müqavilə.Sevr müqaviləsinin əsasını vaxtilə ingilis diplo-
matı M.Sayks və fransız diplomatı F.Jorio-Riko  tərəfindən hazırlanmış gizli İngiltərə-
Fransa(Sayks-Riko) müqaviləsinin(1916) şərtləri və Antanta dövlətlərinin San-Remo
konfransında(1920)  işləyib hazırladıqları , Osmanlı imperiyası ərazilərinin ,həm də digər
türk dövlətlərinin ərazilərinin bölüşdürülməsi haqqında müqavilənin mətni təşkil
edir.Sevr sülh müqaviləsinə əsasən, Fələstin və,İraq Böyük Britaniyanın, Suriya və
Livan isə Fransanın mandatlığı altına keçirdi.Türkiyə Ərəbistan yarımadasına və
Şimali Afrikaya iddialarından əl çəkir, İngiltərənin Kipri ilhaq etməsini,həmçinin
İngiltərənin Misir,Hicaz əmirliyi; Fransanın isə Marakeş və Tunis üzərində protek-
toratlığını tanıyırdı;Dodekanes adaları İtaliyaya, Ədirnə və Gelibolu ilə birlikdə
Şərqi Frakiya Yunanıstana, Anadolu vilayətinin cənub-şərqi Türkiyə torpaqlarında
yaradılması nəzərdə tutulan "müstəqil Kürdüstan”a, əksər sərhəd əraziləri isə daş-
naklara(Ermənistan) verilirdi; Sevr müqaviləsinin İstanbul və Böğazlara aid şərtləri
Türkiyəni nəinki Boğazlardan,əslində,həm də İstanbuldan məhrum edirdi.Boğazlar üzər-
ində nəzarət üçün yaradılmış "komissiya”ya daxil ediləcək 7 dövlətin 4-ü (B.Britaniya,
Fransa,İtaliya,Amerika Birləşmiş Ştatları) Qara dəniz dövləti deyildi.İstanbul formal
olaraq Türliyəyə verilsə də,onun üuru tərəfdən Yunanıstan torpaqları ilə əhatə edil-
məsi , dəniz tərəfdən isə hər iki sahilinin "Boqazlar komissiyası”nın nəzarəti altında olan "beynəlxalq boqazlar zonası”na aid edilməsi bu güzəşti heçə endirmişdi.
        Sevr sülh müqaviləsi təkcə Osmanlı imperiyasının varlığına son qoymaqla kifayət-
lənməyərək , Türkiyənin müstəqilliyini və türk dövlətçiliyini məhv etməyə yönəlmişdi.
Hətta Türkiyənin əlində qalan Daxili Anadolunun mərkəzi Ankara olan kiçik bir sahəsi
üçün belə elə məhdudiyyətlər və ağır şərtli təəhhüdlər qoulurdu ki, bunlar əslində,
Türkiyəni gələcəkdə müstəmləkəyə çevirmək məqsədi güdürdü.
        Sevr sülh müqaviləsi həm də Cənubi Qafqazda sabitliyin pozulmasına şərait yara-
dırdı; müqaviləyə əsasən ,Türkiyə əraziləri hesabına şirnikləndirilən daşnaklar cürətlənərək,yenidən "Böyük Ermənistan” yaratmaq xülyasına qapılır,Azərbaycan torpaqlarına olan ərazi iddialarnı reallaşdırmaq "tarixi əsaslar” axtarır,Naxçıvan böl-
gəsini və digər Azərbaycan ərazilərini işğal və ilhaq etmək üçün növbəti cəhdlər göstə-
rirdilər.
    Sevr sülh müqaviləsi Türkiyədə milli azadlıq hərəkatına güclü təkan verdi və Mustafa Kamal Paşa Atatürkün başçılığı ilə qəsbkarlara qarşı yönəlmiş Kamalçılar
inüilabını sürətləndirdi.1921-1922-ci illərdə xarici işğalçılara ağır zərbələr endirərə-
rərək onları ölkədən qovmağa əsasən nail olmuş Kamalçı türk hökümətinin diplomatik
sahədə də fəaliyyətini xeyli gücləndirməsi nəticəsində Sevr sülh müqaviləsi  Lozanna
Konfransının(1922-1923) qərarları ilə ləğv edilmişdir.   
 
     Hacıqabul rayonu, UDULU kənd məktəbi: müəllim  Z. Əliyev
 
 

Yükləmək ücün qeydiyyatdan keçin!

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 9 mart 2015 18:14
    Hörmətli Zakir müəllim Mudros barışığı adlı məqalənizə yazdığım sözləri yenidən deyirəm Çox sağolun

    --------------------

  2. 9 mart 2015 18:34
    Dəyərli Hamlet müəllim, Bu məqalənin tarixlə maraqlananlar üçün vacib olduğunu nəzərə alıb Ana səhifədə dərc etdiyinizə görə Sizə sonsuz dərəcədə təşəkkür edirəm və Sizə yeni-yeni yaradıcılıq uöurları arzu edirəm. Hörmətlə Zakir müəllim.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.