Yeni tarix dövrünün sülh müqavilələri

Deulino

1618

Rusiya-  Reç-Pospolita

Bu  saziş  14,5  il  müddətinə  imzalanmışdı.Sazişə  görə  Smolensk  və  Çerniqov  torpaqları  Reç –Pospolitaya  çatdı.

«Sülh, dostluq  və  ticarət  müqaviləsi»

(Kapitulyasiya)

1535

Fransa-Osmanlı

Avstriya  ilə  mübarizədə  mənafe  ümumiliyi  olan   sultan  ilə  fransız  kralı  I  Fransisko  arasında   süoh ,dostluq  və  ticarət  müqaviləsi  bağlandı.Bu  müqavilə    tarixə  «Kapitulyasiya»  adı  altında  daxil  olmuşdur.

Buxarest  sülhü

1812

Türkiyə-Rusiya

Sülhün  şərtlərinə  görə :

  1. Bessarabiya  Rusiyaya  keçdi 
  2.  Dunay  çayında  rus  gəmilərinin  gediş-gəliş  hüququ  təsdiq  edildi.
  3. Moldaviya  və  Valaxiya  Türkiyəyə  qatıldı.
  4. Serbiyaya  isə  özünüidarə  hüququ  verildi.
  5. Osmanlılar  Cənubi  Qafqazın  böyük  bir  hissəsinin  Rusiya  tərəfindən  işğal  olunmasını  təsdiq  etdi.

Ədirnə  sülhü

1829

Türkiyə-Rusiya

Sülhün  şərtlərinə  görə:

1.Yunanıstan  müstəqillik  əldə  etdi

2.Duna  mənsəbindəki  adalar  Rusiyanın  əlinə  keçdi

3.Valaxziya, Moldaviya  və  Serbiyaya  daxili  muxtariyyət  verildi

4.Şərqi  Anadoluda  bəzi  qalalar  Rusiyaya  çatdı

5.Rus  ticarət  gəmilər nin  boğazlardan  sərbəst  keçmələri  təmin  olundu

6.Rusiya  türkllərdən  Ahalsıx  paşalığının  bir  hissəsini  qoparmağa  nail  oldu

7.Osmanlı  dövləti  bütün  Cənubi  Qafqazın  Rusiya  tərəfindən  işğal  edilməsini  tanımağa  məcbur  oldu

    müqaviləyə  əsasən  Osmanlı  dövləti  Razisindən  Cənubi  Qafqaza, eləcə  də  Şimali  Azərbaycana  84  min  nəfərdən  çox  erməni  köçürmək  nəzərdə  tutulmuşdu.Ədirnə  müqaviləsi  osmanlıların  Kiçik  Qaynarca  müqaviləsindən  sonra  imzaladıqları  ən  ağır  müqavilə  idi.

 

1707

Şotlandiya-İngiltərə

Parlamentin  təsdiq  etdiyi  bu  uniyadan  sonra  dövlət  Böyük  Britaniya  adlanmağa  başladı.Şotlandiya  parlamenti  buraxıldı

Andrusovo  barışığı

1667

Rusiya-Polşa

Rusiya  Ukraynanın  qərb  və  digər  ərazilərini  də  ələ  keçirmək  üçün  1654-cü  ildə  Polşa  ilə  müharibəyə  başladı.1654-1667-ci  il  müharibəsi  Andrusovo  müqaviləsinin  imzalanması  ilə  nəticələndi.Kiyevlə  birlikdə  Solsahil  Ukraynası,

Habelə,belorusiyanın  bir  hissəsi  Rusiyanın  əlinə  keçdi.XVIII  əsrin  sonlarında  Sağsahil  Ukraynası,habelə  belorusiyanın  bir  hissəsi  Rusiyanın  əlinə  keçdi.Beləliklə, Ukrayna  və  Belorusiyanın  Rusiya  tərəfindən  işğalı  başa  çatdırılmış  oldu.

 

1658

Rusiya-İsveç

1656-1658-ci illər  müharibəsinəticəsində  ruslar  Baltikyanı  ərazilərdə  bir  sıra  qalaları  ələ  keçirdilər.Bu  əraziləri  qaytarmamaq  şərtilə  ruslar  barışıq  imzaladılar.Ancaq  ruslar  Baltik  dənizinə  çıxış  əldə  edə  bilmədilər

Baxçasaray  sülhü

1681

Rusiya-Türkiyə

20  il  müddətinə  imzalanmış  bu  sülh  müqaviləsinə  görə  Türkiyə, Kiyev  də  daxil  olmaqla, Solsahil  Ukraynasının  Rusiya  tərəfinqdən  işğalını  qəbul  etdi

«Əbədi  sülh»

 

 

 

Prut  sülhü

1711

Rusiya-Türkiyə

Moldaviya  və  Valaxiyaya  türklərdən  əvvəl  daxil  olmağa  can  atan ,eləcə  də  Dunay  çayındakı  keçidləri  tutmaq  niyyətində  olan  I  Pyotrun  qoşunları  Prut  çayı  sahilində  mühasirəyə  düşdü.Rüsvayçılıqdan  xilas  olmaq  üçün  I  pyotr  sülh  bağlamağa  çalışırdı.Türkiyə  baş  komandanı  rus  ordusunun  ağır  vəziyyətdə  olduğunu  bilmirrdi  və  buna  görə  də  sülh  bağlamağa  razı  oldu.Rusiya  tərəfdən  bu  sülhü  rus  səfiri  Şafirov  imzaladı.Müqaviləyə  görə  Azov  qalası  Türkiyəyə  qaytarıldı.Rusiya  Polşanın  daxili  işlərinə  qarışmamağa  söz  verdi

Nişdadt  sülhü

1721

Rusiya-İsveç

Rusiyanın   Baltik  dənizinə  çıxmaq  uğrunda  1700-1721-ci  illərdə  isveçlə  arardığı  Şimal  müharibəsi  Nişdadt  sülhü  ilə  başa  çatdı.Müqaviləyə  görə  Baltik  dənizinin  sahilboyu  bir  sıra  əraziləri  Rusiyaya  qatıldı.Nişdadt  sülhü  bağlandıqdan  sonra  Senat  I  Pyotra  imperator  titulu  verdi, Rusiya  imperiyası  adlanmağa  başladı.

Kiçik  Qaynarca

1774

Rusiya-Türkiyə

1768-1774-cü  illər  rus-türk  müharibəsi  nəticəsində  imzalanmış  bu  sülh  müqaviləsinə  əsasən:

1.Krım,Kuban  və  Bucaq tatarları  Türkiyənin  tabeliyindən  çıxdılar

2.Krımda  Kerç  və  Yeniqala, Qara  dəniz  sahilində  Kinburn  Rusiyaya  keçdi

3.Rus  gəmilərinə  Qara  dənizdə  ilk  dəfə  olaraq  üzmək  ixtiyarı  verildi

4.Rusiya  Azovu  möhkəmləndirmək  hüququ  aldı

5.Türkiyə  Rus  ticarət  gəmilərinə  Bosfor  və  Dardanel  boğazlarından  sərbəst  keçmək  hüququ  verdi  və  4,5  milyon  manat təzminat  ödədi

6.Rusiya Valaxiyanı  və  Moldaviyanı  öz  himayəsinə  aldı  və  Türkiyə  bu  knyazlıqların  idarə  olunması «kondisiyalarına»  çmçl  etməli  idi.

Polşanın  birinci  bölüşdürülməsi

1772

Rusiya,Avstriya,Prussiya

Bu  bölüşdürməyə görə  Avstriyaya  Qərbi  Ukrayna (Qalitsiya), Prussiyaya  Polşanın  Baltik  dənizi  sahilləri, Rusiyaya  Polotsk, Vitebsk  və  Minsk  şəhərləri  ilə  birlikdə  Belorusiyanın  şərq  hissəsi  verildi.

Yassı  sülhü

1791

Rusiya-Türkiyə

1787-1791-ci  illər  Rusiya-Türkiyə  müharibəsi  nəticəsində  imzalanmış  bu  sülh  müqaviləsinə  görə:

1.Cənubi  Buq  ilə  Dnestr  arasındakı  torpaqlar , Oçakov  daxil  olmaqla ,Rusiyanın  əlinə  keçdi

2.Dnestr   Rusiya  ilə  Türkiyə  arasında  sərhəd  oldu

3.Dnestrin  mənsəbindən  tutmuş  Krımadək  bütün  Qara  dəniz  sahilləri  Rusiyanın  tərkibinə  qatıldı

4.Türkiyə  Krım  barəsindəki  iddialarından  əl  çəkdi  və  onun  Rusiya  imperiyasına  mənsub  olmasını  təsdiq  etdi.Rusiya  Qara  dənizdə  qəti  olaraq  möhkəmləndi

Polşanın  ikinci  bölüşdürülməsi

1793

Prussiya  və  Rusiya

Prussiya – Qdansk,Torn  və  Poznan  şəhərləri  də  daxil  olmaqla  qədim  Polşa  torpaqlarına  yiyələndi

Rusiya- Minsk  ilə  birlikdə  Belorusiya  torpaqlarının  bir  hissəsi  və  Sağsahil  Ukraynasına  yiyələndi

Polşanın  üçüncü  bölüşdürülməsi

1795

Avstriya,Prussiya,Rusiya

Rusiyaya-Belorusiyanın  qərb  hissəsi, Litva  və  Kurlandiya

Prussiyaya-Varşava  ilə  birlikdə  Polşanın  şimal-qərb  hissəsində  olan  polyak  torpaqları

Avstriyaya-Krakovla  birlikdə  Polşanın  cənub-qərb  hissəsi  verildi

Versal  sülhü

1783

ABŞ

1775-1783-cü  illərdə  ABŞ-ın  İngiltərəyə  qarşı  apardığı  istiqlaliyyət  müharibəsinin  nəticəsində  bu  sülh  imzalandı.İngiltərə  ABŞ-ın  müstəqilliyini  tanıdı.Alleqan  dağlarından  Missisipi  çayına  qədər  olan  ərazi  ABŞ-ın  sərhədlərinə  daxil  edildi.İngiltərənin  müstəmləkə  hökmranlığına  son  qoyulması  və  istiqlaliyyət  əldə  edilməsi  nəticəsində  ABŞ-da  monarxiya  devrildi  və  respublika  quruldu

 

1740

Türkiyə-Fransa

Müqaviləyə  əsasən  fransız  təbəələrinə  müəyyən  imtiyazlar-kapitulyasiya  hüququ  verilirdi.Osmanlı  imperiyasında  ticarət  edən  fransız  tacirləri  üçün  10%-li  gömrük  rüsumu  müəyyənləşdirildi.Əvvəllər  belə  hüquq  yalnız  müqaviləni  bağlamış  sultanın  hakimiyyəti  dövrü  üçün  verilirdisə  indi  bu  hüquq  qeyri-müəyyən  müddətə  verilmişdi.Sonralar  İngiltərə,Hollandiya  və  digər  ölkələrin  tacirləri  də  belə  hüquqlar  aldılar

Karlovitsa  sülhü

1699

Türkiyə-Avstriya,

Venesiya,Polşa

Osmanlı  hökuməti   Avstriya,Venesiya  və  Polşa  ilə  ayrı-ayrılıqda  25  il  müddətinə  müqavilələr  imzalandı.Rusiya  ilə  də  3  il  müddətinə  saziş  imzalandı:

1.Avstriya  ilə  bağlanmış  müqaviləyə  əsasən  bütün  Macarıstan,Habelə  Xorvatiyanın  bir  hissəsi  Avsiriyaya  keçdi.

Polşa  ilə  bağlanmış  müqaviləyə  görə  Podolya  əyaləti  və  Ukrayna  Polşaya  verildi, bəzi  qalalar  isə   osmanlılara  geri  qaytarıldı.Polyakların  Krım  xanlarına  ödədikləri  illik  xərac  ləğv  olundu.

Venesiya  ilə  bağlanan  müqaviləyə  görə  Moreya  yarımadası  və  Dalmasiya  sahilləri  Venesiyaya  keçdi.

Karlovitsa  müqavilələri  ilə  Osmanlı  imperiyası  ilk  dəfə  olaraq  xeyli  ərazilər  itirdi.

Pojarevatsk  müqaviləsi

1718

Türkiyə-Avstriya

İngiltərə  və  Fransanın  vasitəçiliyi  ilə  imzalanmış  bu  sülh  müqaviləsinə  görə  Serbiyanın  və  Bosniyanın  şimal  hissəsi  Avstriyaya  verildi.Moreya  Osmanlı  dövlətində  qaldı

Belqrad  müqaviləsi

1739

Osmanlı-Avstriya

Avstriya  Belqrad  şəhərini  və  Bosniyanın  şimal  hissəsini  geri  qaytarmağa  məcbur  oldu

Belqrad  müqaviləsi

1739

Rusiya-Osmanlı

Müqaviləyə  görə:

1.Təkcə  Azov  qalası  Rusiyada  qaldı

2.Rusiyanın  ticarət  gəmiləri  Azov  və  Qara  dənizdə  üzə  bilməzdi

3.Türkiyə  ilə  ticarət  əlaqələri  saxlamaq  üçün  Türkiyə  gəmilərindən  istifadə  olunmalı  idi

4.Rusiya  İstambulda  səfirlik  açmaq  hüququ  qazandı

 

1699,1700

Rusiya-Türkiyə

Bağlanmış  müqavilələr n  şərtlərinə  görə  Osmanlı  dövləti  Ukraynaya  olan  iddiasından  əl  çəkdi,Rusiya  isə  Azov  qalasına  sahib  oldu.Bununla  da  Krım  xanlığının  siyasi  mövqeyi  zəiflədi

Manqalor  sülhü

1784

Maysor(Hindistan)-İngilis

Maysor  hakimi  Heydərəlini  əvəz  edən  oğlu  Tipu-Sultan  sülh  danışıqlarına  girməyə  məcbur  oldu  və  müharibəyə  qədərki  vəziyyəti  saxlamaq  şərtilə  sülh  imzalandı

 

1792

İngilis-Maysor

Müqaviləyə  görə  Maysor  öz  ərazisinin  yarısını  itirdi.Həmin  itirilmiş  ərazilərdən  Ost-Hind  şirkətinin  müttəfiqlər nə  də  pay  düşdü.Əlavə  olaraq  Maysor  33  milyon  rupi  məbləğində  təzminat  ödəməyə  məcbur  oldu, ancaq  istiqlaliyyətini  bu  dəfə  də  qoruyub  saxlaya  bildi

 

1800

Fransız-ingilis

Suriyaya  uğursuz  yürüşdən  sonra  Misirə  qayıtmağa  məcbur  olmuş  Napoleon  komandanlığı  general  Kleberə  tapşıraraq  gizli  surətdə  Fransaya  qayıtdı.Misirdəki  perspektivsiz  olduğunu  görən  Kleber  türklərə  və  ingilislərlə  danışığa  başladı.Razılığa  görə  Fransa  ordusu  Misirdən  çıxialı, ingilislər  isə  öz  gəmilərində  onların  fransaya  aparılmasına  kömək  etməli  idilər

Kontinental  mühasirə  haqqında  dekret

1806

 

Bu  dekreti  Napoleon  Berlində  imzaladı.Dekretə  görə  Fransa  imperiyasına  və  ondan  asılı  olan  ölkəoərə  İngiltərə  ilə  ticarət  etmək  qadağan  edilirdi.Kontinental  mühasirə  ilə  Fransa  İngiltərənin  iqtisadi  gücünü  sarsıtmaq  niyyətində  idi

Tilzit  sülhü

1807

Rusiya-Fransa

Müqaviləyə  görə  Rusiya  Napoleon  tərəfindən  Avropada  həyata  keçirilmiş  dəyişiklikləri  tanımağa  və  Kontinental  mühasirəyə  qoşulmağa  məcbur  oldu.Eyni  zamanda  Tilzitdə  Fransa-Prussiya  sülh  müqaviləsi  də  imzalandı.Sileziyadan  başqa  bütün  Polşa  torpaqları  Prussiyadan  alındı  və  Fransadan  vassal  asılılığında  olan  Varşava  hersoqluğu  yaradıldı.

Vyana  konqresinin  qərarları

1814-1815

İngiltərə,Rusiya,Avstriya,Prussiya

Rusiya- Varşava  daxil  olmaqla  Polşanın  bir  hissəsini  və  Finlandiyanı  öz  tərkibinə  qatdı

Avstriya-Venesiya  və  Lombardiyada  öz  hakimiyyətini  bərpa  etdi.İtaliyanın  şimalında  avstriyalılar  ağalıq  etməyə  başladılar

Roma  vilayəti  üzərində  Papanın  hakimiyyəti  bərpa  edildi

Alman  dövlətlərindən  Almaniya  ittifaqı  yaradıldı.Əvvəllər  İsveçə  məxsus  olan  Vestfaliya,Reyn  vilayəti  və  Pomeraniya  Prussiyaya  birləşdirildi.

İngiltərə-Avropada  öz  hegemonluğunu  bərpa  etdi,Hollandiyanın  keçmiş  müstəmləkəsini,Kap  torpağını  və  Seylon  adasını ,eləcə  də  Aralıq  dənizində  strateji  əhəmiyyəti  olan  Maltanı  ələ  keçirdi

Kent  müqaviləsi

1814

İngiltərə-ABŞ

1812-1814-cü  illər  müharibəsinin  nəticəsində  imzalanmış  bu  müqaviləyə  görə  İngiltərə  ABŞ-a  öz  müstəmləkəsi  kimi  baxmaq  iddiasından  əl  çəkdi.

 

 

1800

Rusiya-Türkiyə

Bu  dövlətlər  arasında  Fransaya  qarşı  ittifaq  müqaviləsi  imzalandı

 

1805

Rusiya-Türkiyə

Müqaviləyə  görə  rus  hərbi  gəmilərinin  Bosfor  və  Dardanel  boğazlarından  keçmək  hüququ  təsdiq  edilirdi

Kütahya  müqaviləsi

1833

Osmanlı-Misir  canişini  Məhəmmədəli

Misir,Suriya,Livan,Fələstin  və  Kilikiya  Məhəmmədəlinin  hakimiyyəti  altına  keçdi.Daha  rus  qoşunlarının  Türkiyədə  saxlanmasına  ehtiyac  qalmadı

Ünkər-İskələsi

 

Rusiya-Türkiyə

1.Rus  qoşunları  Türkiyədən  çıxarıldı

2.Hər  iki  tərəf  razılaşdırılmış  siyasət  yeritməyi, «Tərflərin  əminamanlıq  və  təhzlükəsizliyini  təmin  etməyə  ehtiyac  olduqda  bir-birinə  kömək  etməyi»  öhdələrinə  götürürdü

3.Rusiya  Türkiyəyə  həm  xarici ,həm  də  daxili  düşmənlərə  qarşı  mübarizədə  silahlı  yardım  göstərməyi  öhdəsinə  alırdı

4.Müqavilənin  gizli  maddəsi  Türkiyəni  Rusiyaya  yardım  göstərmək  öhdəçiliyindən  azad  edirdi,lakin  bunun  müqabilində  Rusiyanın  tələbi  ilə  Türkiyə  xarici  hərbi  gəmilərin  Dardanel  boğazhından  keçməsinə  yol  verməməli  idi

London  sazişi

1840

Türkiyə-İngiltərə,Rusiya,Avstriya,Prussiya

1.Saziş  «Osmanlı  iperiyasının  bütövlüyü  və  istiqlaliyyətini  təmin  etməyə  nəzarət»  pərdəsi   altında  həmin  dövlətlərin  Tü3rkiyə  üzərində  qəyyumluğunu  təsbit  edirdi

2.Bütün  dövlətlərin  hərb  gəmilərinin  Bosfor  və  Dardjanelə  gəlməsi  qadağan  edilirdi

3.Əgər  Məhəmmədəliyə  verilən   tələblər  rədd  edilərdisə,onda  saziş  bağlamış  dövlətlər  silaha  əl  atacaqlarını  öhdələrinə  götürdülər

 

London  sazişi

1841

Türkiyə -İngiltərə

Rusiya,Avstriya,Prussiya,Fransa

1.Bütün  dövlətlərin  gəmilərinin  boğazlardan  keçməsi  qadağan  edildi.Bununla  da  Rusiyanın  Qara  dəniz  donanmasının  buradan  çıxmaq  imkanı  məhdudlaşdırıldı

2.Keçmişdə  olduğu  kimi, boğazlar  rejimi  sazişlərlə  deyil,beynəlxalq  sazişlə  müəyyən  edilirdi.

Saziş  əslində,boğazları  Türkiyənin  səlahiyyətindən  çıxardı

Fingenşteyn  sazişi

1807

Fransa-İran

Müqaviləyə  görə  Fransa  İrana  fəal  hərbi  yardım  göstərməyə  başladı.(Fransa  və  Rusiya  arasında  bağlanmış  Tilzit  sülhündən  sonra  Fransa  İrana  kömək  etməkdən  imtina  etdi)

Tehran  müqaviləsi

1814

İngiltərə-İran

Bu  müqavilədən  sonra  İngiltərənin  İranda  mövqeyi  xeyli  möhkəmləndi.Bu  müqavilə  hər  şeydən  əvvəl  İranı  Rusiyaya  qarşı  müharibəyə  təhrik  etmək  məqsədi  güdürdü.

 

1841

İngiltərə-İran

Bu  ticarət  müqaviləsinə  görə:

1.İngilislər  İranda  toxunulmazlıq  hüququ  aldılar

2.Daxili  gömrük  haqqı  verməkdən  azad  edildilər

3.İngilis  mallarından  alınan  gömrük  haqqı  həmin  malların  dəyərinin  5%-indən  çox  olmamalı  idi

 

Nankin  müqaviləsi

1842

İngiltərə-Çin

Çinin  xarici  ölkələrlə  bağladığı  bu  ilk  qeyri-bərabər  müqaviləyə  görə:

1.İngiltərə  Çinin  beş  şəhərində,o  cümlədən   Şanxayda  konsulluqlar  açmaq  və  ticarət  etmək  hüququ  qazandı,beləliklə  «açıq  qapılar»  adlı  sistemin  əsası  qoyulmuş  oldu

2.Xarici  tacirlər  Çində  qeyri-məhdud  miqyasda  ticarət  etmək,istədikləri  yerdə  məskən  salmaq,qoşun  saxlamaq  hüququ  əldə  etdilər

3.Honkonq  adası  İngiltərənin  əlinə  keçdi

4.Çin  21  milyon  yuan  təzminat  ödəməli  idi

5.Çinə  gətirilən  ingilis  mallarından  alınan  gömrük  rüsumu  5%-dən  çox  olmamalı  idi

6.Çinin  «Qunxan»  ticarət  şirkəti  ləğv  edilirdi

 

1843

İngiltərə-Çin

Müqaviləyə  görə:

1.Çində  işləyən  ingilis  vətəndaşlarına  eksterritorallıq(toxunulmazlıq)  hüququ  verildi

2.Əcnəbilər  üçün  açıq  elan  olunmuş  limanlarda  Çin  hakimiyyət  orqanlarının  nəzarəti  qadağan  edilmiş  yaşayış  məntəqələrinin  salınması  məsələsi  qoyuldu

3.Əgər  Çin  gələcəkdə  hər  hansı  bir  xarici  dövlətə  müəyyən  imtiyazlar  verərsə,onda  onlar  avtomatik  olaraq  İngiltərəyə  də  şamil  edilməli  idi

 

1860

Sardiniya  krallığı-Avstriya

Müqaviləyə  görə:

Lombardiya  Avstriya  ağalığından  azad  edildi

 

1866

Avstriya-Prussiya

Sülh  danışıqlarına  görə:

1.Avstriyanın  məğlubiyyəti  təsdiq  edildi

2.Avstriya  Venesiyanı  İtaliyaya  qaytarmalı  oldu

«Üçlər  ittifaqı»

1879,1882

Almaniya-Avstriya-İtaliya

Bu  ittifaq  Rusiya  və  onun  müttəfiqlərinə  qarşı  düşmənçilik  əsasında  yaranmışdı

Paris  sülhü

1856

Rusiya-Türkiyə

Müqaviləyə  görə:

1.Rusiya  Qara  dənizdə  hərbi  donanmaya,sahillrdə  isə  qalalavra  sahib  olmaq  hüququndan  məhrum  edilirdi

2.Bessarabiyanın  cənub  hissəsi  Türkiyəyəy  verilməklə  Osmanlı  imperiyasının  ərazi  bütövlüyü  təmin  edilirdi

3.Dunayboyu  knyazlıqlara  himayəçilik  böyük  dövlətlərə  həvalə  olunurdu

4.Rusiya  Qarsı  Türkiyəyə  qaytarırdı,müttəfiqlər  isə  Sevastopoldan,Yevpatoriyadan  və  işğal  olunmuş   digər  rus  şəhərlərindən  imtina  edirdilər

5.Dardanel  boğazı  və  Qara  dəniz  bütün  ölkəoərin  ticarət  gəmiləri  üçün  açıq  elan  olunurdu,beləliklə  Rusiyanın  cənub  sərhədləri  müdafiəsiz  qalırdı

London  konfransı

1871

 

Rusiya  yenidən  Qara  dəniz  sahillərində  qalalar  tikmək  və  orada  hərbi  donanma  yaratmaq  hüququ  aldı

San-Stefano

(Yaşılköy)  sülhü

1878

Rusiya-Türkiyə

Müqaviləyə  görə:

1.Bolqarıstanın  şimal  hissəsi  müstəqil  dövlət  elan  olundu

2.Çernoqoriyanın  və  Serbiyanın  müstəqilliyi  Türkiyə  tərəfindən  tanındı

3.Rumıniya  müstəqil  dövlət  oldu  və  Şimali  Dobruca  ona  verildi

4.Qars  vilayətini  və  Bessarabiyanı  Rusiya  ələ  keçirdi

Berlin  konqresi

1878

 

Bu  konqresdə  San-Stefano  sülhünün  şərtlərinə  yenidən  baxıldı:

1.Bolqarıstan  üç  hissəyə  parçalandı,yalnız  Şimali  Bolqarıstan  müstəqil  oldu

2.Cənubi  Bolqarıstana-Şərqi  Rumeliyaya  sultanın  hakimiyyəti  altında  muxtariyyət  verildi

3.Serbiya,Çernoqoriya  və  Rumıniya  tam  müstəqil  oldular

4.Qars,Ərdəhan ,Batum  Rusiyaya  keçdi

5.Makedoniya  və  Şərqi  Bəyazid  osmanlılara  qaytarıldı

6.Bosniya  və  Hertseqovinanın  idarəsi  Avstriyaya  həvalə  edildi

«Dostluq  və  ticarət  haqqında  müqavilə»

1856

ABŞ-İran

Bu ,əslində  ABŞ-ın  böyük  üstünlüklərini  özündə  əks  etdirən  qeyri-bərabər  hüquqlu  bir  müqavilə  idi

 

1857  4  mart

İran-İngiltərə

Müqaviləyə  görə:

1.İran  Heratdan  həmişəlik  əl  çəkdi

2.Əfqanıstanla  ixtilaf  baş  verərdisə, onda  İran  məsələni  İngiltərənin  vasitəçiliyi  ilç  hçll  edəcəyini  öhdəsinə  götürdü

3.İngiltərə  qoşunlarını  İrandan  çıxarpmağa  razılıq  verdi

Pekin  müqaviləsi

1860

Çin-İngiltərə, Fransa

Müqaviləyə  görə:

1.Çin  İngiltərə  və  Fransaya  hərəsinə  8  milyon  təzminat  verməli  idi

2.Koulun  yarımadası  İngiltərənin  himayəsinə  keçdi

3.Tiryəkin  açıq  satışına  icazə  verildi

4.Müqavilələrin  şərtlərinə  görə, avropalılar  Çindən  öz  müstəmləkələrinə  və  Amerikaya  ucuz  işçi  qüvvəsi  aparmaq  hüququ  qazandılar

Pekin  müqaviləsi

1860

Rusiya-Çin

Müqaviləyə  görə:

1.Ussuri  diyarının  Rusiya  ərazisi  olduğu  elan  edildi

2.Uzaq  Şərqdə  Rusiya  ilə  Çin  arasında  sərhəd  qəti  müəyyənləşdirildi.Bu  sərhəd  indiyədək  qalmaqdadır

 

1858

İngilis-Çin  və  Fransız-Çin

Müqaviləyə  görə:

1İngiltərə  və  Fransa  Çində  diplomatik  nümayəndəliklər  saxlamaq, Çin  ərazisində  bu  ölkələrin  vətəndaşları  sərbəst  hərəkət  etmək  hüququ  aldılar

2.Gömrük  və  tranzit  rüsumları  azaldıldı

3.Xristian  missionerlərə  qeyri  məhdud  fəaliyyət   hüququ  verildi

4.Çin  hökuməti  təzminat  ödəməli  idi

 

1898

Alman-Çin

Müqaviləyə  əsasən  almanlar  Şandun  əyalətində  dəmir  yolu  çəkmək  və  həm  də  orada  dağ-mədən  işləri  aparmaq  hüququ  qazandılar

Simonoseki  müqaviləsi

1895

Çin-Yaponiya

Müqaviləyə  görə:

1.Çin  Koreyanın  müstəqilliyini  tanıdı

2.Tayvan  və  Lyaodun  Yaponiyayaya  veoildi

3.Sin  böyük  məbləğdə  təzminat  ödəməli  idi

4.Yaponiya  Çinin  ərazisində  sənaye  müəssisələri  tikmək  və  onları  istismar  etmək  hüququ  aldı

 

1896

Rusiya-Çin

Müqaviləyə  əsasən:

1.Tərəflər  Şərqi  Çin  dəmir  yolunun  çəkilməsi  haqqında  razılığa  gəldilər

2.Port-Artur  limanı  25  il  müddətinə  Rusiyaya  icarəyə  verildi

Kanxva  müqaviləsi

1876

Yaponiya-Koreya

Müqaviləyə  görə:

1.Koreya  müstəqil  və  suveren  dövlət  elan  edilməsinə  baxmayaraq,Koreyada  yapon  təbəələrinə  toxunulmazlıq  hüququ  verilirdi

2.Pusan, İnçxon  və  Vonsan  limanları  yapon  tacirləri  üçün  açıq  elan  olundu

3.Yaponiya  ilə  kömrüksüz  ticarət  qaydası  qoyuldu

Tyantszin  sazişi

1885

Yaponiya-Çin

Yaponiyanın  bü  sazişi  bağlamaqda  məqsədi  vaxt  qazanmaq  idi

Antanta(Səmimi  saziş)

1904

İngiltərə-Fransa

Sazişə  görə:

1.Fransa  İngiltərənin  Misirdə  ağalığını  tanıyırdı

2.İngiltərə  Mərakeşin  Fransa  tərəfindən  ağalığını  qəbul  edirdi

1907-ci  ilin  avqustunda  Peterburqda  İngiltərə  ilə  Rusiya  arasında  saziş  imzalandı  və  bununla  da  «Antanta»nın  yaradılması  başa  çatdırıldı

Hərbi- dəniz  konvensiyası

1912  iyul

Fransa-Rusiya

 

Lozanna  sülhü

1912  18  oktyabr

Türkiyə-İtaliya

Trablis  və  Kirenaika  Liviya  adı  altında  İtaliyanın  müstəmləkəsinə  çevrildi

London  müqaviləsi

1913

Türkiyə- «Balkan  ittifaqı»

Müqaviləyə  görə:

1.Osmanlı  imperiyası  Balkanlarda, Egey  dənizində  olan  torpaqların  çoxundan  əl  çəkmək  məcburiyyətində  qaldı

2.Albaniya  müstəqil  knyazlıq  elan  edildi

 

1902

İngiltərə-Yaponiya

Bu  müqavilə  Yaponiyanın  Rusiya  ilə  müharibəyə  başlamaq  siyasətini  sürətləndirdi

Portsmut  sülhü

1905  avqust

Rusiya -Yaponiya

Müqaviləyə  görə:

1.Yaponiya  Lyaodun  yarımadasını  icarəyə  götürmək  hüququ  qazandı

2.Saxalinin  cənub  hissəsi  Yaponiyaya  verildi

Mudros  sülhü

1918  30  oktyabr

Türkiyə-Müttəfiqlər

Sülhə  görə:

1.Türkiyə  boğazları  açaraq  müttəfiqləçrin  hərbi  qüvvələrinin  Qara  dənizə  daxil  olmasına  icazə  verməli  idi (I  maddə)

2.Türkiyə  bütün  hərbi  donanmasını, gəmi  təmiri  zhavodlarını, hərbi  sursat  və  hərbi  ləvazimatı  müttəfiqlərin  sərəncamına  verməli  idi (VI_IX  maddə)

3.Türkiyə  öz  ordusunu  Cənubi  Qafqazdanq  çıxarmalı  və  bura  müttəfiqlərin  qoşunları  daxil  olmalı  idi(XI  maddə)

4.Bakı  və  Batum  müttəfiqlər  tərəfindən  işğal  edilməli  idi Türk  qoşunları  bir  həftə  ərzində  Bakını  tərk  etməli  idi (XIV  maddə).

 

1915

Rusiya-İngiltərə

1907-ci  il  müqaviləsi  yenidən  nəzərdən  keçirildi  və  yeni  müqaviləyə  əsasən Yəzd  və  İsfahanı  çıxmaq  şərtilə,1907-ci  ildə  bitərəf  zona  kimi  tanınan  ərazilər  də  ingilislərin  nüfuz  dairəsinə  daxil  edildi

 

1918  11  noyabr

Almaniya  ilə  onun  rəqibləri

Fransız  marşalı  Foşun  Kompyen  meşəsindəki vaqon-qərargahında  barışıq  sazişi  imzalandı, saat  11-də  bütün  cəbhələrdə  döyüş  əməliyyatları  dayandırıldı.Birinci  Dünya  müharibəsi  qurtardı

 

Yeni tarix dövrünün sülh müqavilələri

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. Ferhad
    18 yanvar 2012 12:00
    Cox gozel islemisiniz

  2. 3 fevral 2012 21:58
    bir az da aydin yazin

  3. 25 fevral 2012 05:10
    Cox gozel tertib etmisiz....ela ve rahatdir...cox saq olun....

  4. 16 mart 2012 16:36
    cox yaxsi islenilib....coox sagolun

  5. 19 dekabr 2012 22:01
    cooooooooooox saq olun. fellow fellow fellow

  6. 6 yanvar 2013 14:06
    9-cu sinif Azerbayan tarixindeki sulh muqavilelerde olsaydi daha yaxsi olardi. recourse

  7. 5 noyabr 2013 19:59
    Cox maraqlidir amma bir az uzuzn olsa yaxsi lar

  8. 7 mart 2014 17:25
    MARQLIDIR SAGOLUN. wink

  9. 2 may 2014 19:01
    yaxwi etrafli melumatdi twk

    --------------------

  10. 21 iyun 2014 09:32
    tesekkur edirem ama bir az daha etrafli olsa yaxsi olar

  11. 21 iyun 2014 09:37
    haa dunyaaaaa triximiiw elebildim az.tarixidi.

    --------------------

  12. 28 may 2015 21:17
    Cox sagolun tam mene lazim olan melumatlardir

  13. 21 dekabr 2015 18:17
    Xahis edirem 8ci sinif ksq lari yukleyesiniz

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.