Mehdi Abbasov

[/b]

[b]Mehdi Abbasov

1960-cı il yanvar ayının 1-də Qərbi Azərbaycanın Amasiya rayonunun Yeniyol kəndində anadan olmuşdur. 1966-cı ildə Yeniyol kənd orta məktəbinə getmiş, 1976-cı ildə həmin məktəbi bitirmişdir. 1977-ci ildə Mehdinin ailəsi erməni təziqinə məruz qalaraq, Qazaxıstan Respublikasının Tülkübas rayonunun Kulan kəndinə köçmüşlər. Mehdi 1980-ci ildə Çimkənd Pedoqoji İnstitutunun hazırlıq şöbəsinə daha sonra, Karaqanda Pedoqoji İnstitutuna daxil olur. O, 1989-cu ildə Qazaxıstan KP Tülkübas Rayon Komitəsinin qərari ilə Daxili İşlər orqanlarında işləməyə göndərilir. Bir müddət burada müxtəlif vəzifələrdə işlədikdən sonra Mehdi Abbasov 1991-ci il iyun ayının 28-də Azərbaycan Respublikasının DİN-nin sərəncamına göndərilir. O, burada baş leytenant rütbəsində rota komandiri kimi DİN-nin XTMD-ndə xidmətə başlayır. O, dəfələrlə DİN-nin mükafatlarına layiq görülmüşdür. Mehdinin son döyüşü 13 yanvar 1992-ci ildə oldu. Məlikcan postu ətrafında gedən döyüşdə, Mehdini snayper gülləsi başından ağır yaraladı. Həmin gün o qəhrəmancasına həlak oldu.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı Fərmanı ilə baş leytenant Abbasov Mehdi Yusif oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilmişdir.
Bakının Şəhidlər Xiyabanında dəfn edilmişdir.
İsmayıllı rayonunun keçmiş Ruşan kəndi Mehdi Abbasovun adını daşıyır. İsmayıllı rayonunun mərkəzi küçələrindən birinə onun adı verilmişdir.

 

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 12 oktyabr 2013 20:51
    Allah butun sehidlerimze rehmet elesin, bizler onlari unutmamaliyiq, ruhlari sad olsun

  2. 16 noyabr 2013 19:16
    maraqliydi.tesekkuler.hazirlayana  feel feel feel

  3. 2 avqust 2014 21:48
    REBBIM-den rehmet dilerim wehidlerimize..

    --------------------

  4. 20 avqust 2014 12:36
    Allah(c.c) butun sehidlere rehmet elesin....

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.