Mikayıl Cəbrayılov Əhmədiyyə oğlu

Mikayıl Cəbrayılov Əhmədiyyə oğlu 

Mikayıl Cəbrayılov 27 aprel 1952-ci ildə Şəki rayonunun Oxud kəndində, ikinci dünya müharibəsində əfsanəvi partizan olan Fransa milli qəhrəmanı Əhmədiyyə Cəbrayılovun ("Armed Mişel") ailəsində doğulmuşdur. Orta təhsilini doğulduğu kənddə almağa başlayır. O, səkkizinci sinfə qədər doğulduğu kənddə oxumuş, sonra isə təhsilini Şəki şəhər 5 saylı fəhlə gənclər məktəbində davam etdirmişdir.1971-ci ildə Şəki Şəhər Daxili İşlər Şöbəsində milis nəfəri vəzifəsinə qəbul edilir.

Daha sonra Milis məktəbinə daxil olur, 1978-ci ildə bu məktəbi bitirir, leytenant rütbəsi alır və sahə müvəkkili təyin edilir.

1990-cı ildə Mikayıl dörd nəfər polislə Qarabağa ezam olunur. Onlar Cəmilli kəndini müdafiə etməli idilər. Bir müddət sonra o Kosalara, əhali üçün ayrılmış taxılı gətirməyə gedir. Cəmilli-Kosalar arasındakı yolda qəflətən erməni quldurları onlara basqın edir. Zabitlərdən biri snayper gülləsindən ağır yaralanır, erməni basqınçıları ilə ölüm-dirim savaşına atılan Mikayıl çiynindən güllə yarası alır. Buna baxmayaraq o təslim olmur və 1990-cı il 15 dekabrda əsir düşən döyüş yoldaşlarını xilas edərkən qəhrəmancasına son anadək vuruşaraq döyüş meydanında həlak olur.

Ailəli idi, bir övladı var.

Azərbaycan Respublikası prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə Cəbrayılov Mikayıl Əhmədiyyə oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Şəki rayonunun Oxud kəndində dəfn edilmişdir.

Mikayılın adına Şəki şəhərində küçə var.

Həlak olduğu Mikayıllı kəndi onun adını daşıyır.

Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 28 iyun 2015 18:53

    --------------------

  2. 29 iyun 2015 08:53
    Təşəkkürlər məqalə üçün

    --------------------

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.