I Daranın iskitlərlə müharibəsi

I Daranın iskitlərlə müharibəsi

DARANIN SKİFLƏRLƏ MÜHARİBƏSİ.

 

Kirin nəslindən heç kimin qalmadığını və İran taxt-tacını yeni padşahın əlinə keçdiyini eşidən başqa xalqları İranın əsarətindən çıxmağa çalışdılar.Lakin Dara ordunu daha da gücləndirib az bir zamanda onları yenidən İrana tabe etdi.O dövdə,demək olar,elə bir tanınmış xalq qalmamışdı ki,İrana tabe olmasın.Yalnız Qara dənizdən şimaldakı çöllərdə at oynadan skiflər və qədim mədəniyyətə malik olan yunanlar farsların hakimiyyətini tanımırdılar.

  Dara əvvəlcə skifləri əsarət altına almaq istədi.

Skiflər qədim türklərin bir qolu idi,gəlib Dnepr,Don,Dunay sahillərinə çıxmışdılar.Onlar günlərini at üstündə keçirir,yurdlarda yaşayırdılar.Heç vaxt bir yerdə qərar tutmurdular.Bir yerdən başqa yerə köç edəndə də yurdlarını yığışdırıb araba ilə daşıyırdılar.Onlar maldarlıqla məşqul olur,yunan şəhərlərində alver edirdilər.Ölülərini basdırarkən onun yanına qızıl əşyalar qoyur,qəbiri ilə təpə şəklində düzəldirdilər.Bu təpələrə kurqan deyirdilər.Ölən adam nə qədər ad-sanlı idisə, onun kurqanı da bir o qədər böyük idi.

 Skiflər öz adət-ənənələrinə sadik idilər və heş bi xalqın adətini qəbul etmirdilər.

   Bir dəfə Anaxarsis adlı bir skif elm öyrənmək məqsədi ilə Yunanıstana gəldi.o,bir çox filosofların yanında oldu və,nəhayət,Solonun yanına getdi.Anaxarsis qapıda duran qulluqçuya özünü skif qəbiləsinin başçısı kimi təqdim etdi və Solonla dost olmaq istədiyini bildirdi..Bunu eşidən solon quluqçusuna dedi:

  -Get ona de ki,adam öz vətənind dost axtarar.Qulluqçu gəlib Solonun sözlərini Anaxarsisə yetirdi.O isə dedi:

-Məgər Solon öz vətənində deyil?Nəyə görə dost qəbul etmk istəmir?

   Yunanların barabar adlandırdığı skifin belə hazırcavablığını görən Solon onu şagirdliyə qəbul etdi.Tezliklə Anaxarsis elmdə o qədər irlilədi ki,yunanlar onun adını yeddi ən müdrik filosoflar arasında çəkməyə başladılar.Lakin skiflərin yanına qayıdan Anaxarsisi yunan adət-ənənələri ilə yaşadığına görə qətlə yetirdilər.

  At çapmaqda,ox atmaqda skiflərə çatan yox idi.Skif süvariləri az zamanda böyük məsafələr qət edib uzaq şəhərləri,kəndləri talayırdılar.Vaxtı ilə onlar Misiri,Assuriyanı,hətta Midiyanın özünü də diz çökdürmüşdülər.Onların yaşadığı çöllərə isə qorxudan heç kim soxula bilmirdi.

  Bax belə bir xalqla Dara müharibə etməyə hazılaşırdıDara Dunay çayından körpü saldırdı.İran qoşunu o qədər böyük idi ki,bu körpünü keçməyə bir neçə gün lazım gəldi.İran padşahı körpünün ynında kiçik bir dəstə saxlayıb onun başçısına altmış yerdən düyünlənmiş bir kəndir verdi,dedi:

 -Gündə bir üyün açarsan.Altmışıncı düyünü açana kimi mən qayıtmasam ,deməli,qalib gəlmişəm və İrana Qafqaz tərəfdə qayıdıram.Onda körpünü dağıdıb sən də İrana qayıdarsan.

  İran qoşunu körpünü keçən gündən skiflər onlara həmlələr edirdilər.Skif süvariləri ox məsafələrinə yaxınlaşıb farsları ox yağışına tuturular.İran əsgərlərinin oxları bu məsafəyə bəs eləmirdi.Qoşundan qırılan qırılırdı,qalanları da  ha eləyib atlanana kimi  skiflər bir göz qırpımında yoxa çıxırdılar.Daranın  qoşunu skif çölləri ilə irəlilədikcə skiflərin belə həmlələri daha da artırdı.Böyük bir ordu göz qabağındaca əriyib azalırdı.Skiflər isə heçbir tələfat vermədən öz geniş çöllərinə çəkilirdilər.Bu həmlələrdən dam qorxu altında olan İran əsgərləri artıq yorulub əldən düşmüşdülər.Nəhayət,belə müharibədən təngə gələn Dara skiflərin yanına elçi göndərdi.

   Elçi gəlib skiflərin başçısına dedi:

 -Nəyə görə siz bizdən qaçırsınız?Əgər özünüzü güclü hesab edirsinizsə,bizimlə açıq döyüşə girin.Yox,əgər qorxursunuzsa, təslim olun,Daraya bir ovuc torpaq,bir qab su göndərib hakimiyətini qəbul edin.

   Skiflərin başçısı dedi:

  -Biz eç yerə qçmırıq,köç eləyirik.Biz köəri xalqıq,bura da bizim çöllərimizdir.Ta qədimdən bu çöllərdə köç eləmək bizim adətimizdir.

   -Yaxşı mən Daraya nə çatdırım.

   -Ona bizim hədiyyələrimizi çadır, - deyə skiflər elçiyə bir zənbil verdilər.İran düşərgəsinə qayıdan elçi zənbili Daraya çatdırdı.Padşah zənbilin ağzını açan kimi onun içindən bir quş qanad vurub uçdu,sonra bir siçan qaçdı,onun dalınca da bir qurbağa tullanıb zənbildən düşdü.Zənbilin dibində isə bürünc ucluqlu beş ox var idi.Dara sevincək dedi:

  -Nəhyət,onlar mənə təslim oldular.Quş havada uçur,siçan yerdə gəzir,qurbağa da suda olur.Deməli onlar bu çöllərin havasını da,torpağını da,suyunu da mənə təslim edirlər.Özləri isə silahlarını – oxlarını yerə qoyurlar.

   Skif adət-ənənələrini yaxşı bilən əyanlardan biri Daraya tiraz etdi.

  -Padşah sağ olsun,əslində bu hədiyyənin mənası belədir:quş olub havaya qalxsanız da,siçan olub yerə girsəni də,qurbağa kimi suda gizlənsəniz də,bizim oxlardan canınızı qurtara bilməyəcəksiniz.

   Onlar mübahisə edirdilər ki,yenə də çöldə tozana qalxdı.İran düşərgəsi skiflərin ox yağışı altına düşdü.Dara döyüşə hazırlaşmaq əmri verdi.Lakin onun qoşunu düzlənənə kimi skiflər atlarını mahmızlaıb çöldə yox oldular.Dara,nəhayət,başa düşdü ki,saray əyanı düz deyir:skiflərin təslim olmaq fikri yoxdur.O,sərkərdələrini yığıb dedi:

   -Skiflər aldığı qızıldan üstün tuturlar.Onları Misir kahinləri,ya Finikiya tacirləri kimi daş-qaşla tamahlandırmaq olmayacaq.Biz onlara qalib gələ bilməyəcəyik,ona görə də qayıtmaq lazımdır.

   Yürşün otuzuncu günü idi.Deməli körpüyə qayıtmağa otuz gün vaxt lazım idi.Yaralı əsgərlərlə daim skiflərin təqibi altnda bu yolu otuz günə qayıtmaq olmazdı.Odur ki,Dara ordunun böyük hissəsini allah ümidinə qoyub kiçik bir dəstə ilə geri qayıtdı.

  Körpü yanındakeşik çəkən dəstənin başçısı kəndirdəki altmışıncı düyünü açıb hazırlaırdı ki,körpünü dğıtsın,bir də gördü ki,Dara kiçik bir dəstə ilə gəlir.İran padşahı körpünü keçən kimi vahimə içində qışqırdı:

  -Körpünü dağıdın!

Beləliklə,İran ordusunun məğlubedilməzliyi haqqında fikirlər puç oldu.Dara isə özünə onunla təskinlik verirdi ki,Skiflər ona açıq döyüşdə qalib gəlməyiblər.

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 21 iyun 2013 18:44
    Maraqlı idi.

  2. 16 noyabr 2013 21:14
    iskitlerl muhariba?ben korkudum crying crying crying recourse recourse

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.