Ağqoyunlu-Osmanlı müharibələri

Ağqoyunlu-Osmanlı müharibələri

Ağqoyunlu-Osmanlı müharibələri.

 

Ağqoyunlu dövAzərbaycanın bu vaxta qədərki bütün tarixi ərzində Avropa ilə geniş əlaqə yaratmış ilk dövlət olur. Uzun Həsənin Qərb dövlətləri ilə bu cür əlaqə yaratmaqda əsas məqsədi Azərbaycanın beynəlxalq əlaqələrini sahmana salmaq olur. Digər tərəfdən o, öz ordusuna müasir silahlar almaq, Azərbaycanda topçuluq sənətini inkişaf etdirmək üçün Avropadan artilleriya mütəxəssisləri də dəvət edir.

   Onnu xarici siyasətində əsas yeri Osmanlı imperatorluğu ilə münasibətlər təşkil edir. Qüdrətli Ağqoyunlu dövlətinin yaranması Osmanlı sultanı Fateh II Mehmeti ciddi surətdə narahat edir. Bu narahatçılıq XV əsrin 60-70-ci illərində xarici ticarətlə əlaqədar olaraq Ağqoyunlu dövləti ilə Osmanlı imperatorluğu arasında münasibətlər son dərəcə kəskinləşir. Sultan II Mehmet Osmanlı imperatorluğunu Azərbaycan ipəyini böyük rol oynadığı Avropa-Şərq ticarətində vasitəçi dövlətə çevirmək istəyir. Bu məqsədlə də Qafqazı, xüsusən Azərbaycanı tutmaq üçün böyük səy göstərir. Münasibətlərin kəskinləşməsində Trabzon məsələsi də xeyli rol oynayır.

Ağqoyunluların 1204-1461-ci illərdə mövcud olmuş Trabzon yunan imperiyası ilə dostluq əlaqələri var idi. Üstəlik Uzun Həsən Trabzon imperatorunun qızı Feodora ilə evlənmişdi. Bu qohumluq münasibətlərinə görə Ağqoyunlular Trabzona öz mülkləri kimi baxırdılar. Həm də Trabzonun Ağqoyunlular üçün böyük ticarət əhəmiyyəti var idi. Bu şəhər Ağqoyunlu tacirlərinin Qara dənizə əlverişli çıxış yolu idi. Ağqoyunlu tacirlər Krımdakı mərkəzləri ilə Trabzon vasitəsi ilə əlaqə saxlaa bilirdilər. Məhz elə buna görə də II Mehmet Ağqoyunlu dövləti ilə müharibəyə Trabzon üzərinə hücumla başlayır. Uzun Həsən belə şəraitdə Trabzonu müdafiə etməli olur. Ağqoyunlularla Osmanlılar arasında ilk döyüş Qoyluhisar adlanan yerdə baş verir. Osmanlı qoşununa ciddi zərbələr vurulsa da, Uzun Həsən hələlik osmanlılarla sülh bağlamaq qərarına gəlir, öz ağlı və güclü məntiqi ilə tanınan anası Sara xatını Sultanın düşərgəsinə göndərir. Uzun Həsənin siyasi çarpışmalarında lap əvvəldən fəal iştirak edən Sara xatın A. Bakıxanov «mahir diplomat qadın» adlandırmışdır.

Qaynaqların məlumatına görə II Mehmet Sara xatını ehtiramla qarşılayır. Danışıqlar zamanı onun diplomatik məharəti öz bəhrəsini verir; Sultan II Mehmet Ağqoyunlular üzərinə hücum etməyəcəyinə dair Sara xatına təminat verir. Lakin Sara xatın sultanı Trabzonu fəth etmək fikrindən daşındıra bilmir. Nəhayət, 1461-ci ildə Yassıçəmən adlı yerdə Ağqoyunlular ilə osmanlılar arasında sülh müqaviləsi bağlanır.

Bundan sonra II Mehmet Trabzon üzərinə yeriyir, Uzun Həsənin arxadan zərbə endirməyəcəyinə əmin olmadığından, Sara xatın başda olmaqla, Ağqoyunlu elçilərini də özü ilə aparır. 1461-ci ilin avqustunda Trabzon osmanlılar tərəfindən zəbt edilir. Qara dənizdə Genuya ilə əlaqə yaradan mühüm ticarət mərkəzi süqut edir. Bu zaman Sara xatın öz gəlini Dəspinə xatının Trabzon taxtına vaprislik hüququnu irəli sürür. O, Trabzon xəzinəsini sultanla bölüşdürdükdən sonra elçi heyətinin başında geri qayıdır.

Trabzonnu fəthi ilə Ağqoyunlu dövləti həm öz müttəfiqini, həm də Qara dənizə yeganı çıxış yolunu itirir. Bu hadisə də Ağqoyunlu-Osmanlı münasibətlərini xeyli pisləşdirir.




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. ibrahim
    14 yanvar 2012 20:15
    tewekkurler bele sayt duzeldmisiniz

  2. 15 yanvar 2012 00:27
    Sizler saqolsun

  3. 30 yanvar 2012 15:45
    Cox sagolun

  4. 28 aprel 2012 16:19
    2 qardas Turk dovletlerin facise adlandirardim men bu muharibeni....

  5. 13 iyun 2012 17:45
    osmanli axqoyunlu imperiyasinin boyuyub qudretli dovlete cevrilmesini istemirdi.trabzonu tutandan sonra tamaM ticaret elaqeleri kesilir.

  6. 18 dekabr 2012 19:41
    super melumat idi twk

  7. 18 yanvar 2013 18:25
    cox lazimli melumatlar idi.size tewekkur edirem

  8. 12 fevral 2013 17:17
    Twk.supeer!

  9. 17 iyun 2013 20:25
    men ele suallar var ki onlara cavab tapa bilmirem.cox teessuf ki burdada kitabdaki melumatlardi etrafli deyil.
     
     

  10. 9 may 2014 15:23
    Məlumat üçün bildirirəm ki, kiçik toqquşmalar istisna olmaqla Ağqoyunlularla Osmanlılar arasında yalnız bir müharibə (1472-1473-cü illərdə baş vermişdir. Burada müəllif yalnız Ağqoyunlularla Osmanlılar arasında baş verən ilk toqquşmadan bəhs etmişdir. Əlavə etmək istərdim ki,Trabzonun fəthi ilə Ağqoyunlu dövləti təkcə öz muttəfiqini deyil,həm də Qara dənizə yeganə çıxış yolunu itirdi.Ağqoyunlu- Osmanlı munasibətləri yenidən kəskinləşdi.Trabzonu fəth etdikdən sonra II Mehmet işğalıçlıq siyasətini davam etdirdi. O,Azərbaycan ərazisini də öz əlinə keçirmək üçün Ağqoyunlulara qarşı qəti mubarizəyə hazırlaşdı. Uzun Həsən isə Azərbaycana soxulmağa çalışan Osmanlı qoşununa sərhəddən uzaqlarda zərbə vurmaq niyyəti ilə tədbir görməyə başladi.O,bir sıra dövlətlərin (Venesiya,Polşa,Neapol krallığı, habelə Kipr və Qaraman)köməyi ilə qüdrətli Osmanlı imperiyasını darmadağın etmək üçün plan hazırladı. Kiçik Asiyada Toqat adlanan yerdə ağır döyüslər bas verdi.Qeysəriyyə səhəri ətrafında və Kiçik Asiyanın digər yerlərində Ağqoyunluların qaramanlilarlar birləşmiş qüvvələri sultan qoşununa güclü zərbə vura bildilər. Ağqoyunlu qüvvələrinin bu qələbələri II Mehmeti qorxuya saldı.1472-ci il avqustun 18-də Konya yaxınlıgında II Mehmetin oğlu Mustafanın başçılıq etdiyi sultan qosunları ilə baş vermiş döyüşlərdə Ağqoyunlu qüvvələri məğlub oldular.Ağqoyunlu sərkərdələrindən olan Uzun Həsənin oğlu Yusif Mirzə digər iki qardaşı ilə birlikdə əsir alındı və edam edildi. Sayca az olan Ağqoyunlu qüvvələrini məğlub etmiş II Mehmet özünün əsas arzusunun (Azərbaycanı tutmaq məqsədinin)həyata keçirilməsi üçün qüvvələrini yenidən təşkil etməyə başladı.O,100 minlik ordusunu Ağqoyunlulara qarşı yeritdi.Vəziyyətin ağırlıgını hiss etmiş Uzun Həsən də öz qüvvələrini yenidən topladı və düşməni sərhəddən xeyli uzaqlarda qarşıladı.II Mehmetin qoşunu Qaramana yetişərkən Uzun Həsən də öz qüvvələri ilə Fərat cayı sahilərinə çatdı və döyüşə hazırlaşmağa başladı 1473-cü il avqust ayının 4-də Malatya yaxınlıgında II Mehmetin sərkərdəsi Xasmuradın qoşunları ilə Uzun Həsənin hərbi qüvvələri arasında döyüs başlandı.Ağqoyunlu qoşunu düşməni aldatmaq məqsədilə bir az geriyə çəkildi.Bu hərəkəti zəiflik sanan Xasmuradın qüvvələri mühasirəyə alındılar,Uzun Həsən qalib gəldi,Osmanlı sərkərdəsi isə həmin döyüşdə öldürüldü.Lakin Uzun Həsənin osmanlılara qarşı apardığı hərbi əməliyyatlar nəticə etibari ilə uğursuz oldu. 1473-cü il avqustun 11-də Tərcanda(Otluqbeli adlanan yerdə)Osmanlı qüvvələri Ağqoyunluları məğlub etdi. Ağqoyunlu qüvvələrinin məğlub olmasının əsas səbəbi Uzun Həsənin ordusunun kifayət qədər odlu silahının olmaması idi. Ağqoyunlu qoşununun məğlubiyyətinin əsas səbəblərindən biri də Uzun Həsənin osmanlılara qarşı mubarizə aparmaqda olan Misir və Suriya qüvvələrindən istifadə edə bilməməsi ilə izah olunmalıdır. Osmanlı qoşunlarına ağır zərbə vuruldu, onların şərqə doğru yuruşlərinin qarşısı alındı.

  11. 9 may 2014 17:18
    Hormetli Reshid Nurmemmedov,bildiklerinizi sherh halinda deyilde,meqale halinda bildirseniz daha yaxshi olar.Eger movzu yadiniza dusmurse deye bilerem.Meselen,qedim Roma,Yunanistan,qedim Hunlar,ve s.

    --------------------

  12. 9 may 2014 20:23
    Hörmətli Sema2013, diqqətinizə görə təşəkkürümü bildirirəm, çalışaram ki, gələcəkdə təklifinizi nəzərə alım.

  13. 13 sentyabr 2017 14:04
    be da qardasliq Osmanli bizim guclenmeyimizi istemirdi.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.