Yunan-İran müharibələri

Yunan-İran müharibələri

 

Yunan-İran müharibələri (e.ə. 500-449) - Qədim Yunanıstan şəhər-dövlətlərinə (polislər) qarşı İranın işğalçılıq müharibələri. E.ə. 500 ildə Kiçik Asiyada İran hökmranlığına qarşı üsyan etmiş polislərə (Milet üsyanı) Afina və Eretriyanın yardım göstərməsi (Evbeya adasında) Yunan-İran müharibələrinin başlanmasına səbəb olmuşdu. E.ə. 493 ildə üsyanı yatıran İran ordusu Mərdoninin başçılığı ilə e.ə. 492 ilin yazında Hellespontdan keçib Yunanıstanı işğal etmək məqsədilə yürüşə başladı. Lakin Afon burnu (Egey dənizində) yaxınlığında İran donanmasının əksər hissəsi (təqr. 300 gəmi) fırtınadan məhv olduğu üçün yürüş dayandırıldı və yalnız Frakiya ələ keçirildi. E.ə. 490 ilin yazında sərkərdə Datis və Artafernin başçılığı ilə İran ordusu Egey dənizini keçərək yolüstü Naksos adasını, Evbeya adalarında Karistos və Eretriya şəhərlərini tutdu və Afinadan 40 km aralı Marafon döyüşündə (e.ə. 490) afinalılar və plateyalılar İran qoşunları üzərində böyük qələbə qazandılar. Kserksin başçılığı ilə İran qoşunları e.ə. 480 ildə Yunanıstana qarşı yeni yürüşə başlayıb, yunanları Fermopila vuruşmasında məhv edərək Beotiya, Attika və Afinanı ələ keçirdilər. Lakin həmin il İran donanması Salamin adası yaxınlığında ağır məğlubiyyətə uğradı.

Yunan-İran müharibələri

 

E.ə. 479 ildə Yunanıstan polislərinin birləşmiş ordusunun İran qoşunları (Plateya yaxınlığında) və donanması (Mikal burnu yaxınlığında) üzərində qələbəsi Yunan-İran müharibələrinin müqəddəratını həll etdi. İşğal olunmuş polislərin böyük hissəsi azad edildi (e.ə. 478-468). E.ə. 5 əsrin 70-ci illərində afinalı sərkərdə Kimonun başçılığı ilə yunan ordusu Frakiya sahillərini, Egey dənizindəki bir sıra adaları və Bizans şəhərini ələ keçirdi. E.ə. 469 ildə Evrimedont çayı yaxınlığında İran qoşunları ağır məğlubiyyətə uğradılar və bu vuruşmalardan sonra hərbi əməliyyatlar fasilələrlə e.ə. 449 ilə qədər davam etdirildi. E.ə. 449 ildə Salamin yaxınlığında yunanların iranlılar üzərində yeni qələbəsindən sonra sülh haqqında danışıqlar başlandı. Kalli sülhünə (e.ə. 449) əsasən İran Egey dənizindəki Hellespont və Bosfordakı mülklərindən əl çəkdi, Kiçik Asiyada yunan polislərinin istiqlaliyyətini tanıdı.Yunan-İran müharibələrinin əsas şərtləri

Yunan-İran müharibələri

 

Bu müharibələr Yunanıstan tarixində çox mühüm mərhələ oldu. İlk dəfə bu mübarizə nəticəsində ümum Ellada təəsübkeşliyi məsələsi ortaya çıxdı. Kiçik Asiya və ona yaxın adaların yunan şəhərlərinin Əhəmənilərə qarşı üsyanı Yunan-İran müharibəsinin başlanğıc nöqtəsi oldu. Quruşun, II Kambizin, Dəriuşun istilaları bütün Yaxın Şərqin Hahamanişi imperiyasının tərkibinə daxil olmasına gətirdi. Lidiyanın e.ə 546-cı ildə darmadağın edilməsindən sonra, ona tabe olan yunan şəhərləri fasrların hakimiyəti altına keçdilər. Farsların aldığı vergilər Lidiya dövründəkindən çox deyildi, lakin Lidiya hakimiyəti dövründə vergi ilə yığılmış pul yenidən dövrüyəyə buraxılırdı, farslara ödənilən vergi isə ölü yük kimi Əhəməni xəzinəsinə yatırdı. Bu isə yunan şəhərlərinin ticarətinə də böyük zərbə idi. Donanması olmayan lidiyalılardan fərqli olaraq farsların əla finikiyalı donanması vardı. Bundan başqa farslar yunanların üzərinə bir çox, o cümlədən tikinti və hərbi, mükələfiyətlər qoymuşdular. Bundan başqa xarici işğalçılara qarşı mübarizə polisdaxili mübarizə ilə çulğaşırdı, çünki bir müddət siyasi zərurət olan yunan tiraniyaları Əhəməni hakimiyətində özlərinə yeni dayaq tapdılar və tarix səhnəsindən getmək fikrində deyildilər.

Yunan-İran müharibələri

 Yunan-İran müharibələri

 Yunan-İran müharibələri

 





Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 9 noyabr 2013 20:34
    təşəkkürlər....

  2. 10 noyabr 2013 11:33
    iranda olmusam.tesekuler

  3. 10 noyabr 2013 11:46
    cox maraqlidr.sekilleri haran tapmisan

  4. 15 noyabr 2013 14:14
    salam.menim adim legochimadir

  5. 16 noyabr 2013 21:10
    BILDIKDE LEGO-HIMADIR ADIN

  6. 5 mart 2014 18:41
    MUHARIMELERDEN HEMISE ZEHLEM QACIR. HEMISE DOYUSURLER HEC AMA AMA HEC XOSUM GELMIR

  7. 31 mart 2014 14:49
    yaxsi rey yazanlari alqislayiram.

  8. 14 aprel 2014 14:38
    bu werhlerin neyeri varki burda??reklam saytidi buraa???!!!!!!!  angry

    --------------------

  9. 26 aprel 2014 22:27
    Salam... Tarix movzusunda məni xüsusi ilə maraqlandiran müharibedi bu.. 


Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.