İşğaldan öncəki beynəlxalq vəziyyət

İşğaldan öncəki beynəlxalq vəziyyət

 


 

XVIII yüzilin sonu – XIX yüzilin başlangıcında beynəlxalq münasibətlərə öz möhürünü qoymuş ən mühüm olay heç şübhəsiz ki, Fransa inqilabı (1789-1794) olmuşdur. Bu inqilabın bütün Avropada despotizmə və mütləqiyyətə son qoymağı hədəfləyən məramı Avropanın bütün monarxlarını bərk təşvişə salmışdı ki, bu da fransızlara qarşı bir birlik meydana gəlməsinə səbəb olmuşdu. 1794-cü il 9 termidor çevrilişindən sonra Fransa burjuaziyasının Avropada və Aralıq dənizi hövzəsində geniş işğalçılıq siyasəti yeritməsi Mərkəzi və Şərqi Avropa dövlətlərinin Fransaya qarşı yönələn siyasətini daha gücləndirdi. 1798-ci ilin sonunda Rusiya, İngiltərə və Avstriyanın iştirakı ilə Fransaya qarşı yeni birlik yarandı. Bu çağa kimi ənənəvi müttəfiqlər sayılan Fransa ilə Osmanlı arasında savaş düşməsi sonuncunu Rusiyaya yaxınlaşdırdı. Tarixdə ilk dəfə olaraq Türkiyə ilə Rusiya arasında 1799-cu il yanvar ayının 3-də İstanbulda ittifaq müqaviləsi imzalandı. İngiltərə, Neapol krallığı bu ittifaqa qoşuldu. Fransanın Şərq siyasətinə qarşı da blok yarandı. Rusiya, İngiltərə və Avstriyanın Fransaya qarşı 1798-1799-cu illərdə apardığı savaş ara verdikdən sonra beynəlxalq münasibətlərdə yeni dəyişiklik baş verdi. 
1801-ci ilin martında I Pavelin öldürülməsilə Rusiya-İngiltərə münasibətləri nizama salındı. Süqut erməkdə olan Azərbaycan səltənəti üzərində nüfuz uğrunda mübarizə genişləndi. İngiltərə ilə Napoleonun Misirə qoşun çıxarması ilə bağlı Оsмаnlı hökuməti artıq 1798-ci illn sеntyabrında Rus donanmasının İstanbul boğazına girməsinə icazə vermişdi. Bu donanma buradan 30 Türkiyə hərb gəmisi ilə birlikdə yunan adalarına doğru hərəkət etdi. "Padişah-i Al-i Osman həzrətləriylə
bütün rusiyalıların İmperatoru arasında" bağlanmыш əbədi ittifaq üzrə iki dövlətdən "birinin dostu o birinə əbədi dost, düşməni isə o birinə düşmən olacağı" bildirilir, Avstriya, İngiltərə və Prussiya bu ittifaqa qoşulmağa dəvət edilirdi. "Türkiyə-Rusiya İttifaqı" 8 ilə bağlanmış olsa da, bir il içərisində qüvvəsini itirmiş oldu. Napoleonun Misirdən getməsi, onunla I Pavelin yaxыnlaшması ilя bu "əbədi ittifaq" dəyərsiz bir kağıza çevrildi. 1799-cu ilin oktyabrında Rusiya donanması Qara dənizə döndü.
Cənubi Qafqazdakı mürəkkəb vəziyyət Rusiyanın işğalçı planlarının bu bölgdə həyata keçirilməsini obyektiv olaraq asanlaşdırırdı. Rusiyanın bu yerləri işğal etməsi Böyük Britaniyanın Şərqdə təsirinə, Ost-hind kompaniyasının inhisarına ağır zərbə endirə bilərdi. Qərbi Avropa dövlətlərinin də, xüsusən İngiltərə və Fransanın Cənubi Qafqaz barədə işğalçı planları var idi. Onlar Rusiyanın bu ərazidə zəifləməyən hərəkətlərini diqqətlə izləyir və çarizmin planlarına mane olmağa çalışırdılar. 1800-cü ilin sonunda Azərbaycana gələn İngiltərə nümayəndəsi Malkolm 1801-ci ilin əvvəlində Qacar höküməti ilə müqavilə bağladı. Siyasi və ticarət müqavilələrini bağlamaqla İngiltərə Qacar dövlətinin daxili işlərinə qarışmaq imkanı əldə etdi. İngiltərə hər hansı dövlətin Qacarların əlində olan ərazilər üzərinə hücum edəcəyi təqdirdə şaha lazımi qədər xidmət heyətilə birlikdə tələb olunan miqdarda hərbi xərc verməyi öz üzərinə götürürdü.
Çar hökuməti belə hesab etdi ki, bu müqavilə ilk növbədə Rusiyaya qarşı yönəldilmişdir, ona görə də öz planlarının həyata keçirilməsinə hazırlaşdı. Lakin I Pavelin öldürülməsindən və I Aleksadrın hakimiyyətə gəlməsindən sonra rəqiblərin qüvvələr nisbəti dəyişdi. I Aleksadr Fransa ilə əlaqələri qırdı və İngiltərə ilə yaxınlaşdı. Bu dövrdə genişlənmə siyasəti yeritməkdə olan Fransanın mövcudluğu şəraitində Rusiya ilə yaxınlaşmağı yüksək qiymətləndirən İngiltərə artıq Qacarları açıq şəkildə müdafiə edə bilmirdi.
İngiltərə ilə yaxınlaşmasına baxmayaraq, I Aleksadr Cənubi Qafqaz barədə öz planını həyata keçirməyi qərara aldı. O, hər şeydən əvvəl, Həştərxan-Dərbənd-Bakı vasitəsilə rus qoşunlarının 1799-cu ildə yenidən daxil olduğu Tiflis (Kartli – Kaxetiya) xanlığının Rusiyaya birləşdirildiyini elan etdi. Xanlığın ərazisində rus qoşunları baş komandanı və mülki hakim tərəfindən idarə edilən Tiflis quberniyası yaradıldı. Beləcə, Azərbaycanın tarixən ayrılmaz tərkib hissəsi olan Tiflis və ətrafı rəsmən Rusiyaya birləşdirildi.
I Aleksadr bəzi xanların artıq Rusiya himayəsini qəbul etməyə məcbur olması ilə yetinməyərək, digər xanlıqları da, ilk növbədə Azərbaycanın Xəzəryani vilayətlərini ələ keçirməyi qərara aldı. O, 1801-ci ilin dekabrnda Qafqaz qoşunlarının baş komandanı general Knorrinqə belə bir göstəriş göndərdi:
"...Qonşu hakimlər və xalqlarla münasibət saxlayaraq, Rusiya tərəfdarlarınınn sayını artırmağa çalışmalı. Xüsusən də üzərlərində hələlik Baba xanın (Fətəli şahın) hakimiyyəti yaranmamış İrəvan, Gəncə, Şəki, Şirvan, Bakı və başqa xanları cəlb etməli”.
General Knorrinq həmin göstərişdən çıxış edərək, 1802-ci ilin sentyabr-dekabr aylarında Quzey Qafqazda yerləşən Georgiyevsk şəhərində Quba və Lənkəran xanlıqlarının nümayəndələri, eləcə də Tərki şamaxılı, Qara Qaytaq usmisi, Tabasaran hakimi və digər dağlı hakimlərin nümayəndələri ilə görüş keçirdi. Digər xanlıqların nümayəndələri görüşdə iştirak etmirdi. Çünki buna qədər Qacar şahının nümayəndəsi İbrahimxəlil xanın yanına gələrək Qarabağın tabe olmasını tələb etmişdi. Bakı xanına da belə tələb verilmişdi.
Məlumat üçün bildirək ki, Ağa Məhəmməd şahla başlayan Qacarlar sülaləsi (1749-1925) son azərbaycanlı – türk imperatorluq sülaləsi olmuşdur. Üst - üstə 7 şahın hökmranlığını əhatə edən bu sülalənin hakimiyyəti dövründə, Səfəvilər və Nadir şah dövrlərindən fərqli olaraq, əslində, Azərbaycan imperaorluğundan deyil, İran və Azərbaycan konfederasiyasından danışmaq daha doğrudur. Fakt budur ki, həmin dövrdən etibarən imperatorluq artıq "Azərbaycan səltənəti” (Azərbaycan İmperatorluğu) deyil, "Məmaliki məhruseyi İran və Azərbaycan” (İran və Azərbaycan ölkələri konfederasiyası) və ya sadəcə "Məmaliki məhrusə” (konfederasiya, birləşmiş dövlələr), adlanır, Qacar şahları isə "şahe - məmaliki məhruseyi İran və Azərbaycan” və ya "şahe - məmaliki məhrusə” titulu daşıyırdılar. 



Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 27 noyabr 2014 22:56
    Maraqlıdlr love

  2. 28 noyabr 2014 15:50
    çox sağ ol,lazımlı məlumatlara görə.uğurlar

    --------------------

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.